Fəlsəfi Diskurs
- 181 -
na Qərb yönümlü, qərbə meyilli fikirlər təbliğ edir, Avropa sisteminə uyğun
təhsilin zərurliyini vurğulayırdı. Ran Mohan əlindən gələni edirdi ki, təmsil
etdiyi xalq Avropa mədəniyyətinə yiyələnsin. Həmçinin Mohan cənabları
kasta qruıuşunu sərt tənqid edir, bu sistemin hindusları parçaladığını söylə-
yirdi. O, dində də islahatların keçirilməsinin xususi önəm kəsb etdiyini bil-
dirir, islam şərqində C.Əfqani kimi dinin əlavələrdən təmizlənməsini istəyir-
di. Bu münasibətlə yazırdı: “Mən bütpərəstliyin müdafiəçilərinə qarşı çıxış
etdim. Göstərməyə çalışdım ki, brahmanların bütpərəstliyi onların sələfləri-
nin praktikasına, qədim kitablarının prinsipinə ziddir”.
Ram Mohan Rayın maarifçilik hərəkatını daha mütəşəkkil həyata ke-
çirmək üçün “Brahmo Samac” adlı təşkilat yaratması da məlumdur. Bu təş-
kilat dinindən, milliyyətindən və sosial mənsubiyyətindən asılı olmayaraq
bütün insanlar üçün açıq idi. Əlbəttə, bu, o dövr Hindistanı üçün çox önəmli
hadisə idi. Təşkilatın əsas məqsədinin aşağıdakılardan ibarət olduğunu söy-
ləyə bilərik:
-
kasta və dini fərqlərin aradan qaldırılmasına nail olmaq
-
sosial islahatlarla çıxış etmək
-
xalqın qabaqcıl fikirli insanlarının qüvvələrini vahid mərkəz ətrafın-
da birləşdirmək
-
ölkənin mədəni səviyyəsinin inkişafına çalışmaq və.s
Ran Mohan Ray islahatçı, maarifçi fikirlərini irəli sürərkən Avropanı
örnək alır, Hindistanın xilasını Qərb sivilizasıyasına qovuşmaqda görürdü.
Əlbəttə, yeni baxışlar hind cəmiyyəti tərəfindən birmənalı qarşılana bilməz-
di. Çox keçmir ki, Brahmo Samacçılara qarşı “Dharma Sabha” təşkilatı ya-
radılır.
Çində vəziyyət necə idi?
Maarifçilik dalğası Çin mühitində də özünü göstərmiş, bır sıra mütə-
fəkkirlər bu mövqedən maraqlı mülahizələr irəli sürmüşlər. Belə mütəfək-
kirlər sırasında XIX əsrdə yaşamış Van Taonun adını qeyd edə bilərik. O,
bır sıra xarici ölkələrdə səyahətlərdə olmuş, Çinə qayıtdıqdan sonra ölkəsi-
nin islahatlar yolu ilə dəyişdirilməsinin mümkünlüyündən söz açmışdır.
Düzdür, o, Çinin avropalaşmasının əleyhinə olsa da, idarəetmədə ingilis tipli
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 182 -
monarxiyanın tətbiqindən yana olmuşdur. Van Tao ölkənin güclü inkişafı
üçün qərbin elmi nailiyyətlərindən faydalanmağı məsləhət görür, qərbin
müsbət keyfiyyətlərindən bəhrələnməklə onların Çində tətbiq edilməsinin
zəruri olduğunu bildirirdi...
Maarıfçilik hərəkatının ölkəmizə gəlişi də diqqətəlayıqdır. İlk azər-
baycanlı maarıfçilər sırasında A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi,
Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, C.Məmmədqu-
luzadə, S.M.Qənizadə, H.Mahmudbəyov, H.Z.Tağıyev kimi mütəfəkkir və
maarifpərvərlərin adlarını çəkinmədən qeyd edə bilərik... Yuxarıda qeyd et-
diyimiz kimi, maarıfçilik qədəm qoyduğu ölkələrdə yeniliklərə imza atmaq-
da idi. Ölkəmizdə ilk belə yenilik Mirzə Fətəli Axundovun simasında gö-
rüntüyə gəlir. Axundov ərəb əlifbasının yararsızlığı ideyasından çixiş edərək
onun yeni əlifba ilə əvəz edilməsini təklif edir. Mütəfəkkirin bu məqsədlə
Osmanlı sultanı (həm də islam xəlifəsi) ilə görüşüb fikirlərini çatdırması
məlumdur. Bunnan başqa, bu dönəmlərdə Axundov komediyaları ilə gündə-
mə gəlir ki, bununla da o, Azərbaycan ədəbiyyatında realist dramaturgiyanı-
nın əsasını qoyur. Bu komediyalarında, həmçinin Kəmalüddövlə məktub-
ları” əsərində islam şərqindəki cahillik, gerilik, böyük ustalıqla canlandırıl-
mış, islam ehkamları tənqid edilmişdir.
Bundan başqa, 1875-ci ildə Həsən bər Zərdabi tərəfindən “Əkinçi” qə-
zetinin əsasının qoyulması ilə maarifçilik yönümündəki işlər bir qədər də
genişləndirilir. Zərdabi dəfələrlə vurğulayır ki, Əkinçinin məqsədi xalqın
gözünü açmaqdır. Bundan ehtiyatlanan çar höhüməti çox keçmir ki, 1877-ci
ildə qəzetin fəaliyyətinə xitam verir.
Əhməd bəy Ağayev (1909-cu ildə İstanbula muhacirət edənə kimi
Ə.Ağayev) də öz növbəsində maarifçilik mövqeyində dayanır, bır sıra isla-
hatçı fikirlər irəli sürür. Məsələn, o, islama rasional mövqedən yanaşır, is-
lamda qadın hüquqlarından bəhs edir və qadınların da da seçkidə iştirak edə
bilmək haqqlarının olduğunu vurğulayırdı. Bu kimi fikirlərinin nəticəsi idi
ki, 1918-ci ildə Şərqdə ilk Demokratik Cumhuriyyət (ADR) yarandıqdan
sonra qadınlara da seçki hüququ verilmişdi.
XIX əsrin axırları XX əsrin əvvəllərində əhalini maarifləndirmə
yönümündə gördüyü işlərə görə bır sıra mətbu orqanların da rolu mühümdür
Fəlsəfi Diskurs
- 183 -
ki, belələrinin sırasında “Molla Nəsrəddin”, “Füyuzat”, “Həyat”, “İrşad”
kimi mətbu orqanların adlarını qeyd edə bilərik.
Sonda fikirlərimi yekunlaşdırarkən maarifçilik nədir sualına yenidən
qayıdıb bildirmək istəyirəm ki, maarifçilik - insanların, cəmiyyətlərin
əlindən tutub onları bu və ya digər şəkildə xoşbəxtliyə doğru sürükləmək
olub, öz mütərəqqi fikirləri ilə cəmiyyətin bütün sferalarına nüfüz edə bilən,
elmi, mədəni, ictimai, siyasi fəaliyyətdir. Yuxarıda qısaca da olsa
maarifçilik küləyinin əsdiyi fərqli çoğrafıyalarla tanış olduq. Demək olar ki,
adını qeyd etdiyimiz çoğrafıyaların hamısında eyni məqsədin şahidi olduq.
Çağdaş günümüzə gəlincə isə söyləyə bilərik ki, bu gün Şərq, Qərb
ölklərindən bir çox sahələrdə geri qalır. Buna görə bır sıra şərq ölkələrində
tələm-tələsik olaraq Avropaya inteqrasiya cəmiyyətləri yaradılır, Avropada
nə görülürsə onun Qərb ilə ayaqlaşmaq istəyən ölkələrə transferi müşahidə
olunur. Bu zaman bizlər ayıq-sayıq olmalıyıq ki, kimlərsə qaş düzəltmək
istərkən vurub gözümüzü kor etməsin. Ən azından bır şeyə görə diqqət
yetirməliyik ki, qərb insanı ilə şərq insanının dəyərləri, normaları arasında
uyğunluq çox azdır. Qərbdən yeni nələrisə əxz edən zaman mütləq, o həmin
ölkənin reallıqlarına adekvat olmalıdır. Əxz edilənlər müsbət keyfiyyətlər
olub ölkə vətəndaşlarını tərəqqiyə doğru istiqamətləndirməlidir.
Derrida soruşur: "İnsan özü ilə danışmaqla özünü də-
yişə bilərmi?" "özü haqqında yeni bir şey öyrənə bilərmi?"
– Aysel Əliyeva
Безусловно, да! Я считаю, что те люди, которые говорят, что они
не прислушиваются к своему внутреннему голосу, либо просто хотят
скрыть это, либо просто не совсем точно понимают что это. Но этого
же не надо стыдиться, это же мы, люди, и все мы одинаковые в
том, что мы всегда рассуждаем, сопоставляем данные, поступающую
информацию, и этот весь процесс происходит у нас внутри. Ну согла-
ситесь, если у вас был очень насыщенный событиями день, вы что-то
успевали, а что-то нет, Вы приходите домой вечером и начинаете неза-
Dostları ilə paylaş: |