Qeyd etdiyimiz kimi bu mövzuda bizim əsas məqsədimiz məcmu tələb və məcmu



Yüklə 35,79 Kb.

tarix23.09.2018
ölçüsü35,79 Kb.


Giriş



                                                                                                                           

     Iqtisadiyyatda hər bir fəaliyyət suya atılmış daş kimi öz ətrafında iqtisadiyyatın 

bütün sahələrinə yayılan dalğa yaradır. Iqtisadi fəaliyyətin arxasında makroiqtisadi 

qanunvericilik  :  investisiya,  dövlət  məsrəfləri  və  ya  xarici  ticarət  balansı 

saldosunun  artması  və  ya  azalması  durur,  yəni  məcmu  tələb  və  məcmu  təklifin 

dəyişməsi istehsalın həcmi, məşğulluq və qiymət səviyyəsinə güclü təsir göstərir. 

Qeyd etdiyimiz kimi bu mövzuda bizim əsas məqsədimiz məcmu tələb və məcmu 

təklif  anlayışlarının,  onlar  arasındakı  qarşılıqlı  əlaqənin  təfsirini  verməkdən 

ibarətdir.  

     Ümumiyyətlə,  biz  mikroiqtisadiyyatda  ayrı-ayrı  məhsullar  üçün  tələb  və  təklif 

əyrilərini nəzərdə keçirmişik. Burada bizi yalnız ayrı-ayrı məhsullara bazar tələbi 

və  təklifinin  tarazlıq  qiyməti  və  hər  bir  məhsulun  tarazlıq  həcmini  necə 

müəyyənləşdirməsi maraqlandırırdı. Daha sonra biz tələb və təklifi müəyyən edən 

amillərin  təsiri  altında  tarazlıq  qiyməti  və  məhsulun  tarazlıq  həcminin  necə 

dəyişməsini nəzərdən keçirmişdik.  

     Ayrı-ayrı  məhsullar  üçün  tələb  və  təklif  modeli  məhsul  və  xidmətlər  üçün 

qiymət  və  istehsal  həcmi  arasındakı  fərqi  başa  düşmək  üçün  xüsusilə 

əhəmiyyətlidir.  Bir  məhsul  üçün  tələb  və  təklif  modeli  tarazlıq  qiyməti  və 

məhsulların  tarazlıq  həcminin  müxtəlif  məhsullara  görə  fərqlənməsini,  ayrı-ayrı 

məhsulların  qiymət  və  istehsalının  tarazlıq  səviyyəsinin  müxtəlif  dövrlərdə 

müxtəlif olmasını başa düşməyə kömək edir. 

     Lakin  bu  model  bəzi  mühüm  iqtisadi  sualları  cavabsız  qoyur.  Nəyə  görə 

qiymətlər  qalxır  və  düşür?  Nəyə  görə  milli  istehsalın  real  həcmi  müəyyən 

dövrlərdə əvvəlki səviyyəyə nibətən düşür, digərlərində isə qalxır? Daxili bazarda 

müəyyən  məhsulların  tarazlıq  kəmiyyətini  nə  müəyyən  edir?  Bu  suallara  cavab 

vernək  üçün  biz  artıq  ayrı-ayrı  bazar  növlərindən  deyil,  ümumi  vahid  bazardan 

istifadə edəcəyik. Bu o deməkdir ki, biz ayrı-ayrı minlərlə qiyməti yeganə məcmu 

qiymətdə  və  ya  qiymət  səviyyəsində  birləşdirməli  və  ayrı-ayrı  məhsul  və 

xidmətləri  milli  istehsalın  real  həcmi  adlanan  ortaq  kəmiyyətdə  toplamalıyıq. 

Qiymətlərin  və  məhsulların  kəmiyyətini  cəmləşməsi  məcmu  adlanır.  Yuxarıda 

qeyd  olunan  sualların  cavabını  isə  biz  məcmu  tələb  və  məcmu  təklifin  əyrilərini 

təhlil edərək tapa bilərik və bu, əyrilər qiymətin səviyyəsi  və milli istehsalın real 

həcmini əks etdirir. 

     Məcmuu  tələb(AD)-bu  ,  mövcud  şətrlər  daxilində  və  qiymətin  mövcud 

səviyyəsində  alına  bilən  məhsulun  ümumi  və  ya  yekun  həcmidir.  Məcmuu  tələb 

özündə son məhsul və xidmətlərə çəkilən bütün xərcləri ,şəxsi daxili investisiyanı, 

məhsul  və  xidmətlərin  dövlət  tərəfindən  istehlakı  və  iqtisadiyyatın  bütün 

sektorlarında xalis ixracı əks etdirir. 



     Məcmu  təklif  iqtisadiyyatın  istehsal  tərəfini,  qiymətin  hər  bir  səviyyəsində 

istehsal olunan milli məhsulun real həcmini göstərən modeldir 

 

 

 




 



1.Makroiqtisadi  



tarazlıq

,onu yaradan ilkin şərtlər. 

 

Bizim yaşadığımız iqtisadi cəmiyyətin əsas çatışmazlıqları 

 onun tam məşğulluğu ,məhsuldarlığı təmin etmək bacarıqsızlığı və  

ona  məxsus olan sərvət və gəlirlərin bölgüsündə  

qeyri-bərabərlik  hesab olunur. 

 

Con Meynard Keyns “Məşğulluq ,faiz və pulun 

 ümumi nəzəriyyəsi” (1935) 

 

     Məcmu  təklif(AS)  qiymətin  mövcud  səviyyəsində  cəmiyyət  miqyasında  təklif 

olunan məhsul və xidmətlərin miqdarıdır. Məcmu tələb (AD) isə qiymətin mövcud 

səviyyəsində  cəmiyyət  tərəfindən  tələbat  olan  məhsul  və  xidmətlərin  ümumi 

kütləsini  göstərir.  Məcmu  tələb  və  məcmu  təklifin  qarşılıqlı  əlaqəsi  qiymətin 

mövcud səviyyəsində milli gəlirin, bütövlükdə isə cəmiyyət səviyyəsində tarazlığın 

xarakteristikasını  verir.  Məcmu  tələb  və  təklif  əyrilərinin  kəsişməsi  qiymətin 

tarazlıq səviyyəsi və milli istehsalın real tarazlıq həcmini müəyyən edir və bunları 

qrafik olaraq, aşağıdakı şəkillərdə göstərmək olar: 

 

 



 

(a)

 

Məcmu təklif əyrisinin                        (b) Məcmu təklif əyrisinin  

   aralıq hissəsində tarazlıq                            keyns hissəsində tarazlıq 

Şəkil1.Qiymətin  tarazlıq  səviyyəsi  və  milli  istehsalın  real  tarazlıq  həcmi.  Məcmu  tələb  və 

məcmu təklif  əyrilərinin  kəsişməsi  qiymətin tarazlıq səviyyəsini  və milli  istehsalın real  tarazlıq 

həcmini göstərir. Şəkil 1-a-da məcmu tələb və məcmu təklif əyriləri aralıq hissədə kəsişirlər.Şəkil 

1-b-də isə məcmu tələb vətəklif əyriləri keyns hissəsində kəsişirlər. 

 

     Ilk  öncə  məcmu  tələb  və  məcmu  təklif  əyrilərinin  aralıq  hissədə  kəsişdiyi  1-a 

şəklini  nəzərdən  keçirək.  Burada  qiymətin  tarazlıq  səviyyəsi  və  milli  istehsalın 

tarazlıq  həcmi  uyğun  olaraq,  P

və  Q


e

  ilə  işarə  olunmuşdur.  P

e

-nin  tarazlıq 



qiymətini,  Q

e-

nin  isə  milli  istehsalın  real  tarazlıq  həcmini  əks  etdirməsi  səbəbini 



göstərmək üçün qiymət səviyyəsinin P

e

 deyil P



1

 həcmində göstərildiyini fərz edək. 

Məcmu  təklif  əyrisi  göstərir  ki,  qiymətin  P

1

  səviyyəsində  müəssisə  Q



1

-ə  bərabər 

olan milli məhsulun real həcmini artırmır. Bu zaman belə bir sual meydana çıxır: 

real  məhsulun  hansı  həcmini  qiymətin  P

1

  səviyyəsi  ilə  ölkə  daxili  istehlakçılar, 



müəssisə  və  hökumət,  həmçinin  xarici  alıcılar  mənimsəməyə  hazır  olacaqdır? 


 

Məcmu  tələb  əyrisi  Q



2

  cavabını  verir.  Milli  məhsulun  mövcud  real  həcmində 

alıcılar  arasında  rəqabət  qiymətləri  P

e

  səviyyəsinədək  qaldıracaqdır,  1-a  şəklində 



oxların  göstərdiyi  kimi  qiymət  səviyyəsinin  P

1

-dən  P



e

-yə  qaldırılması 

istehsalçıların  məhsul  həcmini  Q

1

-dən  Q



e

-yə  qədər  artırmağa  məcbur  edəcəkdir. 

Istehsal  olunan  və  istehlak  olunan  məhsulların  həcmi  bərabər  olduqda, 

iqtisadiyyatda tarazlıq yaranacaqdır.  

     Şəkil 1b-də keyns modelində məcmu tələb əyrisi məcmu təklif əyrisini kəsir və 

bu model əyrinin üfüqi yerləşdiyi modeldir. Konkret halda qiymət səviyyəsi milli 

məhsulun real tarazlıq həcminin formalaşmasında heç bir rol oynamır. Bunu başa 

düşmək üçün birinci növbədə qeyd etmək lazımdır ki, 1b şəklində tarazlıq qiyməti 

və  milli  istehsalın  real  tarazlıq  həcmi  P

e

  və  Q



e

  ilə  işarə  edilmişdir.  Əgər  sənaye 

sahəsi  daha  çox  məhsul  (Q

2

)  istehsal  etsəydi,  onda  məhsul  artıqlığı  yaranardı. 



Məcmu  tələb  bazarda  bütün  milli  məhsulu  almağa  kifayət  etməzdi.  Məhsulların 

arzu  olunmaz  ehtiyatı  ilə  qarşılaşan  müəssisələr  tarazlıq  səviyyəsi  Q

e

-dək  (oxla 



sola doğru istiqamətlənmiş ) azalardı və bazar boşalardı. Əksinə, əgər müəssisələr 

Q

1



  həcmində  məhsul  istehsal  etsəydi,  onda  onun  ehtiyatı,  satışın  həcmi  istehsalın 

həcmindən çox olduğundan tez bir zamanda azalardı, bu isə müəssisələrə istehsalı 

genişləndirməyə  şərait  yaradır  və  bu  zaman  milli  istehsalın  həcmi  artardı  (  oxla 

sağa doğru istiqamətlənmiş ).  

     Ümumiyyətlə,  makroiqtisadi  tarazlığın  klassik  modeli  J.B.Seyin  bazarın  daxili 

özünü  tənzimləmə  mexanizminə  malik  olması  fikrinə  əsaslanır.  Sey  hesab  edirdi 

ki,  məhsul  təklifi  özünün  şəxsi  tələbini  yaradır,  buna  görə  də  istehsal  olunmuş 

məhsulun  həcmi  avtomatik  olaraq,  bu  məhsulların  istehlakına  kifayət  edən 

gəlirlərin  əldə  olunmasını  təmin  edir.  Makroiqtisadi  səviyyədə  Σməhsul  dəyəri 

=Σməcmu gəlirlər. Bu bərabərliyin səhv olduğunu görmək çətin deyildir: Marksa 

görə  Σməhsul dəyəri  C+V+M-ə bərabərdir,  bütün gəlilərin  məbləği  isə  V+M-dir. 

Lakin  J.B.Sey  fərz  edirdi  ki,  bütün  əldə  olunan  gəlirlər  mütləq  istehlaka  sərf 

olunmalıdır.  

     Klassik  nəzəriyyə  nəticəsində  əmək  haqqı,  renta  kimi  tarazlıq  nöqtəsinə 

nöqtəsinə  malik  faiz  tariflərinin  kəskinliyi  haqqında  təkliflər  təkmilləşdirilmişdir. 

Bazarda  istehalın  hər  bir  amili  tarazlıq  nöqtəsinə  malik  olduğu  üçün  bazar 

bütövlükdə  iqtisadiyyatda  tarazlığı  təmin  edə  bilər  və  hər  zaman  bu  və  ya  digər 

səbəblərdən  dövrü  olaraq,  meydana  gələn  qeyri-tarazlıq  vəziyyətini  düzəltmək 

qabiliyyətinə  malikdir.  Bununla  kapitalist  ideologiya  dövlətlərin  iqtisadiyyata 

müdaxiləsinin lüzumsuzluğunu əsaslandırırdı.  

     C.M.Keyns  digər  nöqteyi-nəzərdən  bazar  iqtisadiyyatında  tsiklik  tərəddüdləri 

nəzərdən keçirmişdir. Buna tarazlıq nöqtəsindən müvəqqəti uzaqlaşma kimi deyil, 

bazar sistemində inkişaf vəziyyəti kimi baxmışdır. Xüsusən ona görə ki, K.Marks 

tərəfindən iqtisadi tsiklin təhlili verilmişdir. C.M.Keyns klassik nəzəriyyə üçün az 

sevindirici olan aşağıdakı nəticələrə gəlmişdir. 

1. Kapitalizmdə tam məşğulluğa zəmanət verən heç bir mexanizm yoxdur.  

2.İqtisadiyyat  işsizlik  və  ona  uyğun  olaraq,  inflyasiyanın  əhəmiyyətli 

səviyyəsində tarazlıq nöqtəsinə çata bilər.



 

3.Kapitalist iqtisadiyyat özünü tənzimləyən sistem hesab olunmur. 



 

 

: kurs-isleri -> iqtisadiyyat
kurs-isleri -> Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək
iqtisadiyyat -> İqtisadiyyat insanlar arasında məlumat mübadiləsinə, öz iqtisadi fəaliyyətində
kurs-isleri -> Bank Əməliyyatlarının hüquqi əsasları Maddə Bank sistemi və onun hüquqi əsasları
kurs-isleri -> Биожоьрафийа-организм групларынын вя онларын айры-айры компонентляринин жоьрафи йайылмасы вя мяскунлашмасы щаггында елмдир
kurs-isleri -> Magistr I kurs (Qədim Misir mədəniyyəti)
kurs-isleri -> Mövzu : Bağdad xilafəti və Səlcuq türkləri
kurs-isleri -> \\ddfalınma sözlər: Müasir Azərbaycan ədəbi dilində işlənən sözlərin bir
kurs-isleri -> Səyahət və turizm kimi bir-birinə bağlı bu iki anlayış müəyyən həyat


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə