Fəlsəfi Diskurs
- 175 -
Allah özünü insanlara yaratdığı əksliklər dünyasında (cütlər dünyasın-
da – siziqiya) – yer-göy, gecə-gündüz, kişi-qadın və s. – tanıdır. Adəm və
Həvva Onun yaratdıqları içərisində sonuncu cütlükdür. Bu yaradılışın sonu,
yəni kainatın sonu əvvələ qayıdışla, yəni onun (kainatın) katarsisi və ləğvi
ilə başa çatacaqdır. Bu prosesdə başqa yaradılanların – dağların, mələklərin
götürə bilmədikləri yükü – Allahın yaratdıqlqlarının dərkindən, o cümlədən
özünüdərkdən keçən və Allahın dərkinə aparan idrak yükünü daşıyan insa-
nın fövqəladə layiqli yeri vardır.
Eşq olsun şüursuzluqdan bəhrələnən (affektlər şəklində) şüura!
“Tout sla est bien – mais il faut cultiver notre jardin. ” – frans.
E M P İ R İ K A
Nəzəri elm olan fəlsəfədən fərqli olaraq, həm də empirik elm olan psi-
xologiya konkret faktlarla iş görür və fəlsəfənin nəzərdə tutduğu yuxarı sə-
viyyəli və ləngərli düşüncələrini bu faktlara söykənərək qurur. Həyatda olan
hadisələrə, faktlara müraciət etsək görərik ki, nəzəriyyədən fərqli olaraq, hə-
yatda şüurlu ilə şüursuzu sərhədləmək elə də asan deyil (çünki onlar bir-biri-
ni tamamlamış, bir-birinə çulğalaşmış şəkildə baş verir). Məsələn, maşının
əyləcini basmaq və tutaq ki, maşının nömrəsini dəyişmək. Bunlardan hansı
şüurlu, hansı şüursuz hadisədir? Sanki düşüncənin yüksək səviyyəsinə və
ləngərli vəziyyətinə ehtiyac qalmır – cavab məlumdur: ani olduğu üçün əy-
ləci basmaq şüursuz hadisə kimi baxıla bilər. Ikinci misalda isə sanki nə qə-
dər axtarsan da şüursuzluq elementi tapa bilməzsən. İnsan şüurlu surətdə
maşınının nömrəsini dəyişir. Lakin dərin qatlarda psixoloji durumlar yanaş-
masından aparılan təhlillər burada da qeyri-şüurinin olduğunu aşkara çıxarır.
Belə ki, baş verən hadisənin hamı tərəfindən sənin kimi başa düşülməsini
güman etmək, yəni hamını özün kimi şüurlu hesab etmək – doğurdan da
şüursuzluqdur.
Və yaxud başqa bir misal.
Əgər indi mən bu sətirləri yazarkən məndən asılı olmadan yüz dəfə
beynimdə peyda olan məşhur bir misranı bura yazsam, bu, şüurlu hadisə
olar, yoxsa şüursuz? Sual belə də qoyula bilər: Beynimdə məndən asılı ol-
madan dolaşan misranı yazmaq məni daha çox ifadə edər, yoxsa yazma-
maq? Qalxaq düşüncənin yaxarı səviyyəsinə və başlayaq ləngər vurmağa:
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 176 -
Əlbəttə ki, şüursuzluqla şüurun qarşılıqlı təsiri haqqında Yunqun fikirlərini
yazdığım məqamda bu misranın beynimdən dəfələrlə (və ya bir dəfə - bunun
fərqi yoxdur) keçməsi, şübhəsiz, şüursuz hadisədir. Lakin əgər mən bu mis-
ranı bura yazsam, burada iki hal olar: 1. Yazmağım olar şüurlu hadisə, çünki
mən artıq bu haqda kifayət qədər düşündüm; 2. Mən tərəfdən atılan addım
kimi olar şüursuzluğa klassik nümunə.
Mən də şüursuzluq haqqında balladanı şüurun mədhi ilə bitirən adam
kimi bunu etmirəm.
Yunqun fikirlərinə həsr olunmuş bu yazını yenə də Yunqun sözləri ilə
bitirmək istəyirəm: “Mənim həyatım şüursuzluğun özünürealizasiyası tari-
xindən ibarətdir. Şüursuzluqda olan hər bir şey realizasiyaya can atır və özü-
nü tam vahid hiss edən insan öz şüursuz mənbələrindən bəhrələnmək istə-
yir.” Öz şüursuz mənbələrindən bəhrələnən dahi Yunq: - “Mən gördüm ki,
bütün fikirlərim günəş ətrafında fırlanan planetlər kimi Allah ətrafında fırla-
nır və qarşısıalınmaz güclə Ona can atır. Mən hiss edirdim ki, bu gücə qarşı
hər hansı bir müqavimət göstərsəm, böyük günah etmiş olaram” – yazır.
Həyatın çətin sınaqlarında yaşadığın o hiss ki, Allah səninlədir – bu
yolların əzabını azaldır. Yunq demişkən: “Əgər insan Allahın iradəsini yeri-
nə yetirirsə, o, əmin ola bilər ki, düz yoldadır. Ancaq ALLAHIN iradəsinə
tabe olanlar onun mərhəmətinə nail olurlar”. Eşq olsun Allaha!
Beynimdə dolaşan misranı yazıram: “Yenə o bağ olaydı...” – bunu
yazmaq yaxşı düşünülməmiş, ancaq daha incə addımdır.
Eşq olsun Allaha!
Je vous donne! (fr. )
Bunlardan başqa, Ləman Xəlilovanın, Eldar Əmirovun və Şölət
Zeynalovun
cavabları da diqqəti cəlb edir və fəlsəfi seminarda müzakirə
olunacaq.
Kant sual verir: “Maarifçilik nədir?"
Münsiflər yerlərə görə bölgü aparmadan üç cavabı xüsusi qeyd etdilər.
Fəlsəfi Diskurs
- 177 -
– Sahil Şirinov:
Maarifçilik öyrənərək öyrətməkdir. Bəlkə, öyrətməkdən çox öyrən-
məkdir. Vaxtilə I Pyotrun barmağına taxdığı üzükdə "Müəlliməm şagirdə
möhtac" sözləri yazılmışdı. Amma Pyotr Avropa ilə tanış olduqdan sonra
üzükdəki yazı başqa şəklə, "Şagirdəm müəllimə möhtac" şəklinə düşdü...
Hər halda maarifçi olmamışdan öncə maarifli olmaq çox vacib şərtdir.
Maarifli olmaq təbii ki, anadangəlmə keyfiyyət deyil, amma maarifli olmağa
can atmağa qabillik təbii şərt ola bilər. Bəlkə də, istənilən insanın daxilində
bir öyrənmək və öyrətmək duyğusu vardır... Amma bu, maarifli olmağın
müəyyən şərtlərini ödəsə də, maarifçi olmaq şansını və məziyyətini qane
edə bilməz. Maarifçiliyin termin kimi Fransadan və yaxud haradan gəlməsi
önəmli məsələ sayılmamalıdır. Bu, quru akademizm və falş sözçülükdür.
Əsas prosesin anlamı və mahiyyətidir.Bu baxımdan heçkim inkar edə
bilməzki, Konfutsi, Budda, Zərdüşt maarifçi olmamışlar. Məhəmməd (ə.s)-
ın maarif nuru nə qədər qaranlığı ziyalandırdı? Bəhmənyar, Xaqani, Nizami,
Sührəvərdi, Sabir, Cavid, H.Hüseynov, Zadə ziyası Azərbaycan intellektinin
fənərindən işraqlanmadımı. Maarif məhz çatışmayan "işıq"dır. Bu yerdə
"Dünyada qaranlıq yoxdur, demək orada işıq yoxdur" deyimi yada düşür.
İnsan hər gün özündən imtina edə-edə maariçiliyin ilk addımlarını atır,
bəlkə də, bəsit və həyati formada. Biz maarifçiliyi daha çox təbliğatda, dik-
tədə, kənarda və başqasının ziyasında axtarmışıq həmişə. Düzdür, bu, tole-
rant və açıq düşüncəyə qabillik kimi təqdir olunmalıdır. Amma həmişə baş-
qa imzalara və tarixə "möhtac" olmamaq üçün maarifçilik içimizdə yetişmə-
lidir. Bəlkə də, biz maarifçiliyin içində yetişərkən özgələşmə meylimiz daha
çox olur. Hər halda, hər bir millət öz maarifçisinə ,öz maarifinə möhtac ol-
mamalıdır. Bax bu amilin olmaması dolayı fəlakət ola bilər. Russo mənə
müəllimlik edə bilərdi, amma məni Ə.Topçubaşov qədər istəyə bilməzdi.
Təzadlı və yersiz analogiyaya bənzətməyin, amma bu milləti Russonun və-
tənində Topçubaşıov asanlıqla müdafiə edə bilmirdi. Tərəfsiz maarifçilik.
Ümumbəşəri ideallar milli sərhədlərdə nə qədər neytrallıq saxlaya bilir?
Məncə, bəşəriyyət nə qədər maariflənsə də, nə qədər maarifləndirsə də, heç
zaman bütpərəstlikdən və millilikdən qurtula bilməyəcəkdir... Ona görə də
bəlkə, orta statistik maarifçi ümumbəşəriliyə ən az ziyan vurmaqla millətinə
Dostları ilə paylaş: |