Sosial fəlsəfə
- 97 -
mını yaşayır.
Əlbəttə, biz bu modeli mütləqləşdirmək fikrində deyilik. Çünki mü-
hitlər bir-birindən çox fərqlənir və müxtəlif mühitlərdə dünyaya gələn insan-
lar da sanki fərqli əcdadların həyatını davam etdirirlər. Vurğulamaq istədiyi-
miz budur ki, mədəniyyət məkanca yayılmış, müəyyən bir məkanda qərar-
laşmış hadisə olmayıb, zaman oxunda mövcuddur, inkişafda olan bir pro-
sesdir. Hər bir mədəniyyətin keçmişi vardır. Keçmişi, bu günü və gələcəyi
vardır. Və bu zaman oxu insan ömründən daha böyükdür.
Buna görə də mədəniyyətin mənasını bir insan timsalında həmin insa-
nın öz mühiti ilə əks-əlaqə proseslərində açmaq mümkün deyil.
Mədəniyyətin nə olduğunu izah etmək üçün ən azı iki fərqli model
qurulmalıdır. İnsanların özünüifadəsinin, əməli fəaliyyətinin nəticəsi olaraq
yaranmış sosial kosmos, maddiləşmiş intellekt, hansı ki bir tərəfdən “ikinci
təbiət” dediyimiz maddi mədəniyyət sistemlərini, digər tərəfdən də insanla-
rın bilik və vərdişlərinin saxlanmasına və ötürülməsinə xidmət edən hadisə-
lər (kitablar, təlimatlar, təhsil, təlim-tərbiyə prosesləri, kütləvi informasiya
vasitələri və s.) kompleksini əhatə edir.
Biliklərin məhz bilik şəklində ötürülməsi və bunun üçün simvollar va-
sitəsilə maddiləşməsi bir şeydir, biliklərin tətbiq olunaraq təbiətlə, materiya
ilə sintez halında bu biliyin layihəsinin maddi mühitə köçürülməsi halında
saxlanması başqa şeydir. Maddi mədəniyyət dedikdə bir qayda olaraq insa-
nın öz düşüncəsini, əldə etdiyi yeni bilikləri və bu biliklər əsasında quraşdır-
dığı layihələri maddiləşdirməsi, realizasiyası, maddi yaradıcılığı nəzərdə tu-
tulur. Lakin insan öz biliklərini, layihələrini təkcə təbiətə deyil, cəmiyyətə,
ictimai mühitə də tətbiq edir. Yəni ictimai material üzərində qurulmuş yeni
sistemlər, mexanizmlər, yeni sosial strukturlar, şəbəkələr və s. – bütün bun-
lar da insan düşüncəsinin məhsuludur. Lakin bunlar “ikinci təbiətə” deyil,
cəmiyyətə aiddir. Burada simmetriklik olsun deyə, “ikinci cəmiyyət” anlayı-
şından istifadə etmək yerinə düşərdi. Yəni hər bir fərdin öz subyektiv müda-
xiləsi olmadan qərarlaşmış, oturuşmuş cəmiyyət, ictimai mühit onun üçün
sanki ilkin cəmiyyət, birinci cəmiyyət sayıla bilər. Həmin insanın müdaxilə-
si, onun ideyalarının ictimai materiala transferi və gerçəkləşməsi yeni bir
ictimai gerçəklik yaranmasına gətirə bilər ki, bu yeni sosial varlıq artıq ilkin
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 98 -
cəmiyyətdən fərqli olaraq “ikinci cəmiyyət” adlandırılsa, daha məqsədəuy-
ğun olar.
Lakin burada yenə də simmetriya alınmır. Belə ki, “ikinci təbiət” bir
adamın yox, bütün bəşəriyyətin yaradıcılığının məhsulu olduğu halda, bizim
təklif etdiyimiz variantda “ikinci təbiət” ya bir adamın, ya da onun müasirlə-
rinin birgə səylərinin nəticəsi kimi yaranır. Yəni ilkin cəmiyyət özü artıq
insanlar tərəfindən, əvvəlki nəsillər tərəfindən yaradılmış mədəniyyət
hadisəsidir.
Əslində “ikinci təbiət” dediyimiz hadisə də diferensiallaşmalıdır. Belə
ki, əvvəlki nəsillərin yaratmış olduğu maddi mədəniyyət yeni nəsil tərəfin-
dən sadəcə olaraq mənimsənilmir. Yeni nəsil özü də bu yaradıcılıq prosesinə
qatılır və maddi gerçəkliyə, maddi mühitə əlavələr və dəyişikliklər edir. Bə-
zən bu dəyişikliklər çox önəmli ola bilər. Buna görə də subyekti bütün
nəsillər olan “ikinci təbiət”dən fərqli olaraq, subyekti məhz yeni nəsil (bizim
müasirlərimiz) olan və məhz bizimlə əlaqədə, bizim intellektimizin maddi
realizasiyası şəklində ortaya çıxan yeni mədəniyyət mütləq fərqləndirilməli-
dir. Çünki bu, artıq yeni keyfiyyətli bir hadisədir. O mənada yenidir ki, ki-
minsə əqli fəaliyyətinin, yüksək intellektinin məhsulu olan konstruksiyalar,
texnika və s. hələ geniş kütlə üçün anlaşılmazdır; kütlə onun istifadə qayda-
larını, təyinatını hələ mənimsəməmişdir. Hər bir belə texniki yenilik mədə-
niyyət hadisəsinə çevrilmək üçün onun mənimsənilməsi prosesi lazımdır.
Həm də bu prosesin qaydaları, texnologiyalar, metodlar və s. bizim gözümü-
zün qabağında və ya bizim iştirakımızla hazırlanır. Buraya təhsil sistemi də,
İKT də, KİV də – hamısı cəlb olunur. Biz bu mədəniyyətin formalaşması
prosesinin iştirakçısı oluruq. Əvvəlki nəsillər üçün (məsələn, əgər onların
hansısa nümayəndələri hələ sağdırsa) bu yenilik çox vaxt əlçatmaz olur.
Yeni nəsil isə bu yeni mədəniyyətlə birgə böyüyür. Və bu yeni mədəniyyət
yeni nəslin simasına çevrilir. Mədəniyyət dönüb onun daşıyıcılarına əks təsir
göstərir və düşüncə tərzinin özünün dəyişməsinə səbəb olur.
Əvvəlki nəslin düşüncə tərzi, həyat tərzi, ictimai normalar və s. bizə
valideynlərimiz və müəllimlərimiz tərəfindən bilavasitə ötürülür. Yəni biz
əvvəlki nəslin varisləri olaraq tərbiyə və təhsil vasitəsilə əvvəlki maddi
mədəniyyətə adekvat olan bir mənəvi mədəniyyəti mənimsəyirik. Amma bu,
Sosial fəlsəfə
- 99 -
öz həyatımızda yaranan maddi mədəniyyət və ona adekvat olan yeni mənəvi
mədəniyyətlə bir araya sığmır. Nəticədə təhsil və tərbiyənin konservatizmi
ilə yeni mədəniyyətin modernizmi arasında bir ziddiyyət yaranır.
Salahaddin Khalilov
Culture: genesis and essence
( summary)
The paper claims that as far as the role of culture in the social life and the
number of investigations of culture grows, the scatteredness and ambiguity in the
exploration of its problems also increase. For this reason it is necessary to articulate
the essence of this notion in the philosophical context. The author revisiting the
origins and the genesis of culture has tried on the basis of comparative analysis to
determine the intersection points and spheres of culture, science, technology etc.,
and to reveal the genuine content of the very culture. The paper also proposes the
new philosophical model of the world and defines culture’s place and function in it.
Keywords: culture, dialogue, “the second nature”, culture of thought,
science.
Салахаддин Халилов
Культура: генезис и сущность
(резюме)
В статье отмечается, что по мере увеличения роли культуры в общест-
венной жизни и роста, соответственно, числа исследований по культуре рас-
тет и разрозненность и неопределенность в разработке ее проблем. Поэтому
существует настоятельная необходимость в разработке философской сущнос-
ти этого понятия.
Вернувшись к истокам и пересмотрев генезис культуры, автор пред-
принял попытку на основе сравнительного анализа определить точки и сферы
пересечения культуры и науки, техники, искусства и т.д., выявить реальное
содержание именно культуры. В статье также дана новая философская мо-
дель мира и определены в ней место и функции культуры.
Ключевые слова: культура, диалог, «вторая природа», культура
мышления, наука.
Dostları ilə paylaş: |