Fəlsəfi Diskurs
- 187 -
fəda etmiş, öz maddi ətrafının, yaratdıqlarının əsirinə çevirilən müasir insan
üçün çətindir. Lakin istənilən halda sözün ikinci mənasında nəzərdə tutulan
“söhbət” insan MƏNini ələkdən keçirdiyi, onu nura istiqamətləndirməyə
cəhd etdiyi üçün alqışlara və mükafata layiqdir. Lakin bu dialoq və onun
uğurlu gedişi insan MƏNinin həqiqi səviyyəsindən, intellektindən, həyat
tərzinin yönündən, mənəvi aləminin səviyyəsindən və bir çox başqa məsələ-
lərdən asılı olan işdir. Burada A. Bakıxanovun “ toyuq məsələsi” istər istə-
məz adamın xatirinə gəlir. Yəni hamını aldatmaq olar həqiqət isə sadəcə al-
danışdan məhrumdur. Əks halda o heç həqiqət olmazdı. Sizcə dahi və cina-
yətkar vicdan və ya ALLAH yaxud MƏN qarşısında hayatını, etdiklərini,
ətrafa yaşatdıqlarını eyni dərəcədə səxsi MƏNi ilə mühakimə, müzakirə edə
bilərmi? Başqa formada ifadə edəriksə, həyatı boyu rəzalət içində çabalayan
birisi ilə müdrik birisinin öz “MƏN”i ilə söhbətləri nə dərəcədə “MƏN”lə
dialoqda eyniləşdirilə bilər?! Onlar MƏN və cəmiyyət qarşısında eyni sta-
tusda qəbul edilə bilərmi? Əlbəttə MƏNlə dialoq fərdin intellektə və ya
mövcudluğun mahiyyətinə nəzər salma cəhdidir. Mütamadi axtarış haçansa
mütləq, ola bilər ki, qismən və ya tam olaraq mükafatlandırılacaqdır. Lakin
bu haçansa bəzən insan ömrünün zamanına sığa bilmir. Belə ki, o ömrü bo-
yu calışır, vuruşur və zirvə deyilən yerə, böyük məqsədə çatır və beləcə o
əslində elə zirvədə olduğunu dərk etmədən yaxud bilərək və ya bilməyərək-
dən daha yeni nəyinsə axtarışında olur, məna və mənasızlıq dilemması özü-
nü belə situasiyada daha aktual olaraq onun düşüncəsində hakim kəsilir. Bu
andan isə həqiqi dialoqun baş tutmasına ehtiyac insan mənini axtardığı
MƏNlə üz-üzə qoya bilir və sözün həqiqi mənasında dərk etmə söhbəti baş-
lanır. Bəlkədə Sokrat “özünü dərk et” deyərkən elə bu məqamı nəzərdə tu-
turdu. Fikrimcə insan özü ilə dialoqun mahiyyətini dərk etməyə başladığı
anı, əslində, gecikmiş bir hal kimi qəbul etdiyindən o sanki özünü və əsl
mahiyyətini dərk etmədən dünyadan köç etdiyindən onun həqiqi qiymətini
başqaları, sonra gələn “dərk edən”lər verir. (Müəyyən istisnalar olmaqla).
Lakin bir cox hallarda praktik həyatda öyrəndiklərin, dərk etdiklərin isə
səninlə birgə köç edir. Təəssüf ki, bu gün müasir insan texnoloji nailiyyətlə-
rin praktik əhəmiyyətini insanın mənasından, onun hissi aləminin mahiyyə-
tindən, mənəvi dünyasının çırpıntılarından o qədər üstün tutur ki, sözün hə-
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 188 -
qiqi mənasında onun özü ilə söhbəti, dialoqu anlaşılmazlıq, yaxud qeyri-real
görünür. Bu da praktiki həyatda insanlar, cəmiyyətlər və hətta sivilizasiyalar
arasında anlaşılmazlığa, başa düşülməməyə, qəbul edilməməyə, kütləvi ya-
nılmalara, birinin digərini inkarına səbəb olur. Bu baxımdan sözün mənfi
anlamında özü-özü ilə danışanların sayının çoxalması bəşər insanının və
bəlkə də deyərdim ki,bəşəriyyətin qlobal problemlərindən birinə çevrilmək-
dədir. Burada istər- istəməz Z. Freydin dahiliyi bir daha özünü sübut etmiş
olur. Şür və şüursuzluq bir-biri ilə mübarizə apardıqca insan hansına daha
çox meyillənərsə o elə özünü orada tapar, özünü ifadə edər. Mənim fikrimə
görə elə insanın dəyişməsi onun öz şüurunda oturmuş, ona hakim kəsilən
MƏN ilə uzlaşaraq təzahür edir.
Fəlsəfi Diskursun iştirakcıları sual verir:
Roza Allahverdiyeva: "İnsan həyatında iki faciə var: Biri
arzularına çatmaq, ikincisi arzularına çatmamaq". O.Uayld. Sizcə
hansı daha faciəlidir?
Səidə Ocaqverdiyeva: “Sizcə düzgün seçim daha vacibdir,
yoxsa seçim haqqı?
1. Pərvanə Bayramova - Heç biri faciə deyil, arzuların olmaması
faciədir.
2. Hidayət Allahverdi - Faciə hesab ediləsi hər iki fikrə müxtəlif ra-
kursdan yanaşmaq mümkündür: arzuya doğru hərəkət Sizif əməyinə çevri-
ləndə, sən atlı, o, piyada olanda, doğrudan da, arzuya çatmamaq faciəyə çev-
rilir. İnsan ümidsizliyə qapılır, özünə inam hissi itir, zəif iradəli insanlar
üçün bu, əsl faciədir. İradəli insanlar isə fərqində deyil, onun üçün həyat bir
mübarizə meydanı, arzu isə bu neydanda istifadə olunan priyomlardan biri.
Arzulara çatmağın özü də faciəyə o zaman çevrilir ki, o tükənir, insan arzu-
suzluq sindromundan qurtula bilmir. Həyatda bütün arzusuna çatmış "in-
san"ın yeni bir hədəf tapmayanda tez bir zamanda ölümlə qucaqlaşmaq sev-
Fəlsəfi Diskurs
- 189 -
dası baş qaldırması halları da mövcuddur. Mənə qalsa, bu fikrə tamam başqa
rakursdan yanaşıram: arzuya çatmaq – yeni bir arzunun təməli, arzuya
çatmamaq isə mübarizə ruhunu artıranda faciədən qurtulmaq qaçılmaz-
dır. Baxır, sən fikrə hansı ovqatla yanaşırsan.
3. Eldar Əmirov - Sizcə düzgün seçim daha vacibdir, yoxsa seçim
haqqı? Həyat seçimlərimizin cəmidir (A.Kamyu). Hətta seçim etməmək özü
də seçimdir (U.Ceyms). Düşünürəm ki, əvvəlcə seçim haqqı gəlir, bundan
sonra isə onun düzgün və ya yanlış olması barəsində mühakimə yürütmək
mümkün olsun. Seçimlərimizin əksər hallarda bizə nə verəcəyini qabaqca-
dan görmək xeyli çətindir. Bəzən bizə ağrı verən çarəsiz seçimlər edirik,
lakin sonradan məlum olur ki, bu ən yaxşısı və ən ağıllısı imiş (A.Xeyli).
Düzgün seçim heç vaxt olmur, yalnız edilmiş seçimlər və onun nəticəsi var
(E.Səfərli). Belə olan təqdirdə seçimin düzgünlük meyarından danışmaq
lazım gəlir. Bu meyarlar isə məlumat, məqsəd və emosiyadır. Seçim azadlı-
ğı, iradə azadlığı, işi bilməklə qərar qəbul etməkdir (Engels). Bir iş haqqın-
da şübhəli qərar qəbul etmək xətalıı, qətu qərara qəbul etmək isə gülüncdür
(Volter). “Az bildiyin hər bir şeyin sınaqdan çıxmışından yapış. Bilən adam
həm cəsarətli olmağa, həm də fikirləşdiyi kimi hərəkət etməyə ixtiyarı çatır.
Lakin bilmək azdır, riskə getmək isə könüllü surətdə məhv olmaq deməkdir.
Biliyin və səriştən azdırsa, məlum yollarla hərəkət et” (B.Qrasian. “Kamillik
elmi”, s.100) Digər meyarlar isə məqsəd və emosiyadır. Məlumat çatışma-
mazlığını emosiya ilə təmin etmək olar (A.Mirzəcanzadə). Yəni hərdən ürə-
yi də dinləmək lazım gəlir. Ağıllı fikirləşənə kimi dəli vurub keçər. Beyin
və ürək mənəvi əkizlərdir, onların hər ikisinin qayğısına qalmaq lazımdır
(O.Balzak). Əgər ağılda azca dəlilik yoxdursa, o nəyə lazımdır. Elm özü də
xaotik düşünüb nizamı tapmaqdır. Məqsədlər isə həyatımızın böyük bir his-
səsini təşkil edir. Məqsədlər seçimləri tezləşdirir, onları dəqiqləşdirir. Bəzən
heç bir fikri olmayan insanlar var ki,belələri çay üzərində axıb gedən saman
çöpünə bənzəyir; onlar getmir, suyun axını onları aparır (Seneka). Ən asanı
budur yəqinki. Ona görə də,insanın bütün qüvvəsini hərəkətə gətirmək üçün
irəlidə, onu ilhama gətirə biləcək hansısa nəcib məqsəd qoyulmalıdır
(J.Renan).
Dostları ilə paylaş: |