Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə61/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

Fəlsəfi Diskurs
 
 
 
- 187 -
fəda etmiş, öz maddi ətrafının, yaratdıqlarının əsirinə çevirilən müasir insan 
üçün çətindir. Lakin istənilən halda sözün ikinci mənasında nəzərdə tutulan 
“söhbət” insan MƏNini  ələkdən keçirdiyi, onu nura istiqamətləndirməyə 
cəhd etdiyi üçün alqışlara və mükafata layiqdir. Lakin bu dialoq və onun 
uğurlu gedişi insan MƏNinin həqiqi səviyyəsindən, intellektindən, həyat 
tərzinin yönündən, mənəvi aləminin səviyyəsindən və bir çox başqa məsələ-
lərdən asılı olan işdir. Burada A. Bakıxanovun “ toyuq məsələsi” istər istə-
məz adamın xatirinə gəlir. Yəni hamını aldatmaq olar həqiqət isə sadəcə al-
danışdan məhrumdur. Əks halda o heç həqiqət olmazdı. Sizcə dahi və cina-
yətkar vicdan və ya ALLAH yaxud MƏN qarşısında hayatını, etdiklərini, 
ətrafa yaşatdıqlarını eyni dərəcədə səxsi MƏNi ilə mühakimə, müzakirə edə 
bilərmi? Başqa formada ifadə edəriksə, həyatı boyu rəzalət içində çabalayan 
birisi ilə müdrik birisinin öz “MƏN”i ilə söhbətləri nə dərəcədə “MƏN”lə 
dialoqda eyniləşdirilə bilər?! Onlar MƏN və  cəmiyyət qarşısında eyni sta-
tusda qəbul edilə bilərmi?  Əlbəttə  MƏNlə dialoq fərdin intellektə  və ya 
mövcudluğun mahiyyətinə nəzər salma cəhdidir. Mütamadi axtarış haçansa 
mütləq, ola bilər ki, qismən və ya tam olaraq mükafatlandırılacaqdır. Lakin 
bu haçansa bəzən insan ömrünün zamanına sığa bilmir. Belə ki, o ömrü bo-
yu calışır, vuruşur və zirvə deyilən yerə, böyük məqsədə çatır və beləcə o 
əslində elə zirvədə olduğunu dərk etmədən yaxud bilərək və ya bilməyərək-
dən daha yeni nəyinsə axtarışında olur, məna və mənasızlıq dilemması özü-
nü belə situasiyada daha aktual olaraq onun düşüncəsində hakim kəsilir. Bu 
andan isə  həqiqi dialoqun baş tutmasına ehtiyac insan mənini axtardığı 
MƏNlə üz-üzə qoya bilir və sözün həqiqi mənasında dərk etmə söhbəti baş-
lanır. Bəlkədə Sokrat “özünü dərk et” deyərkən elə bu məqamı nəzərdə tu-
turdu. Fikrimcə insan özü ilə dialoqun mahiyyətini dərk etməyə başladığı 
anı,  əslində, gecikmiş bir hal kimi qəbul etdiyindən o sanki özünü və  əsl 
mahiyyətini dərk etmədən dünyadan köç etdiyindən onun həqiqi qiymətini 
başqaları, sonra gələn “dərk edən”lər verir. (Müəyyən istisnalar olmaqla). 
Lakin bir cox hallarda praktik həyatda öyrəndiklərin, dərk etdiklərin isə 
səninlə birgə köç edir. Təəssüf ki, bu gün müasir insan texnoloji nailiyyətlə-
rin praktik əhəmiyyətini insanın mənasından, onun hissi aləminin mahiyyə-
tindən, mənəvi dünyasının çırpıntılarından o qədər üstün tutur ki, sözün hə-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 188 -
qiqi mənasında onun özü ilə söhbəti, dialoqu anlaşılmazlıq, yaxud qeyri-real 
görünür. Bu da praktiki həyatda insanlar, cəmiyyətlər və hətta sivilizasiyalar 
arasında anlaşılmazlığa, başa düşülməməyə, qəbul edilməməyə, kütləvi ya-
nılmalara, birinin digərini inkarına səbəb olur. Bu baxımdan sözün mənfi 
anlamında özü-özü ilə danışanların sayının çoxalması  bəşər insanının və 
bəlkə də deyərdim ki,bəşəriyyətin qlobal problemlərindən birinə çevrilmək-
dədir. Burada istər- istəməz Z. Freydin dahiliyi bir daha özünü sübut etmiş 
olur.  Şür və  şüursuzluq bir-biri ilə mübarizə apardıqca insan hansına daha 
çox meyillənərsə o elə özünü orada tapar, özünü ifadə edər. Mənim fikrimə 
görə elə insanın dəyişməsi onun öz şüurunda oturmuş, ona hakim kəsilən 
MƏN ilə uzlaşaraq təzahür edir.
 
 
 
Fəlsəfi Diskursun iştirakcıları sual verir: 
 
Roza Allahverdiyeva: "İnsan həyatında iki faciə var: Biri 
arzularına çatmaq, ikincisi arzularına çatmamaq". O.Uayld. Sizcə 
hansı daha faciəlidir? 
 
Səidə Ocaqverdiyeva: “Sizcə düzgün seçim daha vacibdir, 
yoxsa seçim haqqı? 
 
1. Pərvanə Bayramova - Heç biri faciə deyil, arzuların olmaması 
faciədir. 
 
2. Hidayət Allahverdi - Faciə hesab ediləsi hər iki fikrə müxtəlif ra-
kursdan yanaşmaq mümkündür: arzuya doğru hərəkət Sizif əməyinə çevri-
ləndə, sən atlı, o, piyada olanda, doğrudan da, arzuya çatmamaq faciəyə çev-
rilir.  İnsan ümidsizliyə qapılır, özünə inam hissi itir, zəif iradəli insanlar 
üçün bu, əsl faciədir. İradəli insanlar isə fərqində deyil, onun üçün həyat bir 
mübarizə meydanı, arzu isə bu neydanda istifadə olunan priyomlardan biri. 
Arzulara çatmağın özü də faciəyə o zaman çevrilir ki, o tükənir, insan arzu-
suzluq sindromundan qurtula bilmir. Həyatda bütün arzusuna çatmış "in-
san"ın yeni bir hədəf tapmayanda tez bir zamanda ölümlə qucaqlaşmaq sev-


Fəlsəfi Diskurs
 
 
 
- 189 -
dası baş qaldırması halları da mövcuddur. Mənə qalsa, bu fikrə tamam başqa 
rakursdan yanaşıram: arzuya çatmaq – yeni bir arzunun təməli, arzuya 
çatmamaq isə mübarizə ruhunu artıranda faciədən qurtulmaq qaçılmaz-
dır. Baxır, sən fikrə hansı ovqatla yanaşırsan. 
 
3. Eldar  Əmirov - Sizcə düzgün seçim daha vacibdir, yoxsa seçim 
haqqı? Həyat seçimlərimizin cəmidir (A.Kamyu). Hətta seçim etməmək özü 
də seçimdir (U.Ceyms). Düşünürəm ki, əvvəlcə seçim haqqı  gəlir, bundan 
sonra isə onun düzgün və ya yanlış olması barəsində mühakimə yürütmək 
mümkün olsun. Seçimlərimizin  əksər hallarda bizə  nə verəcəyini qabaqca-
dan görmək xeyli çətindir. Bəzən bizə  ağrı verən çarəsiz seçimlər edirik, 
lakin sonradan məlum olur ki, bu ən yaxşısı  və  ən ağıllısı imiş (A.Xeyli). 
Düzgün seçim heç vaxt olmur, yalnız edilmiş seçimlər və onun nəticəsi var 
(E.Səfərli). Belə olan təqdirdə seçimin düzgünlük meyarından danışmaq 
lazım gəlir. Bu meyarlar isə məlumat, məqsəd və emosiyadır. Seçim azadlı-
ğı, iradə azadlığı, işi bilməklə qərar qəbul etməkdir (Engels). Bir iş haqqın-
da şübhəli qərar qəbul etmək xətalıı, qətu qərara qəbul etmək isə gülüncdür 
(Volter). “Az bildiyin hər bir şeyin sınaqdan çıxmışından yapış. Bilən adam 
həm cəsarətli olmağa, həm də fikirləşdiyi kimi hərəkət etməyə ixtiyarı çatır. 
Lakin bilmək azdır, riskə getmək isə könüllü surətdə məhv olmaq deməkdir. 
Biliyin və səriştən azdırsa, məlum yollarla hərəkət et” (B.Qrasian. “Kamillik 
elmi”, s.100) Digər meyarlar isə məqsəd və emosiyadır. Məlumat çatışma-
mazlığını emosiya ilə təmin etmək olar (A.Mirzəcanzadə). Yəni hərdən ürə-
yi də dinləmək lazım gəlir. Ağıllı fikirləşənə kimi dəli vurub keçər. Beyin 
və ürək mənəvi  əkizlərdir, onların hər ikisinin qayğısına qalmaq lazımdır 
(O.Balzak). Əgər ağılda azca dəlilik yoxdursa, o nəyə lazımdır. Elm özü də 
xaotik düşünüb nizamı tapmaqdır. Məqsədlər isə həyatımızın böyük bir his-
səsini təşkil edir. Məqsədlər seçimləri tezləşdirir, onları dəqiqləşdirir. Bəzən 
heç bir fikri olmayan insanlar var ki,belələri çay üzərində axıb gedən saman 
çöpünə bənzəyir; onlar getmir, suyun axını onları aparır (Seneka). Ən asanı 
budur yəqinki. Ona görə də,insanın bütün qüvvəsini hərəkətə gətirmək üçün 
irəlidə, onu ilhama gətirə biləcək hansısa nəcib məqsəd qoyulmalıdır 
(J.Renan). 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə