Cavab: Qüvvədə olan əmək qanunvericiliyinə müvafiq
olaraq saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı
sayılır (Azərbaycan Respublikasının Əmək Məcəlləsi, maddə
97).
Bəzi kateqoriya işçilərin gecə vaxtı görülən işlərə cəlb
edilməsinə yol verilmir. Bunlara hamilə və üç yaşınadək uşağı
olan qadınlar, yaşı on səkkizdən az olan işçilər daxildir.
Əlil işçilərin isə gecə vaxtı görülən işlərə cəlb edilməsi
üçün 2 şərt vardır:
1. Bu barədə əlil işçinin yazılı razılığı olmalıdır.
2. Bu barədə Tibbi Sosial Ekspert Komissiyasının rəyi
olmalıdır.
Sual 13. Hansı hallarda əmək müqaviləsi sınaq müddəti
müəyyən edilmədən bağlanır?
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 52-
ci maddəsi sınaq müddəti müəyyən edilməyən halların
siyahısını müəyyənləşdirmişdir.
Sözügedən maddə aşağıdakı şəxslərlə əmək müqaviləsinin
bağlanması zamanı sınaq müddətinin müəyyən edilməməsi
nəzərdə tutulur: yaşı 18-dən az olan şəxslərlə; müsabiqə yolu ilə
müvafiq
vəzifəni tutanlarla; hamilə və üç yaşına çatmamış uşağı
olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən
kişilərlə; təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə
ilk dəfə işə götürülən şəxslərlə; ödənişli seçkili vəzifəyə