Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə46/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

daxil olmusunuzsa və  bu nikahdan övladınız  varsa, onda nikah 
haqqında  şəhadətnaməni  və  həmin  nikahdan  olan  uşağınızın 
doğum  haqqında  şəhadətnaməsinin  əslini  və  ya  təsdiqlənmiş 
surətini  əlavə  etməlisiniz;  və  ya  əmək  haqqınızda  azalma 
olmuşdursa, iş yerindən əmək haqqının azalması barədə arayışı 
təqdim  etmək  lazımdır.  İş  yerindən  çıxmısınızsa  və  heç  bir 
yerdə  işləmirsinizsə,  onda  işdən  çıxarılma  barədə  əmrin,  əmək 
kitabçasının və işsizliyə görə qeydiyyata alınma barədə arayışın 
əslini və ya surətini məhkəməyə vermək lazımdır. 
Sual  28.  Məcburi  köçkünəm.  Pensiyaya  çıxmaq 
istəyirəm,  lakin  iş  stajımı  təsdiq  edə  bilmirəm.  Çünki  əmək 
kitabçam Kəlbəcər rayonunda qalmışdır. Bu halda, iş stajımı 
məhkəmə müəyyən edə bilərəmmi?  
Cavab:  Azərbaycan  Respublikası  Dövlət  Sosial  Müdafiə 
Fondunun  21  sentyabr  2010-cu  il  tarixli  941  nömrəli  Əmri  ilə 
təsdiq  olunmuş  ―Əmək  pensiyaları  haqqında»  Azərbaycan 
Respublikası  Qanununa  əsasən  əmək  pensiyalarının  təyin 
edilməsi,  sosial  sığorta  stajının  müəyyən  olunması,  əmək 
pensiyası  sənədlərinin  rəsmiləşdirilməsi,  baxılması  və 
saxlanılması Qaydaları‖nın 3.4-cü bəndinə görə əmək fəaliyyəti 
barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, 
yanğın,  hərbi  əməliyyatlar,  milli  münaqişə  və  digər  fövqəladə 
hallarla  bağlı)  təqdim  edilə  bilmədikdə  və  ya  həmin  sənədləri 
bərpa  etmək  mümkün  olmadıqda,  sığortolunanların  (o 
cümlədən  qaçqın  və  məcburi  köçkünlərin)  sosial  sığorta  stajı 
məhkəmə qaydasında müəyyən edilir. 
  Göründüyü  kimi,  Siz  sosial  sığorta  stajınızın    müəyyən 
edilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz.  


Sual  29.  Mirasın  qəbulu  faktının  tanınması  üçün 
məhkəməyə hansı sübutlar təqdim edilməlidir? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
1243.2-ci  maddəsinə  görə  mirasın  qəbulu  mirasın  açıldığı  yer 
üzrə  notariat  kontoruna  mirasın  qəbulu  barədə  ərizənin 
verilməsi  və  ya  əmlaka  sahiblik  edilməyə  və  ya  əmlakın  idarə 
olunmasına  faktik  başlanılması  və  bununla  da  mirasın  qəbul 
edildiyinin  şəksiz  nümayiş  etdirilməsi  ilə  mümkündür.  Qeyd 
edək ki, notariat kontoruna tələb olunan bütün sənədlər təqdim 
edilməsinə 
baxmayaraq 
o, 
vərəsəlik 
şəhadətnaməsinin 
verilməsindən imtina etmişsə, onda  maraqlı şəxs  mirasın qəbul 
edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi 
barədə  ərizə  ilə  deyil,  notariat  hərəkətlərinin  aparılmasından 
imtina barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. 
Mirasın  qəbul  edilmə  faktının  və  vərəsəliyin  açılma 
yerinin müəyyən edilməsi barədə işlər üzrə aşağıdakı sübutların 
təqdim  edilməsi  zəruridir:  notariat  orqanının  lazımı  sənədlərin 
olmamasına  və  ya  təqdim  olunmuş  sənədlərin  natamamlığı 
səbəbindən 
vərəsəlik 
şəhadətnaməsinin 
verilməsindən  
imtinasını  təsdiq  edən  sübut;  əmlaka  sahiblik  etməyi  və  ya 
əmlakı  idarə  etməyə  faktiki  başlamağı  təsdiq  edən  sübutlar 
(vərəsənin  miras  qoyanla  birgə  yaşadığı  haqqında  və  ya  miras 
qoyanın  əmlakının  vərəsə  tərəfindən  götürüldüyü  haqqında 
mənzil-istismar  idarəsinin  arayışı,  daşınmaz  əmlak  üçün 
vergilərin  və  ya  kommunal  xidmətlər  üçün  haqların  vərəsəlik 
açıldıqdan  sonra  vərəsə  tərəfindən  ödənildiyi  barədə  Vergilər 
Nazirliyinin  yerli  İdarəsinin  və  ya  mənzil-istismar  sahələrinin 
arayışı  və  ya  verginin,  yaxud  kommunal  xidmətlər  üçün 


haqların  ödənildiyi  barədə  qəbz,  miras  qoyanın  əmlakını 
vərəsənin  idarə  etməyə  başlaması  faktını  təsdiq  edən  digər 
sənədlər);  miras  qoyanın  sonuncu  yaşayış  yeri  barədə  arayış; 
miras  qoyanın  ölümü  barədə  şəhadətnamənin  surəti;  vərəsənin 
miras  qoyanla  qohumluq  və  digər  münasibətlərini  təsdiq  edən 
sənəd.  
Sual  30.  Apellyasiya  instansiyası  məhkəməsinin 
qətnaməsindən  kassasiya  şikayəti  vermişəm.  Azərbaycan 
Respublikasının  Ali  Məhkəməsi  işə  hansı  müddətdə 
baxacaqdır? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin  409-cu  maddəsinə  görə  apellyasiya  instansiyası 
məhkəməsi  kassasiya  şikayətinin  bu  Məcəllənin  407-ci 
maddəsinin  tələblərinə  uyğunluğunu  yoxlayır.  Bu  Məcəllənin 
407-ci  maddəsinin  tələblərinə  cavab  verən  kassasiya  şikayəti 
ona  əlavə  olunmuş  sənədlərlə  və  işlə  birlikdə  kassasiya 
şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində 
kassasiya instansiyası məhkəməsinə göndərilir. 
Mülki  Prosessual  Məcəllənin  414-cü  maddəsinə  görə 
qanunda  başqa  müddət  müəyyən  edilməyibsə,  Azərbaycan 
Respublikası  Ali  Məhkəməsinin  mülki  kollegiyasına,  yaxud 
inzibati-iqtisadi  kollegiyasına  işlə  birlikdə  daxil  olmuş 
kassasiya şikayətinə onun daxil olduğu gündən 2 ay müddətində 
baxılır. 
Sual 31. Məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmiş 
və  icraya  yönəldilmişdir.  Qətnamə  icra  mərhələsində  olarkən 
borclu vəfat etmişdir. Bu halda nə baş verəcək? 


Cavab:  ―İcra  haqqında‖  Azərbaycan  Respublikası 
Qanununun 31-ci maddəsinə görə icraat zamanı tərəflərdən biri 
sıradan  çıxdıqda  (fiziki  şəxs  öldükdə,  hüquqi  şəxs  yenidən 
təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra 
məmuru  qərar  qəbul  edərək,  Azərbaycan  Respublikasının 
qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada  həmin  tərəfi 
onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq 
varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, 
onun  əvəz  etdiyi  şəxs  üçün  məcburi  olduğu  kimi,  vərəsə  və  ya 
hüquq varisi üçün də eyni dərəcədə məcburidir. 
Sual  32.  Yol-nəqliyyat  hadisəsi  nəticəsində  mənə  maddi 
zərər dəymişdir. Müvafiq sənədləşmə işləri aparılmış və digər 
avtomaşının sürücüsünün təqsiri müəyyən olunmuşdur. Mən 
zərər  vurandan  çəkdiyim  xərclərin  əvəzini  almaq  istəyirəm. 
Lakin avtomobili etibarnamə əsasında idarə edirəm. Ona görə 
də  bilmək  istəyirəm  ki,  mən  vurulmuş  zərərin  əvəzinin 
ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilərəm, yoxsa, 
belə bir tələblə avtomobilin mülkiyyətçisi müraciət etməlidir? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
362.1-ci  maddəsinə  görə  bir  şəxsin  üçüncü  şəxslər  qarşısında 
təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. 
Təmsilçilik nəticəsində bütün hüquq və vəzifələr təmsilçi deyil, 
təmsil edilən barəsində yaranır.  
Bundan  başqa,  avtomobilin  mülkiyyətçisi  başqa  şəxsdir. 
Qeyd  olunanlara  əsasən  iddia  yalnız  mülkiyyətçinin  adından 
verilə  bilər.  Avtomobili  idarə  etmək,  satmaq  və  s.  bu  kimi 
səlahiyyətlər verən etibarnamə Azərbaycan Respublikası Mülki 
Prosessual  Məcəlləsinin  74-cü  maddəsinə  uyğun  olaraq  tərtib 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə