Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə7/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   2   3   4   5   6   7   8   9   10   ...   67

Fəlsəfə tarixi
 
 
 
- 21 -
жении, согласно которому духовность, интеграция человека в природу в обо-
их учениях является следствием эмпирического и логического обоснования.  
 
Ключевые  слова:  стоицизм,  дзэн-буддизм,  природа,  добродетель, 
человек, разум, необходимость. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
 
 
 
 
İdrakın və təxəyyülün astanasında  
fenomenologiya 
 
 
Sədaqət Əliyeva 
 
 
Əzəldə canım içində yazıldı surəti-məni 
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər. 
İ. Həsənoğlu 
 
F.Brentanoya (1838 – 1917) görə “fenomenologiya varlığın içərisində 
fəlsəfə, varlıqdan kənarda psixologiyadır”. Fenomenologiyanın ikili xarak-
teri onun mahiyyətini mürəkkəbləşdirir, fəlsəfə ilə psixologiyanın  əlaqə 
nöqtəsində, daha doğrusu, idrakın və  təxəyyülün astanasında - liminalitidə 
yerləşən fenomenologiya öz məzmununu fəlsəfə  və psixologiya arasında 
paylaşmaq məcburiyyətindədir. Hegel (1770-1831) fenomenologiyanı 
“Mütləq ruhun Qolqofu” (Schädelstätte) (qədim ibrani dilində – edam yeri, 
kəllə yeri deməkdir. İncil, Yəhyadan, 17, 19) adlandırırdı. Mütləq ruh, sanki 
idrakın və  təxəyyülün astanasında  şüur və  şüursuzluğun arasında iki yerə 
bölünür və elə “qətl meydanında” fenomenologiya hər iki sahədən özünə 
əbədi miras götürür. Fenomenologiya ruhun bölündüyü yerdə  təkcə özünə 
qapansaydı, varlığını itirmək təhlükəsi ilə qarşılaşardı. Subyektivizm və 
obyektivizmin təbəddülatında öz fəlsəfi məzmununu qoruyan fenomenolo-
giya,  əslində “yoxluğa” və “varlığa” münasibətin  ən sadə formasıdır. Elə 
buna görə  də fenomenologiyanın bir elmi metod kimi E. Hüsserlin (1859-
1938) psixoloji tədqiqatlarından meydana çıxması təsadüfi deyildi. Necə ki, 
predmetə, əşyaya kənardan və daxili məzmunu baxımından yanaşan İ. Kant 
(1724-1804) “noumen” və “fenomen” anlayışlarını köklü şəkildə əsaslandıra 
bilmişdi, eyzən də həmin cür, E. Hüsserl ad və onun məna yükünün fəlsəfə 
 
- 22 -


Fəlsəfə tarixi
 
 
 
- 23 -
və psixologiyada fərqli məzmununu “noema” və “noezis” də, “real”da və 
“ideal”da qəti şəkildə dəqiqləşdirdi. “Predmetə qayıtmaq”, əslində “Hegelə 
qayıtmaq”- “şüurun morfologiyasına”, “Kanta qayıtmaq” isə “xalis zəkaya” 
qayıtmaq idi. Lakin E. Hüsserl Hegelə və Kanta genetik bir məzmunda “his-
siyyat” və “digəri üçün mövcudluq” əlavə etmişdi, başqa sözlə desək, pred-
metdən kənara çıxıb adın mahiyyətindəki yeni əlaqə momentlərini, ideyanın 
arxasındakı “intensionallığı” kəşf etmişdi. Bir var ki, hər hansı bir əşyanın 
sıralanmaq məqsədi ilə, tanınması üçün onun müəyyən bir simvolik çərçivə-
yə salınması, nə ilə isə işarələnməsi (desiqnat), yaxud qəti bir semantik öl-
çüdə yerləşdirilməsi, (yəni  əşyanın hər hansı bir ad daşıyıcısı kimi qəbul 
edilməsi) bir də var ki, predmetin daxilindəki məzmunun adda ifadə olun-
ması, adın nəyin isə konkret daşıyıcısı olaraq tanınması, “özlüyündəki  şe-
y”in ifadəçisi olması. Predmetin hər hansı bir “özündəki şey”in təqdimatı ki-
mi qəbul edilməsi, onun daşıdığı nominal adla (denotatla) abekvat olmaya 
da bilər. Və fenomenologiyanın dolaşıq təfərrüatlarının  əsası, zatən elə bu 
fikir üzərində qurulur. Daha doğrusu, söhbət ondan gedir ki, ad predmetin 
“özlüyündəki  şey”in, (hansı ki, bizim onun görüb dərk etməyimizdən asılı 
olmayaraq mövcuddur) yalnız mühüm əlamətlərinin konkret daşıyıcısıdırmı, 
yoxsa ad ifadəsi mümkün olmayan daha əlavə bir şeylərin də mahiyyətini 
özündə cəmləyir? Hər hansı bir adın öz məzmununun tam ifadəçisi olması 
üçün şübhəsiz ki, onun bir isim kimi hallanması lazımdır, yəni ad obyektiv 
gerçəklikdən görünən məzmununu təqdim etmək üçün hal şəkilçilərinin 
bütün suallarına cavab verməlidir. Lakin məsələ bununla bitmir. Predmetin, 
əşyanın “özlüyündəki  şey”i nə  dərəcədə doğru, dürüst, əhatəli təqdim, ya-
xud təmsil etməsi məsələsi, subyektiv yanaşmanın əhatə dairəsindən də ası-
lıdır. Buna görə də bəşəri məntiq obyektivizmdən kənara çıxan kimi dirənir, 
ilişib qalır, düşüncədə irrasional tərəf işıqlanır və  şüursuzluq fenomeninin 
əksər suallara izahsız cavab tapması  məhz bununla bağlıdır. E. Hüsserlin 
“intersubyektivizm” inin mahiyyətini təşkil edən, “qeyri bir “Mən” adlandır-
dığı ideal genetik əlaqə, məhz bu mərhələdə özünü doğruldur: “Mənə analo-
ji şəkildə keçmiş “Mən”im, transsendentləşdirilmiş məxsusi sferamın modi-
fikasiyası olan indiki “Mən”im kimi verilmişdi” (6, s.13). Keçmişlə yüklən-
miş müasir “Mən” in sərhədləri incəldikcə mövcudluğun psixoloji və onto-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 24 -
loji məzmunundakı fərqlər açıq – aydın sezilir, amma nədənsə, fenomenolo-
giya yalnız onların keçid nöqtələri ilə işləyir... 
E.Husserlin “bilik” və “mülahizə” anlayışlarına məxsusi yanaşması və 
biliyi aprioridən azad etməsi anlaşılandır. Lakin müasir fenomenologiyada 
məsələnin əsas cəhəti yalnız bu deyildir. Ən önəmlisi odur ki, subyektiv ya-
naşmadan, intensionallıqdan doğan “fenomen”, bəzən çox asanlıqla “nou-
men”ə çevrilir, daha doğrusu, onların genetik əlaqəsi - kauzallığı fenomeno-
loq üçün maraq doğurur. Ayrı-ayrılıqda fenomenlər qədim dövrlərdən bəri 
həmişə mövcud olmuşdur, buna görə də insanların dünyanı qavraması hadi-
sələrə  və faktlara əsaslanmışdır. Çünki insan dünyanı bütövlükdə görmür. 
Biz dünyanı fraqmentar şəkildə görür, faktlar və hadisələr vasitəsilə  dərk 
edirik. Hadisə bütün hallarda bədii məzmun daşıyır. Bəzən ad öz məzmu-
nundan, bəzən isə məzmun ifadə etdiyi addan güclü təsir bağışlayır, eyzən 
fakt və hadisədə reallaşan düşüncə kimi. Hadisə faktdan uzaqlaşdıqca, onun 
əsas cəhətlərini də özü ilə “götürüb aparır”. M.Qorki deyirdi ki, “fakt hadi-
sədən güclüdür”. Burada söhbət faktın hüquqi gücündən gedirdi. Fakt hüqu-
qi məzmunundan uzaqlaşdıqca hadisə kimi qavranılır, bədiiləşərək cari pro-
to fenomenlərə çevrilir, həyatın, varlığın dayanıqlığı - mövcudluğun struktu-
ral və genetik məzmunu bundan ibarətdir. Ədəbiyyatın mövzusu, tarixin bö-
yüklüyü və  fəlsəfənin həqiqət axtarışları analoji məntiqə söykənir. Cəmiy-
yətdə olduğu kimi təbiətdə də mövcudluq prafenomenlərə istinad edir. Mə-
sələn. F. Haynemanın “Goethenin fenomenoloji metodu”, yaxud N.Rumber-
qin “Təbiət qanunları poetik prinsiplər kimi” əsərlərində prafenomenlərin 
təbiətdəki mahiyyəti, fizikadan metafizikaya ideal keçidlər, faktların 
hadisəyə çevrilməsi və bədii yaradıcılıqda “Prafaust” kimi təşəkkül tapması 
izah olunur (16, s.55). Bu mənada hər bir faktı hadisəyə çevirən yaradıcı dü-
şüncəni proto fenomen hesab etmək olar, çünki istənilən reprezentasiya, ey-
ni zamanda reaktualizasiyadır. Hətta vaxtilə A.Eynşteyn Nyutonun “istilik 
fenomeninin” xüsusiyyətlərini izah edərkən, onu “fenomenoloji reprezenta-
siya” kimi analiz etmişdi (16, s.55). Yaradıcı  təxəyyüldəki reaktualizasiya 
şüurda xüsusi momentlərin işıqlanmasıdır, amma reaktualizasiya prosesini 
izah edən E.Hüsserl bütöv məzmunun deyil, təxəyyüldəki məxsusi oyanıqlı 
sahələrin reaktualizasiyasını diqqətə çatdırdı.  İdrak prosesində  təxəyyülün 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə