Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə4/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   2   3   4   5   6   7   8   9   ...   55

pul  məbləğini  geri  ala  bilər  (Azərbaycan  Respublikası  Mülki 
Məcəlləsi,  623.1-ci  maddə).  ―İstehlakçıların  hüquqlarının 
müdafiəsi  haqqında‖  Azərbaycan  Respublikasının  Qanununun 
15-ci  maddəsinin  2-ci  hissəsinə  görə  malı  dəyişdirmə  anında, 
satışda  uyğun  mal  yoxdursa,  istehlakçı  dəyəri  yenidən 
hesablamaqla  istənilən  başqa  bir  malı  almaq  və  ya  qaytarılan 
malın dəyəri məbləğində pulu geri götürmək ya da satışa uyğun 
mal  gələn  kimi  onu  dəyişdirmək  hüququna  malikdir.  Satıcı 
malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən 
istehlakçıya  məlumat  verməlidir.  Nəzərə  almaq  lazımdır  ki, 
əgər  satıcıda  dəyişdirilmək  üçün  zəruri  mal  varsa,  onda  alıcı 
əldə etdiyi malı qaytara bilməz. 
5.  Qanunvericilikdə  alıcının  malı  dəyişdirmək  tələbinin 
təmin  olunmasının  müddəti  müəyyənləşdirilmədiyindən,  o, 
ağlabatan müddətdə dəyişdirilməlidir. Əgər ağlabatan müddətdə 
satıcı  malı  dəyişdirməzsə,  alıcı  bunu  ―satıcıda  zəruri  malın 
olmaması‖ kimi qiymətləndirə, əldə etdiyi malı satıcıya qaytara 
və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 
   
6.  Əgər  mal  işlədilibsə,  yaxud  hər  hansı  istehlak 
xassələrini  itiribsə  (məsələn,  yanlış  saxlanılma  nəticəsində), 
onda  mal  nə  dəyişdirilə,  nə  də  qaytarıla  bilər.  Eyni  zamanda, 
alıcıda  malı  həmin  satıcıdan  aldığına  dair  sübutlar  (məsələn, 
mal, yaxud kassa qəbzi) olmalıdır. 
7.  Bəzi  mallar  vardır  ki,  yuxarıda  göstərilən  maddələrdə 
nəzərdə  tutulmuş  əsaslar  üzrə  dəyişdirilə  bilməz.  Onların 
siyahısı  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 


―Azərbaycan  Respublikası  ərazisində  pərakəndə  ticarət 
obyektlərində 
dəyişdirilməli 
olmayan  malların  siyahısı 
haqqında‖ 114 saylı,  21 may 1998-ci il tarixli Qərarı ilə təsdiq 
edilmişdir.  Bunlara  qızıl  və  qızıl  məmulatları,  qiymətli  və 
yarımqiymətli  metallardan,  daşlardan  hazırlanmış  məmulatlar, 
istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə 
satılan  bəzi  mallar  (lentlər,  tesmalar,  haşiyələr),  parfümer-
kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça 
yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası 
malları, şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər 
və  s.),  uşaq  oyuncaqları,  istehsal  qüsurları  istisna  olmaqla 
istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq 
corabları,  alt  paltarları,  ərzaq  üçün  plastmasdan  hazırlanmış 
məmulatlar,  dəyəri  ödənilmiş  və  mağazadan  çıxarılmış 
(yararlılıq müdəti ərzində) ərzaq malları daxildir. 
Sual  6.  Mənə  və  qardaşıma  valideynlərimizdən  miras 
əmlak  kimi  ev  qalmışdır.  Qardaşım  həmin  evdən  istifadə 
etmək istəyir, lakin mən öz payımı satmaq niyyətindəyəm. Mən 
öz payımı qardaşımın icazəsi olmadan sata bilərəmmi? 
Cavab:  Siz  öz  payınızı  qardaşınızın  icazəsi  olmadan 
satmaq  hüququna  maliksiniz,  lakin  bunun  üçün  satın  almaqda 
üstünlük hüququna dair qaydalara əməl etməlisiniz. 
Belə  ki,  siz  öz  payınızı  hər  hansı  üçüncü  şəxsə  satarkən 
qardaşınızın  həmin  payı  satıldığı  qiymətə  və  digər  bərabər 
şərtlərlə  almaqda  üstünlük  hüququ  vardır  (Azərbaycan 
Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsi).  


Eyni  zamanda,  siz  öz  payınızı  üçüncü  şəxsə  satmaq 
niyyətiniz  barədə  payınızın  qiymətini  və  digər  satış  şərtlərini 
göstərməklə  qardaşınıza  yazılı  bildiriş  verməlisiniz.  Məsələn, 
əgər  siz  öz  payınızı  10.000  manata,  özü  də  həmin  məbləğin 
yarısının 6 ay  ərzində  hissə-hissə  ödənilməklə  alınması barədə 
hər  hansı  üçüncü    şəxslə  razılığa  gəlmisinizsə,  onda  siz  eyni 
şərtləri öz qardaşınıza təklif etməlisiniz. 
Əgər  siz  qardaşınızın  gələcəkdə  yazılı  bildiriş  aldığını 
inkar  edəcəyindən  ehtiyatlanırsınızsa,  onda  yazılı  bildirişi 
sifarişli poçt vasitəsilə göndərə və alınmasını təsdiq edən sənədi 
özünüzdə saxlaya bilərsiniz. 
Əgər  qardaşınız  sizin  payı  almaqdan  imtina  edərsə  və  ya 
bildirişin  verildiyi  gündən  45  gün  ərzində  həmin  payı  əldə 
etməzsə,  onda  siz  öz  payınızı  istədiyiniz  şəxsə  sata  bilərsiniz 
(Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  218.2-ci 
maddəsi). 
Sual  7.  Mobil  telefon  almışam,  lakin  son  4  ay  ərzində 
həmin  telefon  eyni  qüsur  ucbatından  3  dəfə  təmir  olunub. 
Aldığım  mobil  telefonun  təmir  ediləcəyinə  və  qüsursuz 
işləyəcəyinə  artıq  şübhə  edirəm.  Bu  halda  mənim  alıcı  kimi 
hansı hüquqlarım vardır? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsi(AR 
MM)nin 581.1-ci  maddəsinə görə satıcı alıcıya keyfiyyəti alqı-
satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 
  Həmin  Məcəllənin  581.2-ci  maddəsinə  görə  alqı-satqı 
müqaviləsində  əşyanın  keyfiyyəti  haqqında  şərtlər  olmadıqda, 


satıcı alıcıya bu cür malın istifadə edildiyi məqsədlərə yarayan 
əşya verməyə borcludur. 
Qeyd  etdiyiniz  faktlardan  (mobil  telefonun  son  4  ay 
ərzində  3  dəfə  təmir  edilməsi)  aydın  olur  ki,  mobil 
telefonunuzdakı  qüsur  keyfiyyətli  şəkildə  aradan  qaldırılması 
mümkün  olmayan  bir  qüsurdur.  Bu  isə  əşyanın  keyfiyyətinə 
dair 
tələblərin 
əhəmiyyətli  dərəcədə  pozulması  kimi 
qiymətləndirilə  bilər.  Buna  görə  də  Siz  lazımı  keyfiyyətli 
olmayan əşyanın verilməsinin nəticələrini müəyyənləşdirən AR 
MM-nin  587.2-ci  maddəsini  rəhbər  tutaraq  aşağıdakı  iki 
hərəkətdən birini edə bilərsiniz: 
a)  alqı-satqı  müqaviləsinin  icrasından  imtina  etmək  və 
əşya üçün ödədiyiniz pul məbləğinin qaytarılmasını tələb etmək 
(AR MM-nin 587.2.1-ci maddə). 
b)  lazımi  keyfiyyətli  olmayan  əşyanın  müqaviləyə  uyğun 
əşya  ilə  əvəz  olunmasını  tələb  etmək  (AR  MM-nin  587.2.2-ci 
maddə). 
Sual  8.  Atam  5  il  bundan  əvvəl  vəfat  etmişdir. 
Mülkiyyətində  yalnız  torpaq  sahəsi  olmuşdur.  Lakin  atam 
vəsiyyətnamə  qoymamışdır.  Mən  yeganə  vərəsə  olsam  da, 
mirasa  dair  heç  bir  sənədləşmə  aparılması  üçün  aidiyyəti 
qurumlara  müraciət  etməmişəm.  Hazırda  isə  həmin  torpaq 
sahəsini satmaq istəyirəm. Bunun üçün nə etməliyəm? 
Cavab:  Göstərdiyiniz  torpaq  sahəsi  hazırda  hüquqi 
baxımdan  Sizə  məxsus  deyil.  Həmin  torpaq  sahəsinin 
mülkiyyətçisi  olmaq  və  onu  sata  bilmək  üçün  Siz  ilk  öncə, 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə