Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə52/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   47   48   49   50   51   52   53   54   55

Bu  hüququ  həyata  keçirdikdən  sonra  xidməti  mənzil 
sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş 
qaydada təhvil verməyə borcludurlar. 
"Bələdiyyə  torpaqlarının  ayrılmasına  dair  sənədlərin 
hazırlanması 
və 
razılaşdırılması 
qaydaları 
haqqında" 
Əsasnamənin  (15  mart  2002-ci  il  tarixli,  274-IIQ  nömrəli 
qanunla təsdiq edilmişdir) 13-2-ci bəndinə görə yaşa, xəstəliyə, 
ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya 
buraxılmış  zabitləri,  gizirləri  və  miçmanları,  müddətdən  artıq 
həqiqi    hərbi  xidmət  hərbi  qulluqçularını  bələdiyyələr  fərdi 
yaşayış  evinin  tikintisi  üçün  torpaqla  "
Hərbi  qulluqçuların 
statusu  haqqında
"  Azərbaycan  Respublikası  Qanununun  12-ci 
maddəsində göstərilmiş qaydada təmin edirlər. 
Göründüyü  kimi,  qüvvədə  olan  qanunvericiliyə  əsasən 
Sizin  fərdi  yaşayış  evinin  tikintisi  üçün  müəyyən  olunmuş 
qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququnuz 
vardır. 
Sual  14.  Ərim  tanışından  20.000  manat  faizə  borc  pul 
götürmüşdü,  lakin  ödəyə  bilmədi.  Məhkəmənin  qanuni 
qüvvəyə  minmiş  qərarı  ilə  20.000  manat  və  hesablanmış 
faizlərin  tutulması  qərara  alındı.  Mən,  ərim  və  2  uşağımız 
birgə nikah dövründə aldığımız mənzildə qeydiyyatda olmaqla 
yaşayırıq.  Həmin  mənzil  bizim  yeganə  yaşayış  yerimizidir. 
Bilmək  istərdim,  məhkəmə  qərarının  icrası  zamanı  həmin 
mənzilin satılması mümkündürmü? 
Cavab: ―İcra haqqında‖ Qanunun 49.2-ci maddəsinə görə 
fiziki  şəxslər  barəsində  icra  sənədləri  icra  olunarkən,  dəqiq 


siyahısı 
müvafiq  icra  hakimiyyəti  orqanı
  (Azərbaycan 
Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş 
əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir.  
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  5  iyun 
2002-ci  il  tarixli,  89  nömrəli  Qərarı  ilə  ―Fiziki  şəxs  barəsində 
icra  sənədi  icra  olunarkən  tələbin  yönəldilməsinə  yol 
verilməyən əmlak növlərinin dəqiq Siyahısı‖ təsdiq edilmişdir. 
Həmin  Siyahının  1-ci  bəndinə  əsasən  bu  Siyahının  qeyd 
hissəsində  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla  fiziki  şəxs 
barəsində  icra  sənədi  icra  olunarkən  borclu  və  onun  ailəsinin 
sanitariya  normaları  çərçivəsində  birgə  yaşamalarını  təmin 
edəcək  mənzil,  ev  və  ya  onun  ayrı-ayrı  hissələri,  həmçinin 
onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya 
mənzildən  çox  olmamaq  şərtilə)  tələbin  yönəldilməsinə  yol 
verilmir. 
Göründüyü kimi, mənzil Sizin və ailə üzvlərinizin yeganə 
yaşayış  yeriniz  olduğundan  ona  tələbin  yönəldilməsi 
yolverilməzdir. 
Sual 15. İcra sənədinin icrası ilə bağlı borclunun əmək 
haqqından və digər gəlirlərindən tutulan məbləğin miqdarı nə 
qədər təşkil edir? 
 
  Cavab:  ―İcra  haqqında‖  Azərbaycan  Respublikası 
Qanununun  65.1-ci  maddəsinə  görə  icra  sənədi  icra  edilərkən 
borclunun  əmək  haqqından  və  ona  bərabər  sayılan  digər 
gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. 
Həmin  Qanunun  65.2-ci  maddəsinə  görə  tələb  bir  neçə 
icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan 


digər  gəlirlərinə  yönəldildikdə,  qazancın  50  faizi  borcluda 
qalmalıdır. 
Adı çəkilən Qanunun 65.3-cü maddəsinə görə alimentlərin 
tutulması,  sağlamlığa  vurulmuş  ziyanın  ödənilməsi,  ailəni 
dolandıranın  itkisi  nəticəsində  zərər  çəkmiş  şəxslərə  vurulmuş 
ziyanın  ödənilməsi  və  cinayət  nəticəsində  vurulmuş  ziyanın 
ödənilməsi  zamanı    bu  Qanunun  65.1-ci  və  65.2-ci  maddələri 
ilə  müəyyən  edilmiş  məhdudiyyətlər  tətbiq  edilmir.  Belə 
hallarda  əmək  haqqından  və  ona  bərabər  sayılan  digər 
gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. 
Nəzərə  almaq  lazımdır  ki,  borclunun  əmək  haqqından  və 
digər  gəlirlərindən  tutulan  məbləğin  (tutmanın)  miqdarı, 
vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır. 
 
Sual  16.  Çoxmərtəbəli  yeni  binalardakı  mənzillər 
qazlaşdırılarkən  sayğacların  pulunu  kim  ödəməlidir?  MTK-
ların  bunun  üçün  sakinlərdən  pul  yığmaları  nə  dərəcədə 
qanunidir? 
Cavab: 
―Qaz 
təchizatı 
haqqında‖ 
Azərbaycan 
Respublikası Qanununun 13-cü maddəsinin 9-cü hissəsinə görə 
fiziki  şəxs  olan  istehlakçıların  sayğaclarla  təchiz  edilməsi, 
onların  quraşdırılması  və  dəyişdirilməsi  qaz  paylayıcısının 
hesabına həyata keçirilir. 
Göründüyü  kimi,  Sizdən  qaz  sayğacının  quraşdırılmasına 
görə pul tələb edilməsi qanunun tələbinə ziddir. 
Sual 17. Xahiş edirəm, şəxsiyyət vəsiqəsinin alınması ilə 
bağlı  bizə  açıqlama  verəsiniz.  Belə  ki,  qızım  Yusifova  Könül 
Cəfər  qızı  müəllimədir,  Mingəçevir  şəhərində  işləyir  və 
yaşayır.  Lakin  o,  Yevlax  rayonu  Salahlı  kəndində  pasport 


qeydiyyatındadır.  Qızım  yaşa  görə  şəxsiyyət  vəsiqəsini 
dəyişdirməyə  gedərkən  vəsiqəni  itirmişdir.  Odur  ki,  oktyabr 
ayının  29-da  qızımla birlikdə  Yevlax  rayon  pasport  qeydiyyat 
şöbəsinə  müraciət  etdik.  3  manat  Beynəlxalq  banka  ödədik. 
Lakin  pasport  qeydiyyat  şöbəsində  məndən  50  manat  tələb 
etdilər. Bunun 40 manatı şəxsiyyət vəsiqəsi itdiyi üçün cərimə, 
10 manatı isə şəxsiyyət vəsiqəsinin hazırlanmasına görə tələb 
edildi.  Mən  verilən  pula  qəbz  tələb  etdikdə,  dedilər  ki,  bu  işə 
qəbz verilmir. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz. 
Cavab: 
―Dövlət  rüsumu  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  14.6-cı  maddəsinə  müvafiq  olaraq 
şəxsiyyət  vəsiqəsi  vətəndaşın  öz  təqsiri  üzündən  itdikdə  və  ya 
yararsız  hala  düşdükdə  onun  dəyişdirilməsinə  görə  3  manat 
məbləğində dövlət rüsumu ödənilir. 
  Azərbaycan  Respublikası  İnzibati  Xətalar  Məcəlləsinin 
331-ci  maddəsinə  uyğun  olaraq  şəxsiyyət  vəsiqəsinin 
itirilməsinə  görə  on  beş  manatdan  iyirmi  beş  manatadək 
miqdarda cərimə tətbiq edilir. 
  Göründüyü  kimi,  Sizdən  50  manat  pul  tələb  edilməsi 
qanuna zidd olmuşdur. 
Sual  18.  0,6  sot  torpaq  sahəsinin  planı  və  ölçüsünün 
qeydiyyata  alınması  barədə  çıxarışın  verilməsi;  notariusa 
təqdim  etmə  üçün  forma  1-in;  daşınmaz  əmlaka  dair  texniki 
sənədlərin  verilməsi;  yaşayış  mənzilinin  və  digər  daşınmaz 
əmlakın dövlət qeydiyyatına alınması üçün daşınmaz əmlakın 
dövlət reyestri xidmətinə nə qədər rüsum ödəməliyəm? 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə