Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə41/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

Göründüyü  kimi,  Siz  adı  çəkilən  icarə  müqaviləsində 
göstərilmiş  ata  adının  Sizə  məxsus  olması  faktının  müəyyən 
edilməsi 
haqqında  ərizə  ilə  yaşadığınız  (qeydiyyatda 
olduğunuz) yerin məhkəməsinə müraciət etməlisiniz.   
Sual  2.  Mən  rayon  məhkəməsinin  qətnaməsindən 
apellyasiya  şikayəti  vermək  istəyirəm.  Bilmək  istərdim  ki, 
narazı  qaldığım  məhkəmə  qətnaməsinin  surətindən  başqa 
hansı yeni sənədləri həmin şikayətə əlavə etmək lazımdır? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin  361.1-ci  maddəsinə  görə  apellyasiya  şikayətində 
aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı 
və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, 
yaşayış  yeri,  yaxud  olduğu  yer  və  işdə  prosessual  vəziyyəti; 
barəsində  şikayət  verilən  qətnamə,  onun  qəbul  edilmə  tarixi, 
nəticə  hissəsi,  qətnaməni  qəbul  edən  məhkəmənin  adı;  şikayəti 
verən  şəxsin  tələbi  və  işin  materiallarına  istinad  etməklə 
ərizəçinin  qətnaməni  düzgün  hesab  etmədiyi  əsaslar;  şikayətə 
əlavə edilən sənədlərin siyahısı.  
Göründüyü kimi, Siz Mülki Prosessual Məcəllənin 361.1-
ci  maddəsində  nəzərdə  tutulmuş  məlumatları  apellyasiya 
şikayətində göstərməlisiniz. Bundan başqa, apellyasiya şikayəti 
tərəfinizdən  (nümayəndəniz  tərəfindən  də  imzalana  bilər) 
imzalanmalı və ona dövlət rüsumunun ödənilməsini təsdiq edən 
sənəd  əlavə  edilməlidir.  Birinci  instansiya  məhkəməsinin 
qətnaməsinin  surətini  apellyasiya  şikayətinə  əlavə  etməyinizə 
ehtiyac yoxdur, çünki birinci instansiya məhkəməsi tərəfinizdən 
verilmiş  apellyasiya  şikayətinin  bu  Məcəllənin  361-ci 
maddəsinin  tələblərinə  uyğunluğunu  yoxlayıb  həmin  şikayəti 


ona  əlavə  olunmuş  sənədlərlə  və  işlə  birlikdə  apellyasiya 
instansiyası məhkəməsinə göndərəcəkdir. 
  Siz  birinci  instansiya  məhkəməsində  təqdim  edilməyən 
yeni  sübutlara  o  halda  istinad  edə  bilərsiniz  ki,  apellyasiya 
şikayətində  həmin  sübutların  birinci  instansiya  məhkəməsinə 
təqdim  edilməsinin  qeyri-mümkün  olduğunu  əsaslandırasınız 
(Mülki Prosessual Məcəllənin 361.4-cü və 371-ci maddələrinin 
tələbinə əsasən). 
Sual  3.  İddiaçının  ərizəsi  ilə  mənə  məxsus  mənzilin 
üzərinə  həbs  qoyulmuşdur.  İddiaçının  iddia  tələbi  təmin 
edilməmişdir.  Mən  mənzilimin  üzərinə  qoyulmuş  həbsi  necə 
götürə bilərəm? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin  162.1-ci  maddəsinə  görə  iddianın  təmin  edilməsi 
məhkəmənin  təşəbbüsü  ilə  və  ya  tərəflərin  xahişi  ilə  həmin 
məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 
Mülki  Prosessual  Məcəllənin  162.3-cü  maddəsinə  görə 
iddia  rədd  edildikdə,  məhkəmənin  qəbul  etdiyi  iddianı  təmin 
etmə  tədbirləri  qətnamə  qanuni  qüvvəyə  minənə  qədər 
saxlanılır.  Lakin  məhkəmə  qətnamə  ilə  eyni  zamanda  və  ya 
qətnamə  çıxarıldıqdan  sonra,  iddianın  təmin  olunmasını  ləğv 
etmək haqqında qərardad çıxara bilər. 
Göründüyü  kimi,  Siz  iddianın  təmin  olunmasını  ləğv 
etmək  haqqında  ərizə  ilə  mənzilinizin  üzərinə  həbs  qoyulması 
barədə  qərardad  qəbul  etmiş  məhkəməyə  müraciət  edə 
bilərsiniz. 


Sual  4.  Mən  tərəf  olduğum  məhkəmə  iclası  zalında 
proses  iştirakçılarından  başqa  kənar  şəxslərin  olmamasını 
istəyirəm.  Bu  baxımdan  bilmək  istərdim,  məhkəmə  iclasının 
qapalı keçirilməsi mümkündürmü? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin  10.1-ci  maddəsinə  müvafiq  olaraq  məhkəmələrdə 
işlərə aşkarlıq prinsipi əsasında baxılır. 
Lakin Siz Mülki Prosessual Məcəllənin 10.4-cü maddəsini 
rəhbər  tutmaqla  məhkəmə  baxışını  qapalı  keçirməyi  tələb  edə 
bilərsiniz.  Həmin  maddəyə  əsasən  məhkəmə  baxışında  iştirak 
edən  şəxs  övladlığa  götürmə,  vərəsəlik,  kommersiya,  ixtira  və 
ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, 
həmçinin şəxsi və ailə həyatının intim məsələlərinin qorunması 
məqsədilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər.   
Məhkəmə  Sizin  xahişinizi  əsaslı  hesab  edərsə,  onda  işə 
qapalı  məhkəmə  iclasında  baxılması  barədə  qərardad  qəbul 
edəcəkdir. 
Sual 5.  Məhkəmə  iclasının  protokolu  iş  üzrə  sübut kimi 
qəbul edilə bilərmi? 
Cavab:  Məhkəmə  iclasının  protokolu  özü-özlüyündə 
ayrıca  sübut növü kimi çıxış etmir, lakin həmin protokolda  öz 
əksini tapmış şahid ifadələri, tərəf və üçüncü şəxslərin izahatları 
sübut kimi qəbul edilir.  
Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin 
76.1-ci  maddəsinə  görə  tərəflərin  tələb  və  etirazlarını 
əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti 


olan  başqa  halların  mövcud  olduğunu  və  ya  olmadığını 
məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda 
müəyyən  olunmuş  qaydada  əldə  etdiyi  məlumatlar  sübutlar 
hesab olunur.  
Mülki  Prosessual  Məcəllənin  76.2-ci  maddəsinə  görə  bu 
məlumatlar  yazılı  və  maddi  sübutlarla,  ekspertlərin  rəyləri  ilə, 
yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin 
ifadələri  ilə,  işdə  iştirak  edən  şəxslərin  izahatları  ilə  müəyyən 
edilir. 
Sual  6.  Mağazadan  aldığım  mal  qüsurlu  olduğundan 
təyinatı üzrə istifadə edə bilmirəm. Dəfələrlə satıcıya müraciət 
etsəm  də,  bunun  heç  bir  nəticəsi  olmamışdır.  Buna  görə  də 
məhkəmədə  iddia  qaldırmaq  niyyətindəyəm.  Bilmək  istərdim, 
hansı məhkəməyə müraciət etməli və nə qədər dövlət rüsumu 
ödəməliyəm? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin 36.9-cu maddəsinə görə  istehlakçının hüququnun 
müdafiəsi  haqqında  iddialar  iddiaçının  yaşadığı  yerə  görə, 
yaxud  müqavilənin  bağlandığı  və  ya  icra  edildiyi  yerə  görə 
verilə bilər. 
Göründüyü  kimi,  Siz  seçiminizdən  asılı  olaraq  ya 
yaşadığınız yerin məhkəməsinə, ya da malı aldığınız mağazanın 
yerləşdiyi (bu halda müqavilənin bağlandığı və icra edildiyi yer 
mağaza  olduğu  üçün)  yerin  məhkəməsinə  müraciət  edə 
bilərsiniz. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə