Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə44/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

çatdırılmalıdır. Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin 
elan  olunduğu  gün  onun  təsdiq  olunmuş  surətini  işdə  iştirak 
edən  şəxslərə  rəsmi  qaydada  verməlidir.  Sədrlik  edən  eyni 
zamanda  işdə  iştirak  edən  şəxslərin  əsaslandırılmış  qətnaməni 
nə vaxt ala biləcəklərini elan edir. 
Sual 17. Şəxs məhkəmədə baxılan iş üzrə şahid qismində 
ifadə  vermək  əvəzinə  notariat  qaydasında  təsdiqlənmiş  şahid 
ifadəsini  məhkəməyə  təqdim  edə  bilərəmmi?  Bu  yazılı  ifadə 
şahid ifadəsi qismində qəbul olunacaqmı? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin 76.2-ci maddəsi şahid ifadəsini sübut növlərindən 
biri kimi müəyyənləşdirir. 
Mülki  Prosessual  Məcəllənin  104.1-ci  maddəsinə  görə 
şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi 
bildirir. 
Mülki  Prosessual  Məcəllənin  195-ci  maddəsi  şahidin 
dindirilməsi  qaydasını  müəyyənləşdirir.  Həmin  maddəyə  görə 
hər  bir  şahid  ayrılıqda  dindirilir.  Sədrlik  edən  hakim  şahidin 
işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və 
işin  halları  üzrə  ona  şəxsən  məlum  olan  hər  şeyi  məhkəməyə 
bildirməsini təklif edir. Bundan sonra şahidə suallar verilə bilər. 
Şahidə  birinci  olaraq,  tələbi  ilə  onu  çağırtdıran  şəxs  və  onun 
nümayəndəsi, sonra isə işdə iştirak edən digər şəxslər və onların 
nümayəndələri suallar  verir.  Hakim şahidin dindirildiyi hər bir 
vaxt  ona  suallar  verməyə  haqlıdır.  Məhkəmə,  zəruri  halda, 
həmin  və  ya  sonrakı  iclasda  şahidi  ikinci  dəfə  dindirə,  habelə 
şahidlərin  ifadələri  arasında  olan  ziddiyyətləri  aydınlaşdırmaq 
üçün onları üzləşdirə bilər. 
Beləliklə,  yazılı ifadənin sübut qismində qəbulu mümkün 
olmayacaqdır. 


Əvvəla, yazılı ifadənin təqdim olunması halında hakim və 
işdə  iştirak  edən  şəxslərin  ona  sual  verməsi  imkanı 
məhdudlaşdırılmış olur. 
İkincisi,  yazılı  ifadə  ilə  iş  üzrə  olan  digər  sübutlar 
arasındakı  ziddiyyətli  məqamların  aydınlaşdırılması  mümkün 
olmur. 
Üçüncüsü, 
şəxs 
məhkəmədə 
şahid 
qismində 
dindirilməzdən  əvvəl  hakim  onun  şəxsiyyətini  müəyyən  edib, 
hüquq  və  vəzifələrini  izah  edir,  ifadə  verməkdən  qanunsuz 
imtina  etməyə  və  bilə-bilə  yalan  ifadələr  verməyə  görə 
məsuliyyəti  barədə  ona  xəbərdarlıq  edir.  Şahidin  vəzifələrinin 
və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam 
alınır.  İltizam  məhkəmə  iclasının  protokoluna  əlavə  edilir. 
Yazılı  ifadə  zamanı  isə  belə  xəbərdarlığın  edilməsi  mümkün 
deyildir. 
Dördüncüsü,  notarius  yazılı  ifadədə  qeyd  edilmiş 
məlumatların həqiqiliyini deyil, həmin yazılı ifadəni imzalamış 
şəxsin imzasının həqiqiliyini təsdiq edir. 
 
Sual  18.  Mənə  qarşı  məhkəmədə  iddia  qaldırılmış  və 
iştirakım  olmadan  barəmdə  qiyabi  qətnamə  çıxarılmışdır. 
Həmin qətnamənin ləğvi üçün nə etməliyəm? 
Cavab: 
Qiyabi 
qətnamənin 
Sizə 
rəsmi 
qaydada 
verilməsindən sonra 10 gün müddətində onun ləğvi üçün qiyabi 
qətnaməni çıxartmış məhkəməyə ərizə ilə müraciət etməlisiniz. 
Ərizədə  aşağıdakı  məlumatlar  göstərilməlidir:  qiyabi  qətnamə 
çıxaran  məhkəmənin  adı;  ərizə  verən  şəxsin  adı;  cavabdehin 
məhkəmə  iclasına  üzürlü  səbəbdən  gəlməməsini  əks  etdirən 
hallar  və  bu  halları  təsdiq  edən  sübutlar;  ərizə  verən  şəxsin 
xahişi; ərizəyə əlavə edilmiş materialların siyahısı. 


Ərizəni  özünüz  və  işdə  iştirak  edən  şəxslərin  sayına 
müvafiq  surətdə  tərtib  etməklə  işə  baxan  məhkəməyə  təqdim 
etməlisiniz. Qeyd edək ki, ərizəyə görə dövlət rüsumu alınmır. 
Tərəfinizdən  verilmiş  ərizəyə  hakim,  onun  məhkəməyə 
daxil  olduğu  vaxtdan  10  gün  müddətində  məhkəmə  iclasında 
baxır.  Məhkəmə  ərizəyə  baxaraq  ərizənin  təmin  olunmaması 
haqqında,  yaxud  qiyabi  qətnamənin  ləğv  edilməsi  və  işin 
təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. 
 
Sual 
19. 
Rayon 
məhkəməsinin 
qətnaməsindən 
apellyasiya şikayəti vermişəm. Bilmək istərdim, həmin şikayət 
hansı müddətdə apellyasiya məhkəməsinə göndərilməlidir? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin  360-cı  maddəsinə  görə  apellyasiya  şikayəti 
məhkəmə  qətnaməsi  rəsmi  qaydada  verildiyi  gündən  1  ay 
müddətində verilə bilər. 
Mülki  Prosessual  Məcəllənin  364-cü  maddəsinə  görə 
birinci  instansiya  məhkəməsi  apellyasiya  şikayətinin  bu 
Məcəllənin  361-ci  maddəsinin  tələblərinə  uyğunluğunu 
yoxlayır.  Bu  Məcəllənin  361-ci  maddəsinin  tələblərinə  cavab 
verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə 
birlikdə  apellyasiya  şikayətinin  verilmə  müddəti  bitdikdən 
sonra  7  gün  müddətində  apellyasiya  instansiyası  məhkəməsinə 
göndərilir. 
  Göründüyü 
kimi,  birinci  instansiya  məhkəməsi 
apellyasiya şikayətinin verilmə müddətinin (mübahisələndirilən 
qətnamənin  rəsmi  qaydada  verildiyi  gündən  1  ay  müddətində) 


bitməsini  gözləməlidir;  bundan  sonra  7  gün  müddətində 
tərəfinizdən  verilmiş  apellyasiya  şikayəti  ona  əlavə  olunmuş 
sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə 
göndəriləcəkdir.  
Sual  20.  Mənə  qarşı  məhkəmədə  iddia  qaldırıldığından 
vəkilə müraciət etmək məcburiyyətində qalmışam. Lakin iddia 
əsassız olduğundan rədd edilmişdir. Bu halda, vəkilə çəkdiyim 
xərclərin ödənilməsi hüququna malikəmmi? 
   
Cavab:  Siz  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin  121.1-ci  maddəsinə  əsasən  belə  bir  hüquqa 
maliksiniz.  Belə  ki,  həmin  maddəyə  görə  məhkəmə 
nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, 
konkret  hallar  və  çıxış  üçün  təqdim  olunmuş  hesab  nəzərə 
alınmaqla,  digər  tərəfdən  ağlabatan  məbləğdə  alınıb  xeyrinə 
qətnamə  çıxarılan  tərəfə  verilməsini  qərara  alır.  Bu  məsələ 
məhkəmə  qətnaməsinin  nəticə  hissəsində  öz  əksini  tapmalıdır 
(Mülki Prosessual Məcəllə, 220.5-ci maddə). 
   
Sual  21.  Mənə  qarşı  iştirakım  olmadan  məhkəmə  əmri 
çıxarılmışdır  və  bununla  razı  deyiləm.  Mənə  qarşı  iştirakım 
olmadan məhkəmə  əmrinin çıxarılması qanunidirmi? Həmin 
əmri necə mübahisələndirə bilərəm? 
 
Cavab:  Məhkəmə  əmrinin  Sizin  iştirakınız  olmadan 
çıxarılması  qüvvədə  olan  Mülki  Prosessual  Məcəlləyə  uyğun 
olmuşdur.  Çünki  Mülki  Prosessual  Məcəllənin  280-ci 
maddəsinə görə məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə 
daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən 
və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. 
Siz məhkəmə əmrini aldığınız gündən 10 gün müddətində 
ona qarşı yazılı etirazla əmri qəbul etmiş məhkəməyə müraciət 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə