ŞƏMİstan nəZİRLİ



Yüklə 158,68 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix15.03.2018
ölçüsü158,68 Kb.
#32069
1   2   3   4   5   6

Teleqraf parkının komandiri, 1883-cü il aprelin 13-də isə Qafqaz sanitar batalyonunun komandiri 

təyin olunmuşdur. Həmin ilin mayın 18-də qüsursuz xidmətinə görə Əsədulla bəy Yadigarova 

polkovnik rütbəsi verilmişdir. 

1889-cu il oktyabrın on altısında polkovnik Əsədulla bəyə daha məsul vəzifə 

tapşırılmışdır. O, Əlahiddə Qafqaz Ordusu komandanının əmrilə yetmiş səkkizinci Navahı 

alayının komandiri təyin olundu. 1895-ci il oktyabrın on ikisində isə polkovnik Əsədulla bəy 

Yadigarova piyada qoşunları üzrə general-mayor fəxri rütbəsi verilmişdir. Omrünün otuz iki ilini 

nizami orduda şərəflə xidmət edən general Əsədulla bəyin təltifat kitabçasında onun kavaler 

ordenlərinə layiq olduğu göstərilir. O, “Müqəddəs Stanislav” ordeninin üç dərəcəsilə (1874,  

1883, 1898-ci illərdə), “Müqəddəs Vladimir” ordeninin üçüncü və dördüncü dərəcəsi ilə (1879 

və 1893-cü illərdə), “Müqəddəs Anna” ordeninin  ikinci,  üçüncü dərəcəsilə,  qılınc və bantla 

birgə (1877, 1889-cu illərdə) təltif olunmuşdur. 1884-cü ildə isə Əlahəzrət imperatorun şəxsi 

təşəkkürünə layiq görülmüşdür. 

Üç hərbi yürüşün - 1869, 1871 və 1877-78-ci illər - fəal iştirakçısı olan general-mayor 

Əsədulla bəy Yadigarov 1897-ci ıldə Danimarkanın “Danevorq fəxri süvari xaç ordeni” ilə, 

1898-ci ildə birinci   dərəcəli “Buxara Qızıl Ulduzu” və 1889-cu ildə İranın ikinci dərəcəli “Şire-

Xorşid” ordeni ilə təltif olunmuşdur. Gürcüstan Mərkəzi Dövlət Arxivinin hərbi sənədlərində 

general-mayor Əsədulla bəy Yadigarovun 1901-ci ildə Tiflisdə vəfat etdiyi göstərilir. 1904-cü 

ildə Tiflisdə nəşr olunmuş “Qafqaz Hərbi Dairəsində generalların və yüksək rütbəli zabitlərin 

siyahısı” kitabında eloğlumuz general-mayor Əsədulla bəy Yadigarovun adı ölümündən sonra da 

fəxri kavaler zabiti kimi saxlanılmışdır. 

 

 



DOĞMA YERLƏRİN ƏTRİ 

 

Mümkünmü unutmaq o doğma yeri, 



Gözlərindən öpüb bənövşələri, 

Al rəngə boyansın döyüşdə alnım, 

Dostların əlilə qəbrə sallanım. 

Ölərəm o barlı bağça, bağ üçün

Xalqımın qəlbində yaşamaq üçün. 

 

Professor Bəkir Çobanzadə 

 

Nə İsrafil bəyin, nə Sadıq bəyin, nə də Həsən bəy Yadigarovun fotoşəkiinə indiyə qədər 



rast gələn olmayıb. Bəs Rəna xanımın göstərdiyi şəkildəki mülkü geyimli şəxs hansı Yadigarov 

idi? Təkəli kəndindən Bakıda yaşayan bir neçə ağsaqqal-ağbirçəklə görüşdüm. Şəkli kimə 

göstərdimsə tanıyan olmadı. Borçalıya getdim. Təkəlinin qocaman sakinləri Hüseyn Eyyubovla, 

Əli Qurbanovla görüşdüm. On doqquzuncu əsrin səksəninci illərində şəkildə əbədiləşən 

Yadigarovu heç kim tanımadı. 

Sonralar Gürcüstan Mərkəzi Dövlət Arxivindən polkovnik Vəli bəyin və poruçik Nadir 

bəy Yadigarovun fotoşəklini tapmaq mənə qismət oldu. 

Vaxtilə Borçalı mahalının adlı-sanlı nəsillərindən biri olan Yadigarovlardan indi bu 

obada bir nəfər belə qalmayıb. 20-ci ilin sərt bolşevik ab-havası, 37-nin qara günləri bu nəsün 

oğullarını pərən-pərən salıb. Amma qeyrətli Yadigarov qardaşları haqqında qocaların sinəsi 

dastana sığışmayan əhvalatlarla doludur. Gümrüdən (indiki Leninakan şəhəri - Ş.N.) Sınıq 

körpüyə, Borçalıdan Cəlaloğluya (indiki Stepanavan şəhəri - Ş.N.) qədər torpaq sahələri 

Yadigarovların ixtiyarında olub. İkimərtəbəli, on iki otaqlı Yadigarovların şəxsi evi indi kəndin 

orta məktəbidir. Kənddəki dəyirmanı, məscid binasını da bu qardaşlar tikdiriblər. İndi 

dəyirmandan çörəkxana kimi, məsciddən də mədəniyyət evi kimi istifadə olunur. 

- İsrafil bəy uca boylu, enli kürəkli, qarayanız adam idi - Ağsaqqal Hüseyn dayı ilə birgə 

Yadigarovların həyətini, bərbad hala düşmüş bağlarını gəzirik. O, mənə nəvə İsrafil bəydən 



söhbət açır - Bəy İngiltərədən bir at gətirtmişdi. Od parçası idi. Mən onda gənc idim. 14-15 

yaşım  ancaq olardı. Atam, əmilərim danışırdılar ki, rus-yapon müharibəsində İsrafil bəy 

döyüşlərin birində yaponların topunu qılınc gücünə ələ keçirmişdi. Qafqaz süvari briqadasının 

tərkibində vuruşan general-mayor İsrafil bəy Yadigarov 1905-ci ildə zabitlərə məxsus 

“Müqəddəs Georgi ordeni”nin ikinci dərəcəsi ilə təltif olunmuşdur. O, böyük dramaturqumuz 

Mirzə Fətəli Axundovla yaxın dost və qonşu olmuşdur. Axundovun nəvəsi Mahmənzər xanım 

Qacarın xatirələrindən məlum olur ki, 1878-ci il martın onuna keçən gecədən həyatının son 

dəqiqələrini yaşayan Mirzənin yanına qohum-əqrəbası, əziz dostları yığışmışdı. Can verən Mirzə 

Fətəlinin yatağı yanında dərin və ağır sükuta gedən qonşusu İsrafil bəy Yadigarov kədərlə 

soruşur: 

- Mirzə, siz nə sayaq dəfn olunmağınızı istərdiniz? 

Bütün dinləri puç və əfsanə hesab edən Mirzə Fətəli birbaşa verilən bu sualdan ölüm 

ayağında belə sarsılmadı. Görünür o nə ağlını, nə də huşunu hələ itirməmişdi. Son qüvvəsini 

toplayan Mirzənin kədərli çöhrəsində zəif, titrək bir gülüş duyuldu. Sonra onun sərt və möhkəm 

cavabı eşidildi: 

- Siz bilirsiniz ki, mən heç bir dinə inanmıram. Ölülərin əziyyətindən dirilərin necə xilas 

olduqlarının mənim üçün heç bir əhəmiyyəti yoxdur. İstədiyiniz kimi dəfn edərsiniz. 

 

* * * 



 

1916-cı ildə çar əsgərləri kasıb kəndliləri çox incidirmişlər. Ağır vergi, müharibəyə əsgər 

toplanışı camaatı cana doydurubmuş. Yanı əsgərli, pristav, uryadnikli qubernator kəndi çapıb-

talayırmış. Qaçağanlı Mustafa Tağıoğlu, Məmmədtağı Axundoğlu və Qasımlı Kərəm 

qubenatorun iki əsgərini öldürürlər. Az keçmir ki, iki polk əsgər Qaçağan kəndini mühasirəyə 

alıb kəndliləri döyür, işgəncə verib, cinayətkarları tələb edir. Kəndın bir neçə bəyi, hətta ortancıl 

qardaş Sadıq bəy Yadigarov da qubernatordan təvəqqe edir ki, camaatı nahaqdan incitməsın. 

Həsən bəy kənddə yox imiş. Tiflisdə imiş. Ona xəbər göndərirlər. O, dərhal kəndə gəlir. Camaatı 

döydürən qubernator faytondan generalın düşdüyünü görüb özünü yığışdırır. 

Həsən bəy hirslə soruşur: 

- Bu nə özbaşınalıqdır mənim kəndimdə? 

Qubernator: 

- Əlahəzrət, mən onlardan əsgərləri öldürən cinayətkarları tələb edirəm. 

- Cənab qubernator, siz kasıb kəndlilərə vurduğunuz zərəri ödəyin, mən də bu saat sizin 

öldürülmüş əsgərlərin qanpulunu artıqlamasi ilə verərəm. O ki qaldı cinayətkar kəndlilərin sizə 

divan üçün verilməsinə... Nə qədər ki, mən sağam, siz onları heç vaxt ala bilməyəcəksiniz... 

Dodaqaltı donquldanan qubernator: 

- Əlahəzrət, məndə o qədər pul hardandır? 

- Onda gedin işi divan-məhkəməyə verin... 

Suyu süzülən qubernator əsgərləri də yığıb kəndi tərk edir. Bir daha geri qayıtmır. Ağsaqqal 

Hüseyn Eyyuboğlunun söhbəti: 

- İnsani keyfiyyətlərə məxsus olan Həsən bəy çox rəhmli və səxavətli adam idi. 

Kəndlilərə icarəyə verdiyi yerin bəhrəsini məhsula görə alardı. Borc alıb verə bilməyənlərə, 

külfəti çox olanlara güzəştə gedərdi. Həyat yoldaşı Rüxsarə xanım əmisi qızı idi. Atalar 

məsəlidir, ərlə arvadın torpağı bir yerdən götürülər. Həsən bəy kimi Rüxsarə xanım da kəndin, 

Borçalı mahalının bütün xeyir-şər işlərində iştirak edərdi. Kasıb da, ortabab da bəyin bəzəkli 

faytonunda gəlin gətirər, qız köçürərdi. Onlar heç kəsdən heç nəyi əsirgəməzdilər. Xoşxasiyyət 

və rəhmli Rüxsarə nənə kənd qızlarının toylarına gedər, qız-gəlinlərə hədiyyə aiardı. Kasıblar 

üçün ayrıca qazan asdırardılar, onları yedizdirib-içirdərdilər. 

Sadıq bəy Yadigarovun arvadı yarı gürcü, yarı Polşa tatarı idi. Üç oğlu vardı: Ərçil bəy, 

Vəli bəy və David bəy. İyirminci il onları kəndimizdən yox, ölkədən didərgin saldı. Heç kəsə 

pislikləri dəyməmişdi. Onlar çox sadə, əliaçıq adamlar idi: Rəiyyətlə rəiyyət, bəylə bəy idilər. 




Yüklə 158,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə