Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 2,8 Kb.

səhifə1/55
tarix12.10.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   55


 
 
 
 
 
 
V
ƏKİL 
M
ƏSLƏHƏTLƏRİ 
T
OPLUSU 


 
 
 
Azərbaycan  Hüquq  İslahatları  Mərkəzi  fəaliyyətinin  əsas  məqsədini  ölkəmizdə 
aparılan  mütərəqqi  məhkəmə-hüquq  islahatlarının  ölkədə  və  xaricdə  təbliği,  bu 
sahədə  əldə  edilmiş  təcrübənin  mübadiləsi,  ədalət  mühakiməsinin  həyata 
keçirilməsi  zamanı  məhkəmələrin  fəaliyyətinə,  vətəndaşların  hüquq  və 
azadlıqlarının  həyata  keçirilməsi  və  genişləndirilməsi  istiqamətində  onların 
məhkəmələrə və digər orqanlara müraciət imkanlarının asanlaşdırılmasına dəstəyin 
verilməsi,  hüquq  maarifçiliyi  işinin  genişləndirilməsi,  qanunçuluq  və  hüquq 
qaydalarının  möhkəmləndirilməsinə  yönələn  proqramlar  və  layihələrin 
hazırlanması və həyata keçirilməsində görür. 2011-ci ilin yanvar ayından fəaliyyət 
göstərən  Mərkəz  haqqında  əlavə  məlumat  əldə  etmək  üçün 
www.lawreform.az
 
internet səhifəsinə daxil ola bilərsiniz. 
 
 
―Vəkil  məsləhətləri  toplusu‖  kitabının  nəşrinin  məqsədi  əhalinin  hüquqi 
maariflənməsinin  gücləndirilməsi  vasitəsi  ilə  onların  məhkəmələr  və  digər  dövlət 
orqanlarına çıxış imkanlarının təmin edilməsidir. 
Dövlət  nəşri  olan  "Azərbaycan"  qəzetində  2009-cu  ildən  etibarən  daimi  olaraq 
"Bakı  Hüquq  Mərkəzi  oxucuların  suallarına  cavab  verir"  rubrikası  fəaliyyət 
göstərir  və  bu  dövr  ərzində  vətəndaşların  hüquqa  dair  müxtəlif  sualları 
cavablandırılmışdır.  Nəşrdə  3  il  ərzində  toplanılmış  sual-cavablar  öz  əksini 
tapmışdır. 
 
Kitab 
Azərbaycan 
Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət 
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr olunub. 
 
Layihə  rəhbəri:  Hakimlərin  Seçki  Komitəsinin  üzvü,  “Azərbaycan  Hüquq 
İslahatları Mərkəzi” İctimai Birliyinin sədri, vəkil   
h.f.d. Anar Bağırov 
Baş redaktor:    Vəkillər Kollegiyasının üzvü Dünyamin Novruzov 
Redaktor:          Cavid Alıyev 
Tərtibatçı:         Fərhad Nəcəfov 
Korrektor:        Elnur Əliyev 
             
 
 
 
   
 
 
 
 
Ünvan: Bakı şəhəri, Füzuli küçəsi 49, 
            SKS Plaza, 7-ci mərtəbə 


Tel/Faks: +994 12 492 28 83 
e-mail: 
info@lawrewform.az
 
veb-səhifə: http://www.lawreform.az/
 
 
 
M
ÜNDƏRİCAT 
Önsöz və Layihə rəhbərinin adından...................................................4 
Mülki hüquq münasibətlərinə dair suallar...........................................6 
Sosial təminat sahəsi üzrə suallar......................................................49 
Əmək-hüquq münasibətləri üzrə suallar...........................................69 
Ailə-hüquq münasibətləri üzrə suallar..............................................93 
Vərəsəlik münasibətləri üzrə suallar...............................................127 
Məhkəmədə baxılan mülki işlərə dair suallar.................................143 
Müxtəlif sahələr üzrə suallar...........................................................171 
 


Ö

S
ÖZ 
İnkişaf... Tərəqqi...  Təkamül...  Artıq neçə illərdir ki,  bu sözlər 
cəmiyyətimizin abu-havası və dövlətçiliyimizin inikasına çevrilmişlər. 
Hər  bir  inkişafın  özülündə  əvvəlcədən  hesablanmış  əqli  addımların 
durduğu  məlumdur.  Sizcə,  ölkəmizin  sön  dövrlərdəki  uğurlarının 
arxasında  ictimai  şüurun  və  idarəetmə  bacarıqlarının  sinxron 
təkamülü  durmurmu?!  İstənilən  dövlətçiliyin  effektiv  inkişafının 
sağlam  ictimai  düşüncə  tərzindən  asılılığı  amili  ölkəmizin 
təcrübəsində  uğurlu  görsənmirmi?!  Məhz  bu  səbəbdən  Azərbaycan 
dövlətçiliyinin 
qayəsini 
öz 
vətəndaşlarının 
hərtərəfli 
maarifləndirilməsi,  hüquqlarının  qorunması  və  onların  qlobal 
inkişafdan geri qalmamasının təmin edilməsi təşkil edir. 
Qeyd  olunanların  əyani  sübutu  isə  Prezident  İlham  Əliyev 
tərəfindən 
"Azərbaycan 
Respublikasında  insan  hüquq  və 
azadlıqlarının  müdafiəsinin  səmərəliliyini  artırmaq  sahəsində  Milli 
Fəaliyyət  Proqramının  təsdiq  edilməsi  haqqında"  27.12.2011-ci  il 
tarixli  Sərəncamın  imzalanmasıdır.  Həmin  sənəddə  əhalinin  hüquq 
düşüncəsinin  və  hüquq  mədəniyyətinin  inkişaf  etdirilməsi  məqsədilə 
maarifləndirmə  tədbirlərinin  keçirilməsi  məsələsi  dəqiqliklə  qeyd 
olunmuşdur. 
Elə  bununla  bağlı  Azərbaycan  Hüquq  İslahatları  Mərkəzi 
tərəfindən  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 
artıq  uzun  müddətdir  ki,  "Azərbaycan"  qəzetində  çıxan  "Sorğu 
Guşəsi"ndə  toplanmış  sual-cavabların  "Vəkil  məsləhətləri  toplusu" 
adı altında nəşr olunması vaxtında atılmış addımdır. 
Nəşrin  ölkə  əhalisinin  hüquq  düşüncəsinin  inkişafına  müsbət 
töhfə verəcəyinə inanır, onun hər bir ölkə vətəndaşının stolüstü kitabı 
olacağına ümid edirəm. 
 
Bəxtiyar Sadıqov, 
Milli Məclisin deputatı, 
"Azərbaycan" qəzetinin  
baş redaktoru




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə