Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə11/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 34 -
dağılmaqda olan insan psixologiyasının xilas edən daha mürəkkəb əlaqələr 
axtarışındadır. Bəşəriyyəti xilas edəcək bu əlaqə forması çox yəqin ki, yeni 
fenomenoloji düşüncələrdən keçəcəkdir. Buna görə  də M.Merlo-Ponti 
yazırdı ki, fenomenologiya təkcə dünyanın deyil, həm də  zəkanın sirlərini 
açacaqdır. 
 
Nəticə: 
1.
 
Fenomenoloji düşüncə subyektiv düşüncəyə adekvatdır, amma E. 
Husserlin tədqiqatlarında subyektivlik yalnız psixoloji subyektivlik deyildir, 
burada “noema” və “noezis” xüsusi əlaqə çevrəsində təqdim olunur. 
2.
 
E.Hüsserlin subyektivizmi ona görə solipsizmə – şüurun mütləq-
ləşdirilməsinə gətirib çıxartmır ki, onun əsasında “kartezian düşüncəsi” du-
rur, subyektiv yanaşmada bütün fikirlər “intellektual intuisiya”nın süzgəcin-
dən keçərək epistemoloji məzmun əldə edir. 
3.
 
E.Hüsserlin fenomenoloji düşüncəsi fenomenologiya sahəsində ən 
fundamental düşüncədir, çünki burada “qeyri Mən” kəşf olunmuşdur, müəl-
lif dünyanı ideal keçid nöqtələrində izah etmişdir. 
4.
 
Fenomenologiya bir elmi metod kimi həmişə yeni əlaqə nöqtələrini 
axtarır və buna görə həmişə aktual olaraq qalır, fenomenologiya heç bir vaxt 
başa çata bilməz, çünki o mövcudluğa yanaşma tərzidir, burada hər bir 
axtarış hansı isə yeni bir əlaqənin sərhədlərini müəyyən edir. 
 
Ədəbiyyat 
 
1. Aristotel. Ritorika Bakı, 2008. 
2. Aristotel Poeziya sənəti haqqında. Bakı, Azərnəşr. 1974. 
3. Xəlilov S. S.“Canlanmış ideya” kontekstində yeni idrak modeli. // Fəlsəfə 
və sosial siyasi elmlər., Elmi – nəzəri jurnal / 5-6 Bakı: AU, 2008, (106- 111). 
4. Xəlilov S.S. Məhəbbət və intellekt. Bakı, Nurlan, 2006. 
5. Гегель Г. Эстетика. В четырех томах. Том 4-ый.М., Искусство 1973. 
6.  Гуссерль,  Э.  Картезианские  размышления. / Пер.  с  нем.  Д.  В. 
Скляднева. - СПб. Наука, Ювента, 1998.  
7.  Гуссерль  Э.Феноменология  внутреннего  сознания  времени. / Собр. 
соч., т. I. М, Изд-во "Логос", 1994. 
8. Деррида Ж. Письмо и различие / Перевод с французского под ред. В. 
Лапицкого Санкт-Петербург, Академический проект, 2000. 


Fəlsəfə tarixi
 
 
 
- 35 -
9.  Закуев  А.К.  Философия  Ан-Наззама.  Изд.Ак.Наук  Аз  ССР. 
Баку,1961. 
10.  Закуев  А.К.Из  истории  арабоязычной  логики  средних  веков.  Б, 
1971, Элм. 
11. Лосев А.Ф. Хаос и структура. Москва., Изд.: Мысль, 1997. 
12. Лосев А.Ф., История античной эстетики. Софисты. Сократ. Платон. 
Изд. Искусство, М., 1969. 
13. Лосев А.Ф. Форма- Стиль- Выражение. М.1995. 
14.  Мерло-Понти  М.  Феноменология  восприятия / Пер.  с  фр.  под  ред. 
И. С. Вдовиной, С. Л. Фокина. — СПб.: Ювента; Наука, 1999. 
15. Уайтхед А. Н. Избранные работы по философии, M. Прогресс, 1990. 
16. Шпигельберг Г. Феноменологическое движение. Историческое вве-
дение. Пер. с англ. / Перевод группы авторов под ред М. Лебедева, О. Ники-
форова (Ч.З). М.: «Логос», 2002. 
 
Sadagat Aliyeva 
 
Phenomenology on a cognition and imagination threshold 
(summary) 
 
The author investigates phenomenology on a cognition and imagination 
threshold. The author marks that in division of spirit into material and moral the 
phenomenology is the heir-at-law. In cognition and imagination are formed images 
of different character. Images of imagination are based basically on art imagi-
nation, and images of cognition are based on logics. The phenomenology uses both 
these images and in the ontologic maintenance it carries philosophical character. 
 
Keywords:  phenomenological thought, cognition, imagination, absolute 
spirit, intentionality. 
 
Садагат Алиева  
Феноменология на пороге разума и воображения 
(резюме) 
 
Автор  исследует  феноменологию  на  пороге  разума  и  воображения. 
Автор  отмечает,  что  законным  наследником  деления  абсолютного  духа  на 
материальный  и  моральный  является  феноменология.  В  разуме  и  воображе-
нии складываются образы разного характера, образы воображения основыва-
ются в основном на художественной фантазии, а образы разума - на логике. 
Феноменология использует оба эти образа и в своём онтологическом содер-
жании несёт в себе философскую сущность. 
 
Ключевые 
слова: 
феноменологическое 
мышление, 
познание, 
воображение, абсолютный дух, интенциональность.
 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
 
 
 
  
Fəlsəfə tarixində ruh-bədən əlaqəsi problemi 
(qədimdən günümüzə)  
 
 
Aqil Şirinov 

 
 
Giriş 
Ruh-bədən, nəfs-bədən  əlaqəsi problemi fəlsəfi düşüncə tarixinin ən 
əhəmiyyətli problemlərindən biridir. Hal-hazırda da bu problem zehn fəlsə-
fəsi içərisində müzakirə olunan önəmli məsələlərdəndir. Maddi olmayan ruh 
və ya nəfslə maddi olan bədən arasındakı əlaqənin keyfiyyəti problemin əsa-
sını təşkil edir. 
 
- 36 -
                                                
Düşüncə tarixində ruh-bədən  əlaqəsi mövzusunda iki əsas görüş var-
dır. Bunlar monizm və dualizmdir. İlk dəfə  qədim yunan filosoflarından 
Parmenidesin, daha sonra isə bir çox filosofun, xüsusilə də XVII əsrin bö-
yük filosoflarından Benedikt Spinozanın (1632-1677) müdafiə etdiyi monist 
anlayışa görə ruh və bədən iki ayrı mahiyyət deyil eyni mahiyyətə sahibdir-
lər. Monistlər öz aralarında iki qrupa ayrılırlar. Otto Neyratın (Otto Neurath) 
fizikalistlər adlandırdğı birinci qrup hər ikisini maddiləşdirir. Mövcud olan 
hər  şeyin kökünü suda axtaran Falesə  qədər gedib çıxan fizikalizm başda 
Otto Neyrat (1931) və Rudolf Carnap (1959/1932) olmaqla Vyana Dərnəyi 
filosofları tərəfindən də qəbul edilmişdir. Yalnızca fiziki olan şeylərin varlı-
ğını qəbul edən bu qrupa görə ruha aid edilən hər şey əslində beyin və onun 
funksiyalarından ibarətdir.
1
 Neytral monistlər (neutral monists) adlandırılan 
ikinci qrup isə maddə və ruhun hər ikisinin fiziki və ruhi olmayan neytral bir 
substansiyadan törədiyini iddia edir. İlk dəfə Platon tərəfindən sistematik bir 
 

 İlahiyyat üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti 
1
 Fizikalizm ve və qolları haqqında bax. 14. 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə