Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 166 -
mərhəmət və s. bu tipdə hisslər üzə çıxır və biz özümüzdə meydana gələn
həmin hisslərin şahidi oluruq. Təbii ki, qeyd olunan hisslər şüurdan kənar
sahəyə, qeyri şüuri məzmuna malikdir, çünki insanın istəyindən asılı olma-
dan, yaşamın müxtəlif məqamlarının tələbi olaraq qeyri-iradi olaraq ortaya
çıxırlar. Eyni zamanda onu da vurğulayım ki, bu və ya buna oxşar xüsusiy-
yətləri heyvanlarda da görə bilərik. Hər hansı bir heyvanın öz balasının qey-
dinə qalması buna əyani bir sübutdur. Həyata müxtəliflik qatan məqamlar-
dan biri də fərqli peşələr (rəssam, bəstəkar, şair, alim və s.) və onlara sahib
olan insanlardır, yəni peşə sahibləri. Biz burada da şüuri və qeyri şüurinin
ünsürlərini görə bilərik. Məsələn, incəsənətə yaxın olan və elə incəsənətin
özü olan peşələr sözsüz ki, qeyri-rasional mahiyyətə malikdir. İnsanın mə-
nəvi dünyasında yaşadığı hisslərini nota köçürən bəstəkar, öz fırçasıyla xə-
yalında canlandırdığı bir görünütüyə rənglər vasitəsilə maddi don geydirən
rəssam və ya ilhamının yardımı sayəsində şeirlər ərsəyə gətirən şair. Təbii
ki, sadaladıqlarım quru ağlın ünsürlərindən münəzzəhdir. Amma elm alə-
mində bu xüsusiyyət öz təsir gücünü itirir. Burada sözsüz ki, əsas söz sahibi
məntiq və rasionallıqdır. Lakin elm dünyasına, alimlərin elmi fəaliyyətinə
nəzər saldıqda da qeyri-rasional məqamların da şahidi oluruq. Hansı ki belə
bir vəziyyətdə onlar elm tarixində iz qoymuş ixtiralarını (Nyuton, Mendele-
yev və s) realllaşdırıblar. Göründüyü kimi, yaşamımızın hər anı şüuri və
qeyri-şüuri məqamlarla boldur. Hər ikisi (rasional və qeyri-rasional) həyatı-
mıza nüfuz edərək, öz təsirini göstərmək gücünə malikdir. Düşünürəm ki,
burada daha çox üstünlük qazanan, öndə olan məhz, qeyri-şüuridir. Zənnim-
cə, nümunə olaraq nəzər yetirdiyim insan həyatının müxtəlif məqamları fik-
rimi təsdiqləyən əyani bir sübutdur. Amma bu, heç də qeyri-şüurinin əsas
həlledici rol oynamasına əsas vermir. Çünki məhz, əqlimiz vasitəsilə biz
həm düşüncələrimizi həyatımıza tətbiq etmək imkanına, həm də qeyri-şüuri-
nin yaşamımızda mühüm rol oynadığını aydınlaşdırmaq qabiliyətinə mali-
kik. Rasional və qeyri-rasional yalnız paralel olaraq birgə fəaliyyət göstər-
dikdə harmoniya yarana bilər. Məsələn, intuisiya, dini hiss olan iman kimi
qeyri-şüuri məzmuna malik olmaqla yanaşı insan həyatında əvəzsiz rola ma-
likdir. Məhz, imanı vasitəsilə insan mənəvi dünyasına nüfuz edərək özündə
olan ilahi keyfiyyətləri (təbii ki, mənbəyi Allaha aid olan keyfiyyətlər) ak-
Fəlsəfi Diskurs
- 167 -
tivləşdirib mükəmməlləşdirə bilər. Lakin burada da əql imanın daim yanın-
da addımlamalıdır. Əqldən məhrum olan dini yaşantı sadəcə robort xarakteri
daşıyan yaşam tərzidir. Qeyri-şüurinin üstünlüyünün məkanı olan həyatın
daşıyıcısı sayılan insanın ən böyük uğuru isə daima şüuri və qeyri-şüurinin
maksimum imkanından yararlanmaqla öz düşüncələrini yaşamına tətbiq
edib həqiqətən yaşaması və yaxud da Şopenhauerin təbirincə desək, sadəcə
öz üzərinə götürdüyü rolu oynamasıdır...
Fəxri qaliblər
– Dos. Mətanət Abdullayeva
“Qeyri-şüurinin fəlsəfəsi”nin nümayəndəsi Eduard Qartman qeyri-şü-
urini şüurun transsendent tərəfi kimi qiymətləndirərək onu ruhla identikləş-
dirir. O deyir ki, şüur dünyəvi prosesin gedişatında yüksəlib kamilləşdikcə
elə bir anlama səviyyəsinə yetişir ki, orada bütün bədbəxtliklərin arzuların
nəticəsi olduğu məlum olur və o zaman yalnız arzulardan imtinanın müm-
kün vəziyyətlərdən ən yaxşısına – ağrısızlığa aparması həqiqəti aşkarla-
nır. Qartmanın praktiki fəlsəfəsinin prinsipi odur ki, xoşbəxtliyə nail olma-
nın hər cür psevdomodellərini ifşa etmək və qeyri-şüurinin məqsədini –
dünyanı arzuların fəlakətindən xilas etməyi şüurun məqsədinə çevirmək.
Buradan hasil olan birinci nəticə odur ki, şüurlu həyat ağılla tənzimlənən hə-
yatdır (bu çox yaxşıdır), eyni zamanda, şüurlu həyat – şüurun ağlın əsarətin-
də olduğu üçün qeyri-şüurinin səfalarından bixəbər olduğu, ruhu tanımadığı
bir yaşam formasıdır (bu çox pisdir). Ağıl və onda yaranan arzular qeyri-şü-
uri həyatı “dadmaqda” ən böyük maneədir (burada yenə də əbədi aktual olan
cihad problemi durur). Nə qədər ki arzular “meydan sulayır”, qeyri-şüuri
gizli və əlçatmaz olaraq qalır. Bu barədə əsrlər boyu açıq şəkildə də, simvo-
lik formada da danışıblar. Nizami Gəncəvi “Yeddi gözəl”də belə deyir: “Ar-
zu şeytanı məni yoldan çıxara bilməz, //Mən arzumu günaha girov qoymu-
şam.” Füzulinin bu məsələyə münasibəti belədir: “Arzu kələfində vurulan
bu düyün, əlbət// Əql üzrə doğub, dövranə gəl eyləmə töhmət…//Əql ilə
ələm, bil ki, əkizdir bu cahanda, // Əqlin yoxalarsa, gedəcək ahü-fəğan da.
(Yeddi cam). Burada “ağlın yox olması” insanın fiziki ağılsızlığı deyil, qey-
ri-şüuriyə aparan ağılsızlığıdır. Maddi dünyanın keyfiyyətlərini, zövq-səfa-
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 168 -
sını ifadə edən arzular insanın fiziki aspekti ilə bağlıdır və nəzərə alsaq ki,
insanın fiziki aspektinin diapazonu ruhunun imkanlarından kiçikdir və ruh
qeyri-şüurini ifadə edir, o zaman insan dəyərlərinin, keyfiyyət və bacarıqla-
rının hansı dərinliklərdən süzülüb üzə çıxdığı həqiqətini dərk etməyimiz
asanlaşar. Ağlın ruhu, qeyri-şüurini tanımadan yaşanılan həyat şüurlu həyat
hesab olunursa da, əslində, natamam həyatdır, çünki insan özünün tam po-
tensialını bilmədən və bu imkanları realizə etmədən yaşayır. Əslində, insan
unikal və universal varlıqdır və onun potensialının realizə olunması deyəndə
konkret təbii mexanizmlər nəzərdə tutulur ki, bu da insan varlığında mövcud
olan kosmik enerjinin sublimasiyasından ibarətdir. Bu enerji insanı yaşadan
həyat enerjisidir. Z.Freyd ona libido deyirdi, kabbalada onun adı ruax, sufi-
likdə can, induizmdə Kundalinidir. İnsanın ruhu ilə kontaktını – introvert
əlaqəni yaradan təlimlərin əsasında libidonun (yaxud Kundalininin) subli-
masiyası durur. Qədim yəhudi qnostisizminin nümunəsi olan kabbaladan
(müəyyən səviyyədə) bəhrələnən Freyd bu enerjini psixoseksual enerji kimi
başa düşürdüsə, Q. Yunq, daha dərinə gedərək, onu özül enerji kimi dərk
edirdi. Həyat enerjisinin – libidonun məqsədyönlü sublimasiyası yolu ilə in-
sanın özünün qeyri-şüurisinə çatması mümkündür və bu məqsədlə bəşər ta-
rixi boyu müxtəlif ezoterik məktəblər, təlimlər yaradılırdı. Enerjinin subli-
masiyasından ibarət olan möhtəşəm proses müxtəlif etno-mədəni areallarda
fərqli simvolik obrazlarla təsvir olunub. Bu, induizmdə (qadın mahiyyətli)
Şaktinin səyahətə çıxıb möhtəşəm Şiva ilə birləşməsidir; sufilikdə canın Ca-
nanla birləşməsindən ibarət olan mistik eşq yolçuluğudur. Siddxartxa Qauta-
manın qırx gün bodxu ağacının altında meditasiyada oturub şəxsiyyətinin
dəyişməsinin – Budda (nurlanmış) səviyyəsinə yetişməsinin batini əsasında
enerjinin məqsədyönlü sublimasiyası dururdu. Qeyri-şüurini aktivləşdirmə-
yə yönələn mistik təcrübələrin hamısının psixoloji mexanizmi var və bunlar
eynidir. Belə psixoloji aspektdən çıxış edərək Yunq deyir ki, qeyri-şüuriyə
yönəlmə əhəmiyyətli dərəcədə insanın formalaşmasına səbəb olur, onun
şəxsiyyətini dəyişdirir. “Yeni psixologiya hesab edir ki, şüur bir adadır, qa-
lan ətraf isə qeyri-şüuridir.” Yunqa görə, qeyri-şüuri, ruhun yaradıcı fantazi-
yası, qiymətli hissiyyatının mənbəyidir və ağıl oraya əl vura bilməz, ruhi
mən oraya qərq olanda (özünün son əsası olaraq) məktəblər, bilik, incəsənət
Dostları ilə paylaş: |