Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 40 -
(Qəzzali ilə başlayan dövr, fəlsəfi kəlam dövrü) islam kəlamçıları tərəfindən
də qəbul olunmuşdur. Lakin mütəqəddimun dövrü (Qəzzalidən əvvəlki
dövr) kəlamçıları əsasən mücərrəd cövhər anlayışını qəbul etmədikləri üçün
bu nəzəriyyəyə soyuq yanaşmış, bunun əvəzində özlərinə məxsus ruh
nəzəriyyəsini inkişaf etdirmişlər. Nəfs və ruha verdikləri fərqli mənalar bu
iki nəzəriyyənin əsas fərqli cəhətləridir. Belə ki, nəfs anlayışını qəbul edən
məşşai filosoflara görə o, mahiyyəti baxımından maddədən ayrı mücərrəd
bir cövhərdir. Ruh anlayışına görə isə o, “lətif (şəffaf)” bir cisimdir. Lakin
yuxarıda da qeyd etdiyimiz kimi Qəzzalidən sonrakı dövrdə kəlamçıların
əksəriyyəti nəfs nəzəriyyəsini mənimsədilər. Əslində nəfs nəzəriyyəsinin
mənimsənilməsi islam mütəfəkkirlərinə fizikadan metafizikaya keçmə im-
kanı verirdi (24, s. 531). Belə ki, mahiyyəti baxımından tamamilə mücərrəd
olsa da hərəkətləri baxımından konkret olan nəfs mücərrəddən konkretə ke-
çidi reallaşdırır. Bunu islam filosoflarının qəbul etdiyi beş cövhər anlayışı
kontekstində götürsək onda qarşımıza belə bir mənzərə çıxır: cövhərlərin ilk
üçü, yəni maddə, forma və onlardan ibarət olan cism tamamilə konkret, ağıl
isə tamamilə mücərrəddir. Nəfs isə yuxarıda qeyd etdiyimiz kimi bir cəhət-
dən mücərrəd digər cəhətdən isə konkretdir. Bu da nəfsə mücərrəd ilə
müşəxxəs arasında keçid imkanı yaradır.
Məşşailərə görə nəfsin varlığını isbat etmək üçün heç bir dəlilə ehtiyac
yoxdur. Çünki onun varlığının inkar edilməsi insanın öz varlığını inkar et-
məsi deməkdir (18, s. 16). Zira nəfs hamının “mən” deyə ifadə etdiyi şeydir
(17, s. 176).
İslam peripatetikləri nəfsi Aristotellə birlikdə ifadə olunan şəkildə
“potensial həyata sahib olan orqanik cismin ilk mükəmməlliyi” deyə tərif
etmişlər (22, s. 156). Onlara görə nəfs bədənlə eyni deyildir. Belə ki, insanın
öz bədəninin və üzvlərinin fərqində olmaması mümkündür. Halbuki o,
həmişə öz nəfsinin, yəni özünün fərqindədir. Bundan başqa cism olması,
yəni bədən olması baxımından digər cismlərlə şərik olan insan nəfsə (dü-
şünən nəfs-ən-nəfs ən-natiqa) malik olması baxımından isə onlardan ayrılır.
Bu hal nəfsin bədənlə eyni olmadığını göstərir. Üstəlik bədənin ölməsi ilə
birlikdə nəfs ölmür. Belə ki, mahiyyətləri diri olmalarını lüzumlu edən var-
lıqların ölmələri imkansızdır.
Fəlsəfə tarixi
- 41 -
Peripatetik ənənə bitki (nəbati), heyvan və insan nəfsi şəklindəki üçlü
bölgünü də mənimsəyir. Bu anlayışa görə qidalanma (təğəzzi-
يﺬﻐﺘﻟا ), böyü-
mə (numuvv-ﻮﻤﻨﻟا) və artma (təvlid- ﺪﻴﻟﻮﺘﻟا) gücünə sahib olan bitki nəfsi ən
aşağı dərəcədəki nəfs növüdür. Ondan sonra isə bitki nəfsinin bütün güc-
lərinə və əlavə olaraq da idrak və iradi hərəkət güclərinə malik olan heyvani
nəfs gəlir. Ən üst mərtəbədəki nəfs növü isə cismlik və maddiliyin fövqündə
olmaqla mücərrəd bir mahiyyətə malik olan insan nəfsidir. Bu nəfs nəbati və
heyvani nəfslərin sahib olduğu bütün güclərə sahib olmaqla həm də onlarda
olmayan düşünmə qabiliyyətinə malikdir (16, s. 524).
Yuxarıda qeyd olunanlardan belə aydın olur ki, islam məşşai filosof-
ları da nəfs-bədən əlaqəsində dualist bir mövqedən çıxış ediblər.
İşraqi fəlsəfənin qurucusu Şihabəddin Sührəvərdi də ruh-bədən əlaqəsi
mövzusunda dualist bir anlayışı mənimsəmişdir. Onun bu mövzudakı görü-
şü “Nur” konsepsiyasına əsaslanır (Bax: 7, s. 110-137). Sührəvərdiyə görə
varlıqda Nurlar nuru (nur əl-ənvar- راﻮﻧﻻا رﻮﻧ) olan Tanrıdan başlayan bir
nurlar ierarxiyası mövcuddur. İlk nurdan uzaqlaşdıqca nurun şiddəti da
azalar. Yaradılışın ikinci mərhələsini təşkil edən qahir nurlar vasitəsilə
əmələ gələn insan ruhu da nurlar aləminə nisbətlə aşağı və natamam bir
mərtəbəyə sahib olduğu üçün mütəmadi olaraq yenidən oraya qayıtmaq
üçün can atar (15, s. 2). Sührəvərdi maddi olanı qaranlıq-zülmət, ruhani ola-
nı isə nurla ifadə edir. O, nurdan ayrı olması baxımından qaranlıq kimi
qəbul etdiyi maddəni nurlar aləmi ilə əlaqəli olan ruh qarşısında ikinci
dərəcəli bir mövqeyə yerləşdirir.
Göründüyü kimi xüsusilə qədim dövrdə və orta əsrlərdə ruh-bədən
əlaqəsi ilə bağlı əsas müzakirələr daha çox ruhun və nəfsin maddədən ayrı
mücərrəd bir cövhər olması ətrafında təmərküzləşmişdir. Bu dövrlərdə daha
çox tərəfdarı olan dualist məktəbin ruhu da bədən kimi müstəqil bir sub-
stansiya kimi qəbul etməsinin əksinə monist nöqteyi-nəzər bu anlayışı rədd
etmişdir. Son dövrlərdə isə xüsusilə pozitiv elmlərin inkişafı ilə birlikdə be-
yinlə əlaqəli tədqiqatların da təsirilə ruhun və yaxud nəfsin beynin bir funk-
siyası olduğuna dair görüşün daha çox populyarlaşdığı müşahidə olunur.
Hətta problemi Kvant mexanikasına əsasən həll etməyə çalışan mütəfək-
kirlər də vardır. Qısacası istisnalar olsa da (xüsusilə din fəlsəfəçiləri ara-
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 42 -
sında) elmi inkişafın ardından ruh və ya nəfsin əsasən maddiləşdirildiyini
deyə bilərik. Xüsusilə fiziki və zehni olan arasındakı əlaqəni araşdıran zehn
fəlsəfəsi daxilində mövzunun öz aktuallığını qoruduğunu da demək müm-
kündür.
3. Səlahəddin Xəlilova görə ruh-nəfs-bədən əlaqəsi və bunun
düşüncə tarixi kontekstində dəyərləndirilməsi
Yuxarıda qeyd etdiyimiz kimi düşüncə tarixində nəfs-ruh-bədən əlaqə-
si probleminə daha çox dualist mövqedən yanaşılmışdır. Yəni problem ruh-
bədən və ya nəfs-bədən əlaqəsi kontekstində müzakirə edilmişdir. Bundan
başqa xüsusilə modern dövrdə elmi sahədəki inkişafın təsirilə ruhi olanın bir
növ maddi səviyyəyə endirildiyi də bir faktdır. Prof. Səlahəddin Xəlilov da
ilkin olaraq problemin məhz bu iki cəhətini müzakirə obyektinə çevirir. O
problemə üçlü perspektivdən yanaşır. Xəlilova görə bu günə qədər fəlsəfə
tarixində problem ruhla bədən və nəfslə bədən əlaqəsi baxımından müzakirə
edilsə də ruh, nəfs və bədənin üçlü əlaqəsi kontekstində müzakirə mövzusu
halına gətirilməmişdir.
Xəlilova görə nəfs və bədən insanın sahib olduğu iki cövhərdir: “İnsan
bədənə malik olmaqla fiziki varlıqdır və təbiətlə sıx surətdə bağlıdır. İnsan
habelə ruhani varlıqdır, nəfsə malikdir və ruh dünyası ilə, kosmik zəka ilə
qarşılıqlı əlaqədədir........ Ruh nəfsdən fərqli olaraq kosmik hadisə hesab
oluna bilər. Onun bir damlası insana daxil olmaqla insanla ruhlar aləmi
arasında yol açır” (6, s. 36).
Təbiət elmlərinin inkişafı ilə birlikdə ruh-bədən əlaqəsi ilə bağlı
klassik müzakirələrin əvəzinə mövzunun elmi bir şəkildə tədqiqinə üstünlük
verildi. S. Xəlilova görə əslində bu hal, xüsusilə də aşkarlanmayan şüur-la
əlaqəli təlim nəhayət bu günə qədər var olan paradiqmaların dəyişdirilməsi
lüzumunu ortaya çıxarmış, maddi aləmin qaydalarını ruha tətbiq edən və
beləcə şərq düşüncəsindən uzaqlaşan qərb düşüncəsinin keçmişə, yəni şərq
təfəkkürünə qayıdış tələbini ortaya çıxarmışdır. Lakin qərb düşüncəsi hələ
də bu mövzuda materializmin boyunduruğundan xilas ola bilməyib.
Materializmin “yüksəkdə duranı aşağıda olandan asılı vəziyyətə saldığını”
Dostları ilə paylaş: |