Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə45/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

edə  bilərsiniz.  Bu  halda,  əgər  etirazınız  vaxtında  verilmişsə, 
hakim  əmri  ləğv  edəcək  və  materiallar  iddia  icraatına 
keçiriləcək  (Mülki  Prosessual  Məcəllə,  282  və  283-cü 
maddələr). 
       
Sual  22.  Məhkəmənin  sübutun  təqdim  edilməsi  barədə 
sorğusunu  vaxtında  icra  etmədiyimə  görə  150  manat 
məbləğində  cərimə  edilmişəm.  Sorğunun  icrası  üzrlü 
səbəbdən mümkün olmamışdır. Cərimənin ləğv edilməsi üçün 
nə etməliyəm? 
Cavab:  Cərimə  qoyulması  barədə  qərardadı  aldıqdan 
sonra  20  gün  ərzində  cərimənin  götürülməsi  barədə  ərizə  ilə 
onu  qəbul  etmiş  məhkəməyə  müraciət  edə  bilərsiniz.  Sizə 
lazımı  qaydada  məlumat  verilməklə  ərizənizə  məhkəmə 
iclasında  baxılacaqdır;  həmin  məhkəmə  iclasında  iştirak 
etməməyiniz  ərizənizə  baxılmasına  mane  deyildir.  Məhkəmə 
cəriməni  götürməkdən  imtina  etdiyi  halda,  bu  barədə  qərardad 
qəbul  edəcəkdir  ki,  Sizin  də  ondan  apellyasiya  qaydasında 
şikayət  vermək  hüququnuz  vardır  (Azərbaycan  Respublikası 
Mülki Prosessual Məcəlləsinin 127-ci maddəsi).  
Sual 23. Mənə qarşı məhkəmədə iddia qaldırılmış, lakin 
əsassız  olduğundan  hər  üç  məhkəmə  instansiyası  tərəfindən 
təmin  olunmamışdır.  İşə  baxılan  müddətdə  iddianın  təmini 
tədbiri  kimi  mülkiyyətimdə  olan  avtomobilin  üzərinə  həbs 
qoyulmaqla  cərimə  meydancasına  yerləşdirilmişdir.  Beləliklə 
də, mən bir ilə yaxın müddətdə öz avtomobilimdən istifadə edə 
bilməmişəm.  Bununla  bağlı  vurulmuş  zərərin  əvəzinin 
ödənilməsi hüququna malikəm? 


Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin  164-cü  maddəsi  Sizə  vurulmuş  zərərin  əvəzinin 
ödənilməsini tələb etmək hüququnu verir. Həmin maddəyə görə 
iddianın  rədd  edilməsi  haqqında  qətnamə  qanuni  qüvvəyə 
mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar 
məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş 
zərəri iddiaçıdan tələb etməyə haqlıdır. 
Sual  24.  Məhkəmənin  qətnaməsi  ilə  banka  ödəyə 
bilmədiyim borc məndən tutulmuş və tutma ipoteka qoyduğum 
mənzilə yönəldilmişdir. Həmin mənzilin satılmasını istəmirəm 
və  borcumu  hissə-hissə  qaytarmağa  hazıram.  Bu  qətnamənin 
icrasına  möhlət  verilməsi  və  ya  onun  hissə-hissə  icrası 
mümkündürmü? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin  231.1-ci  maddəsinə  görə  işə  baxmış  hakim,  işdə 
iştirak  edən  şəxslərin  ərizəsi  üzrə  tərəflərin  əmlak  vəziyyətinə 
və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və 
ya  qətnaməni  hissə-hissə  icra  etdirməyə,  habelə  onun  icra 
üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 
Mülki  Prosessual  Məcəllənin  231.5-ci  maddəsinə  görə 
qanunla  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  ipoteka 
predmetinə  tutmanın  yönəldilməsi  barədə  məhkəmə  qərarının 
icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə 
icra  edilməsinə,  icra  üsulunun  və  qaydasının  dəyişdirilməsinə, 
habelə  icra  üzrə  icraatın  dayandırılmasına  yalnız  ipoteka 
saxlayanın razılığı ilə yol verilir. 
Göründüyü  kimi,  yalnız  ipoteka  saxlayanın  razılığı  ilə 
sözügedən qətnamənin hissə-hissə icrası mümkündür. 


Sözügedən  qətnamənin  icrasına  möhlət  verilməsi  də 
ipoteka  saxlayanın  razılığı  ilə  mümkündür.  Lakin  əgər  mənzil 
Sizin  yeganə  yaşayış  yerinizdirsə  və  digər  yerdə  yaşamağa 
imkanınız  yoxdursa,  məhkəmə  Sizin  vəsatətiniz  əsasında 
tutmanın  yönəldilməsini  ən  geci  bir  ilədək  müddətə  təxirə  sala 
bilər.  Bu  halda  ipoteka  saxlayanın  razılığının  olması  tələb 
edilmir.  Bu  istisna  hal  ―İpoteka  haqqında‖  Qanunun  39.4-cü  
maddəsində təsbit edilmişdir. 
Sual  25.  Məhkəmə  iclasında  araşdırılmış  məsələlərin 
protokolda  lazımı  qaydada  əks  etdirilib-etdirilməməsini 
müəyyənləşdirmək istəyirəm. Bu mümkündürmü?  
  Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin 270-ci maddəsinə görə məhkəmə iclasında, habelə 
məhkəmə  iclasından  kənar  hər  bir  ayrıca  prosessual  hərəkət 
barədə protokol tərtib edilir. 
Mülki  Prosessual  Məcəllənin  272.7-ci  maddəsinə  görə 
protokol  məhkəmə  iclası  qurtardıqdan  sonra  10  gündən  gec 
olmayaraq,  ayrıca  prosessual  hərəkətlər  barədə  protokol  isə 
onun edildiyindən sonrakı gündən gec olmayaraq tərtib edilməli 
və imzalanmalıdır. 
Mülki Prosessual Məcəllənin 273-cü maddəsinə görə işdə 
iştirak  edən  şəxslər  və  nümayəndələr  protokolla  tanış  olmağa 
haqlıdırlar  və  onun  imzalandığı  andan  3  gün  ərzində  onda  yol 
verilmiş  yanlışlıqları  və  ya  natamamlığı  göstərməklə  protokol 
barədə yazılı qeydlər təqdim edə bilərlər. 
Göründüyü kimi, Sizin protokolla tanış olmaq və müvafiq 
yazılı qeydlər vermək hüququnuz vardır. 
 
Sual  26.  Xarici  məhkəmə  qətnaməsinin  Azərbaycan 
Respublikasında  icrası  üçün  hansı  məhkəməyə  müraciət 
etmək lazımdır? 


Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin  462-ci  maddəsinə  görə  xarici  dövlətlərin 
məhkəmələrinin  və  arbitrajlarının  qətnamələri  Azərbaycan 
Respublikasının  qanunvericiliyinə,  hüquq  qaydasına  zidd 
deyildirsə  və  qarşılıqlı  təminatlandırılmışdırsa,  Azərbaycan 
Respublikasında icra edilə və tanına bilər. 
Mülki  Prosessual  Məcəllənin  464-cü  maddəsinə  görə 
xarici  dövlət  məhkəmələri  və  arbitrajlarının  qətnamələrinin 
məcburi  qaydada  icra  olunması  və  tanınması  barədə  ərizələrə 
Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. 
Sual 27. Məhkəmə qətnaməsi əsasında bir uşağım üçün 
4 ildir ki aliment ödəyirəm. Alimentin məbləğinin azaldılması 
üçün  məhkəməyə  müraciət  etmək  istəyirəm.  Məhkəməyə 
iddiamın əsası kimi hansı sənədləri təqdim etməliyəm?  
Cavab: 
Məhkəmənin 
müəyyən  olunmuş  aliment 
miqdarını  dəyişdirmək  hüququ  Azərbaycan  Respublikası  Ailə 
Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunmuşdur.  
Məhkəmə  bu  hüququnu  tərəflərdən  birinin  tələbi  ilə,  əgər 
onlardan  birinin  ailə  və  ya  maddi  vəziyyətində  dəyişiklik 
olmuşsa,  həyata  keçirə  bilər.  Məhkəmə  işə  baxarkən  tərəflərin 
maddi  və  ya  ailə  vəziyyətində  dəyişikliklərin  (məsələn, 
borclunun,  yəni  aliment  ödəyən  şəxsin  pensiya  yaşına  çatması, 
onun  işdən  çıxarılması,  borclunun  saxlamalı  olduğu  yeni 
şəxslərin  olub-olmaması,  tərəflərin  hər  ikisinin  və  ya  onlardan 
birinin  başqa  nikaha  daxil  olması  və  s.)  olub-  olmamasını 
müəyyənləşdirməlidir.  Təqdim  edilməli  olan  sübutlar  məhz  bu 
hallardan  asılı  olaraq  dəyişə  bilər.  Məsələn,  Siz  yeni  nikaha 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə