Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə55/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   47   48   49   50   51   52   53   54   55

məktubu  (eyni  zamanda,  xəstənin  yaşayış  yeri  üzrə  müalicə 
müəssisəsinin  tibbi  rəyi  də  təqdim  olunmalıdır);  qohumunun 
ağır  xəstəliyi  və  ya  ölümü  faktını  təsdiq  edən  xaricdən  daxil 
olmuş və müvafiq qaydada təsdiq olunmuş teleqraf məlumatı.  
 
Sual  29.  Mənzilin  özgəninkiləşdirilməsi  zamanı 
müqavilənin  təsdiqi  üçün  notariat  orqanına  hansı  məbləğdə 
dövlət rüsumu ödənilməlidir.? 
 
Cavab: 
―Dövlət  rüsumu  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  10.1.1-ci  maddəsinə  görə  daşınmaz 
əmlakın  (mənzillərin,  bağ  evlərinin,  qurğuların,  tikililərin, 
torpaqların  və  başqa  daşınmaz  əmlakın)  özgəninkiləşdirilməsi, 
mənzil  sahələrinin  və  bağ  evlərinin  müvəqqəti  istifadəyə 
verilməsi barədə müqavilələrin təsdiqi üçün, əgər müqavilə üzrə 
əmlak  ərə  (arvada),  uşaqlara,  valideynlərə,  babaya,  nənəyə, 
nəvəyə,  qardaşa,  bacıya  keçirsə,  7  manat  məbləğində  dövlət 
rüsumu ödənilməlidir. 
  Müqavilə  üzrə  əmlak  başqa  şəxslərə  keçirsə,  Bakı 
şəhərində  110  manat,  digər  şəhər  və  rayonlarda  44  manat 
məbləğində  dövlət  rüsumu  ödənilməlidir  (həmin  Qanunun 
10.1.2-ci maddəsi). 
Sual  30.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
pedaqoji  profilli  ixtisaslar  üzrə  ali  və  orta  ixtisas  təhsili 
müəssisələrini  bitirmiş  və  ümumi  təhsil  müəssisələrində  işə 
başlamış  gənc  mütəxəssislər  üçün  əlavə  güzəştlər  və 
stimullaşdırıcı  tədbirlərin  müəyyən  edilməsi  haqqında  14 
aprel  2010-cu  il  tarixli  67  saylı  Qərarı  var.    “Bələdiyyə 
torpaqlarının  idarə  edilməsi  haqqında”  709-III  QD  saylı 


Qanunun  9.1  maddəsinə  əsasən,  bələdiyyə  ərazisində  5  ildən 
artıq  yaşayan  və  qeydiyyatda  olan  Azərbaycan  Respublikası 
vətəndaşlarına fərdi yaşayış evi üçün torpaq sahəsi hərracdan 
kənar  verilir.  Bu  Qanun  yuxarıda  göstərilən  gənc 
mütəxəssislərə şamil oluna bilərmi? 
Cavab:  ―Təhsil  haqqında‖  Qanunun  36.5-ci  maddəsinə 
görə  pedaqoji  profilli  ixtisaslar  üzrə  ali  və  orta  ixtisas  təhsili 
müəssisələrini  bitirmiş  və  ümumi  təhsil  müəssisələrində  işə 
başlamış  gənc  mütəxəssislər  üçün  əlavə  güzəştlər  və 
stimullaşdırıcı  tədbirlər  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən müəyyən edilir. 
  ―Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili 
müəssisələrini  bitirmiş  və  ümumi  təhsil  müəssisələrində  işə 
başlamış  gənc  mütəxəssislər  üçün  əlavə  güzəştlər  və 
stimullaşdırıcı  tədbirlərin  müəyyən  edilməsi  haqqında‖ 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  67  nömrəli  14 
aprel 2010-cu il tarixli Qərarının 1-ci bəndində pedaqoji profilli 
ixtisaslar  üzrə  ali  və  orta  ixtisas  təhsili  müəssisələrini  bitirmiş 
gənc  mütəxəssislərin  kənd  rayonlarında  yerləşən  ümumi  təhsil 
müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin 
müəssisələrdə  pedaqoji  kadr  tələbatının  ödənilməsi  məqsədilə 
dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan 
və  3 il müddətində  bu fəaliyyəti ümumi təhsil müəssisələrində 
davam  etdirən  gənc  mütəxəssislərə  yerli  icra  hakimiyyəti 
orqanları  tərəfindən  bələdiyyələrlə  birlikdə  onların  yaşayış 
sahələrinə  ehtiyaclarının  ödənilməsinə,  daimi  məskunlaşmaq 
üçün  torpaq  sahələrinin  ayrılmasına  və  ipoteka  kreditlərinin 
verilməsinə köməklik göstərilməsi qeyd edilmişdir. 
―Bələdiyyə  torpaqlarının  idarə  edilməsi  haqqında‖ 
Qanunun  9.1-ci  maddəsinə  görə  bələdiyyənin  ərazisində  daimi 
yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri 


üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının 
mülkiyyətinə  fərdi  yaşayış  evinin  tikintisi  üçün  torpağın 
ayrılması  istisna  olmaqla,  digər  hallarda  bələdiyyə  torpaqları 
üzərində  mülkiyyət  və  icarə  hüquqları  yalnız  açıq  torpaq 
hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 
  Azərbaycan  Respublikasının  2002-ci  il  15  mart  tarixli, 
274-IIQ  nömrəli  Qanunu  ilə  təsdiq  edilmiş  ―Bələdiyyə 
torpaqlarının  ayrılmasına  dair  sənədlərin  hazırlanması  və 
razılaşdırılması qaydaları haqqında Əsasnamə‖nin 4-cü bəndinə 
görə  bələdiyyə  torpaqları  bələdiyyə  mülkiyyətində  olan 
müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 
10-cu  bəndində  nəzərdə  tutulmuş  hallarda  Azərbaycan 
Respublikası  vətəndaşlarının  mülkiyyətinə  bilavasitə,  digər 
hallarda  hüquqi  və  fiziki  şəxslərin  mülkiyyətinə  (icarəsinə) 
torpaq  hərracları  və  ya  müsabiqələri  vasitəsilə  "Bələdiyyə
 
torpaqlarının 
idarə 
edilməsi 
haqqında

Azərbaycan 
Respublikası  Qanununun  9-cu  və  10-cu  maddələrinə,  "
Torpaq 
bazarı haqqında
"  Azərbaycan  Respublikası  Qanununun  8-ci  və 
15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. 
Həmin  Əsasnamənin  10-cu  bəndinə  görə  ―Bələdiyyə
 
torpaqlarının 
idarə 
edilməsi 
haqqında
‖ 
Azərbaycan 
Respublikasının  Qanunu  qüvvəyə  minənədək  fərdi  yaşayış  və 
bağ  evlərinin,  qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata 
keçirmək  məqsədilə  zəruri  obyektlərin  tikintisi  üçün  qeyri-
qanuni  istifadə  edilən  (müvafiq  qaydada  rəsmiləşdirilməmiş) 
bələdiyyə  torpaqlarının  hüquqi  və  fiziki  şəxslərdən  geri 
alınması  mümkün  olmadığı  hallarda,  həmin  torpaq  sahələri 
(elektrik,  rabitə,  nəqliyyat,  qaz,  su,  kanalizasiya  və  digər 
kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə 
zonasında  yerləşmiş  torpaq  sahələri  istisna  olmaqla)  onların 
mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi  yaşayan 
və  eyni  zamanda  ən  azı  beş  il  müddətində  yaşayış  yeri  üzrə 
qeydiyyatda  olan  Azərbaycan  Respublikası  vətəndaşlarının 
mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin 


ayrılması hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 
11-ci,  14-21-ci,  23-cü,  24-cü,  25-ci,  25-1-ci  və  27-ci 
bəndlərində müəyyən edilmiş qaydada verilir. 
Beləliklə, yuxarıda sadalanan maddələrin analizi aşağıdakı 
nəticələrə gəlməyə imkan verir: 
  1.  Ümumi  qaydaya  görə  bələdiyyə  torpaqları  üzərində 
mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya 
müsabiqələri vasitəsilə əldə edilə bilər. 
2.  Bu  qaydadan  yalnız  bir  istisna  vardır:  bələdiyyənin 
ərazisində  daimi  yaşayan  və  eyni  zamanda  ən  azı  beş  il 
müddətində  yaşayış  yeri  üzrə  qeydiyyatda  olan  Azərbaycan 
Respublikası  vətəndaşlarının  mülkiyyətinə  fərdi  yaşayış  evinin 
tikintisi  üçün  torpaq  açıq  torpaq  hərracları  və  ya  müsabiqələri 
keçirilmədən ayrılır. 
3.  ―Bələdiyyə  torpaqlarının  idarə  edilməsi  haqqında‖ 
Qanunun  9.1-ci  maddəsi,  ―Bələdiyyə  torpaqlarının  ayrılmasına 
dair  sənədlərin  hazırlanması  və  razılaşdırılması  qaydaları 
haqqında  Əsasnamə‖nin  4  və  10-cu  bəndləri  gənc 
mütəxəssislərə  açıq  torpaq  hərracları  və  ya  müsabiqələri 
keçirilmədən torpağın ayrılmasına imkan vermir. 
Göründüyü  kimi,  ―Bələdiyyə  torpaqlarının  idarə  edilməsi 
haqqında‖  Qanunun    9.1  maddəsində  nəzərdə  tutulmuş  istisna 
gənc mütəxəssislərə şamil oluna bilməz.    
 
Sual  31.  Xarici  dildə  olan  sənədin  tərcüməsinin 
doğruluğunun  notarial  təsdiqi  üçün  dövlət  rüsumu  nə 
qədərdir? 
Cavab: 
―Dövlət  rüsumu  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  10.16-cı  maddəsinə  görə  sənədlərin 
bir  dildən  başqa  dilə  tərcüməsinin  düzgünlüyünün  təsdiqi  (hər 
səhifəyə görə) 0,25 manat təşkil edir. 


Sual 32.  Məhkəmənin  qətnaməsi  ilə məndən  4.000  ABŞ 
dolları  məbləğində  pul  tutulmuşdur.  Həmin  qətnaməni  icra 
etmədiyim  təqdirdə,  ölkədən  kənara  çıxmağıma  qadağa 
qoyula bilərmi? 
Cavab:  ―İcra  haqqında‖  Qanunun  84-1.1-ci  maddəsinə 
görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü 
icra  üçün  müəyyən  olunmuş  vaxtda  borclu  tərəfindən  üzrsüz 
səbəbdən  icra  edilmədikdə,  borclunun  ölkədən  getmək  hüququ 
icra 
məmurunun 
əsaslandırılmış 
təqdimatı 
əsasında 
məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.  
Borclunun  ölkədən  getmək  hüququnun  müvəqqəti 
məhdudlaşdırılması  barədə  icra  məmuru  tərəfindən  dərhal 
borclunun  özünə,  tələbkara  və  müvafiq  icra  hakimiyyəti 
orqanına  (Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyinə) 
məlumat verilir. 
Sual 33. Avtomobil alqı-satqı müqaviləsinin təsdiqi üçün 
ödənilməli  olan  dövlət  rüsumunun  məbləği  nə  qədər  təşkil 
edir? 
Cavab:  ―Dövlət  rüsumu  haqqında‖  Qanunun  10.2-ci 
maddəsində 
nəqliyyat 
vasitələrinin 
özgəninkiləşdirilməsi 
müqavilələrinin təsdiqi üçün ödənilməli olan dövlət rüsumunun 
məbləği təsbit edilmişdir.  
Əgər  müqavilə  üzrə  əmlak  ərin  (arvadın),  uşaqların, 
valideynlərin, babanın, nənənin, qardaşın, bacının mülkiyyətinə 
keçirsə,  dövlət  rüsumu  25  manat  təşkil  edir.  Müqavilə  üzrə 


əmlak  digər  şəxsin  mülkiyyətinə  keçirsə,  onda  50  manat 
məbləğində dövlət rüsumu ödənilməlidir.  
Sual  34.  Mirasın  qəbulu  ilə  bağlı  notariat  orqanına 
müraciət etmişəm. Vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 
hansı məbləğdə dövlət rüsumu ödəməliyəm? 
Cavab:  Vərəsəlik  hüququ  haqqında  şəhadətnamələrin 
verilməsi  üçün  ödənilməli  olan  dövlət  rüsumunun  məbləği 
―Dövlət  rüsumu  haqqında‖  Qanunun  10.7-ci  maddəsində 
nəzərdə tutulmuşdur.  
Əgər  sözügedən  şəhadətnamə  qanunla  müəyyən  edilən 
növbəli vərəsələrdən birinə  (şəhadətnamənin  qanun  üzrə  və  ya 
vəsiyyətnamə  üzrə  verilməsindən  asılı  olmayaraq)  verilirsə,  3 
manat dövlət rüsumu ödənilməlidir. Əgər vərəsə digər fiziki və 
ya  hüquqi  şəxsdirsə,  onda  ödənilməli  olan  dövlət  rüsumu  11 
manat təşkil edir.    
Sual  35.  Küçədə  reklam  lövhəsi  yerləşdirmək  istəyirəm. 
Bunun  üçün  birdəfəlik  icazə  almalıyam.  Bilmək  istərdim, 
küçə reklam lövhəsinin yerləşdirilməsi üçün belə icazəyə görə 
hansı məbləğdə dövlət rüsumu ödəmək tələb olunur? 
Cavab:  ―Dövlət  rüsumu  haqqında‖  Qanunun  31.3-cü 
maddəsində  küçə  reklamı  lövhəsinin  yerləşdirilməsinə  görə 
birdəfəlik  icazənin  verilməsi  üçün  ödənilməli  olan  dövlət 
rüsumunun dərəcələri müəyyən edilmişdir.  
Belə  ki,  həmin  maddəyə  əsasən  sözügedən  icazənin 
verilməsi  üçün  dövlət  rüsumu  Bakı  şəhəri  üzrə  70  manat; 
Sumqayıt,  Gəncə,  Mingəçevir,  Şirvan,  Xırdalan  şəhərləri  və 


Abşeron  rayonu  üzrə  50  manat;  digər  regionlar  üzrə  35  manat 
təşkil edir.    
Sual 36.  Xəstəliyimlə  əlaqədar  notariusa  gedə  bilmirəm. 
Notariat  hərəkətinin  aparılması  üçün  notariusun  yaşadığım 
mənzilə  gəlməsi  mümkündürmü?  Bu  zaman  hansı  məbləğdə 
dövlət rüsumu ödənilməlidir? 
Cavab:  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
2000-ci  il  11  sentyabr  tarixli,  167  nömrəli  Qərarı  ilə  təsdiq 
edilmiş  ―Azərbaycan  Respublikasında  notariat  hərəkətlərinin 
aparılması  qaydaları  haqqında  Təlimat‖ın  15-ci  bəndinə  görə 
xəstəlik 
nəticəsində, 
əlilliklə, 
sağlamlıq 
imkanlarının 
məhdudluğu 
ilə  əlaqədar  olaraq  və  ya  Azərbaycan 
Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər 
hallarda  şəxsin  dövlət  notariat  kontoruna  və  ya  xüsusi 
notariusun  işlədiyi  binaya  (otağa)  gələ  bilmədiyi  hallarda 
əvvəlcədən  verilmiş  bildiriş  üzrə  dövlət  rüsumu  və  müəyyən 
edilmiş  hallarda  haqq  ödənildikdən  və  nəqliyyat  vasitəsi  ilə 
təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat 
xərcləri  ödənildikdən  sonra  notariat  hərəkətləri  bu  binalardan 
(otaqlardan) kənarda da aparıla bilər. 
 ―Dövlət  rüsumu  haqqında‖  Azərbaycan  Respublikası 
Qanununun  10.21-ci  maddəsinə  görə  notariusun  iş  yerindən 
kənarda notariat hərəkətlərinin aparılmasına görə olduğu vaxtın 
hər bir saatı üçün 3 manat dövlət rüsumu ödənilir. 
Sual  37.  Mənzilin  mənim  mülkiyyətimdə  olması  barədə 
daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarışı  itirmişəm. 


Çıxarışın  dublikatını  almaq  istəyirəm.  Bunun  üçün  hansı 
məbləğdə dövlət rüsumu ödəməliyəm? 
 
Cavab:  ―Dövlət  rüsumu  haqqında‖  Qanunun  26.4-cü 
maddəsinə  görə    daşınmaz  əmlak  üzərində  mülkiyyət 
hüquqlarının  dövlət  qeydiyyatına  alınması  barədə  çıxarışın 
dublikatının verilməsi üçün10 manat dövlət rüsumu ödənilir. 
 
Sual  38.  Məhkəmə  qətnaməsi  ilə  cavabdehdən  xeyrimə 
3000  manat  pul  tutulmuşdur.  Qətnamə  qüvvəyə  minmiş  və 
icraya  yönəldilmişdir.  Bilmək  istərdim,  qətnamə  hansı 
müddətdə icra edilməlidir? 
Cavab:  Məhkəmə  qərarlarının  və  digər  icra  sənədlərinin 
məcburi  icra  qaydaları  və  şərtləri  ―İcra  haqqında‖  Azərbaycan 
Respublikasının Qanunu ilə tənzimlənir.  
Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra 
sənədini  aldığı  gündən  iki  ay  müddətində  icra  hərəkətlərini 
həyata  keçirməli  və  icra  sənədində  göstərilən  tələblərin  icra 
olunmasını  təmin  etməlidir.  Müstəsna  hallarda  icra  sənədində 
göstərilən  tələblərin  icra  olunması  icra  qurumunun  rəhbərinin 
təqdimatı  əsasında  icra  xidmətinin  rəhbəri  (baş  icra  məmuru) 
tərəfindən 1 ay müddətinədək uzadıla bilər. 
Sual  39.  Məhkəmə  qətnaməsi  əsasında  aramızda  olan 
nikah  pozulmuşdur.  Lakin  qətnamədə  mənim,  yoxsa  keçmiş 
ərimin  nikahın  pozulmasının  qeydiyyatı  ilə  əlaqədar  dövlət 
rüsumu  ödəməli  olması  göstərilməmişdir.  Bu  halda,  dövlət 
rüsumu kim tərəfindən və hansı məbləğdə ödənilməlidir? 


Cavab: 
Məhkəmə 
qətnaməsi 
əsasında 
nikahın 
pozulmasının qeydə alınması üçün 11 manat məbləğində dövlət 
rüsumu  ödənilməlidir.  Əgər  nikahın  pozulması  barədə 
məhkəmə  qətnaməsində  dövlət  rüsumunu  tərəflərdən  hansının 
ödəməli olduğu göstərilməmişdirsə, onda nikahın pozulmasının 
qeydiyyata  alınması  üçün  birinci  müraciət  etmiş  tərəf  (keçmiş 
ər  və  ya  arvad)  həmin  dövlət  rüsumunu  ödəməlidir  (―Dövlət 
rüsumu  haqqında‖  Azərbaycan  Respublikası  Qanununun 
12.2.2-ci maddəsi). 
Sual  40.  Mən  Zəngilan  köçkünüyəm.  Ailəm  4  nəfərdən 
ibarətdir.  Bilmək  istəyirəm  qaza  və  işığa  ayrılan  limit  ay 
ərzində işlənməyibsə, gələn aya keçir? 
  Cavab: 
Azərbaycan 
Respublikasının 
Nazirlər 
Kabinetinin  2002-ci  il  22  yanvar  tarixli,  15  nömrəli  Qərarı  ilə 
təsdiq edilmiş ―Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə 
güzəştlərin  müavinətlə  əvəz  olunması  ilə  əlaqədar  onların 
ödənilməsi  Qaydası‖nın  (bundan  sonra  -  Qayda)  3-cü  bəndinə 
görə  məskunlaşmamış qaçqın və  məcburi köçkünlərin (bundan 
sonra  —  istehlakçılar)  müvəqqəti  məskunlaşdıqları  şəhər  və 
rayonların  xidmət  təşkilatları  (elektrik,  qaz,  su  təchizatı  və  s. 
xidmət idarələri),  yerli rayon (şəhər) və əraziləri işğal olunmuş 
rayonların  icra  hakimiyyətlərinin  səlahiyyətli  nümayəndələri, 
Qaçqınların  və  Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət 
Komitəsinin  (bundan  sonra  —  Komitə)  həmin  rayon  (şəhər) 
üzrə  nümayəndələri    ilə  birlikdə  faktiki  istehlakçıların  (o 
cümlədən  pasport  qeydiyyatına  düşmüş  və  öz  hesabına  mənzil 
almış  məcburi  köçkünlərin)  siyahısını  onların  istifadə  etdikləri 
xidmətlərin  növləri  göstərilməklə,  işğal  olunmuş  hər  bir  rayon 


(şəhər)  üzrə  ayrı-ayrılıqda,  bu  Qaydaya  əlavə  olunmuş  forma 
əsasında  tərtib  edirlər.  Həmin  siyahılar  istehlakçıların 
məskunlaşdıqları  rayon  (şəhər)  icra  hakimiyyətlərinin  başçıları 
tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq 
edilərək  Komitəyə  təqdim  olunur.  Hər  ay  həmin  siyahılardakı 
saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər 
xidmət  xərcləri  üzrə  tələb  olunan  məbləğ  hər  bir  xidmət  növü 
üzrə  müəyyənləşdirilir,  müvafiq  maliyyə-mühasibat  sənədləri 
hazırlanır  və  ödənişin  aparılması  üçün  hər  növbəti  ayın  5-dən 
gec olmayaraq Komitəyə təqdim edilir. 
  Qaydanın  4-cü  bəndinə  görə  Komitə  öz  növbəsində 
müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət 
təşkilatlarına 
ödənilməsi 
məqsədi 
ilə 
Azərbaycan 
Respublikasının 
Maliyyə 
Nazirliyinə 
müvafiq 
ödəniş 
sənədlərini hazırlayıb təqdim edir. 
  Qaydanın  6-cı  bəndinə  görə  kommunal  xidmət 
təşkilatları  elektrik  enerjisi  (adambaşına  ayda  50  kvt.s  nəzərdə 
tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq 
xidmətin  haqqını  sayğacların  göstəricilərinə  (sayğac  olmayan 
yerlərdə  adambaşına  müvafiq  tarif  və  normalara)  əsasən 
müəyyənləşdirirlər. 
  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  2003-
cü  il  10  iyun  tarixli,  80  nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş 
―Elektrik  enerjisindən  istifadəyə  görə  bir  sıra  birinci  dərəcəli 
istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin 
istehlak  etdikləri  elektrik  enerjisi  dəyərinin  ödənilməsinin 
tənzimlənməsi 
barədə‖ 
Qərarının 
3-cü 
bəndi 
ilə 
məskunlaşmamış  qaçqın  və  məcburi  köçkünlərin  elektrik 


enerjisi  ilə  təminatının  yaxşılaşdırılması  məqsədi  ilə  Qaydanın 
6-cı  bəndində  "50"  rəqəmi  2003-cü  il  yanvarın  1-dən  "150" 
rəqəmi ilə əvəz edilmiş hesab olunmuşdur. 
  Beləliklə, 
məskunlaşmamış 
qaçqın  və  məcburi 
köçkünlərə kommunal xidmətləri üzrə güzəştlərin müavinətlərlə 
əvəz  edilməsindən  sonra  adambaşına  düşən  istifadə  edilə 
biləcək elektrik enerjisi, qaz və su sərfinin maksimum miqdarı, 
yəni  limit  müəyyən  edilmişdir.  Kommunal  xidmətlərə  görə 
xərclər üzrə tələb olunan məbləğin hesablanması və ödənilməsi 
üçün  müvafiq  sənədləşmə  işləri  hər  ay  üzrə  ayrıca  aparılır 
(Qaydanın  3  və  4-cü  bəndləri).  Bu  halda,  limit  keçilməyibsə, 
istehlak olunmuş kommunal xidmətin dəyəri Dövlət tərəfindən 
qarşılanır.  Burada  məqsəd  statusları  baxımından  Dövlətin 
xüsusi  müdafiəsinə  ehtiyac  duyan  məskunlaşmamış  qaçqın  və 
məcburi 
köçkünlərin  hüquqlarının  daha  yaxşı  təmin 
olunmasıdır. Bu mənada Dövlət yalnız istehlak olunmuş (limiti 
keçmədən)  aylıq  elektrik  enerjisi,  qaz,  su  sərfinin  müvafiq 
təchizat  şirkətlərinə  ödənilməsini  təmin  edir.  Başqa  sözlə, 
ödəmə  faktiki  istehlak  olunmuş  kommunal  xidmətlərinin 
dəyərinə  görə  həyata  keçirilir.  Bu  baxımdan,  ay  ərzində 
kommunal  xidməti  limitinin  istehlak  olunmamış  qalıq 
hissəsinin növbəti aya keçirilməsi mümkün deyildir. 
 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə