ŞƏMİstan nəZİRLİ



Yüklə 158,68 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix15.03.2018
ölçüsü158,68 Kb.
#32069
1   2   3   4   5   6

böyük oğlu Ağacan Baydar sultanı olub, öz elini oraya köçürüb Çələbili obasını qurmuşdur. 

1797-ci ildə şah İraklinin Sadıq bəyə, onun oğulları Ağacana, Mustafaya, Allahverdiyə, İsmayıla 

və onların varislərinə verdiyi imtiyaznamə: 

“... Ağa Məhəmməd xan Tiflisi odlara qalayıb viranə qoyanda sən bizimləydin və nə 

qədər bacardın bizə kömək elədin, oğulların Ağacan, Allahverdi bizi Araqviyəcən bələdlədilər və 

bizə sədaqətlə xidmət göstərdilər. Tiflis dağıdılan vaxt sən çox şey itirdin, xatırlanan 

imtiyaznamələri də o vaxt itirdin. Cani-dillə, sədaqətlə xidmətini nəzərə alıb, həmin 

imtiyaznamələrin qüvvəsini bərpa edirik və Sınıq körpü əhalisini rəiyyət kimi sənə bağışlayırıq”. 

1978-ci ilin oktyabrında Tifiisdə ezamiyyətdə olanda akademik Paata Vissarionoviç 

Ququşvili ilə görüşdüm. Gürcüstanda  onu bizim böyük şairimiz Səməd Vurğunun yaxın dostu 

kimi tanıyırlar. Söhbətimiz istər-istəməz iki qardaş xalqın qədim dostluğundan, yadellilərə qarşı 

birgə mübarizəsindən düşdü. Paata Vissarionoviç dedi ki, 1795-ci ildə Qacar Tiflisə hücum 

edəndə Gürcüstanda yaşayan azərbaycanlılar da şah ordusuna qarşı şücaətlə vuruşublar. 

Onlardan biri də Sadıq bəy Yadigaroğlu idi. Biri də Xudu bəy Borçalinski. Xudu bəy Borçalinski 

II İraklinin ən yaxın dostu olub. Ən çətin anlarda beiə çar Xudu bəyə inanıb. Hətta bir gürcü 

sərkərdəsini qoşun başçılığından azad edib, əvəzində Xudu bəyi onun yerinə təyin edir. Bizim 

gürcü tədqiqatçıları indi də bu əhvalatı qeyri-adi bir fakt kimi danışırlar. Xudu bəy də 

Yadigarovlardandır. 

Mən 1929-cu ildə “Gürcü kitabı” (1629-1929-cu illəri əhatə edir) adlı əsərimi yazanda bu 

fakta arxivdə rast gəldim. 

Xalqımıza təmənnasız bir sevgi bəsləyən ağsaqqal akademik Paata Vissarionoviç 

sevinclə: - Hə, yadıma bir fakt da düşdü, -deyib söhbətinə davam etdi - Ağa Məhəmməd şah 

Qacar Tiflisə yeriməmiş II İrakliyə 1795-ci il sentyabrın 12-də məktub-ultimatum göndərir. 

Qacar məktubunda tələb edir ki, II İrakli 1783-cü ildə ruslarla bağladığı müqaviləsini pozsun. 

Şah yazır: “Yəqin Əlahəzrət özü də yaxşı bilir ki, son yüz il ərzində siz İranın itaətində 

olmusunuz. İndi isə təəccüblə demək istəyirik ki, Siz ruslarla yaxınlaşıb onlara qoşulmusunuz. O 

ruslara ki, Iranda ancaq alver etmək məqsədilə gəzib dolanırlar və elə bütün iş-peşələri də yalnız 

alverlə, ticarətlə məşğul olmaqdır. 

Sən yaşı doxsanı haqlamış adamsan, amma bağışlanmaz səhvlərə yol verirsən. Kafirləri 

torpağına buraxmısan, onlarla birləşmisən və onlara istədikləri kimi şərait yaradırsan. 

Sizın və bizim dinlərimiz müxtəlif olsa da, ancaq Siz həmişə İranla yaxın əlaqədə 

olmusunuz. İranda sənə məlum olduğu kimi, xeyli tatar, gürcü, erməni və digər dinlərə mənsub 

olanlar yaşayır. Ona görə də Siz utanıb xəcalət çəkməmisiniz ki, bu cür işlərə və əməllərə yol 

verirsiniz. Bu əməllərdən birdəfəlik əl çəkməlisiniz. Ötən il sən məni bir yığın gürcünü məhv 

etməyə məcbur etdin. Lakin biz öz təbəəliyimizdə olanları öz əlimizlə öldürməyin tərəfdarı 

deyilik.  

İndi Allahın köməyilə biz böyük uğurlar əldə etmişik nəhəng və güclü dövlətik. Sən bizə 

öz sadiqliyini sübut etməlisən, böyük ixtiyar sahibi olduğumuz üçün əgər ağıllı adamsınızsa, 

hazırkı   niyyət   və   əməllərinizdən   əl   çəkməlisiniz,   ruslarla əlaqələrinizi tamamilə 

kəsməlisiniz. Bu, yəqin ki, sənin ölkənin əhalisinin ürəyincə olar. Əgər bu göstərişə əməl 

etməsən, onda çox qısa bir müddətdə Gürcüstan üzərinə yürüş edəcək, ruslarla bərabər gürcüləri 

qılıncdan keçirərək, qanınızdan Kür çayına bənzər bir qan çayı axıdacağıq. 

Bütün bunları sənə çatdırmaq və xəbərdarlıq etmək məqsədilə bu fərmanı göndəririk. Bu 

fərmanı yazmışıq ki, bizim dediklərimizi, buyurduğumuzu qulaqardına vurmayasan və özünün 

vəziyyətini dərk edəsən”. 

II İrakli hiss edir ki, onun ölkəsinə çox güclü və dəhşətli fəlakət gəlir. Ona görə də 

ailəsini salamat qalmaq üçün Tuşetə göndərməli olur. Bu vaxt çətin dağ yolları ilə II İraklinin 

arvadı Darecan xanımı və uşaqlarını müşayiət edən Xeyransa xanım Yadigarova və bir neçə 

digər azərbaycanlı hünərvər qadın olub. Bu fakta mən “Kavkaz” qəzetinin 1854-cü ildə nəşr 

olunmuş nömrələrində rast gəlmişəm. 

Azərbaycan Dövlət Tarix Muzeyinin arxivindən əldə etdiyimiz bir sənəd 1846-cı ilə 

məxsusdur. Həmin ilin mayında Qafqaz canişini knyaz-general M.S.Voronsov raportla çar I 




Nikolaya bildirir ki, Lori dərəsindəki kəndlərin Sadıq bəy Yadigarovun ixtiyarında qalmasına 

icazə versin. M.S.Voronsovun raportu: 

“Əvvəllər Körpülü kəndinin gürcü çarları İrakli və Georgi tərəfindən Sadıq bəy 

Yadigarova bağışlanması haqqında ona fərman təqdim olunmuşdu. Bununla bərabər çarlar 

ətrafdakı xristian və Azərbaycan kəndlərini də onlara bağışlamışdı və indiyədək də həmin 

kəndlər Yadigarovların tamamilə ixtiyarındadır”. 

Dekabrın altısında imperator M.S.Voronsova cavab məktubunda yazır ki, Lori 

dərəsindəki torpaqların Gürcüstanda yaşayan əsilzadə azərbaycanlıların ixtiyarında qalmasına 

etiraz etmir. 

 

 



GENERAL-MAYOR 

ƏSƏDULLA BƏY YADİGAROV 

 

İnsan üçün böyük dərslərin biri də tarixdir.  



 

Cəlil Məmmədquluzadə 

 

Coxsaylı Yadigaroğulları arasında ömür yolunu müfəssəl öyrəndiyimiz şəxslərdən biri də 



Əsədulla bəy Yadigarovdur. Nizami orduda otuz iki illik xidmətdən sonra 1895-ci il oktyabrın 

on ikisində ona general-mayor rütbəsi verilmişdir. 

XIX əsrin ortalarında Peterburqun zadəgan dairələrində bəy nəslindən olan 

Yadigaroğulları - general-mayor İsrafil bəy, saray müşaviri Ağa bəy Yadigarov və onların bibisi 

oğlu, görkəmli şərqşünas-alim Mirzə Cəfər Topçubaşov (1784-1869) xüsusi hörmətə malik 

idilər. Xüsusilə Mirzə Cəfər qohumlarının təlim-tərbiyəsinə və təhsil almalarına daha çox qayğı 

göstərirdi.  

1844-cü il dekabrın iyirmisində Borçalı mahalının Təkəli kəndində anadan olan Əsədulla 

bəy Yadigarovu qohumu Mirzə Cəfər Topçubaşov Peterburqa aparır. 

Daha sonra on altı yaşlı Əsədulla bəyi Peterburq yaxınlığındakı Pavlov kadet korpusuna 

oxumağa qoyur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən kornet Əsədulla bəy 1863-cü il iyunun 

12-dən Əlahiddə Qafqaz Ordusunun piyada qoşunlarında xidmətə başlamışdır. İki il sonra - 

1865-ci il fevralın 9-da 21 yaşlı Əsədulla bəy Yadigarova poruçik rütbəsi verilmişdir. 

Gürcüstan Mərkəzi Dövlət Arxivindəki 1899-cu ilə məxsus “Qafqaz Hərbi Dairəsində 

xidmətdə olan generalların və zabitlərin siyahısı” kitabında göstərilir ki, gənc zabit əla xidmətinə 

gorə səxavətlə təltif olunmuşdur. O, 1866-cı il martın 12-də Ştab-rotmistr rütbəsinə və iki il 

sonra üçüncü dərəcəli Muqəddəs Stanislav ordeni”nə layiq görülmüşdür. 1873-cü il yanvarın 16-

da şəxsi raportu ilə mülki xidmətə keçən ştab-rotmistr Ə.Yadigarov 4 ii ordudan uzaqlaşmışdır. 

1877-ci ilin əvvəllərində Türkiyə ilə Rusiya arasında son dərəcə kəskin vəziyyət yarandı. 

Çar Rusiyası Qara dəniz boğazlarının açılmasını Türkiyədən israrla tələb edir və üstəlik də 

Balkanlarda   öz   nüfuzunu   gücləndirmək   üçün   fəal siyasət yeridirdi. Nəhayət bu 

qığılcımlardan alov törədi. Aprelin iyirmi dördündə Rusiya rəsmən Türkiyəyə müharibə elan 

etdi.  

Mayın iyirmi üçündə yenidən orduya çağrılan podpolkovnik Əsədulla bəy Yadigarov 



Qafqazın Gəncə, Bakı, Zaqatala Qazax bölgələrində cəbhə üçün nizami süvari dəstələri təskil 

etməyə ezam olundu. İki aydan çox cəbhə üçün araba, furqon, qoşqu atı toplanmasına çalışdı. 

Gəncənin və Qarabağın bəy-xan oğullarından iki yüz nəfərlik könüllü müsəlman süvari dəstəsi 

yaradıb özü ilə cəbhəyə apardı. Balkanlardakı hərbi əməliyyatlarda iştirak edən podpolkovnik 

Əsədulla bəy Yadigarov döyüş qabiliyyətinə görə üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və 

bantla birgə) və dördüncü dərəcəli “Müqəddəs Vladimir” (qılınc və bantla birgə) ordenlərilə 

təltif olundu. 

Müharibədən sonra da Qafqazdakı nizami orduda nümunəvi zabit kimi xidmət edən 

Əsədulla bəy məsul hərbi vəzifələrdə çalışmışdır. O, 1881-ci il mayın otuzunda Qafqaz Hərbi 



Yüklə 158,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə