Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 154 -
Şüursuz həyat – belə bir həyat sadəcə “bitkisəl həyat” dediyimiz za-
manlarda, insanın düşünmək şansı olmadığı, düşüncə aparatını itirdiyi və
dərk etmə qabiliyyətinin sıfıra endiyi zamanda baş verir. Bu zaman insan sa-
dəcə formasına görə insandır, mahiyyətinə görə isə cansız varlıqdır. Çünki
insanın ən böyük vəzifəsi düşünmək və dərk etməkdir. Lakin belə bir haşiyə
çıxmaq istərdik. El arasında belə ifadələr var. “Şüursuz-şüursuz danışma”,
“şüursuz addım atdın, gör başına nələr gəldi” və s. Bu ifadələrdə insanın dü-
şünmədən etdiyi hərəkətlər pislənir. Yəni şüursuz insan yararsız insandır.
Şüursuz insan doğru qərar verə bilməz. Buradan belə çıxır ki, insanın düşün-
mədən etdiyi hərəkətlər, əslində onun deyil, hər hansı bir canlının edə bilə-
cəyi hərəkətlərdir. Axı dedik ki, insan düşündüyü zaman insandır. Demək
ki, bayaq da dediyimiz kimi, insan şüursuz həyatda həqiqi mənasında insan
deyil.
Natamam şüurlu həyat – burda məsuliyyət daha çox insanı əhatə edən
mühitin üzərinə düşür. Çünki dərketmə qabiliyyəti hələ tam inkişaf etməmiş
insan, uşaq şüurlu şəkildə qərar verə bilmir və onun qərarları daima ətrafın-
dakılar tərəfindən senzuradan keçirilir. Bu zaman sən şüurundan, düşüncən-
dən daha çox, mühitindən asılısan. Burdan belə bir sual meydana çıxır. Bəs
insan şüurlu olduğu müddətdə, özün dərk etdiyi müddətdə mühitindən asılı
deyilmi? Təbii ki, həmçinin cəmiyyətin məhsulu olan insan, mühitindən də
asılıdır. Lakin şüurlu insanın, özünü dərk etmiş insanın seçmək qabiliyyəti
də vardır. Ona lazım olan mühiti, kobud halda desək qulu olacağı padşahı
özünün seçmək hüququ və imkanı vardır. Çünki özünü dərk etmiş insan, ona
lazım olan mühitdə özünüifadə və özünütəsdiq edə bilər. Hansı cəmiyyətin
insanı olduğuna özü şüurlu şəkildə qərar verə bilər.
Tam şüurlu, dərk edilərək yaşanan həyat – bu həyatda insan bütün qə-
rarlarını düşünərək, dərk edərək özü verir və məsuliyyət sadəcə onun üzəri-
nə düşür. Düşünür, fikirləşir, qərar verir. Çünki düşünən, dərk edən insan,
həyatın gerçəkliyini dərk edib özünü həmin gerçəklikdə ifadə edə bilən in-
san şüurludur. Şüur əslində insanın ilk öncə özünü tanımasıdır, sonra dünya-
nı. Bu tanışlıqdan sonra insan nə olduğunun, nə olacağının və nəyin içində
olduğunun şübhələri ilə düşünməyə başlayır və özünüdərk etdiyi, niyə yara-
dıldığı, missiyasının nə olduğu, dünyada niyə olduğunu anladığı müddətdə
Fəlsəfi Diskurs
- 155 -
bu proses bitir. Lakin bu o demək deyildir ki, bu proses insanın müəyyən bir
zamanını, məsələn bir neçə ilini alır. Xeyir, əsla. Bu prosesə bir riyazi pro-
ses kimi baxmaq bizcə düzgün olmazdı. Çünki sadəcə adını, atasının adını,
yaşadığı ünvanı, ətraf mühitini bilən, gündəlik problemlərini həll edən insan
özünü tanıyan, özünü dərk edən insan deyil. Bu, sadəcə hər bir canlıya veril-
miş instinktdir. Yaşamaq, qidalanmaq və sığınmaq üçün vərdişlərdir. Bu cür
insanların digər canlılardan tək fərqi danışmaq qabiliyyətidir. Lakin insan
ona verilən düşüncə aparatından həqiqətən də onun mahiyyətinə uyğun isti-
fadə etdikdə şüurlu insan sayılır. Və bəzən bu proses insanın ömrünün axırı-
na kimi gedir. Bəzən də insan heç zaman həqiqətən nə olduğunun bilincinə
varmır, daima, ömrünün sonuna qədər bu sual ətrafında düşünür. Burdan be-
lə bir sual meydana çıxır. Bəs özünü dərk etməmiş insan, yaradılışın mahiy-
yətini tapmamış insan tam şəkildə şüurlu həyat yaşamış, şüurlu insan sayıla
bilərmi? Axı biz dedik ki, şüurlu həyat insanın özünü dərk etməsindən sonra
başlayır. Deməli, burdan belə çıxır ki, sadəcə düşünən insan da şüurlu insan
sayılır. “Niyə?” sualı ilə boğuşan insan şüurlu insandır. Düşünürük ki, dərk-
etmənin özünün də müxtəlif növləri var. Nisbi şəkildə özünü dərk etmə - Bu
daha çox yuxarıda göstərdiyimiz misaldakı insan tipidir. Sadəcə canlı oldu-
ğunun fərqindədir. Həqiqi dərketmə – Bu insan tipisə insan olduğunun fər-
qindədir. Və daima bu ətrafda düşünür, özünü dərk etməyə çalışır. Vacib de-
yil o tam şəkildə insanlığı, dünyanı dərk eləsin, varlıq fəlsəfəsini araşdırsın,
varlığın dərinliyinə ensin, hamı filosof deyil, o sadəcə varlığın ətrafında dü-
şünür, özünütanıma, özünüifadə üçün özünə lazım olan qism ətrafında düşü-
nür və ondan özünütəsdiq üçün istifadə edir. Ümumiyyətlə insan qarşısına
çıxmayan problem haqqında düşünmək və dərk etmək qabiliyyətində deyil.
Buna görə də insan istifadə edəcəyi qədər düşünür və dərk edir.
Yuxarıda dediklərimizdən belə bir nəticəyə gəlmək olar ki, şüurlu hə-
yat insanın düşünərək özünü və dünyanı dərketmə prosesidir. Və insan bu
proses müddətində dərk etdikləri ilə gördüklərini vəhdətdə götürərək özünü,
dünyaya və insanlığa öz münasibətini yaradır. Şüursuz insan özünü ifadə
edə bilməz. İnsanın şüursuz həyatı sadəcə instinktlərdən ibarətdir. İnsan şü-
ursuz həyatda mahiyyətini ifadə edə bilməz. İnsan sadəcə düşüncəsi ilə ins-
tinktlərini, hisslərini, hərəkətlərini idarə etdiyi zaman özünü ifadə edə bilər.
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 156 -
Məsələn, ağlamaq hissi hamıya xasdır. Lakin, hər kəsin təsirləndiyi məqam-
lar vardır. İnsan dərk etmədiyi hadisəyə nə ağlaya nə də gülə bilər.
II yer – Elbrus Xasiyev
Sualı cavablandırmaq üçün, əlbəttə, hər şey şüurlu olmağın meyarın-
dan asılıdır. Əvvələn, onu qeyd edək ki, məsələyə yanaşarkən şüur problemi
ilə məşğul olan bir sıra elmlərdə (fəlsəfə, psixologiya, kibernetika və s.), şü-
ur probleminin qoyuluşu, xüsusuilə də fəlsəfədə (idrak nəzəriyyəsi) onun
həlli istiqamətlərində edilən cəhdlər (sonuncu ifadəni ona görə işlədirik ki,
bu konsepsiyaların çoxu ilə tanışlıq onu göstərir ki, onların elmi əsası o qə-
dər də dayanıqlı deyil, hətta, demək olar ki, yox dərəcəsindədir), şüura ve-
rilən təriflər, Z.Freydin insan psixikasında şüuri və bişüurinin nisbəti, fəlsəfi
və elmi ədəbiyyatlarda öz əksini tapan şüurluluq və şüursuzluq, qeyri-şüuri,
bişüuri və təhtəlşüur, şüurlu olmağın meyarları və. s kimi anlayışlara toxun-
maq və onların geniş izahını vermək bizim yazımızın məqsəd dairəsinə da-
xil deyil. Sualı cavablandırarkən insanların gündəlik həyatında müşahidə et-
diyimiz və bəzən özümüzün də “yaşamamışıq” deyə bilməyəciyimiz mə-
qamları əsas götürəcəyik. Məhz, bu mənada məsələnin tam izahını vermək
iddiasından da uzağıq.
Nədir şüurlu həyat yaşamaq və ya şüursuz həyat yaşamaq, yaşadığı ki-
mi düşünən (yaxud buna məcbur olan), yoxsa düşündüyü kimi yaşayan in-
sanlarınmı həyatı? Fikrimizcə, şüurlu həyat – insanın düşündüyü kimi yaşa-
ması və yaxud da ən azından buna cəhd etməsidir, çünki şüurun 1-ci funksi-
yası insanın hərəkət və davranışlarını tənzimləməsidir. Lakin bu gün müasir
cəmiyyətdə (söhbət hər hansısa konkret bir cəmiyyətdən getmir) insanların
həyatlarına nəzər saldıqda biz bunu nə dərəcədə görə bilirik? Fikrimizi ay-
dınlaşdırmaq üçün onu qeyd etməyi lazım bilirik ki, biz insanın şüurlu həya-
tı anlayışı altında insanın şüurla tənzimlənən, düşünərək etdiyi hərəkət və
davranışları, həmçinin insanın düşünərək etdiyi seçimlər və onların şüurlu
reallaşdırılmasını və. s, insanın şüursuz həyatı anlayışı altında isə şüurla tən-
zimlənməyən, şüurdan kənar, bəzən səbəbini anlamadığı, instikntiv, xüsusən
də, mexaniki xarakter almış, həmçinin, insanın düşündüyündən kənar digər
diktələrlə şərtlənən və reallaşdırılması məcburi olan seçimlərini, bir sözlə,
Dostları ilə paylaş: |