Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə48/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

Qeyd edək ki, Azərbaycan Respublikası Mülki Prosessual 
Məcəlləsinin  89.3-cü  maddəsinə  görə  yazılı  sübutların  əsli  və 
ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 
Sual  35.  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 
Plenumuna hansı müddətdə şikayət vermək olar? 
Cavab:  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 
kollegiyaları  tərəfindən  qərar  qəbul  edildikdən  sonra  2  ay 
müddətində Plenuma əlavə kassasiya qaydasında şikayət verilə 
bilər  (Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin 
426.2-ci  maddəsi).  Burada  diqqət  edilməli  olan  məsələ  ondan 
ibarətdir  ki,  apellyasiya  və  kassasiya  şikayətlərindən  fərqli 
olaraq  əlavə  kassasiya  qaydasında  şikayət  vermə  müddətinin 
axımı  məhkəmə  qərarının  (qətnaməsinin)  alındığı  tarixdən 
deyil, qəbul edildiyi tarixdən başlayır. 
Qeyd 
edək 
ki, 
Azərbaycan 
Respublikası 
Ali 
Məhkəməsinin  müvafiq  kollegiyasının  qərarı  qəbul  edildiyi 
gündən  1  ay  müddətində  işdə  iştirak  edən  şəxslərə  sifarişli 
məktubla  göndərilməli  və  yaxud  qəbz  alınmaqla  təqdim 
edilməlidir (Mülki Prosessual Məcəllənin 419.3-cü maddəsi). 


 
 
M
ÜXTƏLİF 
S
AHƏLƏR 
Ü
ZRƏ 
S
UALLAR
 


Sual  1.  Mən  “Qafqaz”  universitetinin  5-ci  (sonuncu)  kurs 
tələbəsiyəm. 
Təhsilimi 
xarici 
dövlətlərin 
birinin 
magistraturasında davam etdirmək istəyirəm. Elə bu məqsədlə 
də  Finlandiyanın  “VAASA”  universitetinin  magistraturasına 
qəbul  olmuşam.  Lakin  hərbi  xidmətdən  möhlət  hüququm 
olmasa,  xarici  dövlətə  gedə  bilmərəm.  Ona  görə  də  bilmək 
istəyirəm  ki,  fasilə  vermədən  təhsilimi  davam  etdirmək  üçün 
konkret 
olaraq 
mənə 
akademik 
məzuniyyət 
hüququ 
verilməlidirmi  və  yaxud  belə  olduqda  hər  hansı  güzəştlər 
şamil olunur? 
Cavab:  ―Azərbaycan  Respublikasında  hərbi  xidmətə 
çağırışın  əsasları  haqqında‖  Azərbaycan  Respublikası 
Qanununun  16-cı  maddəsinə  görə  müddətli  həqiqi  hərbi 
xidmətə çağırışa möhlət ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə 
görə,  təhsili  davam  etdirmək  üçün,  deputatlıq  fəaliyyəti  ilə 
əlaqədar olaraq verilir. 
Adı  çəkilən  Qanunun  19-cu  maddəsi  təhsili  davam 
etdirmək  üçün  çağırışa  möhlət  verilməsi  qaydasını  müəyyən 
edir.  
Həmin  maddənin  ―q‖  bəndində  həm  Azərbaycan 
Respublikasında,  həm  də  xarici  ölkələrdə  bakalavr  pilləsində 
əyani  formada  ali  təhsil  alan  tələbələrə  təhsilini  bitirənədək 
möhlət verilməsi nəzərdə tutulmuşdur. 
Magistratura  pilləsində  əyani  təhsil  almaq  üçün  möhlət 
verilməsi ―Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın 
əsasları  haqqında‖  Qanunun  19-cu  maddəsinin  ―ğ‖  bəndində 
nəzərdə tutulsa da, 22 dekabr 2006-cı il tarixli, 211-IIIQD saylı 
―Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına 
dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında‖  Azərbaycan 
Respublikasının Qanunu ilə həmin bənd çıxarılmışdır. 


Beləliklə,  magistratura  pilləsində  təhsil  almaq  üçün 
müddətli  həqiqi  hərbi  xidmətə  çağırışa  möhlət  verilməsi 
Qanunda nəzərdə tutulmamışdır.  
Buna  görə  də,  Sizə  bu  məqsədlə  möhlət  verilməsi 
mümkün deyil. 
 
Sual  2.  Mən  Gəncə  şəhəri,  H.Əliyev  prospekti,  ev  1, 
mənzil 29 ünvanında yaşayıram. Hər ay işıq, qaz, su və məişət 
tullantılarına  görə  müvafiq  ödəmələri  vaxtlı-vaxtında  həyata 
keçirirəm  və  qəbzlərini  alıram.  Amma  evlər  idarəsi  2000-ci 
ilin  qanununa  əsasən  bizdən  hər  il  8  manat  istismar  xərci 
deyilən vergi tələb edir. Mənim evlər idarəsi ilə heç bir xidməti 
müqaviləm  yoxdur,  evim  isə  özəlləşdirilmiş  evdir.  Mən  bu 
vergini ödəməliyəmmi?   
Cavab:  Siz  2000-ci  ilin  qanunu  dedikdə,  yəqin  ki, 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  ―Azərbaycan 
Respublikasında  dövlət  və  ictimai  mənzil  fondu  evlərində 
yaşayış  sahəsindən  istifadə  haqqı  (mənzil  haqqı)  və  mənzil-
kommunal  xidmətlərinə  görə  tariflərin  təsdiq  edilməsi 
haqqında‖  10  mart  2000-ci il tarixli, 40 saylı Qərarını  nəzərdə 
tutursunuz.  
Həmin 
Qərarla 
özəlləşdirilmiş 
mənzillərin 
mülkiyyətçilərinə  mənzillərin  yerləşdiyi  evlərin  (binaların) 
saxlanılması üçün xidmət haqqı 1 kv.m.  yaşayış sahəsi üçün 1 
ayda – 0,015 manat müəyyən edilmişdir.  
Buna  görə  də,  mənzilinizin  yerləşdiyi  evin  (binanın) 
saxlanılması üçün Sizdən sahib olduğunuz yaşayış sahəsinin hər 


kv.m.  üçün  1  ayda  0,015  manat  məbləğində  xidmət  haqqının 
alınması qanunvericiliyin tələbinə uyğundur. 
Bundan  əlavə,  adı  çəkilən  Qərarın  3-cü  bəndinin  a) 
yarımbəndinə 
müvafiq 
olaraq 
qismən 
özəlləşdirilmiş 
çoxmənzilli evlərdə bu evlərə xidmət (evin bütün mənzillərinin 
özəlləşdirilməsinə  qədər)  evlərə  özəlləşdirmədən  əvvəl  xidmət 
etmiş  dövlət  mənzil-istismar  təşkilatları  tərəfindən  həyata 
keçirilir.  
Yəqin 
ki,  yaşadığınız  binanın  bütün  mənzilləri 
özəlləşdirilməyib və bu mənada Siz yuxarıda göstərilən xidmət 
haqqını  mənzilinizin  özəlləşdirilməsindən  əvvəl  xidmət  etmiş 
müvafiq mənzil-istismar təşkilatına ödəməlisiniz.  
Buna  görə  də,  Sizinlə  müvafiq  mənzil-istismar  idarəsi 
arasında bu haqda ayrıca müqavilənin olması tələb edilmir.  
Sual  3.  Torpaq  islahatı  zamanı  hər  adama  0,60  hektar 
hesabı ilə torpaq sahəsi təhkim edilibsə və kənd bələdiyyəsi də 
həmin  hesabla  torpaq  vergisi  toplayırsa,  yanacaq  pulu  0,55 
hektar hesabı ilə hesablana bilərmi? 
Əgər  vətəndaş  ona  təhkim  edilmiş  həyətyanı  torpaq 
sahəsinə kartof, buğda, noxud və sair əkirsə, həmin sahəyə də 
yanacaq pulu hesablanmalıdırmı? 
Cavab:  Bildirmək  istəyirik  ki,  Azərbaycan  Respublikası 
Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli, 32 saylı Qərarı 
ilə 
təsdiq 
edilmiş 
―Kənd 
təsərrüfatı 
məhsullarının 
istehsalçılarına  əkin  sahəsinin  becərilməsində  istifadə  etdiyi 
yanacaq  və  motor  yağlarına  görə  dövlət  büdcəsinin  vəsaiti 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə