ŞƏMİstan nəZİRLİ



Yüklə 158,68 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix15.03.2018
ölçüsü158,68 Kb.
#32069
1   2   3   4   5   6

mühacirətə getdi, müлk yaрыmçıq qaldı. 1928-29-cu illərə kimi keçmiş bəy və ağalardan qalma 

mülklərə,  bağlara nə camaat, nə də hökumət toxunmadı. Bəylər, ağalar və hətta kəndlilər                            

də “bəlkə kecmişi qaytardılar” arzusu ilə yaşayırdılar. 1930-cu il fevralın iyirmisində Sovet 

hökuməti “Kollektivləşmə və qolçomaqlara qarşı mübarizə haqqında” xüsusi qərar verdi. Elə 

həmin vaxtdan keçmiş bəylər, ağalar həbs edilib güllələndi, sürgünə göndərildi. “Xalq 

düşmənləri”nin bağları doğrandı, mülkləri isə uçuruldu. Onda Əsəd İncəli oğlu da Sadıq bəyin 

yarımçıq qalmış yaylaq mülkünü söküb kənddə özünə yeddiotaqlı ev tikdirdi. 1936-cı ildə 

İncəlioğlu Əsədi də qolçomaq adı ilə həbs edib gedər-gəlməzə göndərdilər. Onun tikdirdiyi yeddi 

otağı isə müsadirə edib kolxoz idarəsi, dəmirçixana və dükan elədilər.  

Dahi Nizami Gəncəvi yaxşı deyib ki: 

 

Yaxşı iş də görsən, pis iş də, inan, 



Unutmaz onları bu qoca dövran. 

 

* * * 



 

Yadigaroğullarının əksəriyyəti hərbçi olublar. Onlar Rusiya-İran, Rusiya-Türkiyə, Rus-

Yapon və Birinci Cahan müharibələrində qeyrətlə vuruşub ad-san qazanıblar. İnqilabdan əvvəl 

rus hərb tarixçisi M.İ.Boqdanoviç və hazırda Moskvada yaşayan həmyerlimiz, polkovnik, tarix 

elmləri doktoru Hacı Murad İbrahimbəyli bu qardaşlardan birinin - İsrafil bəy

1

 Yadigarovun 



döyüş şücaətlərindən iftixarla yazırlar. Hətta Qazax, Borçalı aşıqları İsrafil bəyin Qars və 

Ərzurumdakı qeyri-adi qəhrəmanlığı haqqında dastan qoşublar. 

1853-cü ildə Krım müharibəsi başlananda podpolkovnik İsrafil bəy Yadigarov 

azərbaycanlılardan ibarət min nəfərlik süvar - müsəlman briqadasının komandir müavini 

olmuşdur. Bir il sonra Kürükdərə döyüşlərindəki hərbi məharətinə görə ona polkovnik rütbəsi 

verilir. Borçalılardan ibarət könüllü yığma “ovçu” döyüşçülər təşkil edən İsrafil bəy ordunun 

tərkibində ikinci süvari-Azərbaycan alayı təşkil edir. 

1854-cü il avqustun 19-da döyüşən ordu korpusunun komandanı Əlahiddə Qafqaz 

korpusunun komandanına göndərdiyi bir məlumatda yazırdı:  

“Bu gün möhkəm və dəhşətli bir hücum oldu. Düşmən müdafiə olunmağa cəhd 

göstərirdi. Lakin onlar polkovnik İsrafil bəy Yadigarovun süvarilərinin hücumuna davam gətirə 

bilmədilər. Düşmənin sol cinahı yarıldı. Draqunlar, kazaklar, ikinci Azərbaycan süvariləri və 

gürcü drujinası sürətlə irəli atılıb onları döyüş səhnəsindən sildilər”. 

Arxiv sənədləri göstərir ki, 1855-ci ilin iyul ayında polkovnik İsrafil bəy Yadigarov Şəki 

və Şamaxı könüllülərindən təşkil etdiyi süvari polkla Qars üzərinə olan hücumda bir neçə dəfə 

fəal iştirak etmişdir. Bu müharibədə qeyri-adi qəhrəmanlığa görə təltif olunan 350-dən çox 

azərbaycanlı arasında polkovnik Yadigarov da vardı. Onun döyüş xidmətləri dördüncü dərəcəli 

“Müqəddəs Georgi ordeni”nə layiq görülmüşdür. 

Polkovnik, tarix elmləri doktoru Hacı Murad İbrahimbəyli Krım müharibəsində rus hərbi 

xadimlərinin xidmətlərindən danışarkən haqlı olaraq yazır: 

“Krım müharibəsi zamanı milli Qafqaz hərbi xadimləri içərisindən çıxmış hərbi rəisləri 

də Rusiyanın şöhrətli hərbi xadimləri dəstəsi iлə bir sırada qoysaq səhv etmərik. Onların sırasına 

general-mayor İsmayıl bəy Qutqaşınlı, Mənsur ağa Vəkilov, polkovnik İsrafil bəy Yadigarov, 

polkovnik Fərəc bəy Ağayev, kürd polkovniki Cəfər ağa Əli bəy oğlu, gürcü generalı 

Andronikaşvili, kabardin polkovniki Sulfan Qazi Gəray, osetin polkovniki Kondukov, Dudarov 

və başqalarını aid etmək olar”. 

Son illərədək heç bir arxiv sənədində, inqilabdan əvvəlki hərbi-tarixi əsərlərdə İsrafil bəy 

Yadigarovun general-mayor rütbəsi alması haqqынda məlumata rast gəlməmişdik. Onun 

general-mayor rütbəsi alması barədə tutarlı faktı ilk dəfə Azərbaycan EA Tarix İnstitutunun baş 

                                                 

1 Arxiv sənədlərindən və borçalıların söhbətlərindən məlum olur ki, ıki Israfil bəy Yadigarov olub:  

Baba və nəvə. - Ş.N

 



elmi işçisi, tarix elmləri doktoru Tofiq Vəliyev üzə çıxarıb. T.Vəliyev SSRİ Mərkəzi Dövlət 

Arxivində və XIX əsrin dövri mətbuatından topladığı yeni materiallar əsasında yazdığı 

“Naməlum səhifələr” məqaləsinin (“Ədəbiyyat və incəsənət” qəzeti, 16 yanvar 1981-ci il) bir 

yerində qeyd edir ki, məhkəmə materiallarından məlum olur ki, Əлimərdan bəy (məşhur 

şərqşünas, professor M.C.Topçubaşovun  (1784-1869) atası - Ş.N.) Borçalı ağalarından birinin 

qızını almışdı. Çox güman ki, sonralar onun  II İrakli sarayına düşməsində arvad qohumlarının 

böyük rolu olmuşdur. Mirzə Cəfər Topçubaşovun dayısı uşaqlarından saray müşaviri Ağa bəy və 

general-mayor İsrafil bəy Yadigarovlar, Hüseyn ağa Abbas bəy oğlu və Əsmət xanım Vəzirova 

onun “varisləri” sifətilə qalmış mal-dövlətə iddiaçı idilər. 

İkinci mənbə isə daha dəqiqdir. Gürcüstan Mərkəzi Dövlət Arxivində saxlanan 1879-cu 

ildə nəşr olunmuş “Qafqaz Hərbi Dairəsində generalların və zabitiərin siyahısı” kitabında 

oxuyuruq: “Tiflis qəzasının sakini polkovnik İsrafil bəy Mustafa bəy oğlu Yadigarov 1866-cı il 

noyabrın altısında general-mayor rütbəsilə təltif olunub”. 

1879-cu ilin noyabr ayında general İsrafil bəy Yadigarov “Ziya”  qəzetinin nəşrinə maddi 

yardım göstərir və yeni il üçün qəzetin ilk abunəçilərindən biri olur. O, Hüseyn Əfəndi 

Qayıbovu, Şərabçı oğlunu, Hafiz Əfəndizadəni, Xəlil Ağazadə və Hacı Molla Əfəndizadəni də 

bu xeyirxah işə qoşulmağa dəvət edir. 

Məşhur şərqşünas-alim V.Dmitryev 1864-cü ildə nəşr etdirdiyi “Коранъ Магомета” 

kitabını xalqımızın görkəmli ziyalısı, general-mayor İsrafil bəy Yadigarova həsr etmişdir. 

“On üçüncü Leyb-qvardiya İrəvan alayının tarixi” kitabında (1895-ci il nəşri) unter-zabit 

Ağa bəy Yadigarovun döyüş şücaətindən bəhs olunur. Orada yazılır ki, Ağa bəy döyüş 

başlayanda həmişə əsgərlərin önündə gedirdi. Bu qorxubilməz zabit düşmənə qarşı ruh 

yüksəkliyiylə vuruşurdu. Təəssüf ki, cəsur zabit Ağa bəy Yadigarov 1830-cu il iyunun on 

yeddisində poruçik rütbəsində ailə vəziyyətinə görə istefaya çıxmalı oldu. 

1827-ci il 6 oktyabr tarixli Əlahiddə Qafqaz korpusuna məxsus sənəddə göstərilir ki, əla 

döyüş qabiliyyətinə malik zabitlər sırasında gürcü knyaz və zadəganlar süvarisində xidmət edən 

Borçalı dairəsindən ağalıq nəslinin nümayəndəsi poruçik Paşa ağa Vəli bəy oğlu Yadigarov 

general Paskeviç tərəfindən təltif olunub. 

 

* * * 


 

Yadigarovlar haqqında araşdırmalar aparsaq görərik ki, tariximızın müxtəlif qatlarında bu 

nəslin oğullarının layiqli izi var. 

Əvəzsiz tarixçimiz Abbasqulu Ağa Bakıxanov məşhur “Gülüstanı-lrəm” əsərində 

Yadigarovlar nəslinin ulu babasından söhbət açır: 

“... Fətəli xan, Azərbaycan və bəlkə də bütün İran işlərini nizama qoymaq xəyalı ilə 

Gürcüstan valisi İrakli xanla görüşüb məsləhətləşmək binasını qoydu. İrakli xan da Sadiq bəy 

Yagaroğlunu səfir sifətilə Fətəli xanın yanına göndərdi. O qədim valilər nəslindən yadigar 

qalıb... Onun oğul və nəvələri indi də Tiflisdə yaşamaqdadır. Səfir Sadıq bəy Nuxada (Şəkidə-

Ş.N.)  xanın hüzuruna gəlib, hədsiz lütf və mərhəmətə nail oldu”.  

  

Maraqlı tədqiqat əsərlərinin müəllifi, filologiya elmləri namizədi Şurəddin Məmmədlinin 



“Gürcüstan” qəzetinin 6 dekabr 1996-cı il sayındakı “Yadigaroğullaı” məqaləsi bu nəslin XVIII 

əsr dövrünün tədqiqi baxımından qiymətlidir. Müəllif yazır: “Bu nəslin 1701-ci ildə I İrakli, 

1707-ci ildə II David, sonralar Anna Konstantin, II Teymurazdan ağalıq imtiyaznamələri vardır. 

Sınıq körpüdən bəri kəndlər Yadigaroğullarına verilmişdir. O sıradan Yadigaroğlu Mirzə Bağır 

bəy I İrakli sarayının mustofisi (xəzinədarı), Yadigaroğlu Bahadır bəy 1730-cu illərdə gürcü 

valisinin naib-eşikağasıbaşı, Borçalı mahalında böyük mülk yiyəsi olmuşdu. 

... Məhəmməd Sadıq bəy Yadigaroğlu Mustafa bəyin oğludur. 

1780-ci   ildə   İrakli   Sadıq   bəyə,   onun   oğulları   Ağacan - Mamacana, Mustafa bəyə, 

Allahverdi bəyə və onların varislərinə Tiflisdə Meydan məhəlləsində məscid yanında beş dükan 

bağışlamışdı. 1787-ci ildə şahzadə Georginin buyruğu ilə Loridəki Ağöyü kəndi də Sadıq bəyə 

verilmişdi. Sadıq bəy ora öz rəncbərlərini   yerləşdirmişdi.   Əsrin   axırlarında   Sadıq   bəyin 



Yüklə 158,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə