ŞƏMİstan nəZİRLİ



Yüklə 158,68 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix15.03.2018
ölçüsü158,68 Kb.
#32069
1   2   3   4   5   6

Deyirlər, Sadıq bəyin nəvəsi David bəy bir neçə il əvvəl gəlib nənəsinin qəbrini ziyarət 

edib. Deyib ki, Zestafoni şəhərində yaşayır. Azərbaycanlı familiyası ilə yaşadığından ona dinclık 

vermirmişlər. Ona görə də David Yadigaraşvili olub. 

İllər nə qədər amansız və sərt olsa da bu əsilzadə nəslın oğullarının əvəzsiz xidmətini nə 

hafizəmizdən silə biliblər, nə də daş yaddaşlardan. Tiflisdən Gəncəyə qədər elə bir məclis yoxdur 

ki, onların adı anılıb, sözləri danışılmasın. Tiflisdə imarəti,  Borcalıda yurdu, qədim Gəncədə 

səxavəti, xalqın qəlbində isə məhəbbəti qalıb bu nüfuzlu nəslin oğullarının. Əgər yolunuz 

Gəncəyə  düşsə, XVII əsrdə inşa edilmiş “İmamzadə” kompleksinə baş çəkin. Bu qədim 

memarlıq abidəsinin giriş qapısındakı qızılı rəngli yazıları oxuyun. 

Türbənin iç divarına həkk edilmiş mərmər lovhədə ərəb əlifbası ilə belə yazılmışdır : 

“O (Allah) əbədidir. Bu, imam Məhəmməd Bağırın - ona salam  olsun - oğlu Mövlana 

İbrahimin

2

 müqəddəs məkanı (yerləşmiş) şərəfli (cənnət) bağıdır. Öz babasının köçməsindən yüz 



iyirmi il sonra vəfat etmişdir. Allahın ona salavatı olsun. Və ona görə də, bu yüksək məqamlı 

yerin bərpa olunmasını tiflisli general-mayor İsrafil bəy Yadigarzadə hicri 1296-cı (1878-79) ildə 

əmr etmişdir”. 

1878-ci ildə İkinci süvari müsəlman alayının komandiri generai İsrafil bəy ulu 

babalarının dini əqidəsinə sadiq qalaraq türbəni öz hesabına təmir etdirmişdir. 

İmamzadə pirində general İsrafil bəy Yadigarovun hərbçi qohumları, əsli Tiflisdən olan 

Cəlal bəy və onun oğlu İsmayıl bəy Vəzirzadələr də dəfn olunmuşlar. 

Burada kiçicik bir haşiyə çıxıb XIX əsrin əvvəllərində yaşayıb-yaratmış qazaxlı şair 

Mustafa ağa Arif  Şıxlinskinin (1774-1845) Borçalı bəyləri haqqında olan bir şeri ilə oxucuları 

tanış etmək istəyirəm. 

“Yeni dövrün möcüzəli məxluqu” titulunu qazanmış zalım general Aleksey Petroviç 

Yermolov Qafqaza hakim təyin olunan gündən - 1816-cı ildən yerli bəylərin, ziyalılann çar 

hökumətinə dönüklüyündən şübhələndiyinə görə onları dəstə-dəstə Sibirə sürgün edirdi. Mustafa 

ağanın sürgündə yazdığı “Düşmüşəm” qoşmasından məlum olur ki, bəylərdən biri namərdlik 

edib onun üzünə durmuş, şər atmışdır. Buna görə də hökumət onu zaval təriqi ilə Rusiyaya 

sürgün etmişdir. “Ağlaram” qoşmasında isə Mustafa ağa Arif Qazax, Şəmsəddin və Borçalı 

bəylərinin mərdliyini, on dörd il həsrətini çəkdiyi bulaqlarımızı, süsənli-sünbüllü dağlarımızı 

tərənnüm edir. Bu tuthatut günlərində məhz Borçalı bəylərinin elinə-obasına sadiq qaldığını, ağır 

günlərdə, namərd zəmanədə möhkəm və dönməz olduqlarını iftixarla yazır: 

 

Qaldı payidar Borçalımn bəyləri, 



Meydan günü bir-birindən yegləri, 

Mehman qarşısına mərd gəlməkləri, 

Yadıma düşəndə onlar, ağlaram! 

 

Hanı Qazax? Mehribanlıq gedibdir, 



Äğalıq, sultanlıq, xanlıq gedibdir, 

Nücabadan alışanlıq gedibdir, 

Itibdir şövkətü şanlar, aglaram! 

 

Təkəli kəndinin üst yanında kiçicik bir təpə var. Əsrləri yola salmış Babakər dağının 



ətəyindəki bu boz təpədə salxım söyüdlər altındakı məzarda bir igid, bir bəy uyuyur. Vaxtilə 

onun kəhəri Suqovuşanda kişnəyəndə Gümrüdə bəd xəyallara düşən ermənilər diksinib qorxardı. 

Bu kişnərtidən Çubuxlunun göy yaylaqları, Cəlaloğlu meşələri lərzəyə gələrdi. Lori dərəsinin 

                                                 

2 Azərbaycan Cümhuriyyətinin liderlərindən biri - Gəncəli Nağı bəy Şeyxzamanlı (1883-1957) İstanbulda nəşr 

etdirdiyi "Xatirələri" ndə  yazır ki, ailəmizə Şeyxlik ünvanı İmamzadə mütəvəllitləri olduğumuzdan verilmişdir. 

İmamzadənin adı İbrahim olub, türbəsi şəhərin üç kilometrliyndə yerləşən ailə mülkümüzdədir. Türbəsi 

ziyarətgahdır.Türbənin ətrafında bir məzarlıq da var.  Azərbaycanın hər tərəfindən, hətta Gurcustandan hörmətli 

şəxslərin cənazələrini dəfn etmək üçün oraya dətiririər.İmamzagənin tarixi min ilə yaxındır.-Ş.N

 



yalçın qayaları bu kəsilməyən kişnərtidən əks-səda verərdi. İndi bu adi məzar daşında çox qısa 

bir yazı var: “General-mayor Həsən bəy İsrafil ağa oğlu Yadigarov, 1854-1934”. 

Çoxdan unudulmuş general babamızın məzarını gec də olsa yad etdik. Ruhuna rəhmət 

oxuduq. Dağılıb talan olmuş həyət-bacasına baş çəkdik. Ovlağından ötüb keçdik. Vaxtilə tərlan 

ilə şikar etdiyi süsənli, sünbüllü dağları gəzdik. Gəzdikcə kövrələ-kövrələ əzabkeş şair Mustafa 

ağa Arif Şıxlinskinin şerinə üz tutduq. 

 

Ellərimiz vardı bəyli-paşalı, 



Dağlarımız vardı, əlvan meşəli, 

Süsənli, sünbüllü, tər bənövşəli

Qaldı bağlar, xiyabanlar, ağlaram! 

 

 



YADİGAROVLAR 

CÜMHURİYYƏT DÖVRÜNDƏ 

 

Hər gələn yurdumda bir at oynatdı, 



Analar gənc ikən matəmə batdı. 

Qorxudan dumana sığındı dağlar, 

Bu yerin ən qanlı bir tarixi var... 

Fəqət, bu torpağın qəhrəman oğlu, 

Ürəyi inamla, ümidlə dolu. 

Qanlı süngülərə gərmiş köksünü, 

Qan iləyazmışdır hər qalib günü... 

 

Səməd Vurğun 

 

General-mayor Davud bəy Sadıq bəy oğlu Yadigarov 1903-cü il avqustun 10-da 



Peterburq yaxınlığındakı Paj korpusunu kornet rütbəsində bitirib.  1918-ci ildə Azərbaycan Milli 

Ordusunda mühafizə diviziyasının rəis müavini olub. 23 oktyabr 1919-cu ildə Hərbi Nazir 

Səməd bəy Mehmandarovun 492 saylı əmrilə general-mayor rütbəsilə təltif olunub. 1919-cu il 

avqust-noyabr aylarında Zəngəzur uğrunda gedən döyüşlərdə general Cavad bəy Şıxlinskinin 

Birinci piyada diviziyasında  Birinci dəstənin komandiri olmuşdur. Dığ, Goranzur, Xanazax, 

Abdallar və başqa kəndlər uğrunda daşnak hərbi qüvvələrinə qarşı döyüşlər aparmışdır. 

1920-ci il 28 aprel çevrilişindən sonrakı taleyi məlum deyil. 

 

 



POLKOVNİK VƏLİ BƏY 

SADIQ BƏY OĞLU YADİGAROV 

 

1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron 



komandiri olmuşdur. XI Ordu Bakıya yürüş edəndə Üçüncü Şəki süvari alayının pərakəndə 

dəstəsi ilə birgə vuruşa-vuruşa Gürcüstan ərazisinə çəkilmişdir. 1921-ci ilin martınadək 

bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə getmişdir. 

Polşada “Armiya Krayova” xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu əlahiddə 

atıcılıq diviziyasının komandiri olmuşdur. 

Polşada çıxan “Jiçe Varşavi” qəzetinin 6 iyul 1990-cı il tarixli nömrəsində polkovnik Vəli 

bəy Yadigarov haqqında yazılır: 

“Ötən şənbə Varşava qəbiristanlığında Vəli bəy Yadigar müsəlman-tatar qaydası ilə dəfn 

olunmuşdur. 

Dəfn fəxri qarovulun müşayiəti ilə hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir. Mərhumu 

son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar. Yaylım atəşi açılmış, 



Yüklə 158,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə