Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə53/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   47   48   49   50   51   52   53   54   55

Cavab: 
―Dövlət  rüsumu  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  26.1.1-ci  maddəsinə  görə  daşınmaz 
əmlak  üzərində  mülkiyyət  hüquqlarının  dövlət  qeydiyyatına 
alınması  barədə  çıxarışın  verilməsi  üçün  30  manat  dövlət 
rüsumu ödənilir.  
Həmin  Qanunun  26.1.2-ci  maddəsinə  görə  daşınmaz 
əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi 
üçün 50 manat dövlət rüsumu ödənilir. 
Göstərilən  Qanunun  26.6-cı  maddəsinə  görə  daşınmaz 
əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) 
dair  dövlət  reyestrindən  arayışın  verilməsi  üçün  10  manat 
dövlət rüsumu ödənilir. 
 
Sual 19. 35 yaşım təxminən 3 ay  bundan qabaq tamam 
olmuşdur.  Lakin  şəxsiyyət  vəsiqəmin  dəyişdirilməsi  üçün  bu 
yaxınlarda  müraciət  etdim.  Mənə  dedilər  ki,  dövlət 
rüsumundan 
başqa 
şəxsiyyət 
vəsiqəmi 
vaxtında 
dəyişdirmədiyimə  görə  50  manat  məbləğində  cərimə 
ödəməliyəm. Bu qanunidirmi? 
   
Cavab:  Azərbaycan  Respublikası  İnzibati  Xətalar 
Məcəlləsinin 329-cu maddəsinə görə vətəndaşın bir aydan artıq 
müddətdə  şəxsiyyət  vəsiqəsi  olmadan  yaşamasına,  habelə 
həmin  müddət  ərzində  yaşayış  yeri  üzrə  qeydiyyatdan 
keçmədən  yaşamasına  görə  -  xəbərdarlıq  edilir  və  ya  üç 
manatdan beş manatadək miqdarda cərimə edilir. 
  Göründüyü  kimi,  Sizdən  50  manat  məbləğində  cərimə 
ödənilməsinin tələb edilməsi qanuna uyğun sayıla bilməz.  
Şəxsiyyət  vəsiqəsini  vaxtında  dəyişmədiyiniz  üçün  Sizə 
xəbərdarlıq  edilə  bilər  və  ya  Siz    üç  manatdan  beş  manatadək 
məbləğdə cərimə oluna bilərsiniz.  
 


Sual  20.  Bakı  şəhərində  küçə  reklamının  yayımı  üçün 
ödənilməli  olan  pul  məbləğləri  barədə  məlumat  verməyinizi 
xahiş edirəm. 
Cavab: 
Azərbaycan 
Respublikası  Tarif  (Qiymət) 
Şurasının  ―Küçə  reklamlarının  yerləşdirilməsi  və  yayımı  üçün 
reklam  tariflərinin  tənzimlənməsi  barədə‖  30  iyul  2008-ci  il 
tarixli,  7  nömrəli  Qərarı  ilə  Bakı  şəhəri  üzrə  1  m

küçə 
reklamlarının  yayımı  üçün  bir  aylıq  ödəniş  tarifləri  təsdiq 
edilmişdir.  
Tariflər  reklam  daşıyıcısının  növü  (reklam  daşıyıcısı  - 
mülkiyyət  formasından  asılı  olmayaraq,  reklamın  istehlakçıya 
bilavasitə çatdırılması üçün istifadə olunan (kütləvi informasiya 
vasitələri,  kino,  audio,  video  və  nəşr  məhsulları,  stasionar, 
mobil  və  digər  texniki  qurğu  və  avadanlıqlar)  istənilən 
vasitədir; məsələn, binalarda yerləşdirilən stendlər və pannolar, 
yerüstü  keçidlərdə,  körpü  və  estakadalarda  yerləşdirilən 
lövhələr  və  s.)  və  zonalardan  (A,  B  və  C  zonaları  vardır)  asılı 
olaraq müəyyənləşdirilmişdir.  
Qeyd edək ki, reklam tarifi zonalarının müəyyən edilməsi 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2008-ci 
il  tarixli,  92  nömrəli  Qərarı  ilə  təsdiq  olunmuş  "Küçə 
reklamının  yayımı  və  reklam  tarifi  zonalarının  müəyyən 
edilməsi Qaydaları" ilə tənzimlənir. 
  Azərbaycan  Respublikası  Tarif  (Qiymət)  Şurasının 
yuxarıda  adı  çəkilən  Qərarında  tariflər  17  bənd  şəklində  təsbit 
olunmuşdur.  Məsələn,  14-cü  bəndə  görə  Bakı  şəhərində 
binaların fasadlarında, birbaşa aid olduğu xidmət, ticarət və  ya 
digər  obyektlərin  giriş  hissəsində,  divarında,  önündə 


kommersiya  məqsədilə  yerləşdirilmiş  həmin  obyektlərin 
mənsubiyyətini,  adını,  firma  nişanını  göstərən  lövhələrin  hər 
1m

üçün hər ay A zonası üzrə 7, B zonası üzrə 5 və C zonası 
üzrə 3 manat pul ödənilməlidir. 
  Digər  reklam  daşıyıcıları  üçün  ödənilməli  olan  tariflər 
barədə  Azərbaycan  Respublikası  Tarif  (Qiymət)  Şurasının 
rəsmi  internet  səhifəsindən  (
www.tariffcouncil.gov.az
)  ətraflı 
məlumat  (adı  çəkilən  Qərar  həmin  internet  səhifəsində 
yerləşdirilmişdir) əldə edə bilərsiniz. 
  
Sual 
21. 
Sürücülük 
vəsiqəsi 
hansı 
hallarda 
dəyişdirilməlidir?  Sürücülük  vəsiqəsi  dəyişdirilərkən  yenidən 
imtahan verilməsi tələb olunurmu? 
 
Cavab: 
―Yol 
hərəkəti 
haqqında‖ 
Azərbaycan 
Respublikası  Qanununun  35-ci  maddəsinin  6-cı  hissəsinə  görə 
Sürücülük 
vəsiqəsinin 
dəyişdirilməsi 
üçün 
əsaslar 
aşağıdakılardır:  
1) onun etibarlılıq müddətinin qurtarması;  
2)  sahibinin  soyadı,  adı  və  ya  atasının  adının 
dəyişdirilməsi;  
3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;  
4) onun yararsız hala düşməsi;  
5) onun itirilməsi;  
6)  yeni  nümunəsinin  bu  Qanunla  müəyyən  edilmiş 
qaydada  təsdiqi  nəticəsində  ölkədə  sürücülük  vəsiqələrinin 
dəyişdirilməsi. 
Həmin  maddənin  7-ci  hissəsinə  görə  sürücülük 
vəsiqəsinin  dəyişdirilməsi  sahibinin  ərizəsi  əsasında  əvvəllər 
malik  olduğu  bütün  kateqoriyalar  saxlanılmaqla,  imtahansız 
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bir 
gün ərzində həyata keçirilir. 
 


Sual  22.  İpoteka  krediti  vasitəsilə  mənzil  almaq 
istəyirəm.  Bildiyimə  görə,  bu  halda  qarışıq  müqavilə 
formasında  alqı-satqı  və  ipoteka  müqaviləsi  bağlanacaqdır. 
Həmin  müqavilənin  notarial  təsdiqi  üçün  hansı  məbləğdə 
dövlət rüsumunun ödənilməsi tələb edilir? 
 
Cavab: 
―Dövlət  rüsumu  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  10.4-1-ci  maddəsinə  görə  ipoteka 
krediti  hesabına  alınan  yaşayış  sahəsinə  dair  qarışıq  müqavilə 
formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi 
üçün  Bakı  şəhərində  110  manat,  digər  şəhər  və  rayonlarda  44 
manat dövlət rüsumu ödənilməlidir. 
Həmin 
Qanunun 
10.4-2-ci 
maddəsinə 
görə 
qanunvericiliklə  nəzərdə  tutulmuş  güzəştli  ipoteka  krediti 
hesabına  alınan  yaşayış  sahəsinə  dair  qarışıq  müqavilə 
formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi 
üçün  Bakı  şəhərində  55  manat,  digər  şəhər  və  rayonlarda  22 
manat dövlət rüsumunun ödənilməsi tələb olunur. 
 
Sual  23.  Xaricə  gedə  bilmək  üçün  pasport  almaq 
istəyirəm.  Bilmək  istərdim,  bunun  üçün  hansı  məbləğdə 
rüsum ödəməliyəm? 
Cavab:  Ümumvətəndaş  pasportu  5  iş  günü  müddətində 
verildikdə  və  ya  dəyişdirildikdə,  120  manat  məbləğində  dövlət 
rüsumu ödənilir. 
Əgər  ümumvətəndaş  pasportu  5  iş  günündən  sonrakı 
müddətdə  verilir  və  ya  dəyişdirilirsə,  onda  40  manat 
məbləğində dövlət rüsumu ödənilir.  
Bundan 
başqa, 
müstəsna 
hallarda 
(Azərbaycan 
Respublikası  vətəndaşının  və  ya  onunla  gedən  şəxslərin  təcili 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə