Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə59/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

Fəlsəfi Diskurs
 
 
 
- 181 -
na Qərb yönümlü, qərbə meyilli fikirlər təbliğ edir, Avropa sisteminə uyğun 
təhsilin zərurliyini vurğulayırdı. Ran Mohan əlindən gələni edirdi ki, təmsil 
etdiyi xalq Avropa mədəniyyətinə yiyələnsin. Həmçinin Mohan cənabları 
kasta qruıuşunu sərt tənqid edir, bu sistemin hindusları parçaladığını söylə-
yirdi. O, dində də islahatların keçirilməsinin xususi önəm kəsb etdiyini bil-
dirir, islam şərqində C.Əfqani kimi dinin əlavələrdən təmizlənməsini istəyir-
di. Bu münasibətlə yazırdı: “Mən bütpərəstliyin müdafiəçilərinə qarşı çıxış 
etdim. Göstərməyə çalışdım ki, brahmanların bütpərəstliyi onların sələfləri-
nin praktikasına, qədim kitablarının prinsipinə ziddir”. 
Ram Mohan Rayın maarifçilik hərəkatını daha mütəşəkkil həyata ke-
çirmək üçün “Brahmo Samac” adlı təşkilat yaratması da məlumdur. Bu təş-
kilat dinindən, milliyyətindən və sosial mənsubiyyətindən asılı olmayaraq 
bütün insanlar üçün açıq idi. Əlbəttə, bu, o dövr Hindistanı üçün çox önəmli 
hadisə idi. Təşkilatın əsas məqsədinin aşağıdakılardan ibarət olduğunu söy-
ləyə bilərik: 
-
 
kasta və dini fərqlərin aradan qaldırılmasına nail olmaq 
-
 
sosial islahatlarla çıxış etmək 
-
 
xalqın qabaqcıl fikirli insanlarının qüvvələrini vahid mərkəz ətrafın-
da birləşdirmək 
-
 
ölkənin mədəni səviyyəsinin inkişafına çalışmaq və.s 
  
Ran Mohan Ray islahatçı, maarifçi fikirlərini irəli sürərkən Avropanı 
örnək alır, Hindistanın xilasını  Qərb sivilizasıyasına qovuşmaqda görürdü. 
Əlbəttə, yeni baxışlar hind cəmiyyəti tərəfindən birmənalı qarşılana bilməz-
di. Çox keçmir ki, Brahmo Samacçılara qarşı “Dharma Sabha” təşkilatı ya-
radılır. 
Çində vəziyyət necə idi? 
Maarifçilik dalğası Çin mühitində də özünü göstərmiş, bır sıra mütə-
fəkkirlər bu mövqedən maraqlı mülahizələr irəli sürmüşlər. Belə mütəfək-
kirlər sırasında XIX əsrdə yaşamış Van Taonun adını qeyd edə bilərik. O, 
bır sıra xarici ölkələrdə səyahətlərdə olmuş, Çinə qayıtdıqdan sonra ölkəsi-
nin islahatlar yolu ilə  dəyişdirilməsinin mümkünlüyündən söz açmışdır. 
Düzdür, o, Çinin avropalaşmasının əleyhinə olsa da, idarəetmədə ingilis tipli 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 182 -
monarxiyanın tətbiqindən yana olmuşdur. Van Tao ölkənin güclü inkişafı 
üçün qərbin elmi nailiyyətlərindən faydalanmağı  məsləhət görür, qərbin 
müsbət keyfiyyətlərindən bəhrələnməklə onların Çində  tətbiq edilməsinin 
zəruri olduğunu bildirirdi... 
Maarıfçilik hərəkatının ölkəmizə  gəlişi də diqqətəlayıqdır.  İlk azər-
baycanlı maarıfçilər sırasında A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi, 
Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, C.Məmmədqu-
luzadə, S.M.Qənizadə, H.Mahmudbəyov, H.Z.Tağıyev kimi mütəfəkkir və 
maarifpərvərlərin adlarını çəkinmədən qeyd edə bilərik... Yuxarıda qeyd et-
diyimiz kimi, maarıfçilik qədəm qoyduğu ölkələrdə yeniliklərə imza atmaq-
da idi. Ölkəmizdə ilk belə yenilik Mirzə  Fətəli Axundovun simasında gö-
rüntüyə gəlir. Axundov ərəb əlifbasının yararsızlığı ideyasından çixiş edərək 
onun yeni əlifba ilə  əvəz edilməsini təklif edir. Mütəfəkkirin bu məqsədlə 
Osmanlı sultanı (həm də islam xəlifəsi) ilə görüşüb fikirlərini çatdırması 
məlumdur. Bunnan başqa, bu dönəmlərdə Axundov komediyaları ilə gündə-
mə gəlir ki, bununla da o, Azərbaycan ədəbiyyatında realist dramaturgiyanı-
nın  əsasını qoyur. Bu komediyalarında, həmçinin Kəmalüddövlə  məktub-
ları” əsərində islam şərqindəki cahillik, gerilik, böyük ustalıqla canlandırıl-
mış, islam ehkamları tənqid edilmişdir. 
Bundan başqa, 1875-ci ildə Həsən bər Zərdabi tərəfindən “Əkinçi” qə-
zetinin  əsasının qoyulması ilə maarifçilik yönümündəki işlər bir qədər də 
genişləndirilir. Zərdabi dəfələrlə vurğulayır ki, Əkinçinin məqsədi xalqın 
gözünü açmaqdır. Bundan ehtiyatlanan çar höhüməti çox keçmir ki, 1877-ci 
ildə qəzetin fəaliyyətinə xitam verir. 
Əhməd bəy Ağayev (1909-cu ildə  İstanbula muhacirət edənə kimi 
Ə.Ağayev) də öz növbəsində maarifçilik mövqeyində dayanır, bır sıra isla-
hatçı fikirlər irəli sürür. Məsələn, o, islama rasional mövqedən yanaşır, is-
lamda qadın hüquqlarından bəhs edir və qadınların da da seçkidə iştirak edə 
bilmək haqqlarının olduğunu vurğulayırdı. Bu kimi fikirlərinin nəticəsi idi 
ki, 1918-ci ildə  Şərqdə ilk Demokratik Cumhuriyyət (ADR) yarandıqdan 
sonra qadınlara da seçki hüququ verilmişdi. 
XIX  əsrin axırları XX əsrin  əvvəllərində  əhalini maarifləndirmə 
yönümündə gördüyü işlərə görə bır sıra mətbu orqanların da rolu mühümdür 


Fəlsəfi Diskurs
 
 
 
- 183 -
ki, belələrinin sırasında “Molla Nəsrəddin”, “Füyuzat”, “Həyat”, “İrşad” 
kimi mətbu orqanların adlarını qeyd edə bilərik. 
Sonda fikirlərimi yekunlaşdırarkən maarifçilik nədir sualına yenidən 
qayıdıb bildirmək istəyirəm ki, maarifçilik - insanların, cəmiyyətlərin 
əlindən tutub onları bu və ya digər  şəkildə xoşbəxtliyə doğru sürükləmək 
olub, öz mütərəqqi fikirləri ilə cəmiyyətin bütün sferalarına nüfüz edə bilən
elmi, mədəni, ictimai, siyasi fəaliyyətdir. Yuxarıda qısaca da olsa 
maarifçilik küləyinin əsdiyi fərqli çoğrafıyalarla tanış olduq. Demək olar ki, 
adını qeyd etdiyimiz çoğrafıyaların hamısında eyni məqsədin şahidi olduq. 
Çağdaş günümüzə  gəlincə isə söyləyə bilərik ki, bu gün Şərq, Qərb 
ölklərindən bir çox sahələrdə geri qalır. Buna görə bır sıra şərq ölkələrində 
tələm-tələsik olaraq Avropaya inteqrasiya cəmiyyətləri yaradılır, Avropada 
nə görülürsə onun Qərb ilə ayaqlaşmaq istəyən ölkələrə transferi müşahidə 
olunur. Bu zaman bizlər ayıq-sayıq olmalıyıq ki, kimlərsə qaş düzəltmək 
istərkən vurub gözümüzü kor etməsin.  Ən azından bır  şeyə görə diqqət 
yetirməliyik ki, qərb insanı ilə  şərq insanının dəyərləri, normaları arasında 
uyğunluq çox azdır. Qərbdən yeni nələrisə əxz edən zaman mütləq, o həmin 
ölkənin reallıqlarına adekvat olmalıdır.  Əxz edilənlər müsbət keyfiyyətlər 
olub ölkə vətəndaşlarını tərəqqiyə doğru istiqamətləndirməlidir. 
 
Derrida soruşur: "İnsan özü ilə danışmaqla özünü də-
yişə bilərmi?" "özü haqqında yeni bir şey öyrənə bilərmi?" 
 
– Aysel Əliyeva 
Безусловно, да! Я считаю, что те люди, которые говорят, что они 
не  прислушиваются  к  своему  внутреннему  голосу,  либо  просто  хотят 
скрыть это, либо просто не совсем точно понимают что это. Но этого 
же  не  надо  стыдиться,  это  же  мы,  люди,  и  все  мы  одинаковые  в 
том, что  мы  всегда  рассуждаем,  сопоставляем  данные,  поступающую 
информацию, и этот весь процесс происходит у нас внутри. Ну согла-
ситесь, если у вас был очень насыщенный событиями день, вы что-то 
успевали, а что-то нет, Вы приходите домой вечером и начинаете неза-


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə