Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə4/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   2   3   4   5   6   7   8   9   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 12 -
                                                
və ya digərini seçmək tamamilə öz əlimizdədir (
ἐφ’ ἡμῖν
)
1
. Stoik müdrikinin 
azadlığı onun özünün daxili metamorfozasını  nəzərdə tutur və göstərir ki, 
onun üçün zəruri olan yalnız hansı yolun üstünlük qazanacağını, nəticə eti-
barı ilə nəyin yaxşı və nəyin pis olacağını bilməkdir. 
Buddizmə  gəldikdə isə, insan iztirablarının qarşısını almaq məqsədi 
ilə o, həyatın müəyyən bir çərçivəli yolu ilə özünə ciddi sərhədlər yaradır
2

Belə ki, o, prinsipcə, imperial stoisizmdə olduğu kimi, eyni əsas problema-
tik və potensial olaraq müqayisəli fərziyyələrdən başlanğıcını götürür. Bud-
dizm hərtərəfli, həyat təcrübəsinin bütün aspektləri üzərində refleksiyaya 
malik fəlsəfədir. Buddistin təbiətə münasibətinin təsvir etmək üçün Pali 
qaydalarında kifayət qədər material tapmaq mümkündür. Palidə “təbiət”ə 
uyğun gələn ekvivalentlər “loka” və “yatabhuta”dır. Birinci ifadə adətən 
“dünya” kimi tərcümə edilir, sonuncu isə hərfən “şeylər olduğu kimi” məna-
sını verir. “Dhammata” and “niyama” sözləri Pali kanonlarında “təbii qanun 
və ya yol” mənasında işlədilir (5, 9-29). İnsan əqli gerçəkliyi, yəni “şeyləri 
olduğu kimi” dərk edə bilmir. İnsan anlamalıdır ki, o, artıq dünyanın mərkə-
zi deyil. O, nə öz hiss orqanlarına inana bilər, nə də həqiqətə yolu əql vasitə-
si ilə əldə edə bilər. Bu çərçivədə dünyanı asanlıqla tanıdan bütün anlayışlar 
itirilir və o, boşluq kimi xarakterizə edilir (sunyata) (2, pass 1). Bundan əla-
və, insan təbiətlə, hər hansı bir ilahi forma ilə və ya bəsirətlə əlaqəsini ger-
çəkləşdirə bilmir. 
Dzenin fikrincə isə, təcrübə mövcud olan hər şeydir və ya mənası olan 
hər  şeydir. Verbal və ya hər hansı bir başqa psevdo-obyektiv yanaşma ilə 
şeylərin nəzərdən keçirilməsi sadəcə olaraq köməyə gəlmir (6, 43). Dzenin 
əsl mahiyyəti Dzenin özü deyil. Hər şeyin, hətta buddaçı təbiət axtarışlarının 
atılması, arxada qoyulması lazımdır. Dzen buddist müdriki, faktiki olaraq
özünü unudur: o mənada ki, a) o, öz “Mən”inin sahibi deyil və b) Özə aid 
 
1
 «ἐπειδή δύο ταῦτα ἐν τῆ γενέσει ἡμῶν ἐγκαταμέμικται, τό σῶμα μέν κοινόν πρός 
τά ζῶα, ὁ λόγος δέ καί ἡ γνώμη κοινόν πρός τούς θεούς, ἄλλοι μέν ἐπί ταύτην 
ἀποκλίνουσιν  τήν  συγγένειαν  τήν  ἀτυχῆ  καί  νεκράν,  ὀλίγοι  δέ  τινες  ἐπί  τήν 
θείαν καί μακαρίαν» (9, 1.1.10-12 və 1.3.3). 
2
 Budda əsas məsələ olan insan iztirabı və onun sonuna birbaşa və ya dolayı aidiyyəti 
olmayan suallara cavab verməkdən imtina etdi.  


Fəlsəfə tarixi
 
 
 
- 13 -
                                                
ediləsi heç nə yoxdur. Beləliklə, o, hər hansı bir formaya yapışmır; o, dağ-
dır, çaydır və ya buluddur (21, 100-101). Mahiyyət etibarı ilə o, nə hər hansı 
şəxsin ehtiraslarını daşıyır, nə də onu boşluqdan (sunyata) çıxara biləcək xa-
rici təsirlər var, o, stoikin “apatheia” adlandırdığı haldadır. O, talenin və ya 
təbiətin təsirlərinə tabe olmur, belə ki, tabe olma, bu və ya digər dərəcədə, 
tabe edən birisinin varlığı  mənasına gələrdi, lakin Dzendə belə  şəxs tapıla 
bilməz (22, 157). O, heç vaxt cəhd etmir, buna görə də onun fəziləti heç bir 
halda mübariz cəhdlərin nəticəsi deyil. Öz mövcudluğunu dünyadakı bütün 
şeylərin varlığı vasitəsi ilə müəyyən etdiyindən mövcudluğun sirri ona heç 
bir anlaşılmazlıq ifadə etmir. Dogenin sözləri ilə desək, “Buddanın yolunu 
öyrənmək özünü öyrənmək deməkdir. Özünü öyrənmək özünü unutmaq de-
məkdir. Özünü unutmaq bütün şeylər vasitəsi ilə nurlanma deməkdir” (7). 
Bu özünəməxsus konsepsiyada Buddist hadisələr dəyişikliklərindən təsirlən-
mədiyindən sakit və etinasız qalır. Onun fəziləti məntiqi deyil və sözlə ifadə 
oluna bilmir; Kosmosa empirik inteqrasiya ilə ifadə olunur. Hətta “yaxşı” və 
“pis” sosial şərti, real əhəmiyyət daşımayan nominal anlayışlardır (4, 
pass
. 85 
(satasahasrika I. 118-119)
). Şeylərə hər cür praqmatik-məntiqi istinaddan ayrıl-
mağa baxmayaraq, Dzen-Buddist təlimində insanın Təbiətlə əlaqəsi sadəcə 
etiraf edilmir, eyni zamanda ciddi şəkildə vurğulanılır. İnsan Təbiətlə əlaqə-
sini Bütövlə  əlaqə kimi gerçəkləşdirir. Onun mövcudluğu, demək olar ki, 
poetikdir, çünki o, dünyanın izahını epistemoloji kriteriyalar əsasında ax-
tarmır
1

Universal qarşılıqlı qovuşmada, Mahayana prinsiplərindən biri olan 
Buddanın  Şərtlənmiş  Həmfəaliyyət təlimində (pratitya samutpada) insanın 
təbiətlə əlaqəsinə əsaslı baxış var. Bu baxış Indra's Net-in müqayisəsi əsa-
sında göstərilir
2
. Eyni ideya, xüsusilə, bir subyektin başqasında yerləşməsi 
fikri, San Do Kai (6, 273-280) yapon mətnində rast gəlinir. Qarşılıqlı qovuş-
ma ideyası insanla təbiət arasında nə passiv, nə də dominantlığa cəhd edən 
 
1
 Yung-Chia-nın maarifçilik nəğməsi: “Who can catch the moon, which is reflected on 
the water?” (21, 145). 
2
 Yuxarıda səmada, İndranın sarayının üstündə, saysız qiymətli daşlar bir-birinə keçmiş 
nəhəng bir şəbəkədə asılıbdır.  İşıq bu çoxüzlü daşların üzərinə düşəndə  təkcə  hər bir daş 
bütün kosmosu deyil, eyni zamanda şəbəkədəki digər daşlar, onların əksi, əkslərinin əksi də 
əks olunur.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 14 -
harmonik qarşılıqlı əlaqəni xüsusi vurğulayır. Buddaçı etika bu konsepsiya-
nı qeyri-zorakılıq (ahimsa) və ya zərərsizlik prinsipləri ilə, yəni hər hansı bir 
canlıya zərər verməkdən kənar durmaqla istifadə edir. Qeyd edilməlidir ki, 
bu sistemdə, Dzen aktiv siyasi varlıq deyil və stoiklərin nəzərdə tutduğu ki-
mi praktikaya can atmır.  Əksinə, Budda bütün canlı varlıqları qorumağa 
cəhd edərkən, müdrik ilkin olaraq öz təcrübəsi əsasında bilir ki, o, öz “sub-
yektiv” izolyasiyasında qalmasına baxmayaraq, heç kim və heç nə heç nə-
dən və heç kimdən təcrid olunmur. Təcrübə tək nəfərin özünə “məxsusdur” 
və ya onun “xəzinəsidir” mənasında şəxsi deyil, müstəqil və heç nə ilə əla-
qələnməyən hadisələr, kiminsə  həyatına daxil olan, “reallıq olmağa iddialı 
simvollar” hesab edilir (22, 164-166). 
Yuxarıda deyilənləri nəzərə alaraq, qeyri-zorakılıq prinsipi əslində o 
mənaya gəlmir ki, insanlar hər hansı bir canlıya zərər yetirəcəklər deyə, təbii 
ehtiyatlardan istifadəni dayandırmalıdırlar. Təbiətin hissəsi kimi insan öz 
fəaliyyətinin nəticələrini anlayır və ehtiyatlardan mümkün qədər qeyri-zi-
yankar və faydalı qaydada istifadəyə görə böyük cavabdehlik daşıyır. Bud-
dizmin bildirmək istədiyi budur ki, qarşılıqlı qovuşmanı anlamaqla insanın 
təbiətlə əlaqəsinin dərinləşdirilməsi, qeyri-zorakılıq prinsipindən istifadə ilə 
təbii mühitlə daha da harmonik yaşama, təbiət haqqında artan biliklər ruhi 
praktikanın dərinliklərindən qaynaqlanmağa başlayır. İnsanın fərd kimi inki-
şaf bacarığı onun yaşadığı mühitlə  sıx bağlıdır: təbii aləmdə  əxlaq və ruhi 
inkişaf üçün potensial olaraq çoxlu sayda ruhlandırıcı simvollar var: mavi 
səma, geniş okean, hündür dağ zirvələri. Lakin hətta bu simvollar da unudu-
lur. Hər dəfə “mu-shin” və ya “qeyri-şüuri” (Dzen təliminin kulminasiyası 
güman edilir) tətbiq ediləndə və təbii ağıl üzə çıxanda, yaxşı və pis karma, 
cənnət və  cəhənnəm olmur; insan öz təbiiliyini, mütləq məlumatlılığı  əldə 
edir və nəticə olaraq formadan azad olur (2, 92-93). 
Beləlikə, Dzen ani nurlanmaya yol olaraq daxili mistik bir vəhydir, o 
mənada yox ki “Öz”ün sabit mənbəyi var, o mənada ki insanın daxili təbiəti 
maneələrsiz yaşana bilər. Təbiətin qeyri-stabilliyini və sonsuz variasiyala-
rında qorxu və  ağrını möhkəmləndirməklə, insan qaçılmaz olanın əleyhinə 
mübarizə aparmamalıdır. Buddizmə görə, dəyişkənlik təbiətin əbədi prinsip-
lərindən biridir. Hər şey daimi dəyişiklik prosesində formalaşır (sabbe sank-


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə