Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə33/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   29   30   31   32   33   34   35   36   ...   55

müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən 
razılaşmanı nəzərdə tutur.  
Digər  tərəfdən,  ―Yaşayış  yeri  və  olduğu  yer  üzrə 
qeydiyyat haqqında‖ Azərbaycan Respublikası Qanununun 1-ci 
maddəsinin 
tələbinə 
görə  Azərbaycan  Respublikasının 
vətəndaşları,  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər 
Azərbaycan  Respublikasında  yaşayış  yeri  və  olduğu  yer  üzrə 
qeydiyyata alınmalıdırlar.  
Siz 
ailə 
qurmağınızla  əlaqədar  yaşayış  yerinizi 
dəyişdirdiyinzidən 
və 
daimi  yaşamaq  üçün  ərinizin 
valideynlərinə  məxsus  mənzilə  köçdüyünüzdən,  həmin  mənzil 
üzrə  qeydiyyata  alınmağınız  qanunvericiliyin  tələbindən  irəli 
gəlmişdir.  Bu  baxımdan,  qeydiyyatınız  həmin  mənzildən 
istifadə hüququnuzun yaranması əsası kimi çıxış edə bilməz. 
Sual  28.  Ailəmiz  iki  nəfərdən  ibarətdir:  mən  və  15  yaşlı 
oğlum.  Bankdan  kredit  götürmək  istəyirəm.  Bunun  üçün 
yaşadığımız mənzili girov qoymağımız lazımdır. Lakin həmin 
mənzil  oğluma  məxsusdur.  Mənə  dedilər  ki,  oğlum  yetkinlik 
yaşına  çatmadığından  qəyyumluq  və  himayəçilik  orqanının 
razılığı lazımdır. Bu tələb qanunidirmi? 
  Cavab:  Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin 
55.4-cü  maddəsinə  görə  ...  uşağın  mülkiyyətində  olan  əmlak 
üzərində  sərəncam  vermək  hüququ  Azərbaycan  Respublikası 
Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən edilir. 
  Ailə Məcəlləsinin 55.5-ci maddəsinə görə uşağın əmlakı 
valideynlər  tərəfindən  idarə  olunarsa,  mülki  qanunvericiliyə 


uyğun  olaraq  onlara  himayə  altında  olan  şəxsin  əmlakına 
sərəncam verənlərə dair qaydalar şamil olunur. 
  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  30.1-ci 
maddəsinə görə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına 
çatmayanlar  bu  Məcəllənin  30.2-ci  maddəsində  göstərilənlər 
istisna  olmaqla,  əqdləri  öz  qanuni  nümayəndələrinin  - 
valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı 
razılığı ilə bağlayırlar. 
Mülki  Məcəllənin  36.2-ci  maddəsinə  görə  qəyyumluq  və 
himayəçilik  orqanının  qabaqcadan  icazəsini  almadan  qəyyum 
qəyyumluqda 
və 
ya 
himayədə 
olanın 
əmlakının 
özgəninkiləşdirilməsinə,  o  cümlədən  dəyişdirilməsinə  və  ya 
bağışlanmasına,  bu  əmlakın  icarəyə,  əvəzsiz  istifadəyə 
verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda 
və  ya  himayədə  olana  mənsub  hüquqlardan  imtinaya,  onun 
əmlakının  bölüşdürülməsinə  və  ya  bu  əmlakdan  payların 
ayrılmasına  səbəb  olan  əqdləri,  habelə  qəyyumluqda  və  ya 
himayədə  olanın  əmlakının  azalmasına  səbəb  olan  hər  hansı 
digər 
əqdləri  bağlaya  bilməz,  himayəçi  isə  onların 
bağlanmasına razılıq verə bilməz. 
Göründüyü kimi,  sadalanan maddələrin tələbinə müvafiq 
olaraq  oğlunuzun  ona  məxsus  mənzilə  dair  ipoteka  (yəni, 
daşınmaz  əmlakın  girovu)  müqaviləsi  bağlaya  bilməsi  üçün 
Sizin  yazılı  razılığınız  tələb  edilir.  Lakin  Sizin  yazılı  razılıq 
verə bilməyiniz üçün isə qabaqcadan qəyyumluq və himayəçilik 
orqanının icazəsini almağınız lazımdır.  


Sual  29.  2009-cu  ilin  yanvar  ayında  arvadım  birgə 
yaşadığımız  mənzili  tərk  edərək  valideynlərinin  yanına 
getmişdir.  Həmin  vaxtdan  etibarən  faktiki  olaraq  ayrı 
yaşayırıq.  Mən  2009-cu  ilin  avqust  ayında  öz  hesabıma 
avtomobil  almışam.  Arvadım  mənə  qarşı  iddia  qaldıraraq 
nikahımızın  pozulmasını  və  əmlakın,  o  cümlədən  adı  çəkilən 
avtomobilin  bölünməsini  tələb  edir.  Tələbi  isə  onunla 
əsaslandırır  ki,  həmin  avtomobil  bizim,  yəni  ər-arvadın 
ümumi əmlakına daxildir. Belə bir tələb qanunidirmi? 
Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.5-
ci  maddəsinə  görə  məhkəmə  ər-arvadın  ailə  münasibətlərinə 
xitam  verdiyi  və  ayrı  yaşadığı  dövrdə  hər  birinin  qazandığı 
əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 
Göründüyü 
kimi, 
məhkəmə 
yuxarıda 
göstərilən 
avtomobili  Sizin  mülkiyyətiniz  kimi  qəbul  edə  bilər.  Lakin 
bunun  üçün  avtomobil  alınan  vaxt  arvadınızla  faktiki  olaraq 
ayrı yaşadığınızı məhkəmədə sübut etməlisiniz.  
Sual  30.  Oğlumun  vəfatından  sonra  keçmiş  gəlinim 
nəvəmlə  görüşməyimə  imkan  vermir.  Bu  cür  hərəkətlərin 
düzgün  olmaması  ilə  bağlı  iradlarımı  onun  özünə  dəfələrlə 
bildirsəm  də,  heç  bir  nəticəsi  olmamışdır.  Bununla  bağlı 
pozulmuş  hüquqlarımın  müdafiəsi  barədə  məhkəmədə  iddia 
qaldıra bilərəmmi? 
Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.1-
ci  maddəsinə  əsasən  Sizin  nəvənizlə  ünsiyyətdə  olmaq 
hüququnuz vardır. 


Ailə  Məcəlləsinin  62.3-cü  maddəsinə  görə  Siz  keçmiş 
gəlininizə  qarşı  nəvənizlə  ünsiyyətdə  olan  maneənin  aradan 
qaldırması barədə məhkəmədə iddia qaldıra bilərsiniz. Bu halda 
məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni 
həll edir. 
 Məhkəmənin 
qərarına 
əməl 
etməyən 
valideyn 
Azərbaycan 
Respublikasının 
mülki-prosessual 
qanunvericiliyinə  uyğun  məsuliyyət  daşıyır  (Ailə  Məcəlləsinin 
62.4-cü maddəsi). 
Sual  31.  Nikaha  daxil  olmaq  üçün  hansı  sənədləri 
təqdim  etməliyik?  Bu  zaman  tibbi  müayinədən  keçmək 
məcburidirmi? 
Cavab.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
2003-cü  il  31  oktyabr  tarixli,  145  nömrəli  Qərarı  ilə  təsdiq 
olunmuş  ―Vətəndaş  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı 
Qaydası‖nın  3.2-ci  bəndinə  görə  nikaha  daxil  olmağı  arzu 
edənlər  bu  barədə  qeydiyyat  şöbəsi,  konsulluq  idarəsi  və  icra 
hakimiyyətinin  nümayəndəliyinə  şəxsən  yazılı  ərizə  verirlər. 
Həmin  Qaydanın  3.3-cü  bəndinə  görə  ərizədə  nikahın 
bağlanmasına  mane  olan  halların  -  nikahın  yaxın  qohumlar 
(valideynlər  və  uşaqlar,  baba-nənə  və  nəvələr,  doğma  və  ögey 
(ümumi  ata  və  ya  anası  olan)  qardaş  və  bacılar)  arasında, 
övladlığa  götürənlər  və  övladlığa  götürülənlər  arasında, 
ikisindən  biri  və  ya  hər  ikisi  başqası  ilə  nigahda  olan  şəxslər 
arasında,  ikisindən  biri  və  ya  hər  ikisi  ruhi  xəstəlik  və  ya 
kəmağıllıq 
nəticəsində 
məhkəmə 
tərəfindən 
fəaliyyət 
qabiliyyəti  olmayan  hesab  edilən  şəxslər  arasında  bağlanması 
hallarının  olmadığı  təsdiq  edilməli,  habelə  hərənin  neçənci 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə