Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə30/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

tədbirlər  gördüyünü,  lakin  aliment  ödəməli  olan  şəxsin  onu 
verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını 
müəyyən  edərsə,  əvvəlki  dövr  üçün  aliment  3  illik  müddət 
həddində verilə bilər. 
Göründüyü  kimi,  aliment  tələbi  ilə  məhkəməyə  müraciət 
etmək  hüququ  hər  hansı  müddətlə  məhdudlaşdırılmır.  Əgər  işə 
baxan  məhkəmə,  Sizin  aliment  almaq  üçün  məhkəməyə 
müraciət  edənədək  hər  hansı  tədbirlər  gördüyünüzü,  lakin 
ərinizin  aliment  verməkdən  boyun  qaçırması  nəticəsində 
alimentin alınmadığını müəyyən edərsə, onda məhkəmə əvvəlki 
dövr  üçün  alimentin  10  illik  deyil,  3  illik  müddət  həddində 
verilməsi barədə qərar qəbul edə bilər. Əks halda, aliment Sizin 
məhkəməyə  müraciət  etdiyiniz  vaxtdan  tutulacaqdır  (Ailə 
Məcəlləsinin 100.2-ci maddəsinə görə). 
Sual 14. Mənim iki uşağım var, birinin 4 yaşı var, digəri 
isə  2  aylıqdır.  Ərimdən  boşanmaq  istəyirəm.  Eşitdiyimə  görə 
uşağın 1 yaşı tamam olmayana qədər boşanma mümkün deyil. 
Bilmək  istərdim,  mən  boşanmaq  üçün  məhkəməyə  müraciət 
edə bilərəmmi? 
Cavab:  Bu  halda,  yəni  tərəflərin  yetkinlik  yaşına 
çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında 
pozulur. 
Azərbaycan 
Respublikası  Ailə  Məcəlləsinin  15-ci 
maddəsinə  görə  arvadın  hamiləliyi  dövründə  və  ya  uşağın 
doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan 
ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. 


Göründüyü  kimi,  arvadın  hamiləliyi  və  ya  uşağın 
doğulmasından sonra 1 il müddətində nikahın pozulmasını tələb 
etmək  hüququnun  məhdudlaşdırılması  yalnız  ərə  şamil  edilir. 
Başqa sözlə, bu halda ər, arvadın razılığı olmadan nikaha xitam 
verilməsi  ilə  bağlı  məhkəməyə  müraciət  edə  bilməz.  Bu 
məhdudiyyət  Sizə  şamil  olunmur  və  Siz  nikahın  pozulması 
barədə məhkəmədə iddia qaldıra bilərsiniz. 
Sual  15.  Arvadımla  boşandıqdan  sonra  uşağımız 
anasının yanında qalıb. Mən hansı müddətdə uşağımla birgə 
vaxt keçirə bilərəm? 
  Cavab:  Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin 
58.1-ci  maddəsinə  əsasən  valideynlər  uşaqlarını  tərbiyə  etmək 
hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 
Ailə  Məcəlləsinin  58.2-ci  maddəsinə  görə  valideynlər 
uşaqlarının  tərbiyəsinə,  sağlamlığına  və  onların  psixi,  fiziki, 
mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 
Ailə  Məcəlləsinin  61.3-cü  maddəsinə  görə  uşaqlarından 
ayrı  yaşayan  valideynlər  valideynlik  hüququnun  həyata 
keçirilməsi  qaydası  haqqında  yazılı  saziş  bağlaya  bilərlər. 
Valideynlər  razılığa  gələ  bilmədikdə,  mübahisə  onların 
(onlardan  birinin)  tələbi  əsasında 
müvafiq  icra  hakimiyyəti 
orqanının
  (yerli  icra  hakimiyyətlərinin  qəyyumluq  və  himayə 
orqanlarının) iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 
  Göründüyü  kimi,  keçmiş  həyat  yoldaşınızla  yazılı  saziş 
bağlamaqla 
uşağınızla 
ünsiyyətdə 
olmaq 
qaydasını 
müəyyənləşdirə  bilərsiniz.  Əgər  bu  barədə  razılıq  əldə  edə 
bilməsəniz,  məhkəməyə  müraciət  etmək  hüququnuz  vardır. 
Məhkəmə  Sizin  uşağınızla  ünsiyyət  qurmaq  hüququnuzdan,  o 
cümlədən  bu  məsələdə  uşağınızın  hüquq  və  marağının 
müdafiəsinin zəruriliyindən çıxış edərək və işin hallarını nəzərə 
alaraq  Sizin  uşağınızla  ünsiyyət  qurmaq  hüququnuzun  həyata 


keçirilməsi  qaydasını  (ünsiyyətin  vaxtı,  yeri,  müddəti  və  s.) 
müəyyənləşdirməlidir. 
 
Sual  16.  Kürəkənim  ailəsinə  qarşı  son  zamanlar  pis 
münasibət bəsləmişdir. Sonuncu  dəfə isə qızıma qarşı cinayət 
törədərək qəsdən onun sağlamlığına az ağır zərər yetirmişdir. 
Bu  hal  onun  barəsində  çıxarılmış  məhkəmə  hökmü  ilə  də  öz 
təsdiqini  tapmışdır.  Onların  birgə  nikahlarından  10  yaşında 
uşaqları  var.  Kürəkənimin  qızıma  və  uşağa  qarşı  pis 
davranması məni də, onları da narahat edir. Bilmək istərdim, 
kürəkənimin  valideynlik  hüquqlarından  məhrum  edilməsi 
mümkündürmü? 
Cavab:  Valideynlik  hüquqlarından  məhrumetmə  halları 
və  qaydası  Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsi  ilə 
tənzimlənir.  
Ailə  Məcəlləsinin  64.0.7-ci  maddəsinə  görə  uşaqların  və 
ya  ərinin  (arvadının)  sağlamlığına  və  ya  həyatına  qarşı  qəsdən 
edilmiş  cinayət  törətdikdə,  valideynlər  (onlardan  biri) 
valideynlik hüquqlarından məhrum edilirlər. 
Ailə  Məcəlləsinin  65.1-ci  maddəsinə  görə  valideynlik 
hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. 
Göründüyü kimi, kürəkəninizin valideynlik hüquqlarından 
məhrum edilməsi mümkündür və bu məhkəmə qaydasında həll 
edilməlidir. 
Sual  17.  Nikaha  daxil  olmaq  üçün  müvafiq  rayonun 
qeydiyyat  şöbəsinə  müraciət  etmək  istəyirik.  Bilmək  istərdik, 


bizim  nikaha  daxil  olmaq  barədə  yazılı  razılığımızdan  başqa 
tibbi  müayinədən  keçməyimiz  haqqında  sənədin  olması  tələb 
olunurmu? 
Cavab:  Nikaha  daxil  olan  şəxslərin  tibbi  müayinəsi 
Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  13-cü  maddəsində 
nəzərdə tutulmuşdur.  
Belə ki, Ailə Məcəlləsinin 13.1-ci maddəsinə görə nikaha 
daxil  olan  şəxslərin  tibbi  müayinəsi,  habelə  tibbi-genetik  və 
ailənin  planlaşdırılması  məsələləri  üzrə  məsləhət  verilməsi 
onların  razılığı  ilə  yaşayış  yerindəki  dövlət  və  bələdiyyə  tibb 
müəssisələrində pulsuz həyata keçirilir. 
Göründüyü  kimi,  nikaha  daxil  olarkən  tibbi  müayinədən 
keçməyiniz məcburi deyil, bu sizin razılığınızdan asılıdır.  
Sual 
18. 
Mənim 
anamın 
doğum 
haqqında 
şəhadətnaməsində  adı  “Leyli”  kimi  yazılmışdır.  Digər 
sənədlərdə  isə  (nikah  haqqında  şəhadətnamədə,  ölüm 
haqqında  şəhadətnamədə,  mənə  məxsus  doğum  haqqında 
şəhadətnamədə) anamın adı “Leyla” kimi qeyd edilmişdir. Bu 
səhvlərin  düzəldilməsi  üçün  mən  hansı  dövlət  orqanına 
müraciət etməliyəm? 
Cavab: Siz daimi yaşayış yeriniz üzrə qeydiyyat şöbəsinə 
ərizə  ilə  müraciət  edərək  vətəndaşlıq  vəziyyəti  aktlarının 
qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsini 
xahiş edə bilərsiniz. 
İmtina  cavabını  aldığınız  halda,  Sizin  xüsusi  icraat 
qaydasında  vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatı 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə