Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə55/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

Fəlsəfi Diskurs
 
 
 
- 169 -
yaranır; psixofiziki oraya dürtüləndə nevroz və psixoz yaranır. Yunq deyir: 
”Qeyri-şüuriyə yeganə yolla yaxınlaşmaq olar – bu, saflaşdırılmış ağıl, düz-
gün yanaşma və göylərin xeyir-duasından ibarət olan Kundalinidir. Yalnız 
bu səyahət həyatı ləyaqətlə yaşamaq üçün yararlı edir və bu, Kundalinidir, 
bu, ilahi məqsəddir”. Psixiki və fiziki təlim kimi transsendent Kundalininin 
dərk olunması qeyri-şüurinin dərk olunması deməkdir. Belə  dərk insanı 
maddi aləmin sərhədlərindən çox-çox geniş olan sonsuz reallığın dalğalarına 
kökləyir; insan mahiyyətinin gizli qalmış və heç bir başqa şəraitdə açıla bil-
məyən potensial qatları açılır; arxetiplər aydınlaşır, insan fenomeni, bütün 
mənalarda, bacarıq və qabiliyyətləri ilə bitkin şəkildə təzahür olunur, onun 
həqiqi mahiyyəti ifadə edilir. Qeyri-şüuri şüurini sıxışdırıb yox etmir, əksi-
nə, onu özünə qataraq təmizləyir, arıdır, ümumi axına birləşdirərək yüksəl-
dir. Özünün təcrübəsini təsvir edən hind yazıçısı, mistiki, ruhaniyyat alimi 
Pandit Qopi Krişna avtobioqrafik əsərində (“Kundalini”) belə yazır: “Sivili-
zasiyanın ən böyük nəticəsi – peyğəmbərlər, mistiklər və dahilər təkamülün 
(söhbət enerjinin təkamülündən gedir – M. A.) istiqamətini və məqsədlərini 
aydın ifadə ediblər. Onların hamısı ümumi səciyyəli xüsusiyyətə malik idi – 
onları tənzimləyən təkanverici qüvvə, istisnasız olaraq, Kundalini idi. Kun-
dalininin oyanması ilə insan orqanizmində gedən təkamül nəticəsində bütün 
bunlar mümkün olur.” Kundalini enerjisinin “səyahəti” (yeddi energetik 
mərkəzdən keçməsi) – enerjinin sublimasiyası prosessual səciyyəli idrak 
prosesidir. Bu yolla qeyri-şüuriyə yetişməklə insan mənəviyyatın yüksəlişini 
əldə edir. Belə yüksəlişdə onun etik, estetik, ictimai, sosial, fərdi, ruhahi və 
s. aspektləri mümkün olan yüksəliş səviyyəsində sintez olunur. Həmin mü-
əllif sonda yazır: “Bəşəriyyətə yaradılışın sirrini aça biləcək başqa yol yox-
dur; onun təbiətlə ayaqlaşa bilməsi üçün başqa yol yoxdur; bəşəriyyəti fəla-
kətdən qurtara biləcək başqa yol yoxdur. Bu, (Kundalini) elmlə dini ayıran 
uçurum üzərindən körpü salmaq üçün yeganə üsuldur. ” Deməli, insan ilahi-
dən ona verilən gözəllikləri özündə kəşf etdikdə, qeyri-şüurisində varlığının 
ən dərin qatlarındakı imkanlarını realizə edərək tam, bitkin həyatını yaşayır. 
 
 
– Dos. Şəfahət Abdullayeva  
(captatio benevolentiae –lat.) Şüursuzluq haqqında ballada 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 170 -
(ballada – (frans.) fantastik, tarixi-əfsanəvi, süjetli-nəqledici mahnı 
janrı olub, hadisənin qısa şərhi ilə və dramatik sonluqla səciyyələnir.) 
“Söhbət  şüursuzluqdan gedəndə bizim biliyimiz və  təcrübəmiz hər 
hansı bir nəzəriyyə yaratmaq üçün kifayət etmir”. K. Q. Yunq 
“Bu gün mən heç vaxt olmadığım qədər tənhayam, çünki elə şeylər bi-
lirəm ki, onlar haqqında heç kim heç nə bilmir və ya bilmək istəmir”. 
K.Q.Yunq 
“Mənim iç dünyamda “başqa mən” yaşayırdı. O, öz daxilində Allahı 
tanıyırdı, o, Allahı bir sirr kimi bilirdi... Orada, o dünyamda heç nə insanı 
Allahdan ayırmırdı.... sanki insanın ruhu Allahla bir idi və yaradılana 
Allahla birgə baxırdı.” K. Q. Yunq 
Fəlsəfə nəzəri, psixologiya həm nəzəri, həm də empirik elmdir. 
N Ə Z Ə R İ Y Y Ə 
Müzakirəyə çıxarılan sual çox yaxşı (incə) düşünülmüş addımdır. 
Yunq isə sualı belə qoyur: Şüursuzluğun problemi nədədir? Cavabı da 
belə verir: Şüursuzluğun problemi eqo ilə qarşılıqlı münasibətindədir. 
Eqo insanın psixi təşkilatlanmasında böyük əhəmiyyətə malikdir. Belə 
ki, o, iradənin də iştirak etdiyi bütün adaptasiya proseslərində əsas rol oyna-
yır və şüurun mərkəzini təşkil edir. Bu rolun əhəmiyyəti o qədər böyükdür 
ki, eqonu təkcə şüurun mərkəzi yox, həm də şəxsiyyətin mərkəzi hesab edir-
dilər. Və az qala onu psixe perse (özü özlüyündə və hər yerdə mövcud olan 
şey) ilə eyniləşdirirdilər. 
Məlum olduğu kimi insan psixikasının təkcə şüurdan yox, həm də şü-
ursuzluqdan ibarət olduğu empirik surətdə təsbit olunduqdan sonra (Freyd), 
eqo-nun şəxsiyyətin strukturundakı hakim mövqeyi laxladı. Aydın oldu ki, 
eqo şüurun mərkəzini təşkil etsə də, şəxsiyyətin mərkəzini təşkil etmir.  
Psixologiyada şüursuzluq şüur psixologiyası və şəxsiyyət psixologiya-
sı baxımından izah edilir. Şüursuzluqla eqonun münasibətinə keçməmişdən 
əvvəl bütün həyatını  şüursuzluğun öyrənilməsinə  həsr etmiş K.Q.Yunqun 
şüursuzluq haqqında fikirlərinə  şəxsiyyət psixologiyası baxımından nəzər 
salaq. 
Şüursuzluq nədir? Həyatda bizə məlum olan və məlum olmayan şeylər 
vardır. Məlum olmayanlar iki yerə ayrılır: 1) bizdən kənarda olanlar və hiss 


Fəlsəfi Diskurs
 
 
 
- 171 -
üzvləri ilə qəbul olunmayanlar və 2) daxildə olanlar və bilavasitə (vasitəsiz) 
qəbul olunanlar. Ikinci qrupa daxil olanlar qeyri-şüuri sahəni təşkil edir və 
şüursuzluq adlanır. 
Qeyd etmək lazımdır ki, ifrata varmağına baxmayaraq Freydin dahili-
yi şüursuzluğu bir komponent kimi psixikanın tərkibinə (şəxsiyyətin struk-
turuna) gətirməsindədir. Yunqun dahiliyi isə, daha da irəli gedib şüursuzluq-
da erosdan başqa, ilahiliyi və bütün insanlara aid ümumi (kollektiv) tərəfi 
görməsindədir. Beləliklə, Yunq şüursuzluğu iki yerə bölürdü: səxsi şüursuz-
luq və kollektiv şüursuzluq. Yeri gəlmişkən, qeyd edək ki, Yunq həm də 
kollektiv şüur fenomenini ayırd edir. 
Birinci qrupa şəxsiyyətin individual komponenetləri daxildir və onlar 
şüurda təmsil oluna bilirlər. İkinci qrupa daxil olanlar mahiyyətcə özü-özlü-
yündə mövcud olan, hər yerdə olan, identik olan, dəyişməz keyfiyyətlərə 
malik olan psixe perse-dir. 
Yunqa görə, fərdlərdə psixi proseslərin ümumi cəhətlərinin olması, 
oxşarlığı ümumi qanunlara tabe olan ümumi, şəxssiz prinsiplərin də möv-
cudluğu haqda fikir irəli sürməyə imkan verir. Yunq yazır: “Əgər insanların 
bütün unikallığı şəraitində onların hansısa ümumi xassələri, cəhətləri (psixi 
proseslər) varsa, deməli, onları birləşdirən daha dərin qatlar mövcuddur.” 
Bu dərin qatlar şüurda təmsil olunmasalar da, ümumilikdə psixikada (şəx-
siyyətdə) təmsil olunurlar. Yunq bunları arxitiplər adlandırır (anima, ani-
mus, özul, mandala, siziqiya, kölgə). Arxitiplər insanın şüursuz halında (yu-
xuda, öncəgörmədə, ekstazda və s.) aktivləşirlər (təcəssüm olunurlar).  
Özül (və yaxud bunu “öz”, “özgür”, “özəl” kimi də adlandırmaq olar) 
fərdlərə, xalqlaqra, millətlərə, bəşəriyyətə aid olan arxitiplərdən biri və əsa-
sıdır. Özül transendent anlayış olub, özündə şüurini və qeyri-şüurini (şüur-
suzluğu) ehtiva edir. Özül öz tamlığına (vahidliyinə) baxmayaraq sona qə-
dər dərk olunmayan şəxsiyyətdir. Yunqa görə, eqo özül-ə tabedir və hissə-
nin tama olan münasibətindədir. Yunq özülü xarakterizə edərkən ancaq anti-
nomiyalardan istifadə etməyin mümkünlüyünü vurğulayır: ani və əbədi, uni-
kal və universal, xeyir və şər, mənəvi (ruhani) və maddi. Məsələn, özül indi-
vidual mahiyyət kimi ani və unikaldır, ümumilik baxımından əbədi və univ-
ersaldır. Eynilə də, ayrılıqda götürülmış xeyirli və ya başdan başa şər özül, 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə