- 203 -
оглы. Он востребован временем и предан своей профессии, щедро де-
лится своими достижениями с молодыми исследователями и ищущими
истину. Он идет навстречу новым открытиям мысли. Готов преодоле-
вать сомнения и разочарования ради зовущей вперед цели и расширять
пространство профессионального интереса, включаясь в неиссякаемый
философский диалог культур, эпох и личностей.
Расставаясь и провожая нас в аэропорт, он снова улыбался, обезо-
руживая своей улыбкой, и желал нам всего самого наилучшего.
Снова шум турбин самолета. Мы взлетаем и мысленно прощаем-
ся с Баку, дружественным Азербайджаном и ее дружелюбными людь-
ми, среди которых наш коллега и друг Салахаддин Халилов, которому
мы говорим: «Успехов и до новых встреч».
Сегодня же в торжественный юбилейный день мы от всей души
желаем дорогому Салахаддину Халилову доброго здоровья, творчес-
кого созидания и плодотворной научно-образовательной деятельности,
обращенной к идеалам Истины, Добра и Красоты.
Академик НАН РК А.Н. Нысанбаев,
Заслуженный деятель РК,
лауреат Премии мира Президента РК,
Д.ф.н. Г.К. Курмангалиева
главный редактор журнала «Аль-Фараби»
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
Yeni nəşrlər
Türkiyədə çıxan “Özne” dərgisinin yeni sayı
Azərbaycan filosofuna həsr olunmuşdur
Bu günlərdə qardaş Türkiyədən Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elm-
ləri doktoru, professor Səlahəddin Xəlilovun ünvanına
bir dərgi göndərilmişdir.
“Özne” (“Subyekt”) adlı bu dərgi ildə iki dəfə
nəşr olunur. Dərginin Türkiyənin, Azərbaycanın və Hol-
landiyanın nüfuzlu universitetlərini və elmi araşdırma
mərkəzlərini təmsil edən iyirmi nəfərdən ibarət redak-
siya heyəti vardır. Bu heyətin bütün üzvləri ən azı elm-
lər doktorlarıdır, müxtəlif akademiyaların üzvləridir.
“Özne” dərgisi özünün “Özəl sayı”nda dünyanın ən böyük filosof alimləri-
nin həyat və yaradıcılığını təhlil edən, beynəlxalq elmi ictimaiyyətin həmin
elm adamına verdiyi qiyməti əks etdirən məqalələr dərc edir. Türkiyənin
məşhur elm adamları dərginin hər nömrəsinin ərsəyə gəlməsində iştirak
edirlər. Bir sözlə, “Özne” dərgisi öz etibarlılığı, elmi sanbalı və elmə, elm
xadiminə obyektiv münasibəti ilə artıq beynəlxalq aləmdə qəbul edilən bir
topludur.
Belə bir mötəbər toplu 2012-ci ilin fevral nömrəsini bütünlüklə Səla-
həddin Xəlilovun həyat və yaradıcılığına həsr etmişdir. Dərginin bu xüsusi
nömrəsində müasir Azərbaycan fəlsəfi düşüncəsinin tanınmış nümayəndəsi
S.Xəlilovun həyat və yaradıcılığından bəhs edən və hər birinin müəllifi nü-
fuzlu insanlar olan 16 məqalə verilmişdir. Bu imzalar içərisində professor
- 204 -
- 205 -
Cavad Heyətin, Abdullah Kılıcın, Orhan Araşın, amerikalı filosof, dərginin
özünün qeyd etdiyi kimi, “çağdaş dönəmin ən ünlü fenomenoloqlarından bi-
ri, Dünya Fenomenoloji İnstitutunun rəhbəri, 100 cildlik “Analecta Huserli-
ana” (“Springer”) kitab seriyasının baş redaktoru, professor Anna-Teresa
Tymienieskanın, Rusiya Fəlsəfə Dərnəyinin rəhbəri, professor Aleksandr
Çumakovun, müasir Türkiyə fəlsəfə dünyasının beynəlxalq aləmdə qəbul
edilmiş alimləri Mustafa Günayın, Senail Özkanın və başqalarının məqalələ-
ri xüsusilə qeyd edilməlidir.
Dərgidə müasir Azərbaycan fəlsəfə elminin dünyada sayılan-seçilən
tədqiqatçısı, akademik Ramiz Mehdiyevin professor S.Xəlilovun tədqiqatla-
rı barədə sanballı məqaləsi dərc edilmişdir. Burada, həmçinin AMEA-nın
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı, Dr. Əbülfəz Süley-
manovun, həmin institutun fəlsəfə və sosial düşüncə tarixi şöbəsinin tədqi-
qatçısı Dr. Samirə Həsənovanın, gənc filosof, fəlsəfə elmləri doktoru Könül
Bünyadzadənin, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin əməkda-
şı, Dr. Aqil Şirinovun, Dr. Bəhram Həsənovun, Dr.Mehriban Qasımovanın
və digərlərinin də Səlahəddin Xəlilovun yaradıcılığı ilə bağlı yazıları yer
almışdır.
Bu toplunun çox böyük jurnal mədəniyyəti xüsusi maraq doğurur. İlk
növbədə ona görə ki, yuxarıda adlarını çəkdiyimiz müəlliflərin əsərlərinin
ümumi strukturu – ümumi mündəricatı “Səlahəddin Xəlilov kimdir?” istiqa-
mətli fundamental bir sualı cavablandıra bilir. Dərginin üz qabığında yer
alan “Səlahəddin Xəlilova ərməğan” başlığı “Mədəniyyətləri birləşdirən fəl-
səfə körpüsü” kimi maraqlı bir sərlövhə ilə tamamlanır.
Dərginin baş redaktoru Mustafa Günayın kiçik həcmli, lakin böyük
məna kəsb edən giriş sözündə deyilir: “Belli bir alandaki çalışmalarıyla ülke
ve dünya kültürünün gelişimine katkılarda bulunmuş kişiler için “armağan”
kitap ve dergilerin yayınlanması güzel bir gelenektir.
Selahattin Halilovun Türk düşünce dünyasında ortaya koyduğu eserler
ve aynı zamanda akademik faaliyetlerle önemli bir yeri ve kimligi mevcut-
tur. Halilovun felsefe alanında ortaya koyduğu birikim ve özellikle Doğu ve
Batı kültürleri arasında felsefi köprüler ve bağlantılar/diyaloglar kurmaya
yönelik eserleriyle hiç hürnesiz böyle bir armağanı hak etmektedir”. Bu ab-
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 206 -
zasın sonuncu sözləri – “hak etmektedir” ifadəsi professor S.Xəlilova sanki
ilahi bir sevgi ilə qələmə alınmışdır. Mustafa Günayın bu sözləri, bir tərəf-
dən məndə öz həmvətənimə qürur hissi yaratdı, digər tərəfdən də qəribə bir
nigarançılığa səbəb oldu: Türkiyə, Hollandiya, Amerika, Rusiya kimi ölkə-
lərin alimlərinin yaxşı tanıdıqları və yaradıcılığına ən yüksək qiymət verdik-
ləri belə bir alimi özümüzünkülərə, Azərbaycan ictimaiyyətinə tanıtmaq tə-
şəbbüsündə olmuşuqmu? Məni ağrıdan bu suala verilən “yox” cavabıdır.
Elm adamları, elmi ictimaiyyət bir yana, bəs dünyanı eninə-boyuna araşdı-
ran, uzaq ellərin alimlərini daha ürəkdən təbliğ edən jurnalistlərimiz – milli
mediamız haradadır? Mən müsəlman dünyasının Nobel mükafatçılarını qiy-
mətli bir əsərində Azərbaycan oxucusuna təqdim edən və bu sırada böyük
alim Xudu Məmmədovun elmi portretini yaradan, onun niyə Nobel mükafa-
tına layiq görülməməsinin acı səbəblərini ortaya qoyan S.Xəlilovun bu kita-
bı barədə bir müddət əvvəl yazdığım kiçik bir məqaləmdə də bu sualı qoy-
muşdum: jurnalistikamız belə bir böyük alimi xalqa niyə yetərincə tanıtmır?
O zamandan bu günə hələ də açıq qalan bu suala “Özne” dərgisi cavab verdi.
Tale mənim qəlbimdə Türkiyəyə elə bir məhəbbət yaradıb ki, oradan
səslənən hər sözü, hər fikri doğma Azərbaycanımdan səslənən fikir kimi
qəbul edirəm. “Özne” dərgisi bu böyük alimin – filosofun yaradıcılığını or-
taya qoydu və həm də Türkiyə türkcəsinin elə aydın üslubunda ortaya qoydu
ki, mənim universitet tələbələrim də onu anlayacaqlar. “Dost, aydın, filo-
sof”, “Bilgi, tefekkür və nezaket eri”, “Professor Selahaddin Halilova göre
Doğu və Batı», “Türk dünyasının bir düşünce madeni olarak Salaheddin Ha-
lilov”, “Yeni aydınlamanın müjdeçisi”, “Manaviyyatın öncelligi”, “Çağdaş
dünya kültür – medeniyet düzleminde”, “Milli ruhtan evrensel ideale”, “Aşk
metafizigi və S.Halilovun aşk felsefesini takdım” və s. və i.
Bu məqalələr özündə nəyi cəmləşdirir? Üç geniş bölmədən ibarət dər-
ginin birinci bölməsi S.Xəlilovun həyatı, əsərləri, fəlsəfə dünyasında yerini,
ikinci bölməsi alimin əsərlərinin təhlilini, üçüncü bölməsi isə dünyanın məş-
hur alimlərinin bu böyük filosofun yaradıcılığı ətrafındakı fikirlərini təqdim
edir. Məqalələrin hər birinin ruhunda Azərbaycan filosofunun dünya fəlsəfi
düşüncəsinə verdiyi əvəzolunmaz yaradıcılıq töhfələrinin geniş və obyektiv
təhlili dayanır.
Dostları ilə paylaş: |