Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə36/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   32   33   34   35   36   37   38   39   ...   55

Cavab:  Uşağın  soyad  daşımaq  hüququ  Azərbaycan 
Respublikası  Ailə  Məcəlləsinin  53-cü  maddəsində  təsbit 
olunmuşdur.  
Ailə Məcəlləsinin 53.1-ci maddəsinə görə uşaq ad, ata adı 
və soyad daşımaq hüququna malikdir.  
Ailə Məcəlləsinin 53.3-cü  maddəsinə görə uşağın soyadı, 
bir  qayda  olaraq,  valideynlərin  soyadı  ilə  müəyyən  edilir. 
Uşağın  valideynlərinin  soyadları  müxtəlif  olduqda  uşağa 
valideynlərin  razılığı  ilə  atanın  və  ya  ananın  soyadı  verilir. 
Adın,  ata  adının  və  soyadın  verilməsi  və  dəyişdirilməsi 
qaydaları  müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyən 
olunur.  
Ailə  Məcəlləsinin  53.4-cü  maddəsinə  görə  valideynlər 
arasında uşağın ad və  soyadına  münasibətdə razılıq olmadıqda 
yaranan fikir ayrılığı 
müvafiq icra hakimiyyəti orqanı
 (yerli icra 
hakimiyyətlərinin  qəyyumluq  və  himayə  orqanları)  tərəfindən 
həll olunur.  
Ailə  Məcəlləsinin  53.3  və  53.4-cü  maddəsində  nəzərdə 
tutulmuş  hüquq  normaları  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  12  may  2011-ci  il  tarixli  79  nömrəli  Qərarı  ilə 
təsdiq  edilmiş  «Adın,  ata  adının  və  soyadın  verilməsi  və 
dəyişdirilməsi  Qaydaları»nın  4-cü  bəndində  də  öz  əksini 
tapmışdır. 
Beləliklə,  qeyd  edilənlərdən  aşağıdakı  nəticələrə  gəlmək 
mümkündür: 
1. Uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. 
2.  Əgər  hər  iki  valideynin  soyadı  eynidirsə,  məsələn, 
―Məmmədov‖dursa,    onda  uşağın  soyadı  əlbəttə  ki, 
―Məmmədov‖ olacaqdır. 
3.  Əgər  valideynlərin  soyadı  müxtəlifdirsə,  məsələn, 
―Məmmədov‖  və  ―Hüseynov‖,  onda  valideynlər  qarşılıqlı 
razılığa  gələrək  uşağın  soyadını  ya  ―Məmmədov‖,  ya  da 
―Hüseynov‖ qoya bilərlər. 


4. Əgər soyadları müxtəlif olan valideynlər arasında fikir 
ayrılığı  yaranarsa,  onda  bu  fikir  ayrılığı  yerli  icra 
hakimiyyətlərinin  qəyyumluq  və  himayə  orqanları  tərəfindən 
həll ediləcəkdir. 
5.  Uşağa  valideynlərin  soyadından  fərqli  soyadın 
verilməsi,  habelə  ata  adına  uyğun  soyadın  verilməsi  Ailə 
Məcəlləsində və adı çəkilən Qaydalarda nəzərdə tutulmamışdır. 
Başqa  sözlə,  qüvvədə  olan  qanunvericilik  uşağa  valideynin  və 
ya valideynlərdən birinin soyadına uyğun soyadın verilməsinin 
mümkünlüyünü nəzərdə tutur. 


 
 
V
ƏRƏSƏLİK 
M
ÜNASİBƏTLƏRİ 
Ü
ZRƏ 
S
UALLAR
 


Sual 1. Mən ərimin mənzilində yaşayıram, həmin mənzil 
ərimin və onun oğlunun adına özəlləşdirilmişdir. Mən həmin 
mənzildə  qeydiyyatda  deyiləm.  Ərim  həmin  mənzili  yalnız 
mənə  vəsiyyət  etmək  istəyir.  Əgər  ərim  həmin  mənzili  yalnız 
mənə  vəsiyyət  etsə,  ərimin  vəfatından  sonra  oğlunun  həmin 
mənzilə hansı hüququ vardır? 
Cavab: 
Mənzil 
yalnız 
ərinizin 
adına 
özəlləşdirilmədiyindən, o, mənzilin yeganə mülkiyyətçisi deyil. 
Ərinizin  oğlu  da  mənzilin  ona  məxsus  payına  münasibətdə 
bərabər  hüquqlu  mülkiyyətçisi  kimi  çıxış  edir.  Başqa  sözlə, 
mənzil əriniz və oğlunun ümumi paylı mülkiyyətindədir. 
Ərinizin vəfatı halında, miras bütün mənzilə deyil, yalnız 
onun  ərinizə  məxsus  payına  dair  hissədə  açılacaqdır.  Bu  pay, 
vərəsəlik  hüququ  haqqında  şəhadətnamənin  verilməsi  zamanı 
notarius,  vərəsələr  arasında  mübahisə  halında  isə  məhkəmə 
tərəfindən müəyyənləşdirilməlidir. 
Beləliklə,  Siz  vəsiyyət  üzrə  yalnız  mənzilin  ərinizə 
məxsus  olmuş  payını  əldə  edə  bilərsiniz.  Lakin  bu  zaman 
mirasda  məcburi  payla  bağlı  qanunvericiliyin  göstərişini  də 
nəzərə almaq lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki 
Məcəlləsinin  1193-cü  maddəsinə  görə  vəsiyyət  edənin 
uşaqlarının, 
valideynlərinin 
və 
arvadının 
(ərinin) 
vəsiyyətnamənin  məzmunundan  asılı  olmayaraq  mirasda 
məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara 
çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Göründüyü 
kimi,  ərinizin  oğlunun  Sizə  vəsiyyət  olunmuş  əmlaka  (yəni 
mənzil payına)  münasibətdə  məcburi  pay hüququ vardır və bu, 
qanun üzrə ona çatası payın yarısını təşkil edir.   


Sual 2. Atam xüsusi mülkiyyətində olan torpaq sahəsinə 
dair vəsiyyətnamə tərtib etmişdir. Lakin həmin torpaq sahəsini 
kimə  vəsiyyət  etdiyini  bilmirəm.  Həmin  şəxsin  adını  haradan 
və necə öyrənə bilərəm? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
1185-ci  maddəsi  vəsiyyətnamə  sirrinin  qorunmasına  təminat 
verir.  Həmin 
maddəyə  görə 
notarius,  vəsiyyətnaməni 
təsdiqləmiş  digər  şəxs,  şahid,  habelə  vəsiyyətnaməni  vəsiyyət 
edənin 
əvəzinə 
imzalamış 
şəxslər 
vəsiyyətnamənin 
məzmununa,  tərtibinə,  dəyişdirilməsinə  və  ya  ləğvinə  aid 
məlumatları miras açılanadək açıqlaya bilməzlər. 
Mülki  Məcəllənin  1191-ci  maddəsinə  görə  vəsiyyət  edən 
öldükdən  sonra  notarius  gün  təyin  edərək  maraqlı  şəxsləri 
vəsiyyətnamənin  məzmunu  ilə  tanış  edir.  Bu  barədə  müvafiq 
protokol  tərtib  edilməlidir.  Əgər  vəsiyyətnamənin  qoyulduğu 
zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir. 
Beləliklə, adı çəkilən maddələrdən göründüyü kimi, atanız 
ona  məxsus  torpaq  sahəsini  kimə  vəsiyyət  etdiyini  deməmək 
hüququna  malikdir  və  Siz  bunu  yalnız  miras  açılandan  sonra 
bilmək  imkanındasınız.  Miras  isə  fiziki  şəxsin  ölümü  və  ya 
məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 
  Sual 3. Atam ömrünün sonuna qədər ona məxsus olan 
evdə  yaşamışdır.  Atamın  vəfatından  sonra  məlum  oldu  ki,  o, 
həmin evi vəsiyyətnamə əsasında qardaşı oğluna vəsiyyət edib. 
Mənim  və  qardaşımın  həmin  evə  dair  hər  hansı  hüququmuz 
varmı? 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə