Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə12/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

Fəlsəfə tarixi
 
 
 
- 37 -
                                                
şəkildə müdafiə edilən, orta əsrlərdə xristian sxolastiklərinin və müsəlman 
məşşai (peripatetik) filosoflarının da müdafiə etdiyi dualizm isə ruh və 
maddəni bir-birindən ayrı iki cövhər (substansiya) kimi qəbul edir. 
Məqaləmizin əsas məqsədi qeyd olun mövzu ilə əlaqəli düşüncə tari-
xində mövcud olan görüşlərinin əsas yönlərini qeyd etmək və professor Sə-
lahəddin Xəlilovun mövzu ilə  əlaqəli fikirlərini bu kontekstə müzakirə 
etməkdir. 
 
2. Düşüncə tarixində ruh (nəfs)-bədən əlaqəsi 
Ruh-bədən əlaqəsi ilk dəfə Platonla birlikdə fəlsəfi düşüncə tarixində 
ciddi  şəkildə müzakirə obyektinə çevrilmişdir. Pre-Sokrat dövrü filosofları 
daha çox ilk maddə (arxe) və dəyişkənliyin var olub olmaması problemləri 
ilə maraqlanırdılar. Antropoloji dövrdə isə fəlsəfənin əsas müzakirə dairəsi-
nə daxil olan mövzular biliyin mümkünlüyü və  fəzilət-bilik  əlaqəsi kimi 
mövzular idi.  
Başda Pifaqor və Sokrat olmaqla ondan əvvəl ruhun bədəndən ayrı və 
ölümsüz olduğunu qəbul edən filosoflar olsa da düşüncə tarixində ilk dəfə 
Platon sistematik bir şəkildə bədəndən ayrı bir ruh anlayışını müdafiə etmiş-
dir. Şübhəsiz ki, filosofun ruh-bədən əlaqəsi mövzusundakı fikirlərinin onun 
universallarla  əlaqəli irəli sürdüyü ideyalar nəzəriyyəsi ilə birbaşa  əlaqəsi 
vardır.
1
 Platona görə ruh bədəndən ayrı bir cövhər olmaqla əzəli və  əbədi 
olan ideyalar aləmi ilə bu aləmin bir növ cüzi surətləri olan maddi varlıqlar 
arasında bir körpü funksiyasını icra edir. Yəni tamamilə mücərrəd olan ide-
yalarla maddi-hissi aləmdəki konkret varlıqların əlaqədə olması mümkünsüz 
olduğu üçün həm ideyalar aləmindən yerə enərək konkret bir mahiyyətə bü-
rünən, həm də maddi aləmlə əlaqəsi olan ruh araya girərək vasitəçi rolu oy-
nayır və beləcə  əlaqə mümkün olur. Timaeus dialoqunda Tanrının aləmə 
forma verərkən ağlı (biliyi) ruha ruhu da bədənə qoyduğu qeyd olunur (12, 
s. 18). 
Platona görə ruh passiv halda olan bədəndən fərqli olaraq aktivdir və 
bədəni idarə edən də məhz odur. Lakin bədən də öz növbəsində hisslər vasi-
 
1
 Platon düşüncə tarixində  universalia ante res (universallar əşyadan  əvvəl vardır) 
görüşünü müdafiə edən ifrat realizmin qurucusu kimi qəbul olunur. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 38 -
təsilə maddi varlıqları ruha tanıdır (3, s.21). Ruh və bədən bir-birindən ayrı 
cövhərlər olsalar da insan bu ikisinin birləşməsindən ibarətdir. Bu da onu 
göstərir ki, onlar bir-birinə möhtacdırlar. Bu mənada Platona görə onların 
birində problem yaranarsa digəri də bundan təsirlənər (12, s. 82). Bu 
səbəbdən ruh və bədən arasındakı ahəng mütləq qorunmalı və sağlam ruhun 
yalnızca sağlam bədəndə var ola biləcəyi yaddan çıxarılmamalıdır. Bununla 
belə, ruh bədənə nisbətlə daha üstün mövqeyə sahib olduğu üçün ondan 
törəyən problemlər daha böyük xətərə  səbəb olur: “Bədəndə  və ya insan 
təbiətində mövcud olan bütün gözəlliklər ruhdan törəyir və ondan tökülür” 
(11, s. 13). 
Belə görünür ki, Platon biliyin ruhdan törədiyini qəbul etsə  də, 
bədənin ruhun bilik əldə etmə vasitələrindən biri olduğunu da inkar etmir.  
Platonun tələbəsi olan Aristotel də nəfs-bədən fərqliliyini müzakirə et-
miş və onun bu mövzudakı görüşləri özündən sonra fəlsəfə tarixində çox bö-
yük bir təsirə malik olmuşdur. Aristotelin nəfs anlayışının dualist yoxsa mo-
nist olduğu günümüzdə belə mübahisə mövzusudur. Hətta həyatının ilk 
dövrlərində onun müəllimi Platonun təsirində qalaraq dualist bir anlayışı 
müdafiə etdiyini, daha sonra isə bu görüşündən daşındığını iddia edənlər 
vardır (10, s. 54-55). Lakin onun sonda bu mövzudakı görüşlərini özünün 
maddə-forma anlayışı ilə  əsaslandırdığını söyləmək mümkündür. Bu 
anlayışa görə  nəfs maddi bədənin formasıdır. Bu səbəbdən necə ki, forma 
olmasa maddə cövhərləşə bilmir eləcə də nəfs də bədən olmadan maddədən 
ayrı bir şəkildə cövhərləşə bilməz (10, s. 68). Özünü Nəfs Haqqında (Perì 
Psūchês) adlı  əsərində o, nəfsin nə tam mənada bədənlə eyni, nə  də 
tamamilə ondan ayrı olmadığını deyir (1, s. 23). Beləcə Platon və Kartezian 
fəlsəfələrindəki nəfs və  bədənin bir-birindən tamamilə ayrı iki cövhər 
olduğuna dair görüşlərin əksinə Aristotelin dualist və monist perspektivlərin 
ortasında mülayim bir mövqe adlandıra biləcəyimiz bir anlayışı müdafiə 
etdiyini demək mümkündür.  
Dualist mövqe ilə Karteziançılıqda də qarşılaşırıq. Xüsusilə Rene De-
kartın res extensa ve res cogitans bölgüsü bizi ruh-bədən dilemmasına apa-
rıb çıxarır. Psixofiziki dualizm görüşü kimi də tanınan bu anlayışa görə ruh-
dan fərqli olaraq təbiət (res extensa) mexaniki qanunlara tabedir. Həmçinin 


Fəlsəfə tarixi
 
 
 
- 39 -
Dekarta görə ruh və bədən qarşılıqlı şəkildə bir-birinə təsir edir (13, s. 255). 
Ona görə ruh bədəndən ayrı olan müstəqil bir cövhərdir. Filosof Metod 
haqqında mühakimə  adlı  əsərində belə deyir: “Mən bütün mahiyyəti və 
təbiəti düşünməkdən ibarət olan və var olmaq üçün heç bir yerə möhtac 
olmayan və maddi heç bir şeyə bağlı olmayan bir cövhərəm. Belə ki, bu 
mən, yəni məni mən edən ruh bədəndən tamamilə fərqlidir” (4, s. 33). 
Qotfrid Vilhelm Leybnitsin (1646-1716) irəli sürdüyü və psixofiziki 
paralelizm (psychophysical parallelism) adlanan görüş də dualist bir xarak-
terə malikdir. Kainatın qarşılıqlı  təsirlənməyə deyil daxili bir dəyişməyə 
məruz qala bilən sonsuz sayda monadlar-dan ibarət olduğunu qəbul edən 
bu görüşə görə ruhla bədən arasında reallıqda heç bir determinist əlaqə yox-
dur. Lakin bunlar ahəngli hərəkət etdikləri üçün sanki aralarında bir səbəbli-
lik əlaqəsi varmış kimi görünür. Halbuki ruh və bədən eyni zamanda hərəkət 
etmək üçün tənzimlənmiş iki saata bənzəyir. 
Daha əvvəllər çox sayda filosof tərəfindən müdafiə olunsa da Nikola 
Malbranş (1638-1715) tərəfindən sistemləşdirilən okkazionalizm (occasio-
nalism) nəzəriyyəsi isə ruhla bədənin fərqli substansiyalar olduğunu qəbul 
etsə də, bunların arasındakı əlaqənin birbaşa Tanrı vasitəsilə reallaşdırıldığı-
nı iddia edir. Bu görüşə görə bədənlə ruh arasında hər hansı bir əlaqə ehtiya-
cı yarananda Tanrı özü müdaxilə edərək bu əlaqəni reallaşdırır. Məsələn, 
əgər bədənin hansısa bir üzvü yaralansa onda Tanrı ruhda əzab hissi yara-
dar. Yoxsa bədənin yaralanmasının ruhun əzabı hissetməsi ilə birbaşa bir 
əlaqəsi yoxdur (2, s. 258-259; 5, s. 159-174). Əslində bu görüş təcəddüd əl-
əmsal (bənzərlərin yenilənməsi) və  əl-xəlq  əl-cədid (yeni yaratma) nəzə-
riyyələri ilə Malbranşdan  əsrlərcə  əvvəl islam kəlamçıları, xüsusilə  də 
əşərilər tərəfindən irəli sürülmüşdür. Bu görüşə görə aləmdə Tanrının müda-
xiləsinin olmadığı heç bir zaman intervalı yoxdur. Kainatda heç bir səbəb-
nəticə  əlaqəsindən söhbət gedə bilməz, hər  şey hər an Tanrı  tərəfindən 
yenidən yaradılmaqdadır (9, s. 7-22). 
Platon və Aristotel kimi qədim yunan filosoflarına gedib çıxan və İs-
lam filosofları (Bax: 23, s. 66), xüsusilə də İbn Sina tərəfindən daha yüksək 
səviyyədə müzakirə obyektinə çevrilən nəfs nəzəriyyəsi xüsusilə  Əbu 
Hamid Qəzzali və  Fəxrəddin Razi ilə birlikdə mütəəxxirun dövrünün 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə