ŞƏMİstan nəZİRLİ



Yüklə 158,68 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix15.03.2018
ölçüsü158,68 Kb.
#32069
  1   2   3   4   5   6


 

 

 



 

 

ŞƏMİSTAN NƏZİRLİ 

 

 

 



 

 

 

 

GENERAL YADİGAROV 

QARDAŞLARI 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

BAKI 

ŞİRVANNƏŞR 

2004 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

 

Beynəlxalq Qızıl Priz laureatı (Madrid, 2004) 

Şirvannəşr, 27 (594), 2004. 

Naşir Qəşəm Isabəyli 

 

 



 

Redaktoru 



Anar İsabəyli 

 

 



Üz qabığının dizaynı 

Rza Səttarovundur 

 

 



Şəmistan Nəzirli 

General Yadigarov qardaşları. Bakı, Şirvannəşr, 2004,  

36 səh. (4 səh. foto-dəftər) 

 

Bu kitab bir nəslin hərbçi və ziyalı oğullarına - general Yadigarovlara həsr olunmuşdur. 



1918-20-ci illərdə Milli Azərbaycan Ordusunun sıralarında şərəflə xidmət edən çoxsaylı 

Yadigarov qardaşları haqqında nə Azərbaycan hərb tarixində, nə də Azərbaycan tarixində bir 

sətir belə yoxdur. Amma Sovetlər vaxtı ermənilər bu nüfuzlu soyadı özününküləşdirərək tarixi 

əsərlərində Yadigaryan, gürcülər isə Yadigaraşvili etmişdilər. 

Yalnız Azərbaycan Sovet Ensiklopediyasında Gəncədəki İmamzadə türbəsi barədə yazıda 

belə bir cümlə var: “1879-cu ildə general-mayor İsrafil bəy Yadigarzadənin təşəbbüsü ilə türbə 

bərpa olunub” .Tədqiqatçı jurnalist, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin baş elmi 

işçisi, polkovnik-leytenant Şəmistan Nəzirlinin yeni kitabında ilk dəfə nüfuzlu 

Yadigaroğullarının ömür və döyüş yolu oxuculara təqdim olunur. 

 

 



 

Ünvan: Bakı - AZ1021, Badamdar şos. 77.  

Tel: 92-92-27, 92-93-72, 34-70-94, (850) 316-23-40. 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 


 

 

MÜƏLLİFDƏN 

 

Azərbaycanın ziyalı nəsillərindən otuzuncu illərin tuthatutunda güllələnməkdən, sürgün 



və həbs olunmaqdan qorxub ehtiyat edərək ad və soyadını (xüsusilə soyadını) dəyişənlər çox 

olub. Elələri də olub ki, Sovet sərhədləri o qədər də ciddi qorunmayanda ailəsi ilə Türkiyəyə

İrana pənah aparıblar. Bu ölkələrdə də günü-güzəranı pis keçəndə Avropa ölkələrinə - Fransaya, 

Almaniyaya və ya Amerika Birləşmiş Ştatlarına köçüblər. Bir sözlə, cəlayi-vətən ömür sürüblər. 

Qocaları dünyasını dəyişəndən sonra yerində qalan gənclər yad millətdən evlənib nəsli 

assimilyasiyaya uğradıblar. Bir sözlə, nəsil-nəcabətlərini itirib avropalaşıblar. Ona görə də 

indiyədək onların əksəriyyətindən bir xəbər çıxmır.  

Aradan uzun illər keçməsinə baxmayaraq mən bu gün də ümid edirəm ki, nə vaxtsa 

nüfuzlu Borçalı nəsli - Yadigaroğullarından hansı birisə gec-tez tapılacaq. Dilini, dinini itirmiş 

də olsa ana vətəni Azərbaycana qayıdacaq. Bəlkə də dədə-babasının vaxtı ilə apardığı sənədlə,  

fotoşəkillərlə   bizi sevindirəcək. Dünyadan köçmüş ulularının sağ ikən onlara danışdığı acılı-

şirinli xatirələri ilə hərb tariximizə yeni səhifələr yazacaq və bizi sevindirəcəklər.  

Əziz oxucu, mən bu ümidlə yaşayıram, bu arzu ilə də Yadigaroğulları haqqında 

axtarışlarımı hələ də davam etdirirəm.  

Sizə təqdim etdiyim yeni kitabçada isə illərlə Sankt-Peterburq, Tiflis, Moskva, Bakı və 

Borçalıda apardığım araşdırmaları qələmə almışam. 

 

  

 



GENERAL YADİGAROV QARDAŞLARI 

 

XIX əsrin səksən-doxsanıncı illərində Tiflisdə 



yaşayanda biz tez-tez bir mənzildən başqasına köçürdük. 

Bu mənzillərin hamısынdan çox xosuma gələni sonuncu 

dəfə  köçdüyümüz   Voronsov  küçəsində olan Allahverdi 

bəy Yadigarovun mülkü idi. Bu Mirzəyevin fabrikinə bitişik 

üçmərtəbəli mülk idi. 

 

Abdulla Şaiq  



“Xatirələrim” əsərindən 

 

General Yadigarov qardaşları Borçalının Təkəli kəndindən olublar. Borçalıda olanda 



ağsaqqalların əksəriyyəti fəxrlə dedilər ki, kəndin binasını da Yadigaroğulları qoyublar. Ona 

görə də kəndin adına çox vaxt “Ağalıq” da deyirlər. 

Təkəli bizim qonşu kənddi. Kəndlərimizi bir-birindən ayıran ulu Babakər dağıdır. Hələ 

uşaqkən bu əsilzadə nəslin general və müikədar oğulları haqqında qohumlarımdan, xüsusilə 

əmim Nəziroğlu Məmişdən çox eşitmişdim. O, Alı, Nəzir və Süleyman babamın Yadigaroğlu 

general Həsən bəylə, mülkədar Sadıq bəylə dostluqlarından çoxlu epizodlar danışardı. Zeynəb 

xanım Nəzir qızının (1857-1958) xatirələrindən: - Yadigaroğulları öz torpaqlarından bizim kəndə 

payı məhz atam Nəzir Abdulla oğlunun (1820-1904) xətrinə vermişdilər. Atam Mustafa bəy və 

onun general oğlu İsrafil bəy Yadigarovla çox yaxın dost idi. Sonralar bu dostluğu Nəzirin 

qardaşı oğlu Süleyman katda Alı oğlu (1849-1918) davam etdirirdi. Debet çayından Qızıl qayaya 

kimi olan torpaqları 1900-cü ildə Süleyman katda Sadıq bəydən satın almışdı. 1916-cı ildə Sadıq 

bəy Muşulun meşəsini də Süleyman katdaya qızıl pula satdı. 

Kəndimiz Körpülünün Çinar dərəsi deyilən səfalı bir yerində mülkədar Sadıq bəy 

Yadigarov özünə yaylaq mülkü tikdirirmiş. 1920-ci ildə Şura hökuməti gələndə Sadıq bəy xaricə 




Yüklə 158,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə