Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 172 -
yaxud maddi özül və ya ruhani özül yoxdur. Beləki, özül bu əksliklərin vəh-
dətindən ibarətdir. Məlumdur ki, əksliklərin birləşməsi özü-özlüyündə (öz
səviyyələrində) mümkün deyil. Buna görə də onları özündə birləşdirən
üçüncü tərəf – daha yüksək “müstəvi” olmalıdır ki, özülün mahiyyəti də elə
bundan ibarətdir. Psixoloji özüllük həm kişi, həm qadındır, həm qoca, həm
uşaqdır, həm güclü, həm zəifdir, həm böyük, həm də kiçikdir və s. Elə görü-
nə bilər ki, özüldə ziddəyyətlər vardır. Lakin Yunqun qeyd etdiyi kimi bu,
ziddiyyətlər şüurun məhsuludur, tama münasibətdə şüurun (Yunq “dəyişil-
miş şüur” ifadəsini işlədir) mövqeyindən irəli gələn nəticədir. Əslində özül-
də heç bir ziddiyət yoxdur, özül psixoloji tamlıqdır, şüur və şüursuzluğun
psixoloji vəhdətindən ibarətdir. Əksliklər şüura, əksliklərin vəhdəti isə şüur-
suzluğa ekvivalentdir, çünki şüur hadisəsi diferensiasiya tələb edir, o, hər
şeyi subyektə və obyektə bölür, onları və onlar arasındakı münasibətləri öy-
rənir. Harada ki, belə bölgü yoxdur, yəni bir tərəf var, amma o biri tərəf
yoxdur, deməli, orada şüur hadisəsi də yoxdur. Deməli, eqonun psixoloji
məzmunu da bir tərəfdən şüura, digər tərəfdən isə şüursuzluğa əsaslanır.
Beləliklə, idrak prosesi əksliklərsiz mümkün deyil. Yunqa görə, idrak-
la sıx bağlı olan bir şeyin (əksliklərin) obyektlə də bağlı olması ağlabatan
deyil. Və o, qeyd edir ki, ağlabatan odur ki, “bizim şüurumuz şeyləri adlan-
dırır, onları fərqləndirir. Hətta bəlkə də heç bir fərq, əkslik gürünməyən (ol-
mayan) yerdə onları yaradır.
Özül özündə həm şüursuzluğu, həm də şüurini ehtiva edən fenomen-
dir. Şüursuzluqdan şüura sezən (yol tapan) informasiya simvollar, obrazlar
və xüsusi maraqla qeyd etmək lazımdır ki, hətta hazır fikirlər şəklində peyda
olur. Şüursuzluğun şüurda təmsil olunması prosesi zamanı insanda hansı
halətlərin baş verməsi mütəfəkkirləri – həm Şərqdə (məsələn, İslam Şərqin-
də sufiləri), həm də Qərbdə – həmişə düşündürmüşdür. Bu proses zamanı
insanın nələr yaşadığını söyləmək, Yunqun dediyinə görə, ona görə çətindir
ki, bu yaşamlar hamıda müxtəlif cür olur və çox şəxsidir, intimdir. Yunqun
xüsusilə vurğuladığı kimi “...belə şeylərin elmi təsnifatı mümkün deyil.”
Buna baxmayaraq, dərk olunub-olunmamasından (? – müəl.) asılı olmaya-
raq şüursuzluğun şüura sezməsi prosesi daima baş verir və şəxsiyyətin psi-
xoloji inkişafını təmin edir. Beləliklə, Bəşəriyyət arasıkəsilməz, ardıcıl inki-
Fəlsəfi Diskurs
- 173 -
şafına görə, nə qədər qəribə görünsə də, şüursuzluğa minnətdar olmalıdır.
Çünki o, özündə bəzəriyyətin təcrübəsini ehtiva edir. Və zaman-zaman şüur-
da təmsil olunmaqla inkişafa təkan verir və onu təmin edir.
Məlum olduğu kimi, psixika (psixe perse) enerjiyə malikdir və eqo bu
enerjidən bəhrələnir. Yunq vurğulayır ki, şüur bəhrələndiyi enerjini məhz
şüursuzluqdan alır, belə ki, simvollar, obrazlar, fikirlər şəklində şüurda təm-
sil olunandan sonra arxitiplər enerji mənbəyinə çevrilir və empirik şəxsiyyət
bu enerji mənbəyindən istifadə etməyə çalışır və hətta, Yunqun həyəcanla
xəbərdar etdiyi kimi, özü də onun hakimiyyəti altına düşüb, onun şikarına
çevrilə bilir.
Yunq yazırdı: “Qarşıma məqsəd qoymuşdum ki, mənə verilən şüursuz
materialı başa düşüm, dərk edim. Onu mənalandırım. Lakin ən çox qorxdu-
ğum o idi ki, öz üzərimdə nəzarəti itirim, şüursuzluğun şikarina çevrilim”.
Eqo öz-lə assimiliasiyaya uğrayarsa, Yunqa görə bu, əsl psixi fəlakətə
gətirib çıxarır. (Lakin daxildəki hər bir dərin transformasiya mütləq fəlakətə,
patologiyaya gətirib çıxarmır. Məlumdur ki, daxildə baş verən dərin dəyişik-
liklər həm də şəxsiyyətin inkişafına təkan verə bilir). Bu zaman “tamlıq ob-
razı ancaq şüursuzluğa məxsus absolyut zaman-məkan kontiniumuna dü-
şür”, yəni əslində zaman-məkan xüsusiyyətlərini itirir. (Burada qeyd etmək
yerinə düşərdi ki, ruhun müəyyən bir hissəsinin zaman-məkan qanunlarına
tabe olmaması eksperimental şəkildə sübut olunmuşdur. – Amerika psixolo-
qu C.B.Rayn). Lakin yuxarıda qeyd etdiyimiz kimi, şüur harada varsa, orada
differensiasiya var. Şüursuzluğun şikarına çevrilmış eqo-şüur öz həyati xü-
susiyyətini – diferensiasiya etmək xüsusiyyətini itirdiyinə görə mümkün
olan bütün təsadüflər üçün qapılar açılır. Şikara çevrilməmək üçün hər şey
mənalandırılmalı, dərk edilməlidir. Bu prosesdə şüur önə keçir. Çünki alı-
nan informasiya (istər rasional, istər irrasional) şüursuz dərk edilə bilməz.
Dərksiz isə heç bir inkişaf yoxdur. Şüursuzluqdan alınan materialın şüur tə-
rəfindən necə mənalandırılması şəxsiyyətin necə inkişaf edəcəyini istiqa-
mətləndirir. Bu prosesdə şüurun rolunu, əhəmiyyətini azaltmaq insanı məsu-
liyyətdən, cavabdehlikdən azad etməyə bərabər olardı. “Hər şey bizim şüu-
rumuzun düzgün işləyib-işləməməsindən asılıdır. Bu gün müəyyən adamlar
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 174 -
başlarını itirsələr, sabah hidrogen bombası partlayacaqdır” – deyə Yunq xə-
bərdar edirdi.
Beləliklə, şüurla şüursuzluğun qarşılıqlı təsiri psixi inkişafı təmin
edir.
Psixi inkişaf nədir? Psixi inkişafın məqsədi şəxsiyyətin tamlığıdır, ta-
razlığı, vəhdətidir. Deməli, bu qarşılıqlı təsir prosesi insanın təkmilləşməsi,
kamilləşməsi prosesidir ki, burada şüurun rolunu Yunq xüsusi qeyd edir.
Yunq qeyd edir ki, kamilləşmək təlabatı insanın anadan gəlmə xüsusiyyəti-
dir, onun cövhərindədir. Hər bir insanın kamilləşməyə can atması onun təbi-
ətindədir. Yunq həm də qeyd edirdi ki, Allah ideyası (obrazı-Yunq) da hər
bir insanın cövhərində, təbiətindədir və qırx yaşından sonra şüursuzluqda
olan bu ideyanın şüura sezməsi aktivləşir. “İnsan doğulandan qeyri-şüuri sa-
həsində mövcud olan Allah ideyası (obrazı – Yunq; zərrəcik –sufilər) dəyi-
şilmiş şüur halətləri yarada bilir (şüuru dəyişdirə bilir). Dəyişilmiş şüur (yə-
ni artıq Allahı dərk etmiş şüur) da öz növbəsində Allah obrazını (təsəvvürlə-
rini, hisslərini, biliklərini –müəllif) dəyişdirmək bacarığına malik olur. ”
Qüdrətli və qadir Allah hər şeyin (Bibliya və kilsənin-Yunq) fövqünə qalxır
və insanı da o yüksəkliyə qalxmağa səsləyir. Şüursuzluqdan gələn informa-
siyadan qorxmayan şüur tarixi təhlildən və özünüdərkdən keçərək öz içində
İlahi qüdrəti hiss edir, “Allah transendent olduğu üçün içində onunla birgə
yaşayan insan da transendentdir” (sufi təlimi ilə müqayisə etmək olar – mü-
əl.). İçindəki İlahi təzahürlərə müstəqil cavab verə bilmək əzmi, Allah yo-
lunda nə isə əhəmiyyətli bir şey edə biləcəyi fikri ona güc verir, insan özünü
qibtə edilə biləcək qədər ləyaqətli aparır.” “Allah yaradandır. İnsan yaradıla-
nı yekunlaşdıran varlıqdır. Ancaq insan dünyanın mövcudluğuna obyektiv
məna gətirir; onsuz bu dünya görünməz və bilinməz, qidalanan, dünyaya ba-
la gətirən və ölən, milyon illərlə heçliyin qaranlığında qalan və sonuna doğ-
ru gedən mənasız bir şey olardı. Ancaq insan şüuru bütün bunları mənalı,
əhəmiyyətli edir. Və bu böyük yaradıcılıq prosesində insan öz layiqli yerin-
dədir.” Qeyd etmək istərdik ki, Yunq Quranı oxumadığı üçün (hərçənd ki,
Yunq Afrikanın müsəlman ölkələrində ona Quranı bildiyi üçün böyük hör-
mətlə yanaşdıqlarından söz açır) bilmirdi ki, Qurani-Kərimdə deyilir: Allah
tanınmaq istədi və insanı yaratdı.
Dostları ilə paylaş: |