Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə54/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   47   48   49   50   51   52   53   54   55

müalicəsi,  yaxud  xaricdə  yaşayan  yaxın  qohumunun  ağır 
xəstəliyi,  ölümü  və  s.)  ümumvətəndaş  pasportu  2  gün 
müddətində  verildikdə  və  ya  dəyişdirildikdə,  40  manat 
məbləğində dövlət rüsumu ödənilir (―Dövlət rüsumu haqqında‖ 
Azərbaycan Respublikasının Qanunu, 14.1-ci maddə). 
Sual  24.  Torpaq  sahəsi  üzərində  hüquqların  dövlət 
qeydiyyatına  alınması  üçün  Azərbaycan  Respublikası  Əmlak 
Məsələləri  Dövlət  Komitəsi  yanında  Daşınmaz  Əmlakın 
Dövlət Reyestri Xidmətinə hansı sənədləri təqdim etməli və nə 
qədər dövlət rüsumu ödəməliyəm? 
Cavab:  ―Dövlət  rüsumu  haqqında‖  Qanunun  26.1.1-ci 
maddəsinə 
görə  daşınmaz  əmlak  üzərində  mülkiyyət 
hüquqlarının  dövlət  qeydiyyatına  alınması  barədə  çıxarışın 
verilməsi üçün 30 manat dövlət rüsumu ödənilir. 
Həmin  Qanunun  26.5-ci  maddəsinə  görə  torpaq  sahələri 
üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün 
mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə - hər döngə 
nöqtəsi üçün 20 manat dövlət rüsumu ödənilir. 
Torpaq  sahəsi  üzərində  hansı  hüququn  və  hansı  əsasla 
(müqavilə,  vərəsəlik  hüququ  haqqında  şəhadətnamə  və  s.) 
adınıza  qeydiyyatdan  keçirilməsini  sualınızda  konkret 
göstərmədiyinizdən,  bu  barədə  dəqiq  cavab  vermək  mümkün 
deyil. 
Bununla 
belə, 
nəzərinizə 
çatdırmaq  istəyirik  ki, 
―Daşınmaz əmlakın dövlət reyestri haqqında‖ Qanunun 10.1-ci 
maddəsinə  görə  hüquqların  dövlət  qeydiyyatı  bu  Qanunla 


müəyyən olunmuş qaydada hüquq  əldə edənin ərizəsi əsasında 
aparılır.  Ərizədə  onu  təqdim  edən  fiziki  şəxsin  soyadı,  adı, 
atasının  adı,  ünvanı,  şəxsiyyətini  təsdiq  edən  sənəd,  xahişin 
məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. 
Həmin  Qanunun  10.2-ci  maddəsində  qeydiyyat  orqanına 
verilən  ərizəyə  əlavə  olunan  sənədlər  göstərilmişdir.  Bunlar 
aşağıdakılardır:  1.  hüquqların  dövlət  qeydiyyatı  üçün  həmin 
Qanunun  8-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslardan  biri 
(daşınmaz  əmlak  barəsində  notariat  qaydasında  təsdiq  edilmiş 
müqavilə,  vərəsəlik  hüququ  haqqında  şəhadətnamə,  qanuni 
qüvvəyə  minmiş  məhkəmə  qərarı  və  s.  );  2.  torpaq  sahəsinin 
planı  və  ölçüsü;  3.  torpaq  sahəsində  yerləşən  bina,  qurğu, 
tikililərin  və  digər  daşınmaz  əmlakın  (onların  tərkib 
hissələrinin) texniki pasportu, plan-cizgisi; 4. dövlət rüsumunun 
ödənilməsi barədə qəbz. 
Sual  25.  Məhkəmə  qətnaməsinin  surətini  təkrar  almaq 
istəyirəm.  Bildiyimə  görə  bunun  üçün  dövlət  rüsumu 
ödənilməlidir. Bu, qanuna uyğundurmu? 
Cavab:    ―Dövlət  rüsumu  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  8.4.8-ci  maddəsinə  müvafiq  olaraq 
məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə 6 
manat dövlət rüsumu ödənilir.      
Sual  26.  Mənim  81  yaşım  var.  Uzun  müddət  dövlət 
işlərində  çalışmışam.  Hal-hazırda  mənə  məxsus  evdə  tək 
yaşayıram,  0,15  hektar  həyətyanı  torpaq  sahəm  vardır. 
İndiyədək  hər  il  bir  dəfə  şəhər  bələdiyyəsinə  torpaq  vergisi 
ödəmişəm.  Bu  ildən  başlayaraq  şəhər  bələdiyyəsi  məndən 


əmlak  vergisi  də  tələb  edir.  Özüm  ayda  103  manat  pensiya 
alıram.  Bildiyimə  görə,  pensiyaçılar  əmlak  vergisindən 
azaddırlar. Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm. 
Cavab:  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi 
fiziki  şəxslərin  torpaq  və  əmlak  vergisini  yerli  vergilər 
(bələdiyyə  vergiləri)  kimi  müəyyənləşdirir  (8.1.1  və  8.1.2-ci 
maddələr).  Hər  iki  vergi  fiziki  şəxslər  tərəfindən  bələdiyyə 
büdcəsinə ödənilməlidir. 
Vergi  Məcəlləsinin  197.1.1-ci  maddəsinin  tələbinə  görə 
Siz mülkiyyətinizdə olan evə görə əmlak vergisi ödəməlisiniz. 
Vergi  Məcəlləsinin  199.3-cü  maddəsinə  görə  binaların 
icarəyə,  kirayəyə  verildiyi,  habelə  sahibkarlıq  və  ya 
kommersiya  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  istifadə  edildiyi 
hallar  istisna  olmaqla,  bu  Məcəllənin  102.2-ci  maddəsində 
göstərilən  şəxslərin,  habelə  pensiyaçıların  və  müddətli  hərbi 
xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli 
hərbi  xidmət  dövründə  binalara  görə  ödəməli  olduqları  əmlak 
vergisinin məbləği 30 manat azaldılır. 
Göründüyü  kimi,  Siz  əmlak  vergisi  ödəməkdən  azad 
deyilsiniz, lakin pensiyaçı olduğunuz üçün ödəyəcəyiniz əmlak 
vergisi məbləği 30 manat azaldılmalıdır.  
Sual  27.  Qarabağ  müharibəsi  iştirakçısıyam.  Bilmək 
istəyirəm  ki,  Azərbaycan  vətəndaşının  pasportu  verilərkən 
Qarabağ  müharibəsi  iştirakçıları  üçün  güzəştlər  nəzərdə 
tutulubmu? Biz rüsum ödəməliyikmi? 


Cavab:  Dövlət  rüsumunun  tutulduğu  hallar,  ödəyiciləri, 
hesablanması  və  ödənilməsi  qaydası,  dövlət  rüsumunun 
dərəcələri  və  dövlət  rüsumunun  ödənilməsindən  azadolmalar 
―Dövlət  rüsumu  haqqında‖  Azərbaycan  Respublikasının 
Qanunu ilə tənzimlənir.  
Adı  çəkilən  Qanunda  Qarabağ  müharibəsi  iştirakçılarının 
Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ 
verən 
ümumvətəndaş  pasportlarının  verilməsi  və  ya 
dəyişdirilməsi  üçün  ödənilməli  olan  dövlət  rüsumundan  azad 
olunması və ya hər hansı başqa güzəşt nəzərdə tutulmamışdır. 
Sual 28. Müəyyən hallarda ümumvətəndaş pasportunun 
2 gün ərzində verildiyini eşitmişəm. Bu hallar hansılardır? 
Cavab:  ―Ölkədən  getmək,  ölkəyə  gəlmək  və  pasportlar 
haqqında‖  Qanunun  4-cü  maddəsində  ümumvətəndaş 
pasportunun  müraciət  edildikdən  sonra  2  iş  günü  ərzində 
verilməli 
olmasını 
nəzərdə 
tutan 
müstəsna 
hallar 
müəyyənləşdirilmişdir:  vətəndaşın  və  ya  onunla  gedən  şəxsin 
(şəxslərin)  təcili  müalicəsi,  yaxud  xaricdə  yaşayan  yaxın 
qohumunun  (valideynlərinin,  ərinin,  arvadının,  uşaqlarının, 
doğma qardaş və bacılarının) ağır xəstəliyi, ölümü və  ya digər 
müstəsna hallar. 
Qeyd  edək  ki,  Azərbaycan  Respublikası  Milli  Məclisinin 
928  nömrəli  29  noyabr  1994-cü  il  tarixli  Qərarı  ilə  təsdiq 
olunmuş  "Ölkədən  getmək,  ölkəyə  gəlmək  və  pasportlar 
haqqında"  Azərbaycan  Respublikası  Qanununun  tətbiqi 
haqqında  Əsasnamə‖nin  10-cu  bəndinə  görə  sözügedən 
müstəsna halların mövcudluğu faktı aşağıdakı sənədlərlə təsdiq 
olunmalıdır: təcili olaraq  müalicə üçün xaricə getmə zərurətini 
təsdiq edən səhiyyə orqanının məktubu; təcili olaraq müalicəyə 
qəbul  edilməsinin  zəruriliyi  barədə  xarici  tibb  təşkilatının 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə