Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


- 5 -           Redaksiya Şurasından



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə2/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
- 5 -
 
 
 
 
 
Redaksiya Şurasından  
 
 
Qlaballaşma şəraitində elmi-fəlsəfi araşdırmaların da planetar miqyas 
kəsb etməsi və bu sahədə  əməkdaşlığın getdikcə daha böyük vüsət alması 
qanunauyğun haldır. Bu tendensiya “Fəlsəfə və sosial-siyasi elmlər” jurna-
lının məzmununda da öz əksini tapır. Jurnalın hər yeni nömrəsində millilik 
və ümumbəşəriliyin vəhdəti özünü daha çox biruzə verir.  
Bu ilin birinci rübü Azərbaycanda fəlsəfi fikir həyatının daha da can-
lanması ilə  əlamətdardır. Jurnalımızın baş redaktoru Prof. Dr. Səlahəddin 
Xəlilovun 60 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı 
ilə “Şöhrət” ordeni ilə təltif olunması, dünyanın müxtəlif ölkələrinin tanın-
mış filosoflarının təbrikləri, bu münasibətlə xaricdə dərc olunmuş məqalələr 
və Türkiyədə nəşr olunan fəlsəfə jurnalının bir sayının yubilyara həsr olun-
ması, ölkəmizdə keçirilən görüşlər və təqdimat mərasimləri – bütün bunlar 
dövlət başçısının,  Azərbaycan və dünya elmi ictimaiyyətinin fəlsəfəyə  və 
bir fəlsəfə professorunun elmi yaradıcılığına göstərdiyi böyük diqqətin təza-
hürləridir.  
Azərbaycan fəlsəfi fikrinin beynəlxalq elmi-fəlsəfi ictimaiyyətin də 
diqqət mərkəzində olmasının nəticəsidir ki, yubileylə bağlı jurnalımızın Re-
daksiyasına müxtəlif ölkələrdən çoxlu sayda məqalə  və  təbrik məktubları 
daxil olmuşdur. Jurnalımızın bu sayında biz bu təbriklərin az bir qismini 
nəşr edir və güman edirik ki, onlar küll halında ayrıca bir kitabda çap 
olunacaqdır.  
 Jurnalımızın beynəlxalq miqyasda tanınmasının nəticəsidir ki, xarici 
ölkələrdən daxil olan məqalələrin sayı getdikcə artır. Onların hamısını Azər-
baycan dilinə  tərcümə etməkdənsə, oxucuların böyük əksəriyyətinin yaxşı 
anladığı türk, rus və ingilis dillərində olan məqalələri çap edirik. Amma yu-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
nan və qazax dillərində daxil olmuş  məqalələr tərcümədə  təqdim olunur. 
Ümumiyyətlə, jurnalın bölgədə və hətta keçmiş MDB məkanında “Philoso-
phy Index” tərəfindən qısa xülasələri dərc olunan yeganə jurnal olduğunu 
nəzərə alaraq, biz də daha geniş coğrafi-siyasi məkanı əhatə etməyə çalışı-
rıq. Məkanın genişlənməsi effekti təkcə jurnalla məhdudlaşmayıb, Azərbay-
can filosoflarının beynəlxalq konfranslarda iştirakı  və xarici ölkələrdə çap 
olunan kitablarının sayının artması, habelə bu kitablara həmin ölkələrin nü-
fuzlu elmi jurnallarında rəylərin dərc olunması faktlarında da özünü göstə-
rir. Jurnalın “Elmi-fəlsəfi həyat” rubrikasında bu zənginlik öz əksini qismən 
də olsa, tapmışdır.  
Redaksiya Şurasının sədri akademik Ramiz Mehdiyevin Sankt-Peter-
burqun nüfuzlu “Социология науки и технологий” jurnalında, baş redak-
tor professor S.Xəlilovun ABŞ-da çıxan “Philosophy Study”, professor 
Rəfiqə  Əzimovanın “Вестник  Российского  философского  общества”, 
jurnalımızın məsul katibi f.e.d. Könül Bünyadzadənin Türkiyənin “Öznə” 
dərgisində məqalələrinin çap olunması bizim Redaksiya Şurası üzvlərinin də 
elmi əlaqələrinin genişlənməsindən xəbər verir.  
 
- 6 -
Bütün bunlar “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının 10 illik yubi-
leyi ərəfəsində keçilmiş yola nəzər salarkən bu jurnalın Azərbaycan fəlsəfi 
fikrinin inkişafında, habelə dünya elmi ictimaiyyətinin Azərbaycan fəlsəfə-
sinə diqqətinin artmasında oynadığı böyük roldan xəbər verir. Jurnalımızın 
gələn sayında Redaksiya Şurası üzvlərinin fəaliyyətinin və yubileylə bağlı 
tədbirlərin qısa icmalı veriləcəkdir.  


Fəlsəfə tarixi
 
 
 
 
 
 
Fəlsəfə tarixi 
 
 
Roma stoisizmində və dzen-buddizmdə                  
təbiət və insan arasında əlaqə 
 
 
 
 Panos Eliopoulos

 
(Yunanıstan) 
 
 
Məqalənin predmeti Dzen Buddizm və son Stoik ənənədə  Təbiətin 
özünü göstərməsi üsullarıdır. Hər iki nəzəriyyədə fərqləndirməyə cəhd etdi-
yimiz, insan və Kosmos arasında müəyyən bir əlaqənin olmasını göstərmək 
və müqayisəli  şəkildə bu əlaqənin  əsas parametrlərini müəyən etməkdir. 
Fərziyyəmiz belə bir mühüm müddəaya əsaslanır ki, ruhanilik, insanın təbi-
ətin hissəsinə inteqrasiyası, hər iki təlimdə, müvafiq olaraq, empirik və mən-
tiqi əsaslandırmanın nəticəsidir. Eyni zamanda şübhəsizdir ki, hər iki düşün-
cə məktəbinin interpretasiyaları arasında geniş fikir ayrılığı var. Məqalə on-
lar arasındakı  fərqlilik və oxşarlıqların bütün cəhətlərini hərtərəfli  şəkildə 
göstərə bilməsə  də, insanın xüsusi şərtlər daxilində  təbiəti izləməsi barədə 
giriş ideya verməyi qarşısına məqsəd qoymuşdur. Zəruriliyi universal və qa-
çılmaz qanun kimi qəbul etməsinə baxmayaraq, hər iki nəzəriyyədə insan 
metafizik dərkdən çox, onun təbiətlə əlaqəsini saxlayan əxlaq vasitəsi ilə id-
raklı və sakit qalır. 
Antik Stoikin fikrincə Təbiət Allahdır və Allahın buyurduğu bütün ya-
ratdıqları üçün yaxşıdır (17). Təbiət, Allah və Heimarmene (20, II. 36. 1.) 
tavtologiya təşkil edirlər və bu, oykomenik və orqanik konsepsiyada bir 
                                                 
 
- 7 -

 PhD, Afina və Peloponnese Universiteti. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 8 -
                                                
daha təsdiqlənir (9, 1. 9. 4.). İlahi düzən, Bəsirət ümumi plan kontekstində 
hamını nəzərə alır, lakin hərdən hissələr ümuminin xeyrinə qurban verilməli 
olurlar. Stoik müdriki Təbiətin, Zəkanın, Fəzilətin qaydalarına tam riayət 
edən insandır, çünki bunlar onun daxilində  təbii olaraq olanlardır. O, təbii 
proses boyunca bütün keçidləri qəbul edir və bu prosesə mane olmaq əvəzi-
nə onunla məmnuniyyətlə razılaşır (8, 63). Bu səbəbdəndir ki, müdrikin fəa-
liyyəti təbii qanuna müvafiq forma alır. İmperial stoisizmdə isə insan və Tə-
biət arasında  əlaqə ilə bağlı, daha çox insan iztirablarından və  təbii (yəni 
rasional) qaydaya müvafiq şəkildə bu iztirablardan xilas olmaqdan bəhs 
edən fərqli fəlsəfi baxışlar vardır. 
Digər ortodoksal stoiklərlə müqayisədə daha tez-tez müzakirə edilən, 
ən məşhurlardan biri Roman Senekadır. “Naturales Quaestiones” əsərində 
insanın təbiət ehtiyatlardan istifadədə özünü göstərən pis niyyətlərindən 
bəhs edilir (20, V. 18. 15-16.). Senekanın digər əsərlərində təbiət və insan 
arasında ziddiyyət anlayışına rast gəlinir. Təbiət bir tərəfdən dünyanın möv-
cudluğunu şərtləndirən ilahi mahiyyətdir, digər tərəfdən isə qərarsızlıq, zor 
və dəyişkənlik; belə ki, o, insana qarşı rəhmsiz bir taleyə, gücə çevrilir. Ro-
malı stoik dəqiq bildirir ki, insan talenin təsirinə qalib gələ bilər, lakin on-
dan tamamilə qaça bilməz (18, XXXVΙΙ. 3). Talenin təsirinə qalib gələ bil-
mək üçün o, özünü zəkanın (loqosun) metamorfoz aləti vasitəsilə ruhi məh-
lula istiqamətləndirməlidirSeneka nə antik stoisizmdə olduğu kimi kauzal 
determinizmin əleyhinə çıxır, nə də teleoloji determinizmin nəzəri nəticələ-
rini əhəmiyyətini aşağı endirir. Onun aydın şəkildə istədiyi, həyat və ehtira-
sın bir-birinə əks vəziyyətlərindən yaranan insan faciəsinin əzablarından ya-
xa qurtarmaq üçün, ekzistensial effektiv yanaşma tapmaqdır. Bu konsepsi-
yaya görə, insan aqressiv olmağa məcbur edilir, aqonistik və vəhşi ruh onun 
canına hopur
1
. Seneka filosofu öz qılıncı  və qüvvəsi ilə Roma arenasında 
mübarizə aparan qladiatora bənzədir (18, XXXVΙΙ. 3). Bu qüvvə insanın 
tam xilası  hədəfinə – əsl ali mövqeyinə qayıdış  və talenin bədxahlığından 
azad olmağa - istiqamətlidir. 
 
1
 “El hombre y la fortuna están situados frente a frente en actitud desconfiada. El sabio 
sale a su encuentro con intención de vencerla. Se preocupa por sus dardos, desconfia de 
ella. Mirar a los ojos de la fortuna es ya un signo de coraje” (Bax: 14, 106). 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə