Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə58/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 178 -
ən çox xeyir gətirməyə çalışan insandır. Maarifçi maarifi kərpic-kərpic inşa 
edən insan nəslidir. Hərə öz çapında maarifçi ola bilər, hamının çapında 
maarifçi olmaq isə kamillik məziyyətidir. İbn Sina ölüm yatağında olarkən 
bir ziyarətçisindən – fiqhdə ziddiyyətli məsələlərdən birinin izahını verdiyi-
ni eşitmişəm, söylə eşidim deyir. Ziyarətçi onu bu vəziyyətdə narahat etmək 
istəmir, amma təkid olduğunu görüb soruşur: Ustad səni bu vəziyyətdə  nə 
vadar edir öyrənməyə? İbn Sina – bir ola, bilərək olüm, bir ola, bilməyərək 
deyir. Hər halda bilmək və maariflənmək imtina edə bilmədiyimiz cəhəti-
mizdir. Hələ çoox yazmaq olar. Əsas çox anlatmaqdır. 
  
– Sayalı Əliyeva: 
İ.Kantın “Maarifçilik nədir” məqaləsi 1784-cü ildə yazılmışdır. Bəs 
sual olunur, Kant bu məqaləni niyə yazmışdır? Çünki Kant və onun kimi di-
gər maarifçilik tərəfdarları artıq zəkanın oyanmasının zamanının çatdığını, 
ənənənin, dinin, əqli durğunluğun vurduğu ziyanı anlamış və bunun aradan 
qaldırılması yolunda bacardıqları mübarizənin aparılması vacibliyini anla-
mışlar. Kant yazır: “Hər tərəfdən düşünməyin nidalarını eşidirəm”. Demək, 
hər kəsin düşünmək, dərk etmək tələbatı var. Sonra Kant yazır: “Maarifçilik 
insanın öz günahı ucbatından düşdüyü rəzil vəziyyətdir. Bu rəzilliyin səbəbi 
isə insanın öz ağlını başqalarının əlinə vermədən istifadə edə bilməməsidir. 
Bunun səbəbi ağılda deyil, ağlın istifadə olunmamasında, ya da ən pisi ağlı 
başqalarının sərəncamına verməmiş ondan istifadə etmək qətiyyəti və ürək-
liliyi göstərə bilməyən insandadır.” Bəs insan bu rəzilliyi qəbul edirmi? Əl-
bəttə edir, o zaman edir ki, öz rəzilliyinin mahiyyətini anlamır. 
Azərbaycanda maarifçilik ideyalarının yayılması  nə zamandan başla-
yır? Heç şübhəsiz ki, Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşri ilə. La-
kin bu yolda başlanan mübarizə yarımçıq qalmaq məcburiyyətində qalır. Sə-
bəb azadlıqdır. Maarifpərvərlərə azadlıq lazımdır. Hətta, vaxtilə maarifçili-
yin xalqa necə  zəruri olduğunu anlayan M.F.Axundov Azərbaycan dilində 
qəzet nəşr etdirməyə nail olmayanda yazmışdır: “Zəhərdən acı bir həyat 
keçirirəm”. 
Bütün söylənənlərə əlavə olaraq onu qeyd etmək istərdim ki, əgər biz 
bu gün yüksək elm və  sənətə nail olmaqdan danışırıqsa, deməli, ilk öncə 


Fəlsəfi Diskurs
 
 
 
- 179 -
yüksək maarifçilik bacarığından danışmalıyıq. Çünki hər hansı bir elmin 
dərinliyinə yalnız maariflənməklə nail olmaq olar. Əbəs yerə deyil ki, II-III 
əsr öncə Avropanın yaydığı və təkidlə mübarizə apardığı maarifçilik ideya-
larının nəticəsidir ki, Avropa filosoflar, şairlər, ziyalılar diyarına çevril-
mişdir və  əgər bu proses rəzillik olsaydı qeyd olunan ziyalılar maarifçilik 
ideyalarının yayılması uğrunda qeyd olunan mübarizəni aparmazdılar. 
Nəticə olaraq bunu söyləmək istərdim ki, məncə, maarifçilik keçmişi 
öyrənərək, indikini dərk edərək, bütün bunlardan düzgün nəticə  çıxarmağı 
bacararaq gələcək maariflənmə ideyalarını artırıb, hər kəslə paylaşmalı 
olduğumuzu bizə hər zaman xatırladan düşüncədir. 
P.S. Maariflənmə  qəflətdən oyanışdır, maariflənmə elmlənmə ilə 
dirçəlişdir, maariflənmə rəzillikdən qurtuluşdur.! 
  
– Seyran Quliyev: 
“Dünyanın sultanı həmişə elm olmuş, elmdir və elm olaraq qalacaqdır. 
Hələ heç kəs bu sultanı elm sarayından qova bilməmişdir. Dünyanın həqiqi 
hökmdarı olan elm ancaq vaxt aşırı paytaxtını  dəyişmiş, gah Məşriqdən 
Məğribə, gah da Məğribdən Məşriqə getmişdir”. 
Cəmaləddin Əfqaniyə görə, Maarifçilik – insanları gerçəkilyə yeni ba-
xış bucağından baxmağa dəvət edən, onları mütərəqqi fikirlərlə silahlandı-
ran dünya baxışıdır. O cəmiyyəti elmi biliklərlə zənginləşməyə səsləyir, bu-
nun nəticəsində  də sosiumdakı çatışmazlıqların aradan qalxacağına inanır. 
Maarifçilik bir ictimai-siyası  cərəyan kimi XVIII əsr Fransasın da ortaya 
çıxsa da demək olar ki, bu dalğa qısa müddətdə dünyanın bir çox ərazilərin-
də yayila bilmişdir. O hansı ölkəyə qədəm qoymuşsa, mütləq həmin ölkədə 
yeni nələrəsə imza ata bilmişdir. Cəmiyyətdə ənənəçilikdən tutmuş idarəçili-
yə kimi bor çox sahələr maarifçi mütəfəkkirlərin tənqid atəşinə tuş gəlmiş-
dir. Bir sözlə, maarifçilik harada peyda olmasından asılı olmayaraq hazırkı 
düzənə boyun əymək istəməmiş, reallığa müxalif mövqe sərgiləmişdir. Elə 
buna görə də maarifçiliyi xarakterizə edərkən onu ictimai-siyası cərəyan he-
sab etməkdədirlər. Fransa burjua inqilabı söylədiyimə bariz nümunədir. Mə-
lumdur ki, bu inqilabın ideya kökləri maarifçilik hərəkatına dayanır. Sonra 
bu hərəkatın bir qədər gec də olsa fərqli çoğrafiyaya, islam şərqinə “gəlişi-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 180 -
ni” izləyək. Bu ərazilərdə maarifçilik ideyalarının yayılması müstəmləkəçi-
liyə qarşı hərəkatların genişlənməsi, Cəmaləddin Əfqani və Məhəmməd Əb-
duhun simasında isə islam islahatçılığı ideyasının gündəmə gəlməsinə səbəb 
olur. Hər nə qədər islam maarifçilyi ruhanilər və hakimiyyət başında oturan 
fiqurlar tərəfindən birmənalı qarşılanmasa da, yeni baxışlar islam aydınları 
tərəfindən rəğbətlə qarşılanırdı. Bu dönəmlərdə Cəmaləddin Əfqani müsəl-
man şərqinin düşdüyü vəziyyəti təhlil edərkən çox önəmli bir məsələyə to-
xunurdu. Qisaca da olsa belə fikirlərdən bir neçəsinə toxunmaq yerinə dü-
şərdi: “Qəribə burasıdır ki, müsəlman üləmaları elmi iki yerə bölmuşlər: 
müsəlman elmləri və Avropa elmləri. Bununla da onlar müsəlman xalqını 
faydalı elmləri mənimsəməkdən çəkindirirlər. Onlar başa düşmürlər ki, in-
sanı şərafətli edən elm ayrıca heç bir xalqa mənsub deyil, kim ona yiyələnsə 
onundur”. Daha sonra Əfqani bu məsələ ilə bağlı  aşağıdakı fikirlərini dilə 
gətirirdi: “Təəccüblü burasıdır ki, müsəlmanlar Aristoteli o qədər rəğbətlə 
oxuyurlar ki, elə bil o, əsl müsəlmandır. Amma Nyutonu, Qalileyi, Kepleri 
kafir hesab edirlər. Elmin atası-anası və sübutu dəlildir. Burada əsas Aristo-
tel, yaxud Qaliley deyildir, haqqı, həqiqəti sübut edən elmi bizim üləmalar 
qadağan edirlər, elə bilirlər ki, bununla islamı qoruyub saxlayırlar. Belə 
adamlar əslində islamın düşmənləridir”. 
Bəli, məncə, hər şey aydındır. Artıq şərhə ehtiyac yoxdur. Əfqaninin 
“islam islahatçılığı” ideyasının əsasında da elə maarifçilik ideyası dururdu. 
O, müsəlmanları dünyanın qabaqcıl elmi nailiyyətləri ilə yaxından maraq-
lanmağa çağırır, əzbərçi islam “üləmalar”ını topa tutur, onları yalançı təfsir-
lərə yol verməkdə günahlandırır və islamın yaşadığı rəzil vəziyyətdən yega-
nə  çıxış yolunu Hz. Məhəmməd dönəmindəki islama qayıtmaqda görürdü. 
Onun ardıcılı M.Əbduh da islam islahatçılığı mövqeyindən çıxış edir, islamı 
biliklərə çağdaş günümüzün elmi biliklərinə əsaslanaraq yanaşılmasının va-
cibliyini vurğulayır və  tədrisdə modern düşüncəyə söykənən yeniliklərin 
həyata keçirilməsinin zəruriliyindən danışırdı... 
Maarıfçilik hərəkatının Hindistan və Çində də nə kimi hadisələrlə yad-
da qalması maraq doğurur. Elə isə, adını qeyd etdiyimiz olkələrin maarifçi 
mütəfəkkirlərinin baxışları ilə tanış olaq. Hindistana nəzər salanda burada 
Ram Mohan Rayın islahatçılılq görüşləri diqqətləri çəkir. O, ətrafındakıları-


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə