Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə8/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   4   5   6   7   8   9   10   11   ...   67

Fəlsəfə tarixi
 
 
 
- 25 -
fraqmental sahələrinin təkrar aktuallaşması əlaqənin sadə məzmununu deyil
yaradıcı fantaziyanı canlandırır. Əslində bu varlığın mahiyyətini təşkil edən, 
ona ecazkar məzmun verən poezisdir, sadə  və mürəkkəb olmasından asılı 
olmayaraq, insan həyatı onun üzərində qurulmuşdur. Ayrı-ayrı fenomenlərin 
yaranması kimi qəbul edilməsi də, insanın təfəkkür səviyyəsindən, fərdi psi-
xologiyasından asılıdır. Nəyi isə adlandırmaq ondan əvvəl mövcud olanlara 
əsaslanır, lakin bu ilkin ideyanın varlığını sarsıda bilməz. Bütün hallarda ya-
radıcı düşüncə biliyə istinad edir, məntiqə söykənir. Bilik mülahizədənmi, 
mülahizə bilikdənmi asılıdır, əgər mülahizə bilikdən doğulursa, idrak apri-
oridən asılı qalır, yox, əgər mülahizədən bilik yaranırsa, demək apriori bir 
vasitəyə çevrilir. S.Xəlilova görə “xarici bilik həmişə daxili biliyə adekvat 
olur”. Bu fikir E. Hüsserlin “kartezian düşüncəsi”ndəki “fitri ideyaları” kök-
lü  şəkildə  əsaslandırır.  Əslində müasir fenomenoloji düşüncənin mahiyyə-
tində duran “intensionallığın”, yaxud Amerika filosofu K.İ.Luisin dediyi 
“kvaliyanın” - mentallığın məzmunu  ən sadə  şəkildə elə bundan ibarətdir 
(16, s.107). Fenomenologiyanı, hətta bir anlayış kimi işlətməsək də,  əgər 
Goethenin “rəng” fenomenini qəbul etsək, o zaman istər-istəməz F.Nitsşe-
nin “fövqəl insan”, A.F.Losevin “təşəkkül”, K.Yunqun fərdi psixikanın ob-
razları üçün müəyyən etdiyi “arxetip”, J.P. Sartrın “ekzistensializm” və baş-
qa məşhur fenomenləri də qəbul etməliyik. Fəlsəfi hermenevtikanın kökləri-
ni fenomenologiya ilə bağlayan Pol Riker (1913—2005) özünə sual verəndə 
ki, “son 30 ildə məni daha çox nə məşğul edir?- tərəddüd etmədən cavab ve-
rir ki, analitik fəlsəfədə “intensionallıq” (16, s.107). Biz də düşünürük ki, 
“intensionallıq” elə mühüm bir amildir ki, o, nəinki analitik fəlsəfədə, hətta 
bütün struktural və  tətbiqi sahələrdə  də mövcud sferanı yeni əlaqə sferası 
kimi təqdim edir. Cari obrazlar yalnız görünənlərin obrazıdır, psixoloji ob-
razdır, görünməyənlərin obrazı genetik əlaqədə fenomenoloji mahiyyət 
daşıyır. Fenomenoloji düşüncə baxımından ilkin profenomenlərdəki 
entimemalar – nəzərdə tutulanlar, deyilməyənlər diqqətdən qaçmışdır (yu-
nanca “enthymema” - “ağlımda”, “nəzərimdə olan” deməkdir). Fenomeno-
logiya onları genetik əlaqə vasitəsilə yenidən diqqətə  gətirir. Ona görə  də 
müasir dünyada fenomenoloji düşüncə getdikcə daha çox aktuallaşır. Müasir 
fenomenoloji düşüncələrin tətbiq sahələrinin genişlənməsi varlığımız kimi, 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 26 -
varlığımız qədər, yoxluğumuzun da həyatımızda böyük önəm daşıması ilə, 
“predmetə qayıtmaq” la, ilkin proobrazların mahiyyətinə yenidən dönməklə 
əlaqədardır.  Əsas məsələ, düşüncədə  məhz hansı  və necə bir məzmunun, 
həm də  nə  dərəcədə aktuallaşmasıdır. Bizə görünən tərəf  əslində  həm də, 
bizim üçün ayrılan tərəfdir.  İlkin ideyadan çıxış etsək də, etməsək də, 
metafizik yanaşmada, görmə fenomenindən abstraksiya edilmişlər, yalnız 
müqayisədə - appersepsiyada dərk olunur. İncildə deyildiyi kimi; “istək, 
olan mala görə məqbuldur”... 
E. Hüsserldən fərqli olaraq A.F.Losev (1893-1988) fenomenologiya-
nın mahiyyətini dialektika ilə müqayisədə araşdırmışdır. O, göstərirdi ki, 
dialektika ilə fenomenologiya ad məsələsində analoji versiyada çıxış edir. 
Hər hansı bir “predmeti ölçmək və ya çəkmək olar, lakin predmet haqqın-
dakı fikri ölçmək yaxud çəkmək” mümkün deyildir (11, s.796). Yəni ki, 
həm dialektika, həm də fenomenologiya predmetin görünən tərəfini təqdim 
edir, hər iki halda söhbət predmetin üz qabığından gedir. A.F.Losev deyirdi 
ki, fenomenologiyada, məsələn, “qələm deyil, qələm haqqındakı bir ideya” 
daha önəmlidir, burada söhbət qələmdən deyil, qələm ideyasından gedir. Və 
bu ideya hər bir zaman fikrin özündən və onun daşıyıcısı olan predmetdən 
nə ilə isə  fərqlənir. A.F.Losev məsələnin  əsas cəhətini düşüncədəki fərdi 
modelləşdirməyə yönəldir. 
Elə buna görə də Q. Şpigelberq belə qənaətə gəldi ki, “nə qədər feno-
menoloq varsa, elə o qədər də fenomenologiya vardır”. A.F.Losev sanki mə-
sələnin bu cəhətini də nəzərə almışdı, o, qeyd edirdi ki, “fenomenologiya ilə 
məşğul olan adam əgər E. Hüsserlin ardıcılıdırsa o, sözün mənalarından tə-
mizlənmir, fikirdən azad edilmir və o, məzmunun ardınca gedəcəkdir, lakin 
onun üçün bütövlük, tamlıq, hissələrin cəmindən ibarətdir”. A.F.Losevə gö-
rə dialektika adda əks olunan hərəkəti təqdim edir, fenomenologiya isə hərə-
kətdən məhrum olan təsviri sahədir. A.F. Losev diskritiv-təsvirçi fenomeno-
logiyanı genetik psixologiyadan asanlıqla fərqləndirir və bizi inandırmağa 
çalışır ki, əgər hər hansı bir predmet özünü bizə tanıtdırmaq istəyirsə, onu 
fenomen kimi qəbul etmək olar. Lakin diskursiv fenomenologiyanın yalnız 
əyani, bəlli tərəfini, yaxud yalnız təsvirçiliyini görmək və onun hərəkətveri-
ci qüvvəsi olan fenomenoloji reduksiyanı qəbul etməmək birtərəfli yanaşma 


Fəlsəfə tarixi
 
 
 
- 27 -
idi. “Predmetin mövcudluğunu fakt olaraq qəbul etmək dialektikadır, ondan 
bəhs etmək fenomenologiyadır”, – deyən A.F. Losev üçün dialektika “xalis 
fikrin” məzmunudur, dialektika konstruksiya, fenomenologiya isə təsvirdir, 
yaxud fikri məzmunun statik formasıdır. O, düşünürdü ki, biz dialektikadan 
faktların səbəb və nəticə əlaqəsi olan empirik bir sahə kimi bəhs edən zaman 
istər-istəməz gəlib fenomenologiyaya çıxırıq. A.F. Losev fenomenologiya 
ilə dialektika arasında əsas fərqi bütövlüyün stixiyasına münasibətdə tapırdı, 
müəllifə görə fenomenoloji düşüncə ümumi məntiqi nəticəyə istinad etmir, 
çünki onun mahiyyətində bütövlüyün, tamlığın inteqrativ məzmunu yoxdur. 
A.F. Losevin fenomenoloji düşüncəsi filoloji, təsvirçi ədəbi fikrin sərhədlə-
rinə qədər gəlir, lakin orada ilişib qalır, çünki o idealdan bəhs etdikdə də, re-
al nəticələrə  əsaslanır və fenomenologiyanın istinad nöqtəsi olan – “inten-
sionallığın” üzərindən sükutla keçir. A.F. Losev hissələr arasındakı ideal ge-
netik  əlaqəni aça bilmir, hansı ki, fenomenologiya məhz bu ideal əlaqələr 
üzərində qurulur, burada abstrakt anlayışlar ümumidən ayrılanların müəy-
yən hissəsini, konkret fikirlər isə mövcud faktların ümumiləşdirilmiş təqdi-
matını ifadə edir. Fenomenologiyada təqdim olunan “teqi”- obraz, predme-
tin predmetiv, situativ obrazı deyil, predmet haqqında fikrin obrazıdır. Əgər 
hər hansı bir obraz konkret məzmun daşıyırsa, demək orada immanent reak-
tualizasiya getmişdir və həmin reaktualizasiya təkrar nəyi və necə canlandı-
rır? Məsələnin mahiyyəti budur. İdrak çox məharətlə Mütləq ruhdan miras 
aldığı hər iki fenomeni bu sahəyə yönəldir. Buna görə də müasir fenomeno-
loji düşüncələrdə “intensionallıq” noumenləri çox asanlıqla fenomenə çevi-
rir və onların fəlsəfi məzmununu izah edə bilir. Fenomenoloji düşüncə idra-
kın və varlığın təqdimatını bütünlüklə “bizim üçün mövcudluq” sferasına 
toplayır, diqqəti təfəkkürün və  təxəyyülün metamorfozlarına, rasional və 
irrasional xüsusiyyətlərə, genetik əlaqələrə yönəldir. Predmetin, əşyanın tam 
ifadə olunmayan cəhətlərinin araşdırılması  işarələnən mahiyyətdən daha 
çox, işarələnməyən, saymadığımız, nəzərə almadığımız cəhətlərin varlığı-
mızda, həyatımızda daha mühüm rol oynadığını göstərir.  İnsan varlığının 
daxilində  və xaricində “funksional muxtariyyət hüququ” əldə etmiş “azad 
stimullar” həmişə mövcuddur, onlar çox asanlıqla fəlsəfi təfəkkürdə ontoloji 
məzmunlu “mücərrəd stimullar”a çevrilir və varlığın daxilində dünyanın 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə