Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə24/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

Cavab:  Qüvvədə  olan  əmək  qanunvericiliyinə  müvafiq 
olaraq  saat  22-dən  səhər  saat  6-dək  olan  müddət  gecə  vaxtı 
sayılır  (Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi,  maddə 
97).  
Bəzi  kateqoriya  işçilərin  gecə  vaxtı  görülən  işlərə  cəlb 
edilməsinə  yol  verilmir.  Bunlara  hamilə  və  üç  yaşınadək  uşağı 
olan qadınlar, yaşı on səkkizdən az olan işçilər daxildir. 
Əlil  işçilərin  isə  gecə  vaxtı  görülən  işlərə  cəlb  edilməsi 
üçün 2 şərt vardır:  
1. Bu barədə əlil işçinin yazılı razılığı olmalıdır. 
2.  Bu  barədə  Tibbi  Sosial  Ekspert  Komissiyasının  rəyi 
olmalıdır. 
Sual 13. Hansı hallarda əmək müqaviləsi sınaq müddəti 
müəyyən edilmədən bağlanır? 
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 52-
ci  maddəsi  sınaq  müddəti  müəyyən  edilməyən  halların 
siyahısını müəyyənləşdirmişdir.  
Sözügedən maddə aşağıdakı şəxslərlə əmək müqaviləsinin 
bağlanması  zamanı  sınaq  müddətinin  müəyyən  edilməməsi 
nəzərdə tutulur: yaşı 18-dən az olan şəxslərlə; müsabiqə yolu ilə 
müvafiq vəzifəni tutanlarla; hamilə və üç yaşına çatmamış uşağı 
olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən 
kişilərlə; təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə 
ilk  dəfə  işə  götürülən  şəxslərlə;  ödənişli  seçkili  vəzifəyə 


seçilmiş  şəxslərlə;  iki  ay  müddətinədək  əmək  müqaviləsi 
bağlanılan şəxslərlə. 
Bu, qəti siyahı deyil və tərəflərin razılığı ilə sınaq müddəti 
təyin edilməyən digər hallar da müəyyənləşdirilə bilər.  
Sual 14. İxtisar zamanı hansı işçilərin işdə saxlanmaqda 
üstünlük hüququ vardır? 
  Cavab:  İşçilərin  ixtisarı  zamanı  işdə  saxlanmağa 
üstünlüyü  olan  şəxslərin  dairəsi  Azərbaycan  Respublikası 
Əmək  Məcəlləsinin  78-ci  maddəsində  nəzərdə  tutulmuşdur. 
Həmin  maddənin 1-ci  hissəsinə görə  müvafiq hallarda  işçilərin 
sayı  azaldılarkən  və  ya  ştatların  ixtisarı  həyata  keçirilərkən 
müəyyən  vəzifələr  üzrə  əmək  funksiyasının  icrası  üçün  tələb 
olunan  ixtisasın  (peşənin)  və  peşəkarlıq  səviyyəsinin  daha 
yüksəyinə  malik  olan  işçilər  işdə  saxlanılır.  İşçinin  peşəkarlıq 
səviyyəsini işəgötürən müəyyən edir. 
Həmin maddənin 2-ci hissəsinə görə işəgötürən ixtisasları 
(peşələri)  və  ya  peşəkarlıq  səviyyələri  eyni  olduqda  aşağıdakı 
şəxslərin  işdə  saxlanmasına  üstünlük  verir:  şəhid  ailəsinin 
üzvlərinə;  müharibə  iştirakçılarına;  əsgər  və  zabitlərin 
arvadlarına (ərlərinə); öhdəsində  iki və  daha  çox  16  yaşınadək 
uşağı  olanlara;  həmin  müəssisədə  əmək  şikəstliyi  almış  və  ya 
peşə  xəstəliyinə  tutulmuşlara;  məcburi  köçkün,  onlara  bərabər 
tutulan  şəxs  və  qaçqın  statusu  olan  şəxslərə;  kollektiv 
müqavilələrdə  və  ya  əmək  müqavilələrində  nəzərdə  tutulan 
digər şəxslərə.  


 Sual  15.  Bildiyimə  görə,  hərbi  xidmətə  çağırılmağı  ilə 
bağlı  əmək  müqaviləsinə  xitam  verilərkən  işçiyə  müavinət 
verilir.  Bu  müavinətin  məbləği  nə  qədər  təşkil  edir? 
Müavinətdən gəlir vergisi tutulurmu? 
 
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-
cü maddəsinin 1-ci hissəsinin ―a‖ bəndinə görə işçi hərbi və ya 
alternativ  xidmətə  çağırıldıqda,  əmək  müqaviləsinə  xitam 
verilir. 
Əmək  Məcəlləsinin  77-ci  maddəsinin  7-ci  hissəsinə  görə 
əmək  müqaviləsinə  bu  Məcəllənin  68-ci  maddəsinin  ikinci 
hissəsinin «c», 74-cü  maddəsinin birinci hissəsinin «a» və  «c» 
bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək 
haqqının azı iki misli miqdarında müavinət ödəyir. 
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.14.16-
cı  maddəsinə  görə  işəgötürən  tərəfindən  işçinin  hərbi  və 
alternativ 
xidmətə  çağırılması  ilə  əlaqədar  ödənilən 
müavinətlərin  qanunvericilikdə  nəzərdə  tutulan  məbləği  gəlir 
vergisindən azaddır. 
Göründüyü  kimi,  hərbi  xidmətə  çağırılma  ilə  əlaqədar 
əmək  müqaviləsinə  xitam  verilərkən  işçiyə  orta  aylıq  əmək 
haqqının  azı  iki  misli  miqdarında  müavinət  ödənilir  və  bu 
müavinət gəlir vergisindən azaddır. 
 
Sual  16.  Boşdayanma  vaxtı  üçün  əmək  haqqı 
ödənilməlidirmi? 
Cavab:  Boşdayanma  vaxtı  əməyin  ödənilməsi  şərtləri 
Azərbaycan 
Respublikası  Əmək  Məcəlləsinin  169-cu 
maddəsində öz əksini tapmışdır.  


Həmin  maddənin  1-ci  hissəsinə  görə  boşdayanmanın 
başlanması  haqqında  işçi  işəgötürənə  və  ya  iş  yeri  üzrə 
rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq 
etdikdə,  işçinin  təqsiri  olmadan  boşdayanma  vaxtı  işçi  üçün 
müəyyən  edilmiş  dərəcənin  tarif  (vəzifə)  maaşının  üçdə  iki 
hissəsindən  az  olmayaraq  ödənilir.  Göstərilən  maddənin  2-ci 
hissəsinə  görə  işçinin  təqsiri  üzündən  boşdayanma  vaxtı 
ödənilmir.   
   
 
Sual  17.  Mənim  razılığım  olmadan  işəgötürən  məni 
başqa işə keçirə bilərəmmi? 
Cavab:  Ümumi  qayda  ondan  ibarətdir  ki,  işçinin  razılığı 
olmadan  onu  başqa  işə  keçirməyə  yol  verilmir.  Çünki 
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə 
görə  işçiyə  əmək  müqaviləsində  nəzərdə  tutulmayan  başqa 
peşə,  ixtisas  və  vəzifə  üzrə  əmək  funksiyasının  yerinə 
yetirilməsini  həvalə  etmək  başqa  işə  keçirilmə  sayılır  və  buna 
yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və 
dəyişikliklər  edilməklə  və  ya  yeni  əmək  müqaviləsi 
bağlanılmaqla yol verilir. 
Bu  ümumi  qaydadan  istisna  Əmək  Məcəlləsinin  60-cı 
maddəsində  nəzərdə  tutulmuşdur.  Lakin  60-cı  maddə  işçinin 
razılığı  olmadan  işəgötürənin  təşəbbüsü  ilə  başqa  işə 
keçirilməsini  bir  sıra  şərtlərdən  asılı  etmişdir.  Bunlar 
aşağıdakılardır:  1)  başqa  işə  keçirmə  istehsalat  zəruriyyəti  və 
boşdayanma hallarının qarşısını almaq məqsədi daşımalıdır; 2) 
başqa işə keçirmə müvəqqəti xarakter daşımalıdır, başqa sözlə, 
onun davametmə müddəti 1 aydan çox ola bilməz; 3) işçi onun 
səhhətinə  mənfi  təsir  edən,  habelə  aşağı  ixtisaslı  işə 
keçirilməməlidir;  4)  başqa  işə  keçirilmə  müddətində  işçinin 
əməyi  görülən  işin  müqabilində,  lakin  əvvəlki  orta  əmək 
haqqından aşağı olmamaqla ödənilməlidir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə