Azərbaycan gənclərİnə müracİət



Yüklə 2,35 Mb.
səhifə23/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

Əbədİ İdeallar


Həzrət Peyğəmbər (s):

“Allah insanda üç xüsusiyyəti sevir: az danışmaq, az yatmaq, az yemək.”79

“Dua mərhəmətin, dəstəmaz namazın, namaz behiştin açarıdır.”80
İmam Əli(ə):

“Öz eyiblərindən agah olan kəs başqalarında eyib axtarmır.”81

“Yağlıdillikdən uzaq ol, çünki o iman sifəti deyil.”82
Həzrət Zəhra (s):

«Əgər əmrlərimizə əməl etsən, qadağalarımızdan çəkinsən şiələrimizdən olacaqsan.»83

“Biz Əhli-beyt məxluq arasında Allahın vasitəsi, Onun seçilmişləri, paklar məhəlli, Allahın aşkar dəlili, peyğəmbərlərin varisləriyik” (“Səhifətuz-Zəhra”, s. 27);
İmam Həsən (ə):

“Allahın nemətlərinə görə təşəkkür etməmək alçaqlıqdır.”84

“Sizə təqva və daimi təfəkkürü vəsiyyət edirəm. Çünki bütün yaxşılıqların əsası düşünməkdir”.85
İmam Hüseyn (ə):

“Həqiqətən xalqın sizə ehtiyacı Allahın böyük nemətlərindəndir. Onların ehtiyacını ödəməkdə süstlük göstərməyin.”86

“Bağışlayan kəs ucadır. Paxıl və dargöz adam isə zəlil olur.”87
İmam Zeynal-abidin (ə) (Səccad):

“Qeybətdən çəkinin, çünki qeybət xalqın ətini yeyənlərin xuruşudur.”88

“Allahın verdiyi ruziyə qənaət edən xalqın ən ehtiyacsızı olar.”89
İmam Baqir (ə):

“Allaha təvəkkül edən kəs məğlub olmaz.”90

“Həqiqətən, möminlərin ən kamili xoşrəftarlı olandır.”91
İmam Sadiq (ə):

“Əgər bir mömin günah etmək qərarına gəlsə ruzisindən məhrum olacaq.”92

“Dünya işlərin yaxşıdırsa, dinindən ötrü nigaran ol.”93
İmam Kazim (ə):

“Ağılın dəlili təfəkkür, təfəkkürün dəlili sükutdur.”94

“Din qardaşının qeybətini edən şəxs məlundur.”95
İmam Riza (ə):

“Zəif insanlara kömək etmək sədaqətdən üstündür.”96


“Ağıl insanın dostu, nadanlıq isə düşmənidir.”97
İmam Cəvad (ə) (Məhəmməd Təqi):

“Şükrü yerinə yetirilməyən nemət bağışlanmayan günah kimidir.”98

“Nəfsinə itaət edən kəs düşmənin arzularını yerinə yetirir.”99
İmam Hadi (ə) (Əliyyən Nəqi):

“İnsanlar dünyada var-dövlətləri, axirətdə isə əməlləri ilə yoldaş olacaqlar.”100

“Allahdan qorxandan qorxar, Allaha itaət edənə itaət edərlər.”101
İmam Həsən Əskəri (ə):

“Axmağın qəlbi ağzında, aqilin ağzı qəlbindədir.”102

“Təvazökarlıq elə bir nemətdir ki, kimsə ona həsəd aparmır.”103
İmam Zaman (ə):

“Peyğəmbər qızı Fatiməye Zəhra (s) mənim üçün layiqli nümunədir.”104

“Biz Peyğəmbər ailəsindən kənarda elm əldə etmək bizi inkar etməkdir.”105


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə