Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə47/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

edilmiş  etibarnamələrə  münasibətdə  irəli  sürülən  tələblərə 
cavab  vermir.  Buna  görə  də,  zərərin  əvəzinin  ödənilməsi  ilə 
bağlı  məhkəməyə  müraciət  etmək  istəyirsinizsə,  onda 
avtomobilin  mülkiyyətçisindən  müvafiq  etibarnamə  almalı  və 
onun adından hərəkət etməlisiniz. 
  Sual  33.  Elektrik  enerjisindən  müqavilə  əsasında 
istifadə  edir  və  elektrik  enerjisi  haqqını  vaxtlı-vaxtında 
ödəyirəm.  Elektrik  idarəsinin  əməkdaşları  yaşadığım  evə 
gələrək  mənim  barəmdə  akt  tərtib  etmiş  və  orada  tərəfimdən 
elektrik  enerjisindən  istifadə  qaydalarının  pozulduğunu 
göstərmişlər.  Məhkəmədə  həmin  aktın  etibarsızlığı  ilə  bağlı 
iddia  qaldırmaq  istəyirəm.  İddiama  hansı  məhkəmədə 
baxılmalıdır? 
Cavab.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2 
fevral  2005-ci  il  tarixli,  18  nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş 
«Elektrik enerjisindən istifadə Qaydaları»nın 1-ci bəndinə görə 
enerjitəchizatı  müəssisəsi  -  xüsusi  icazə  əsasında  əhalinin  və 
digər  istehlakçıların  elektrik  enerjisi  ilə  təchizatına  təminat 
verən  hüquqi  şəxsdir;  məişət  abonenti  (əhali)  -  yaşayış 
binalarının  mənzillərində,  yataqxanalarda,  xüsusi  yaşayış 
evlərində, 
həmçinin  bağlarda,  şəxsi 
qarajlarda 
məişət 
məqsədləri 
üçün  elektrik  enerjisindən  istifadə  edən 
istehlakçıdır. 
Qaydaların  4.1-ci  bəndinə  görə  enerjitəchizatı  müəssisəsi 
tərəfindən 
bütün 
istehlakçılara, 

cümlədən 
məişət 
abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun 
tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən 
həyata  keçirilir.  Elektrik  enerjisinin  alqı-satqı  müqavilələri  bu 


Qaydalara  əlavə  edilmiş  birtipli  müqavilələrə  (1  -  5  nömrəli 
əlavələr)  uyğun  bağlanmalıdır.  Sizinlə  bağlanmış  müqavilə 
Qaydalara  əlavə  edilmiş  4  nömrəli  birtipli  müqavilədir 
(Enerjitəchizatı  müəssisəsi  ilə  məişət  abonenti  (əhali)  arasında 
elektrik 
enerjisinin  alqı-satqısının  birtipli  Müqaviləsi). 
Müqavilənin  7-ci  bəndinə  görə  tərəflər  arasında  elektrik 
enerjisindən  istifadədə  mübahisəli  məsələlər  yarandıqda, 
enerjitəchizatı  müəssisəsi  və  ya  məişət  abonenti  bilavasitə 
məhkəməyə müraciət edə bilər. 
Qaydaların  8.35-ci  bəndinə  görə  enerjitəchizatının 
subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji 
istehsalçıları,  enerjitəchizatı  müəssisələri,  istehlakçılar,  o 
cümlədən  məişət  abonentləri)  arasında  bütün  mübahisəli 
məsələlərlə  əlaqədar  tərəflər  bilavasitə  məhkəməyə  müraciət 
edə bilərlər. 
Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin 
24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya 
inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin 
subyektiv  tərkibi,  yaxud  mübahisənin  predmeti  və  ya  hüquq 
münasibətlərinin  xarakteri  nəzərə  alınmaqla,  bu  Məcəlləyə 
müvafiq olaraq müəyyən edilir.  
Mülki  Prosessual  Məcəllənin  25.1-ci  maddəsinə  görə 
mülki  məhkəmə  icraatı  qaydasında  mülki,  ailə,  əmək,  mənzil, 
torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya 
ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ 
gələn  mübahisələr  üzrə  tərəflərdən  heç  olmasa  biri  fiziki 
şəxsdirsə  və  onun  fərdi  sahibkar  statusu  yoxdursa  və  ya  belə 
statusu  olsa  da,  mübahisə  onun  sahibkarlıq  fəaliyyətini  həyata 


keçirməsi  ilə  əlaqədar  yaranmamışsa,  həmin  mübahisələr  üzrə 
işlərə ümumi məhkəmələr baxır.  
Beləliklə, qeyd edilənlər aşağıdakı nəticələrə gəlməyə əsas 
verir: 
1.  İstehlakçılara  elektrik  enerjisinin  verilməsi  Qaydalara 
uyğun  tərtib  edilmiş  elektrik  enerjisinin  alqı-satqı  müqaviləsi 
əsasında həyata keçirilir. 
2.  Müqavilənin  tərəfləri  enerjitəchizatı  müəssisəsi  və 
məişət  abonenti  olan  Sizsiniz.  Müqavilə  tərəfləri  bərabərdir 
(Azərbaycan 
Respublikası  Mülki  Məcəlləsinin  6.1.1-ci 
maddəsi). 
3.  Mübahisə  bərabər  mülki  hüquq  subyektləri  arasında 
bağlanmış  mülki-hüquqi  müqavilədən  irəli  gəlir,  yəni  mülki-
hüquqi xarakterlidir. 
  4.  İddia  ərizəsi  ilə  enerjitəchizatı  müəssisəsinin 
ünvanının  olduğu  yer  üzrə  ümumi  məhkəməyə  müraciət  edə 
bilərsiniz.  Çünki  Mülki  Prosessual  Məcəlləsinin  35.2-ci 
maddəsinə  görə  hüquqi  şəxsə  iddia  hüquqi  şəxsin  ünvanının 
olduğu yerə görə verilir. 
Sual  34.  Keçmiş  ərimə  qarşı  əmlak  bölgüsü  ilə  bağlı 
məhkəmədə  iddia  qaldırmaq  istəyirəm.  Bu  zaman  hansı 
sübutları məhkəməyə təqdim etməliyəm? 
Cavab:  Ər-arvadın  birgə  mülkiyyətində  olan  əmlakın 
bölgüsü  haqqında  iddia  tələbinə  dair  işlər  üzrə  sübutetmə 
predmetini  (yəni  işin  düzgün  və  ədalətli  həlli  üçün 


müəyyənləşdirilməli  və  sübut  edilməli  olan  halların  (faktların) 
dairəsini)  aşağıdakılar  təşkil  edir:  tərəflərin  birgə  nikaha  daxil 
olması;  tərəflər  arasındakı  nikahın  pozulması;  tərəflərin  birgə 
nikahından  yetkinlik  yaşına  çatmayan  uşaqlarının  olub-
olmaması;  nikah  dövründə  əldə  edilmiş  əşyaların  tərkibi  və 
dəyəri,  habelə  həmin  əşyaların  əldə  olunma  əsasları;  tərəflər 
arasında nikah kontraktının olub-olmaması; iş üçün əhəmiyyətli 
olan  digər  faktlar  (məsələn,  əşyanın  nikah  dövründə,  lakin 
tərəflərin  faktiki  olaraq  ayrı  yaşadığı  müddətdə  alınması,  ər-
arvadın  hansınınsa  əməyi  hesabına  ər-arvadın  hər  birinin 
əmlakının  dəyərini  xeyli  artıran  vəsaitin  qoyulması  (əsaslı 
təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və sair). 
  Yuxarıda göstərilən faktları təsdiq etmək üçün, bir qayda 
olaraq,  aşağıdakı  sübutlar  təqdim  edilir:  nikah  haqqında 
şəhadətnamə;  nikahın  pozulması  haqqında  şəhadətnamə; 
uşaqların doğum haqqında şəhadətnamələri; əşyalara dair hüquq 
müəyyənedici  sənədlər  (alqı-satqı,  dəyişdirmə,  bağışlama 
müqavilələri,  qeydiyyat  vəsiqəsi  və  ya  hüquqların  dövlət 
qeydiyyatı  haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən 
çıxarış,  vərəsəlik  hüququ  haqqında  şəhadətnamə,  mülkiyyət 
hüququnun  tanınması  barədə  məhkəmə  qərarı,  nəqliyyat 
vasitəsinin  qeydiyyat  şəhadətnaməsi,  şahid  ifadələri  və  s.), 
nikah müqaviləsi və s.  
Bundan  başqa,  məhkəmə  araşdırmasının  gedişində  bu  və 
ya  digər  səbəbdən  iş  üzrə  ekspertizanın  keçirilməsi  zərurəti 
yarana  bilər.  Bu  zaman  keçirilmiş  məhkəmə  ekspertizasının 
nəticələrinə  dair  tərtib  edilmiş  rəy  də  sübut    kimi  qəbul  oluna 
bilər. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə