Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 178 -
ən çox xeyir gətirməyə çalışan insandır. Maarifçi maarifi kərpic-kərpic inşa
edən insan nəslidir. Hərə öz çapında maarifçi ola bilər, hamının çapında
maarifçi olmaq isə kamillik məziyyətidir. İbn Sina ölüm yatağında olarkən
bir ziyarətçisindən – fiqhdə ziddiyyətli məsələlərdən birinin izahını verdiyi-
ni eşitmişəm, söylə eşidim deyir. Ziyarətçi onu bu vəziyyətdə narahat etmək
istəmir, amma təkid olduğunu görüb soruşur: Ustad səni bu vəziyyətdə nə
vadar edir öyrənməyə? İbn Sina – bir ola, bilərək olüm, bir ola, bilməyərək
deyir. Hər halda bilmək və maariflənmək imtina edə bilmədiyimiz cəhəti-
mizdir. Hələ çoox yazmaq olar. Əsas çox anlatmaqdır.
– Sayalı Əliyeva:
İ.Kantın “Maarifçilik nədir” məqaləsi 1784-cü ildə yazılmışdır. Bəs
sual olunur, Kant bu məqaləni niyə yazmışdır? Çünki Kant və onun kimi di-
gər maarifçilik tərəfdarları artıq zəkanın oyanmasının zamanının çatdığını,
ənənənin, dinin, əqli durğunluğun vurduğu ziyanı anlamış və bunun aradan
qaldırılması yolunda bacardıqları mübarizənin aparılması vacibliyini anla-
mışlar. Kant yazır: “Hər tərəfdən düşünməyin nidalarını eşidirəm”. Demək,
hər kəsin düşünmək, dərk etmək tələbatı var. Sonra Kant yazır: “Maarifçilik
insanın öz günahı ucbatından düşdüyü rəzil vəziyyətdir. Bu rəzilliyin səbəbi
isə insanın öz ağlını başqalarının əlinə vermədən istifadə edə bilməməsidir.
Bunun səbəbi ağılda deyil, ağlın istifadə olunmamasında, ya da ən pisi ağlı
başqalarının sərəncamına verməmiş ondan istifadə etmək qətiyyəti və ürək-
liliyi göstərə bilməyən insandadır.” Bəs insan bu rəzilliyi qəbul edirmi? Əl-
bəttə edir, o zaman edir ki, öz rəzilliyinin mahiyyətini anlamır.
Azərbaycanda maarifçilik ideyalarının yayılması nə zamandan başla-
yır? Heç şübhəsiz ki, Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşri ilə. La-
kin bu yolda başlanan mübarizə yarımçıq qalmaq məcburiyyətində qalır. Sə-
bəb azadlıqdır. Maarifpərvərlərə azadlıq lazımdır. Hətta, vaxtilə maarifçili-
yin xalqa necə zəruri olduğunu anlayan M.F.Axundov Azərbaycan dilində
qəzet nəşr etdirməyə nail olmayanda yazmışdır: “Zəhərdən acı bir həyat
keçirirəm”.
Bütün söylənənlərə əlavə olaraq onu qeyd etmək istərdim ki, əgər biz
bu gün yüksək elm və sənətə nail olmaqdan danışırıqsa, deməli, ilk öncə
Fəlsəfi Diskurs
- 179 -
yüksək maarifçilik bacarığından danışmalıyıq. Çünki hər hansı bir elmin
dərinliyinə yalnız maariflənməklə nail olmaq olar. Əbəs yerə deyil ki, II-III
əsr öncə Avropanın yaydığı və təkidlə mübarizə apardığı maarifçilik ideya-
larının nəticəsidir ki, Avropa filosoflar, şairlər, ziyalılar diyarına çevril-
mişdir və əgər bu proses rəzillik olsaydı qeyd olunan ziyalılar maarifçilik
ideyalarının yayılması uğrunda qeyd olunan mübarizəni aparmazdılar.
Nəticə olaraq bunu söyləmək istərdim ki, məncə, maarifçilik keçmişi
öyrənərək, indikini dərk edərək, bütün bunlardan düzgün nəticə çıxarmağı
bacararaq gələcək maariflənmə ideyalarını artırıb, hər kəslə paylaşmalı
olduğumuzu bizə hər zaman xatırladan düşüncədir.
P.S. Maariflənmə qəflətdən oyanışdır, maariflənmə elmlənmə ilə
dirçəlişdir, maariflənmə rəzillikdən qurtuluşdur.!
– Seyran Quliyev:
“Dünyanın sultanı həmişə elm olmuş, elmdir və elm olaraq qalacaqdır.
Hələ heç kəs bu sultanı elm sarayından qova bilməmişdir. Dünyanın həqiqi
hökmdarı olan elm ancaq vaxt aşırı paytaxtını dəyişmiş, gah Məşriqdən
Məğribə, gah da Məğribdən Məşriqə getmişdir”.
Cəmaləddin Əfqaniyə görə, Maarifçilik – insanları gerçəkilyə yeni ba-
xış bucağından baxmağa dəvət edən, onları mütərəqqi fikirlərlə silahlandı-
ran dünya baxışıdır. O cəmiyyəti elmi biliklərlə zənginləşməyə səsləyir, bu-
nun nəticəsində də sosiumdakı çatışmazlıqların aradan qalxacağına inanır.
Maarifçilik bir ictimai-siyası cərəyan kimi XVIII əsr Fransasın da ortaya
çıxsa da demək olar ki, bu dalğa qısa müddətdə dünyanın bir çox ərazilərin-
də yayila bilmişdir. O hansı ölkəyə qədəm qoymuşsa, mütləq həmin ölkədə
yeni nələrəsə imza ata bilmişdir. Cəmiyyətdə ənənəçilikdən tutmuş idarəçili-
yə kimi bor çox sahələr maarifçi mütəfəkkirlərin tənqid atəşinə tuş gəlmiş-
dir. Bir sözlə, maarifçilik harada peyda olmasından asılı olmayaraq hazırkı
düzənə boyun əymək istəməmiş, reallığa müxalif mövqe sərgiləmişdir. Elə
buna görə də maarifçiliyi xarakterizə edərkən onu ictimai-siyası cərəyan he-
sab etməkdədirlər. Fransa burjua inqilabı söylədiyimə bariz nümunədir. Mə-
lumdur ki, bu inqilabın ideya kökləri maarifçilik hərəkatına dayanır. Sonra
bu hərəkatın bir qədər gec də olsa fərqli çoğrafiyaya, islam şərqinə “gəlişi-
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 180 -
ni” izləyək. Bu ərazilərdə maarifçilik ideyalarının yayılması müstəmləkəçi-
liyə qarşı hərəkatların genişlənməsi, Cəmaləddin Əfqani və Məhəmməd Əb-
duhun simasında isə islam islahatçılığı ideyasının gündəmə gəlməsinə səbəb
olur. Hər nə qədər islam maarifçilyi ruhanilər və hakimiyyət başında oturan
fiqurlar tərəfindən birmənalı qarşılanmasa da, yeni baxışlar islam aydınları
tərəfindən rəğbətlə qarşılanırdı. Bu dönəmlərdə Cəmaləddin Əfqani müsəl-
man şərqinin düşdüyü vəziyyəti təhlil edərkən çox önəmli bir məsələyə to-
xunurdu. Qisaca da olsa belə fikirlərdən bir neçəsinə toxunmaq yerinə dü-
şərdi: “Qəribə burasıdır ki, müsəlman üləmaları elmi iki yerə bölmuşlər:
müsəlman elmləri və Avropa elmləri. Bununla da onlar müsəlman xalqını
faydalı elmləri mənimsəməkdən çəkindirirlər. Onlar başa düşmürlər ki, in-
sanı şərafətli edən elm ayrıca heç bir xalqa mənsub deyil, kim ona yiyələnsə
onundur”. Daha sonra Əfqani bu məsələ ilə bağlı aşağıdakı fikirlərini dilə
gətirirdi: “Təəccüblü burasıdır ki, müsəlmanlar Aristoteli o qədər rəğbətlə
oxuyurlar ki, elə bil o, əsl müsəlmandır. Amma Nyutonu, Qalileyi, Kepleri
kafir hesab edirlər. Elmin atası-anası və sübutu dəlildir. Burada əsas Aristo-
tel, yaxud Qaliley deyildir, haqqı, həqiqəti sübut edən elmi bizim üləmalar
qadağan edirlər, elə bilirlər ki, bununla islamı qoruyub saxlayırlar. Belə
adamlar əslində islamın düşmənləridir”.
Bəli, məncə, hər şey aydındır. Artıq şərhə ehtiyac yoxdur. Əfqaninin
“islam islahatçılığı” ideyasının əsasında da elə maarifçilik ideyası dururdu.
O, müsəlmanları dünyanın qabaqcıl elmi nailiyyətləri ilə yaxından maraq-
lanmağa çağırır, əzbərçi islam “üləmalar”ını topa tutur, onları yalançı təfsir-
lərə yol verməkdə günahlandırır və islamın yaşadığı rəzil vəziyyətdən yega-
nə çıxış yolunu Hz. Məhəmməd dönəmindəki islama qayıtmaqda görürdü.
Onun ardıcılı M.Əbduh da islam islahatçılığı mövqeyindən çıxış edir, islamı
biliklərə çağdaş günümüzün elmi biliklərinə əsaslanaraq yanaşılmasının va-
cibliyini vurğulayır və tədrisdə modern düşüncəyə söykənən yeniliklərin
həyata keçirilməsinin zəruriliyindən danışırdı...
Maarıfçilik hərəkatının Hindistan və Çində də nə kimi hadisələrlə yad-
da qalması maraq doğurur. Elə isə, adını qeyd etdiyimiz olkələrin maarifçi
mütəfəkkirlərinin baxışları ilə tanış olaq. Hindistana nəzər salanda burada
Ram Mohan Rayın islahatçılılq görüşləri diqqətləri çəkir. O, ətrafındakıları-
Dostları ilə paylaş: |