Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə


birinci  vəsiyyətnaməni  bərpa  etmək  niyyətindəyəm.  Bu



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə40/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

birinci  vəsiyyətnaməni  bərpa  etmək  niyyətindəyəm.  Bu 
mümkündürmü? 
Cavab: Siz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 
1220.0.1-ci maddəsində  nəzərdə tutulan hüququnuzdan istifadə 
etməklə  (həmin  maddəyə  görə  vəsiyyət  edən  vəsiyyətnaməni 
əvvəlki  vəsiyyətnaməni  birbaşa  ləğv  edən  yeni  vəsiyyətnamə 
tərtib  etməklə,  ləğv  edə  bilər)  əvvəlki  (yəni  birinci) 
vəsiyyətnamənizi ləğv etmisiniz.  
Mülki  Məcəllənin  1221-ci  maddəsi  isə  ləğv  edilmiş 
vəsiyyətnamənin  bərpasının  yolverilməzliyini  təsbit  edir. 
Həmin  maddəyə  görə  sonradan  tərtib  edilmiş  vəsiyyətnamə  ilə 
ləğv 
edilən 
vəsiyyətnamə 
sonradan 
tərtib 
edilmiş 
vəsiyyətnamənin  ərizə  vermək  yolu  ilə  ləğv  edildiyi  halda  da 
bərpa oluna bilməz. 
Siz 
notariat 
orqanına 
ərizə 
verməklə 
ikinci 
vəsiyyətnaməni ləğv edə bilərsiniz (Mülki Məcəllənin 1220.0.2-
ci 
maddəsinə 
əsasən), 
lakin 
həmin 
ərizə 
birinci 
vəsiyyətnamənin bərpası üçün əsas ola bilməz. 
Sual  21.  Anam  miras  əmlakı  mənə  və  iki  qardaşıma 
vəsiyyət 
edib. 
Vəsiyyətnamədə 
yalnız  mənim  payım 
müəyyənləşdirilmişdir.  Qardaşlarımın  paylarının  bölgüsü 
necə olacaqdır? 
Cavab.  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
1170.1-ci maddəsinə görə vəsiyyət edən vəsiyyətnamə ilə təyin 
edilmiş  vərəsələrin  miras  paylarını  müəyyənləşdirə  bilər  və  ya 
hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər.  


Mülki  Məcəllənin  1170.2-ci  maddəsinə  görə  əgər 
vəsiyyətnamə  ilə  bir  neçə  vərəsə  təyin  edilmişdirsə,  lakin 
vəsiyyətnamədə 
yalnız 
bir 
vərəsənin 
payı 
müəyyənləşdirilmişdirsə,  digər  vərəsələr  qalan  əmlakı  bərabər 
alırlar. 
Göründüyü  kimi,  vəsiyyətnamədə  qardaşlarınızın  payları 
müəyyən  edilmədiyindən  Sizə  çatası  pay  ayrıldıqdan  sonra 
qalan əmlak qardaşlarınız arasında bərabər bölüşdürülməlidir.  
Sual  22.  Vəsiyyətnamədə  göstərilən  yeganə  vərəsənin 
ölməsi  halında  miras  əmlak  necə  bölüşdürüləcək? 
Vəsiyyətnamədə bu halı nəzərə almaq mümkündürmü? 
Cavab:  Xeyrinə  vəsiyyətnamə  tərtib  edilmiş  şəxsin 
vəsiyyət edəndən tez ölməsi vəsiyyətnamənin qüvvədən düşmüş 
sayılması  əsaslarından  biridir  (Azərbaycan  Respublikasının 
Mülki Məcəlləsi, 1224.0.1-ci maddə).  
Belə  olan  halda,  miras  əmlak  vərəsələrə  qanun  üzrə 
vərəsəlik  qaydasında  keçəcəkdir  (Mülki  Məcəllə,  1133.2-ci 
maddə). 
  Vəsiyyət  edən  bu  halı,  yəni  xeyrinə  vəsiyyətnamə  tərtib 
edilmiş  şəxsin  ondan  tez  ölməsi  ehtimalını  nəzərə  alaraq 
vəsiyyətnamədə  ehtiyat  vərəsənin  adını  göstərə  bilər  (Mülki 
Məcəllə, 1192.1-ci maddə).  
Belə olan halda, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs 
vəsiyyət  edəndən  tez  ölsə  belə,  gələcəkdə  mirasın  açılması 
zamanı ehtiyat vərəsə mirası qəbul edə bilər. 


Sual  23.  Atam  vəsiyyətnamə  ilə  özünə  məxsus  olmuş 
əmlakları  mənim  və  qardaşımın  arasında  bölüşdürmüşdür. 
Lakin  mülkiyyətində  olmuş  avtomobilə  dair  vəsiyyətnamədə 
hər  hansı  göstəriş  yoxdur.  Bu  halda,  həmin  avtomobil 
vərəsəlik qaydasında kimə keçəcəkdir? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı 
başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya 
hər iki əsasla keçir.  
Mülki  Məcəllənin  1172-ci  maddəsinə  görə  əgər 
vəsiyyətnamə  ilə  təyin  edilmiş  vərəsələrin  payları  bütövlükdə 
mirasın  hamısını  əhatə  etmirsə,  vəsiyyətnamədən  kənarda 
qalmış  əmlaka  qanun  üzrə  vərəsəlik  həyata  keçirilir  və  əgər 
vəsiyyətnamədə  ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  bu  cür 
vərəsəlik  əmlakın  bir  hissəsinin  vəsiyyət  edildiyi  qanun  üzrə 
vərəsələrə də aid olunur. 
Göründüyü  kimi,  mərhum  atanıza  məxsus  olmuş 
avtomobil  vəsiyyətnamədən  kənarda  qalmış  əmlak  kimi  adı 
çəkilən  1172-ci  maddəyə  müvafiq  olaraq  atanızın  qanun  üzrə 
vərəsələri arasında bərabər paylarda bölüşdürülməlidir. 


 
 
M
ƏHKƏMƏDƏ 
B
AXILAN 
M
ÜLKİ 
İ
ŞLƏRƏ 
D
AİR 
S
UALLAR
 


Sual  1.  Bağlar  idarəsi  ilə  mənim  aramda  bağ  sahəsinin 
icarə  müqaviləsi  bağlanmışdır.  Lakin  həmin  müqavilədə 
mənim  ata  adım  səhv  göstərilmişdir.  Hazırda  göstərilən  bağ 
sahəsini  özəlləşdirmək  istəsəm  də,  müqavilədəki  səhv  buna 
mane  olur.  Həmin  səhvin  aradan  qaldırılması  üçün  nə 
etməliyəm? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin  307.1-ci  maddəsinə  görə  məhkəmə  fiziki  və 
hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, 
dəyişməsi,  xitam  verilməsinin  asılı  olduğu  faktları  müəyyən 
edir. 
Mülki  Prosessual  Məcəllənin  307.2.5-ci  maddəsinə  görə 
məhkəmə,  şəxsin  sənəddə  göstərilən  adı,  atasının  adı  və  ya 
soyadı  onun  pasportdakı  adı,  atasının  adı  və  ya  soyadı  ilə  düz 
gəlmədiyi  halda  hüquq  müəyyənedici  sənədlərin  (həmkarlar 
ittifaqı  və  digər  ictimai  birliklərin,  siyasi  partiyaların  bileti, 
hərbi  sənədlər,  pasport  və  müvafiq  icra  hakimiyyəti  orqanları 
tərəfindən  verilən  şəhadətnamələrdən  başqa)  həmin  şəxsə 
məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 
Mülki  Prosessual  Məcəllənin  308-ci  maddəsinə  görə 
məhkəmə  hüquqi  əhəmiyyəti  olan  faktları  o  zaman  müəyyən 
edə  bilər  ki,  ərizəçi  həmin  faktları  təsdiq  edən  lazımi  sənədləri 
başqa  qaydada  ala  bilməsin,  yaxud  itirilmiş  sənədlərin  bərpası 
mümkün olmasın. 
Mülki  Prosessual  Məcəllənin  309.1-ci  maddəsinə  görə 
hüquqi  əhəmiyyəti  olan  faktların  müəyyən  edilməsi  haqqında 
ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə