Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə26/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

Sual  24.  Respublikamızdakı  ali  məktəblərdən  birinin 
qiyabi  şöbəsində  təhsil  alıram,  eyni  zamanda,  əmək 
müqaviləsi  bağlamaqla  özəl  şirkətlərdən  birində  çalışıram. 
Diplom  işinin  yazılması  üçün  təhsil  məzuniyyətinə  çıxmaq 
fikrindəyəm.  Bu  halda,  təhsil  məzuniyyətinin  müddəti  nə 
qədər təşkil edir? 
Cavab:  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin 
123-cü  maddəsinin  I  hissəsinin  ―c‖  bəndinə  görə  işləməklə 
yanaşı  təhsil  alan  işçilərə  diplom  layihəsini  (işini)  hazırlamaq 
və müdafiə etmək üçün ödənişli təhsil məzuniyyəti verilir. 
Əmək  Məcəlləsinin  124-cü  maddəsinin  V  hissəsinə  görə 
diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil 
müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim 
ayınadək,  orta  ixtisas  təhsil  müəssisələrinin  qiyabi  şöbələrində 
təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir. 
Sual  25.  Əmək  müqaviləmə  xitam  verilərkən  istifadə 
etmədiyim  iki  iş  ilinin  əsas  məzuniyyətinə  görə  mənə  pul 
şəklində  kompensasiya  verilmişdir.  Lakin  qeyd  edim  ki, 
mənim  on  beş  ildən  artıq  əmək  stajım  olduğundan  əlavə 
məzuniyyət  hüququm  vardır.  Lakin  bu  əlavə  məzuniyyət 
günlərinə  görə  mənə  pul  ödənilməmişdir.  Bu  halda  mənim 
məzuniyyət hüququm pozulmuşdurmu? 
 
Cavab:  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin 
144-cü  maddəsinin  II  hissəsinə  müvafiq  olaraq  əmək 
müqaviləsinə xitam verilməsinin səbəbindən  və əsasından asılı 
olmayaraq  işçiyə  işdən  çıxan  günədək  hər  hansı  şərt  və  ya 
məhdudiyyət  qoyulmadan  istifadə  etmədiyi  bütün  iş  illərinin 
əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.  


Əmək  Məcəlləsinin  144-cü  maddəsinin III  hissəsinə görə 
əmək  münasibətlərinə  xitam  verilərkən  bu  Məcəllənin  115  və 
116-cı  maddələrində  nəzərdə  tutulmuş  əlavə  məzuniyyətlərə, 
təhsil  və  yaradıcılıq  məzuniyyətlərinə,  habelə  sosial 
məzuniyyətlərə görə pul əvəzi verilmir.  
Əmək  Məcəlləsinin  116-cı  maddəsinin  I  hissəsinə  görə 
işçilərə  on  beş  ildən  çox  əmək  stajı  olduqda,  6  təqvim  günü 
müddətində əlavə məzuniyyət verilir. 
Göründüyü  kimi,  pul  əvəzinin  ödənilməsi  işçinin  işdən 
çıxan  günədək  hər  hansı  şərt  və  ya  məhdudiyyət  qoyulmadan 
istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə şamil 
edilir.  Bu  baxımdan,  Sizə  əmək  stajına  görə  əlavə 
məzuniyyətdən  istifadə  etmədiyiniz  üçün  pul  əvəzinin 
verilməməsi  Əmək  Məcəlləsinin  144-cü  maddəsinin  III 
hissəsinə uyğun olmuşdur. 
 
Sual 26. 1 yaş yarımlıq uşağım vardır. İşlədiyim yerdən 
uşağa qulluq üçün məzuniyyətə çıxmaq istəyirəm. Lakin mənə 
bildirirlər  ki,  yalnız  uşaq  xroniki  xəstə  olduğu  hallarda  belə 
bir hüquqa malikəm. Bu doğrudurmu? 
 
Cavab:  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin 
127-ci maddəsinin (―Qismən ödənişli sosial məzuniyyət hüququ 
və  ondan  istifadə  qaydaları‖)  I  hissəsinə  görə  uşağa  bilavasitə 
qulluq  edən  valideynlərdən  biri,  yaxud  ailənin  başqa  üzvü 
uşağın  üç  yaşı  tamam  olanadək  ona  qulluq  etməkdən  ötrü 
qanunvericiliklə  müəyyən  edilmiş  məbləğdə  müavinət  verilən 
qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. 
Həmin maddənin II hissəsinə görə uşağa qulluq edən işçi yazılı 
ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan 
tam, yaxud hissə-hissə istifadə edə bilər.  
Göründüyü kimi, Əmək Məcəlləsinin 127-ci maddəsi Sizə 
uşağınız  3  yaşına  çatanadək  ona  qulluq  etməkdən  ötrü 


qanunvericiliklə  müəyyən  edilmiş  məbləğdə  müavinət  verilən 
qismən ödənişli sosial məzuniyyət almaq hüququ verir. 
O ki qaldı işəgötürənin arqumentinə, çox güman bu Əmək 
Məcəlləsinin  130-cu  maddəsinin  (―İşçilərin  xahişi  ilə  verilən 
ödənişsiz  məzuniyyətlərin  müddətləri‖  adlanır)  ―a‖  bəndində 
nəzərdə tutulmuş ödənişsiz məzuniyyətlə bağlıdır. Həmin bəndə 
görə  işçilərin  xahişi  ilə  bir  iş  ilində  həkim  məsləhət 
komissiyasının  rəyi  əsasında  xroniki  xəstəliyə  tutulmuş  uşağı 
olan  valideynlərdən  birinə,  yaxud  ailənin  uşağa  bilavasitə 
qulluq  edən  digər  üzvünə  -  uşaq  dörd  yaşına  çatanadək 
ödənişsiz məzuniyyət verilir. 
Göründüyü  kimi,  Əmək  Məcəlləsinin  130-cu  maddəsinin 
―a‖ bəndinin Sizə tətbiq edilməsi üçün əsas  yoxdur. Çünki Siz 
ödənişsiz deyil, qismən ödənişli sosial məzuniyyət hüququnuzu 
həyata  keçirmək  istəyirsiniz.  Bunlar  isə  Əmək  Məcəlləsinin 
112-ci maddəsində məzuniyyətin müxtəlif növləri kimi nəzərdə 
tutulmuşdur.  
Beləliklə,  Siz  Əmək  Məcəlləsinin  127-ci  maddəsində 
təsbit  olunmuş  hüququnuzdan  istifadə  edə  bilərsiniz,  Əmək 
Məcəlləsinin  130-cu  maddəsinin  ―a‖  bəndi  bu  hüququnuzun 
həyata keçirilməsinə maneə yaratmır. 
 
Sual  27.  Zavodda  fəhlə  vəzifəsində  işləyirəm.  Hərbi 
xidmətə  çağırılmağımla  əlaqədar  işdən  çıxmağa  məcbur 
olacağam.  Bu  halda,  hərbi  xidməti  başa  vurduqdan  sonra 
əvvəlki  işimə  qayıda  bilərəmmi?  Müddətli  hərbi  xidmətdə 
olduğum vaxt dövrü sığorta stajına daxil ediləcəkmi?  
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-
ci  maddəsinin  9-cu  hissəsinə  görə  qanunvericiliklə  müəyyən 
edilmiş  qaydada  müəssisənin  ləğvi  istisna  olmaqla,  işçinin 
müddətli  həqiqi  hərbi  xidmətdə  olduğu  müddət  ərzində 
mülkiyyət  növündən  və  təşkilati-hüquqi  formasından  asılı 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə