ŞƏMİstan nəZİRLİ



Yüklə 158,68 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix15.03.2018
ölçüsü158,68 Kb.
#32069
1   2   3   4   5   6

orkestr Şopenin dəfn marşını çalmışdır. Cənazə üzərində müsəlman ayinini Varşava və Belostok 

yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra etmişdir. 

Bəs poikovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır... 

Bu qərib Polşa ordusu heyətində vuruşmuş, K.Soskovski adına Yeddinci Ulan alayının 

zabiti olmuşdur. O, 1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə Azərbaycanı tərk etmək 

məcburiyyətində qalmış, 1921-ci ilin mart ayında Polşada sıgınacaq tapmış, müqavilə ilə polyak 

ordusu sıralarına daxil olmuşdur. 

Qruzdendə Süvari Məktəbini və Varşava Ali Hərbi Məktəbini birdikdən sonra yeddinci 

süvari polkunun komandir müavini 

.təyin edilmişdir. Polyak qızıyla evlənmiş, polyak dilini öyrənmişdir. Keçmiş alaydaşları onu son 

dərəcə yüksək mədəniyyətə, həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi 

xatırlayırlar. 

Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu  il sentyabrın 11-də 

təşkil olunmuş müdafiə kampaniyasında iştirak etmiş, Mazovetsk süvari briqadasının qərargah 

rəisi olmuşdur. Polşanın işğalından sonra Armiya Krayovanın (AK\ tərkibinə daxil olan “Olen" 

polkunun komandiri kimi Varşava üsyanında iştirak etmişdir. 

Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət etmiş, on doqquz il əvvəl - 

1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat etmişdir. 

Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilmişdir. Dəfn mərasimində mərhumun qızı - 

Züleyxa xanım Yadigar-Kalinovskaya da olmuşdur. O, hazırda milliyyətcə polyak olan əri ilə 

İspaniyada yaşayır”. 

Qarabağ, Zəngəzur döyüşlərindən general-mayor Davud bəyə və kornet Vəli bəy 

Yadigarova məxsus raport və sənədlər saxlanılır. 1920-ci ilin mart ayında erməni-daşnak 

birləşmələri Əsgərana hücum edəndə kornet Vəli bəy Üçüncü Şəki süvari alayında döyüşürdü. 

Alay komandiri podpolkovnik Tongiyev Qarabağ ərazi qoşunlarının komandanı general-mayor 

Həbib bəy Səlimova göndərdiyi 26 mart tarixli məlumatda yazırdı: 

“Bu gün - martın iyirmi altısında artilleriya və tüfəng hazırlığından sonra Çaylı və Bürc 

kəndləri tutulmuşdur. Ermənilər Çaylıdan qərbə - dağların şərq ətəklərinə çəkilmişlər. 

Ermənilərdən bir neçə döyüşçü öldürülmüşdür. Bizim tərəfimizdən isə bir neçə partizan 

yaralanmışdır. Məlumat verirəm ki, sonrakı uğurlarımız və ermənilər üzərində qəti və son 

qələbəmiz mənim dəstəmin nizami hissələr ilə möhkəmləndirilməsindən asılı olacaqdır. Ona 

görə ki, cəbhə xətti getdikcə böyüyür, mənim alayımda döyüşçülər azdır və üç günlük ağır 

döyüşlərdən sonra yorulub əldən düşmüş partizanlar evlərinə gedirlər. 

Düşmənin çoxsaylı süvari dəstəsini başılovlu qaçmağa məcbur etmiş birinci yüzlüyün 

korneti Vəli bəy Yadigarovun çevik süvarilərinin hücumunu xüsusi qeyd etmək istəyirəm. 

Artilleriya vzvodunun komandiri praporşik Seyidzadənin dəqiq atəşi ilə düşmən mövqeyi 

susdurulmuşdur. 

Podpolkovnik Tongiyev. (“Azərbaycan Dövlət Arxivi, f. 2894, siy. 2, iş 5, vərəq 6). 

Vəli bəy Sadiq bəy oğlu 1897-ci ildə anadan olmuşdur. Borçalının Təkəli kəndindəki 

nüfuzlu Yadigarovlar nəslindəndir. Bu nəsildən 1918-20-ci illərdə Milli Orduda səkkiz zabit 

şərəflə xidmət etmişdir: poruçik Nadir bəy, kornet Rəhim bəy, praporşik Adil bəy, poruçik 

Abuzər bəy, İkinci Qarabağ süvari alayında ücüncü bölüyün komandiri, ştab-rotmistr   Məmməd 

bəy, ikinci Qarabağ süvari alayında ikinci bölüyün rotmistri Daniyal bəy   rəis müavini   general-

mayor  Davud  bəy  Yadigarovlar. Zadəgan nəslinə məxsus olan Vəli bəy ilk hərbi təhsilini 

1909-1915-ci iliərdə Tiflis hərbi gimnaziyasında almışdır. 1915-ci ildən kornet Vəli bəy 

Əlahiddə Qafqaz ordusunun korpusunda xidmət etmişdir. 

Uzun illər Polşada mühacirətdə yaşayan rotmistr Vəli bəy Yadigarov 1933-cü ildə polyak 

dilində “Mustafa Axmatoviç adına Tatar-Ulan alayının hərbi tarixi oçerki” adlı kitabını 

Varşavada nəşr etdirmişdir. Kitabda 1920-ci ildən sonra Polşa, Krım, Litva və mühacirətdə olan 

Rusiya müsəlmanlarının Tatar-Ulan alayındakı fəaliyyəti geniş işıqlandırılır. Əsərin təkrar nəşri 

1990-cı ildə olmuşdur. Onu da xatırladaq ki, podpolkovnik Vəli bəy Yadigarovun 1920-ci ildə 

boişevik çevrilişindən sonra məhz Polşaya mühacirətə getməsi təsadüfi deyildi. Atası Sadıq bəy 



Yadigarov XIX əsrin ortalarında Polşada yaşayan tatar qızı, şahzadə Olqa Russiya-Korçibaşeva 

ilə evlənmişdir. 

Birinci Dünya müharibəsi illərində 17-ci Nijedraqun süvari alayında xidmət edən poruçik 

İsrafil bəy Yadigarov döyüşlərdə göstərdiyi igidliyə görə dördüncü dərəcəli “Müqəddəs 

Vladimir” (qılınc və bantla birgə), üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), 

dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində “İgidiiyə görə” yazısı ilə) və üçüncü dərəcəli 

“Müqəddəs Stanislav” (qılınc və bantla birgə) ordenlərilə təltif olunmuşdur. 1916-cı il aprelin 

29-da isə Əlahəzrət imperatorun əmrılə İsrafil bəy Yadigarova rotmistr rütbəsi verilmişdir. 

On yeddinci Nijedraqun alayında kornet rütbəsində xidmət edən Kərim bəy Yadigarov isə 

ön cəbhədə uğurlu döyüşlərə görə üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), 

ikincı dərəcəli “Müqəddəs Stanislav” (qılıncla birgə) və dörvüncü dərəcəli “Müqəddəs Anna” 

(üzərində “İgidliyə görə” yazısı ilə) ordenlərilə təltif olunmuşdur. 

Arxiv sənədlərindən o da məlum olur ki, süvari alayında xidmət edən Məmməd bəy 

Yadigarov üstü “İgidliyə görə” yazılı “Müqəddəs Anna” ordenlərinin dördüncü dərəcəsilə təltif 

olunmuşdur. 

Bunlar Yadigarov qardaşlarının 1914-16-cı illərdə təltif olunduğu ordenlərdir. Təəssüf ki, 

onların da 1920-ci il aprel çevrilişindən sonrakı taleyi məlum deyil. 

 

* * * 



 

Borçalı   çökəyindən   qayıda   bilmirdim.   Bu   yerlər   mənə uşaqlıqdan doğmadır. 

Üzümü Ləlvar və Babakər dağlarına tutub baxanda hiss eləyirdim ki, kəndimin, torpağımın ətri 

gəlir. Buludların altı ilə kəndimizə tərəf uçan quşları görəndə gözüm yaşardı. Ürəyim şiddətli 

ağrı ilə döyündü. 1988-ci ildə Körpülünün yurd dəyişməsi könlümə, gözümə qubar olmuşdu. 

Dərdimin üstünə bir ağır dərd də gəldi - Təkəlidə. Burda Yadigarovlar nəslindən bir nəfərin belə 

qalmamağı... Təsəlli tapmaq, dərdləşmək üçün Debet çayının sahilinə endim. Bizim Çubuxlu 

yaylağından axıb gələn çayın dumduru suları daşları yalayıb sakitcə axırdı. Uşaqlıq xatirələrim, 

qarmaqarışıq fikirlər ildırım sürətilə varlığımda qaynaşırdı. Düşmən əlində olan kəndim, 

yurdum, onun buz bulaqları, göy meşələri - nə varsa hamısı gözüm önündə saf dağ çayında 

canlanırdı. Axar-baxarlı kəndim bəzəkli gəlin kimi yaddaşımda əbədi yaşayacaq... 

 

Elsiz mənim nə günüm, 



Çıxmaz səsim, nə ünüm. 

Ana yurdunu sevən 

Oğlun başına dönüm. 

 

 



NƏRMİN XANIMLA MÜSAHİBƏ 

 

Cənab sərkar, xalq məsləhətçisi Ağa bəy Yadigarov ərəb, 

fars və türk əlifbasının dəyişilməsi haqqında fikirlərini yazıb, 

onları oxumağı məndən xahiş etmişdir ki, onların haqq və ya 

yanlış olmasına dair fikrimi yazılı surətdə ona təqdim edəm. 

Ağa bəy Yadigarovun yazısının məzmunu bundan ibarətdir ki, 

Islam xalqlarının Avropa xalqlarından geri qalmasının səbəbi 

əlifbadakı nöqsanlardır. Çünki bizim uşaqlarımız bir neçə il 

vaxtlarını ancaq yazını oxumağa sərf edib, elm öyrənə bilmirlər. 

O yazır ki, Abbasilərin xilafəti və ərəblərin səltənəti də 

elmləri öyrənməyin mümkiin olmaması və oxumaq işinin 

çətinliyi nəticəsində aradan getmişdir. 

 

Mirzə Fətəli Axundovun 


Şahzadə Fərhad Mirzə Qacara məktubundan 

 

General babasının sənədiəri ilə tanış olmaq üçün Rəna xanımla yenidən görüşdüm. O 



dedi ki, Yadigarovun şəklini Azərbaycan Dövlət Tarix Muzeyinin elmi işçisi Nərmin xanım 

Tahirzadəyə göstərim, bəlkə o tanıdı. Məncə o, mərhum Sara xanım Talışinskaya-Xürrəmoviçlə 

görüşmüşdü. Sara xanım general Mirkazım xanın qızı idi. O, inqilabdan əvvəl Kiyev 

Universitetinin hüquq fakültəsini bitirmişdi... 

Belə axtarışlarda həmişə köməyimə çatan xeyirxah Nərmin xanım məni neçə aylıq 

intizardan qurtardı. Şəklə baxan kimi: 

Bu, Ağa bəy Yadigarovdur, - dedi, - Rusiyada təhsil almış ilk azərbaycanlı ziyalılardan 

biridir. M.F.Axundovun əlifba islahatı haqqında olan məktublarının birində Ağa bəy 

Yadigarovun adının çəkilməsinə baxmayaraq, onun həyat və fəaliyyəti 1966-cı ilə qədər 

öyrənilməmişdi. Mən elmi işimlə əlaqədar Gürcüstan, Moskva və  Leninqrad arxivlərində 

işləyəndə Ağa bəyin fəaliyyəti  haqqında material toplaya bildim. Həmin ili Akademiyanın  

“Elmi əcərlər”ində “Peterburq universitetinin ilk azərbaycanlı məzunu” adlı elmi məqalə ilə çıxış 

etdim. 

- Nərmin xanım, XIX əsrin əvvəllərində bizim Rusiya ilə əlaqələrimiz o qədər də yaxşı 



deyildi. Mən şəxsən bunun ilkin səbəbini mənzilin uzaqlığında, bir də din ayrılığında görürəm. 

Bizə çox az ziyalımızın o vaxtlar Rusiyada yaşayıb-yaratması məlumdur. Mirzə Kazım bəy, 

Mirzə Cəfər Topçubaşov, İbrahim Rəhimov, Mahmud İsmayılov və başqaları. Bəs necə olub ki 

Ağa bəy Yadigarov o illərdə Peterburqa gedib çıxıb? Yəqin ki, bunun bir səbəbkarı, vasitəçisi 

olub? 

- Ağa bəy Yadigarovun Peterburqa getməsinin səbəbkarı məşhur şərqşünas Mirzə Cəfər 



Topçubaşovdur. Bu görkəmli alim Ağa bəyin doğma dayısıdır. Arxiv sənədləri göstərir ki, 1844-

cü ilin yazında Peterburq universitetinin Şərq şöbəsinə Cənubi Qafqaz gənclərinin 

nümayəndələrini göndərmək üçün heç bir perspektiv olmayanda universitetin fars dilçiliyi 

kafedrasının professoru Mirzə Cəfər Topçubaşov həmin şöbəyə öz bacısı oğlu Ağa bəy 

Yadigarovun dövlət xərci ilə qəbul edilməsi barədə xahişlə müraciət edib. Ağa bəy Yadigarov 

həmin ilin yayında Üçüncü dərəcəli Peterburq gimnaziyasını bitirmişdi. 

Yadigarov haqqında bioqrafik məlumat son dərəcə az və natamamdır. Əldə olan 

sənədlərə əsasən, Ağa bəy Yadigarov 1823-cü ildə Gürcüstanda doğulub. Peterburq 

gimnaziyasına 1837-ci ildə daxil olub. 1844-cü il iyun ayınadək ümumi əsaslarla gimnaziya 

nəzdindəki pansionda tərbiyə alıb. Uzun yazışmalardan sonra imperatorun razılığı ilə professor 

M.C.Topçubaşovun xahişi nəzərə alınıb, Ağa bəy Yadigarovun dövlət xərci ilə oxuması üçün 

Peterburq universitetinin rektoruna sərəncam verilib. 

Ağa bəy Yadigarov Peterburq gimnaziyasını bitirdiyinə görə qəbul imtahanları vermədən 

universitetin Şərq şöbəsinə daxil oiub. 1844-cü il iyulun 22-dən Ağa bəy universitetin nəzdindəki 

pansiona götürülüb. 

1848-ci ildə Yadigarov imtahanları əla qiymətlərlə verib universiteti bitirir. Alimlik 

dərəcəsini yerinə yetirdiyinə görə Şərq dilçiliyi üzrə namizəd adı alır. Universiteti bitirdikdən 

sonra Ağa bəy Yadigarov hələ bir müddət Peterburqda, çarın müsəlman komandasının konvoy 

komandiri, rotmistr qardaşı İsrafil bəy Yadiqarovun yanında qalır. 

- Bəs Qafqazdakı fəaliyyətinə nə vaxtdan başlayıb, bu barədə məlumat əldə edə 

bilmisinizmi? 

- 1848-ci ilin may ayında Ağa bəy Yadigarov Qafqaz canişininin sərəncamına göndərilir. 

Onu canişinlikdə dəftərxana şöbəsinin müdir müavini təyin edirlər. O, burada 35 ildən çox 

xidmət etmişdir. Hərtərəfli təhsil almış Ağa bəy Yadigarov öz bilik və bacarığından istifadə üçün 

imkan tapa bilməmişdir. Şərq və rus mədəniyyətinə yaxından bələd olan Ağa bəy öz milli 

mədəniyyətini də dərindən bilir, ona hədsiz hörmət bəsləyirdi. Xalqının bu sahədə ehtiyaclarını 

da yaxşı başa düşürdü. O, əlifba islahatı uğrunda böyük mütəfəkkir Mirzə Fətəli Axundovla 

birgə çalışmışdır. M.F.Axundovun şəhadətinə görə Ağa bəy Yadigarov ərəb əlifbasının yeni, 

daha mükəmməl əlifba ilə əvəz edilməsi haqqında fikirlərini ifadə edən bir kitabça da yazmışdır. 



- Nərmin xanım, otuz beş ildən çox Qafqaz canişinliyində saray müşaviri kimi fəaliyyət 

göstərən Yadigarovun xidməti dövlət tərəfindən layiqincə qiymətləndirilibmi? 

- İnamla demək olar ki, yox! Sənədlər göstərir ki, Ağa bəy Yadigarov çox sadə bir insan 

olub, vəzifəyə və təltifata can atmayıb. O, əvvəllər dəftərxanada, sonra isə canişinliyin baş 

idarəsində qulluq etmişdir. Onun xidməti müsəlmanlar üçün təsis edilmiş dördüncü dərəcəli 

“Müqəddəs Vladimir” ordeni ilə qiymətləndirilib. 

1853-56-cı illərdə Krım müharibəsindən xatirə olaraq verilmiş Andreyev lenti üzərindəki 

bürünc medal, onun 35 ildən çox xidməti müqabilində yeganə təltifatı olub. 

Uzun axtarışlardan sonra mən Ağa bəy Yadigarovun nəvələrini və onun böyük bacısı 

Məsumə xanımın uşaqlarını tapa bildim. Onlardan böyüyü - Sara xanım Talışinskaya-

Xürrəmoviç dedi ki, babam XIX əsrin 90-cı illərində Tiflisdə vəba epidemiyasından vəfat 

etmişdir. Həqiqətən də 1892-ci ildə Qafqazda güçlü vəba epidemiyası yayılmışdı. Ölüm tarixini 

belə dəqiqləşdirdik. Yadigarovun ömrünün son illəri haqqında isə demək olar kı, heç nə məlum 

deyil. 


Yadigarovlar nəsli əsil-nəcabəti olan üç ziyalı ailə ilə yaxın qohum olub: Talışxanovlar, 

Vəkilovlar və Vəzirovlar. General-mayor Mirkazımxan Talışxanovun nəvəsi Rəna xanım 

Axundzadədə babasının 1905-ci il martın 1-də tərtib olunmuş “Xidmət kitabçası” saxlanılır. 

Onun “Ailə vəziyyəti” bölməsində oxuyuruq: 

“Tifiisli saray müşaviri Ağa bəy Yadigarovun qızı Məsumə xanımla Mirkazım xan 1888-

ci ildə ailə qurmuşdur. Dörd uşaq atasıdır. Oğlu Mirəli xan 1895-ci il sentyabrın 9-da, Sarabəyim 

1890-cı il fevralın 7-də, Liyabəyim

3

 1891-ci il fevralın 8-də, Züleyxa xanım 1892-ci il avqustun 



3-də anadan olmuşdur”. 

Məsumə xanım Yadigarova (vəfatı - 1923-cü il) Zaqafqaziya Qadın Xeyriyyə 

Cəmiyyətinin üzvü olub. Onların ortancıl qızı Liyabəyim topoqraf-general İbrahim ağa 

Vəkilovun böyük oğlu Fariz bəyin həyat yoldaşı idi. 



Sözardı: General Yadigarov qardaşları haqqında ilk dəfə 1985-ci ildə yazmışdım. Həmin 

yazı “Sovet Gürcüstanı” (4 noyabr 1989-cu il) və “Bərəkət” qəzetində (8 may 1991-ci il), 1991-

ci ildə “Azərbaycan generalları” kitabımda və “Borçalı” jurnalında (1993-cü il, № 1) nəşr 

olunub. 


Müstəqillik qazanıldıqdan sonra açılan arxivlər və 1999-cu ildə Gürcüstan Mərkəzi 

Dövlət Arxivindən topladığım faktlara görə bu mövzuya yenidən qayıtmalı oldum. Zənnimcə, bu 

yazını da belə bir nüfuzlu nəsil haqqmda tam hesab etmək olmaz. Ona görə ki, çoxsaylı 

Yadigaroğullarının əksəriyyətinin son taleyi hələ də məlum deyil. 

1912-ci ildə Tiflisdə nəşr olunmuş “Kavkazskiy calendar” kitabından sətirlər: 

- Nadir bəy Yadigarov - Qafqaz Canişinliyində hərbi müşavir. Poruçik rütbəsində. 

-Abuzər bəyYadigarov - Poruçık rütbəsində Qafqaz Canişınlıyində xidmət edir. 

- Əli bəy Yadigarov - Aşağı Acariyanın Batumi şəhərındə milis rəisi. 

- Davud bəy Yadıgarov - Tıflisdə yerləşən  17-cı Nijeqorod  draqun polkunun ştab-

rotmistri. 

- İsrafil bəy Həsən oğlu Yadigarov - 17-ci Nijeqorqd draqun alayının kapitanı. 

 

 



 

 

Dekabr 2002 

                                                 

3 Liyabəyim ikinci Tiflis qadın gimnaziyasını qızıl medalla bitirib, Tiflis müsəlman məktəbində müəllim işləyib. 

1920-ci ildən sonra həyat yoldaşı Fariz bəylə Fransada mühacirətdə olub. Vətənə qayıtdıqdan sonra 

C.Məmmədquluzadə, Əbülhəsən, Mehdi Hüseyn, Mir Cəlal, Süleyman Rüstəm, Ənvər Məmmədxanlı, Süleyman 

Rəhimov və b. yazıçıların əsərlərini rus dilinə tərcümə edib. 1943-cü ildən SSRI Yazıçılar İttifaqının üzvü idi. Ədəbi 

ictimaiyyətdə və pedaqoji sahədə görkəmli mütəxəssis kimi tanınan Liyabəyim Vəkilova 19 fevral 1965-ci ildə 

Bakıda vəfat edib. - Ş. N. 

 



 

 

SON SÖZ 

 

İyirmi-otuzuncu illərdə daşnak-bolşevik fitvası ilə həlak olan sərkərdə babalarımızın ruhu 



bizimlədir. Onların ömür yolu və tarixi sənədlərlə tanış olanda ürəyimizdən min bir ağrı-əzab 

keçir. Bu ruhlar nə az, nə çox - yetmiş ildən çox susdurulub, “tamamilə məxfidir”qrifiylə 

saxlanılıb. Bu gün müstəqillik qazanan bizlərin borcu iztirablı taleləri tədqiq edib gələcək nəslə 

çatdırmaqdır. 

Unudulmaz şairimiz Səməd Vurğun haqlı olaraq yazırdı ki, xalqın mədəni və elmi 

yüksəlişi ilə dərindən məşğul olmaq o xalqın gələcəyini, onun tarixini və taleyini öyrənmək 

deməkdir. 

1918-20-ci illərin yanmayan əlyazmaları arasında tam artilleriya generalları Əliağa 

Şıxlinskinin, Səməd bəy Mehmandarovun, general-leytenant Məmməd bəy Sulkeviçin, general-

mayor Həbib bəy Səlimovun, İbrahim ağa Vəkilovun, Süleyman bəy Əfəndiyevin, Murad Gəray 

bəy Tlexasın, Əbdülhəmid bəy Qaytabaşının, şahzadə-general Əmir Kazım Qacarın, İbrahim ağa 

Usubovun, Cavad bəy Şıxlinskinin, Teymur bəy Novruzovun, şahzadə Əmənulla xan Qacarın, 

Məmmədsadıq bəy Ağabəyzadənin, Firidun bəy Vəzirovun, şahzadə Feyzulla Mirzə Qacarın, 

şahzadə Məhəmməd Mirzə Qacarın, Səməd bəy Rəfibəyovun, Davud bəy Yadigarovun, 

Mirkazım xan Talışxanovun, Əlyar bəy Haşımbəyovun misilsiz xidmətləri nə yaxşı ki, qorunub 

saxlanılıb.  



Əziz Azərbaycan əsgəri ! 

Bu generalların hər birinin taleyi ayrıca elmi əsərə, cild-cild kitaba layiqdir. “Əsgərin cib 

kitabçası” seriyasından general Yadigarov qardaşları haqqında bu kitabı sənin üçün yazmışam. 

Oxu, babaların döyüş və qeyrət yolunu öyrən! Tarixi keçmişimizi yaddaşına yaz! Uzaq və yaxın 

tariximiz şahidlik verir ki, yenilməz, qüdrətli qoşunu olmayan millət azadlıqdan məhrum olar, 

torpağı özgələrin ayaqları altında tapdanar. 



P. S. Kitabın işıq üzü görməsində əvəzsiz köməyinə görə “Şirvannəşr”in   kollektivinə  

və  neftçi-alim   dostum  Mübarız Məmmədova dərin minnətdarlığımı bildirirəm. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

KİTABIN İÇİNDƏKİLƏR 

 

Müəllifdən ………………………………………………………3 



General Yadigarov qardaşları ………………………………4 

General-mayor Əsədulla bəy Yadigarov 

………………………11 

Doğma yerlərin ətri ………………………………………………14 

Yadigarovlar Cümhuriyyət dövründə ……………………….20 

Polkovnik Vəli bəy Sadıq bəy oğlu Yadigarov 

………………. 21 

Nərmin xanımla müsahibə ……………………………………….25 

Sonsöz    ……………………………………………………………..30 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəmistan Əmiraslan oğlu Nəzirli 

General Yadigarov qardaşları 

 

BAKI - ŞİRVANNƏŞR - 2004 



 

Kompüter icraçısı Həyat Mahmudova  

Kompüter yığıcısı Nərmin İsabəyli 

 

İstehsalat şöbəsinin müdiri  



Həmiyyə Heydərova 

Sex müdiri Telnaz Cəbrayılova 



 

Çapa imzalanıb 27.03.2004. 

Formatı 60x84 1/16

Fiziki çap vərəqi 2,25

Sayı 300. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 158,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə