Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə54/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 166 -
mərhəmət və s. bu tipdə hisslər üzə çıxır və biz özümüzdə meydana gələn 
həmin hisslərin  şahidi oluruq. Təbii ki, qeyd olunan hisslər  şüurdan kənar 
sahəyə, qeyri şüuri məzmuna malikdir, çünki insanın istəyindən asılı olma-
dan, yaşamın müxtəlif məqamlarının tələbi olaraq qeyri-iradi olaraq ortaya 
çıxırlar. Eyni zamanda onu da vurğulayım ki, bu və ya buna oxşar xüsusiy-
yətləri heyvanlarda da görə bilərik. Hər hansı bir heyvanın öz balasının qey-
dinə qalması buna əyani bir sübutdur. Həyata müxtəliflik qatan məqamlar-
dan biri də fərqli peşələr (rəssam, bəstəkar, şair, alim və s.) və onlara sahib 
olan insanlardır, yəni peşə sahibləri. Biz burada da şüuri və qeyri şüurinin 
ünsürlərini görə bilərik. Məsələn, incəsənətə yaxın olan və elə incəsənətin 
özü olan peşələr sözsüz ki, qeyri-rasional mahiyyətə malikdir. İnsanın mə-
nəvi dünyasında yaşadığı hisslərini nota köçürən bəstəkar, öz fırçasıyla xə-
yalında canlandırdığı bir görünütüyə rənglər vasitəsilə maddi don geydirən 
rəssam və ya ilhamının yardımı sayəsində şeirlər ərsəyə gətirən şair. Təbii 
ki, sadaladıqlarım quru ağlın ünsürlərindən münəzzəhdir. Amma elm alə-
mində bu xüsusiyyət öz təsir gücünü itirir. Burada sözsüz ki, əsas söz sahibi 
məntiq və rasionallıqdır. Lakin elm dünyasına, alimlərin elmi fəaliyyətinə 
nəzər saldıqda da qeyri-rasional məqamların da şahidi oluruq. Hansı ki belə 
bir vəziyyətdə onlar elm tarixində iz qoymuş ixtiralarını (Nyuton, Mendele-
yev və s) realllaşdırıblar. Göründüyü kimi, yaşamımızın hər anı  şüuri və 
qeyri-şüuri məqamlarla boldur. Hər ikisi (rasional və qeyri-rasional) həyatı-
mıza nüfuz edərək, öz təsirini göstərmək gücünə malikdir. Düşünürəm ki
burada daha çox üstünlük qazanan, öndə olan məhz, qeyri-şüuridir. Zənnim-
cə, nümunə olaraq nəzər yetirdiyim insan həyatının müxtəlif məqamları fik-
rimi təsdiqləyən  əyani bir sübutdur. Amma bu, heç də qeyri-şüurinin  əsas 
həlledici rol oynamasına  əsas vermir. Çünki məhz,  əqlimiz vasitəsilə biz 
həm düşüncələrimizi həyatımıza tətbiq etmək imkanına, həm də qeyri-şüuri-
nin yaşamımızda mühüm rol oynadığını aydınlaşdırmaq qabiliyətinə mali-
kik. Rasional və qeyri-rasional yalnız paralel olaraq birgə fəaliyyət göstər-
dikdə harmoniya yarana bilər. Məsələn, intuisiya, dini hiss olan iman kimi 
qeyri-şüuri məzmuna malik olmaqla yanaşı insan həyatında əvəzsiz rola ma-
likdir. Məhz, imanı vasitəsilə insan mənəvi dünyasına nüfuz edərək özündə 
olan ilahi keyfiyyətləri (təbii ki, mənbəyi Allaha aid olan keyfiyyətlər) ak-


Fəlsəfi Diskurs
 
 
 
- 167 -
tivləşdirib mükəmməlləşdirə bilər. Lakin burada da əql imanın daim yanın-
da addımlamalıdır. Əqldən məhrum olan dini yaşantı sadəcə robort xarakteri 
daşıyan yaşam tərzidir. Qeyri-şüurinin üstünlüyünün məkanı olan həyatın 
daşıyıcısı sayılan insanın ən böyük uğuru isə daima şüuri və qeyri-şüurinin 
maksimum imkanından yararlanmaqla öz düşüncələrini yaşamına tətbiq 
edib həqiqətən yaşaması və yaxud da Şopenhauerin təbirincə desək, sadəcə 
öz üzərinə götürdüyü rolu oynamasıdır... 
  
Fəxri qaliblər
 
  Dos. Mətanət Abdullayeva 
“Qeyri-şüurinin fəlsəfəsi”nin nümayəndəsi Eduard Qartman qeyri-şü-
urini şüurun transsendent tərəfi kimi qiymətləndirərək onu ruhla identikləş-
dirir. O deyir ki, şüur dünyəvi prosesin gedişatında yüksəlib kamilləşdikcə 
elə bir anlama səviyyəsinə yetişir ki, orada bütün bədbəxtliklərin arzuların 
nəticəsi olduğu məlum olur və o zaman yalnız arzulardan imtinanın müm-
kün vəziyyətlərdən  ən yaxşısına – ağrısızlığa aparması  həqiqəti aşkarla-
nır. Qartmanın praktiki fəlsəfəsinin prinsipi odur ki, xoşbəxtliyə nail olma-
nın hər cür psevdomodellərini ifşa etmək və qeyri-şüurinin məqsədini – 
dünyanı arzuların fəlakətindən xilas etməyi  şüurun məqsədinə çevirmək. 
Buradan hasil olan birinci nəticə odur ki, şüurlu həyat ağılla tənzimlənən hə-
yatdır (bu çox yaxşıdır), eyni zamanda, şüurlu həyat – şüurun ağlın əsarətin-
də olduğu üçün qeyri-şüurinin səfalarından bixəbər olduğu, ruhu tanımadığı 
bir yaşam formasıdır (bu çox pisdir). Ağıl və onda yaranan arzular qeyri-şü-
uri həyatı “dadmaqda” ən böyük maneədir (burada yenə də əbədi aktual olan 
cihad problemi durur). Nə  qədər ki arzular “meydan sulayır”, qeyri-şüuri 
gizli və əlçatmaz olaraq qalır. Bu barədə əsrlər boyu açıq şəkildə də, simvo-
lik formada da danışıblar. Nizami Gəncəvi “Yeddi gözəl”də belə deyir: “Ar-
zu şeytanı məni yoldan çıxara bilməz, //Mən arzumu günaha girov qoymu-
şam.” Füzulinin bu məsələyə münasibəti belədir: “Arzu kələfində vurulan 
bu düyün, əlbət//  Əql üzrə doğub, dövranə  gəl eyləmə töhmət…//Əql ilə 
ələm, bil ki, əkizdir bu cahanda, // Əqlin yoxalarsa, gedəcək ahü-fəğan da. 
(Yeddi cam). Burada “ağlın yox olması” insanın fiziki ağılsızlığı deyil, qey-
ri-şüuriyə aparan ağılsızlığıdır. Maddi dünyanın keyfiyyətlərini, zövq-səfa-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 168 -
sını ifadə edən arzular insanın fiziki aspekti ilə bağlıdır və nəzərə alsaq ki, 
insanın fiziki aspektinin diapazonu ruhunun imkanlarından kiçikdir və ruh 
qeyri-şüurini ifadə edir, o zaman insan dəyərlərinin, keyfiyyət və bacarıqla-
rının hansı  dərinliklərdən süzülüb üzə  çıxdığı  həqiqətini dərk etməyimiz 
asanlaşar. Ağlın ruhu, qeyri-şüurini tanımadan yaşanılan həyat şüurlu həyat 
hesab olunursa da, əslində, natamam həyatdır, çünki insan özünün tam po-
tensialını bilmədən və bu imkanları realizə etmədən yaşayır. Əslində, insan 
unikal və universal varlıqdır və onun potensialının realizə olunması deyəndə 
konkret təbii mexanizmlər nəzərdə tutulur ki, bu da insan varlığında mövcud 
olan kosmik enerjinin sublimasiyasından ibarətdir. Bu enerji insanı yaşadan 
həyat enerjisidir. Z.Freyd ona libido deyirdi, kabbalada onun adı ruax, sufi-
likdə can, induizmdə Kundalinidir. İnsanın ruhu ilə kontaktını – introvert 
əlaqəni yaradan təlimlərin  əsasında libidonun (yaxud Kundalininin) subli-
masiyası durur. Qədim yəhudi qnostisizminin nümunəsi olan kabbaladan 
(müəyyən səviyyədə) bəhrələnən Freyd bu enerjini psixoseksual enerji kimi 
başa düşürdüsə, Q. Yunq, daha dərinə gedərək, onu özül enerji kimi dərk 
edirdi. Həyat enerjisinin – libidonun məqsədyönlü sublimasiyası yolu ilə in-
sanın özünün qeyri-şüurisinə çatması mümkündür və bu məqsədlə bəşər ta-
rixi boyu müxtəlif ezoterik məktəblər, təlimlər yaradılırdı. Enerjinin subli-
masiyasından ibarət olan möhtəşəm proses müxtəlif etno-mədəni areallarda 
fərqli simvolik obrazlarla təsvir olunub. Bu, induizmdə (qadın mahiyyətli) 
Şaktinin səyahətə çıxıb möhtəşəm Şiva ilə birləşməsidir; sufilikdə canın Ca-
nanla birləşməsindən ibarət olan mistik eşq yolçuluğudur. Siddxartxa Qauta-
manın qırx gün bodxu ağacının altında meditasiyada oturub şəxsiyyətinin 
dəyişməsinin – Budda (nurlanmış) səviyyəsinə yetişməsinin batini əsasında 
enerjinin məqsədyönlü sublimasiyası dururdu. Qeyri-şüurini aktivləşdirmə-
yə yönələn mistik təcrübələrin hamısının psixoloji mexanizmi var və bunlar 
eynidir. Belə psixoloji aspektdən çıxış edərək Yunq deyir ki, qeyri-şüuriyə 
yönəlmə  əhəmiyyətli dərəcədə insanın formalaşmasına səbəb olur, onun 
şəxsiyyətini dəyişdirir. “Yeni psixologiya hesab edir ki, şüur bir adadır, qa-
lan ətraf isə qeyri-şüuridir.” Yunqa görə, qeyri-şüuri, ruhun yaradıcı fantazi-
yası, qiymətli hissiyyatının mənbəyidir və  ağıl oraya əl vura bilməz, ruhi 
mən oraya qərq olanda (özünün son əsası olaraq) məktəblər, bilik, incəsənət 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə