Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə27/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

olmayaraq  müəssisədə  iş  yeri  və  vəzifəsi  saxlanılır.  Müddətli 
həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş 
şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü 
keçənədək  həmin  müəssisədə  əvvəlki  və  ya  buna  bərabər 
vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. 
  Göründüyü  kimi,  Siz  hərbi  xidmətdən  buraxıldıqdan 
sonra  60  təqvim  günü  ərzində  həmin  zavodda  əvvəlki  və  ya 
buna bərabər vəzifəyə (peşəyə) qayıda bilərsiniz.  
  O  ki  qaldı  ikinci  suala,  ―Əmək  pensiyaları‖  haqqında 
Qanunun  21.2.11-ci  maddəsinə  görə  hərbi  xidmət  müddəti 
(1992-ci  il  yanvarın  1-dək  keçmiş  SSRİ-nin  ərazisində  hərbi 
xidmət  dövrü  daxil  olmaqla)  sığortaolunanın  sığorta  stajına 
daxil  olunur.  ―Hərbi  vəzifə  və  hərbi  xidmət  haqqında‖  Qanun 
müddətli  həqiqi hərbi  xidməti,  hərbi xidmətin növlərindən biri 
kimi nəzərdə tutur (12.2-ci maddə). 
Beləliklə,  müddətli  həqiqi  hərbi  xidmətdə  olduğu  dövr 
şəxsin sığorta stajına daxil edilir. 


 
 
A
İLƏ-
H
ÜQUQ
 
M
ÜNASİBƏTLƏRİ 
Ü
ZRƏ 
S
UALLAR
 


Sual  1.  Mənzilin  alqı-satqı  müqaviləsi  ərimin  adına 
rəsmiləşdirilib. Əmlakın bölüşdürülməsi zamanı mənzil hansı 
qaydada  bölünəcək?  Mənzildə  ərim,  mən  və  yetkinlik  yaşına 
çatmamış oğlum qeydiyyatdadır. 
Cavab:  Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-
ci  maddəsinə  görə  nikah  müddətində  ər-arvadın  əldə  etdikləri 
əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 
Ailə  Məcəlləsinin  37.1-ci  maddəsinə  görə  ər-arvad 
arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların 
ümumi  əmlakının  bölünməsi  zamanı  bu  əmlakdakı  payları 
bərabər hesab edilir. 
Göründüyü 
kimi, 
mənzilin 
ərinizin 
adına 
rəsmiləşdirilməsindən  asılı  olmayaraq,  həmin  mənzil  sizin  və 
ərinizin  ümumi  birgə  mülkiyyəti  sayılır  və  bölünmə  zamanı 
sizin  və  ərinizin  həmin  mənzilə  münasibətdə  payları  bərabər 
hesab edilir.  
Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini 
nəzərə alaraq ər-arvadın birgə mülkiyyətinin bölünməsi zamanı 
payları  bərabər  bölməyə  bilər  (Ailə  Məcəlləsinini  37.2-ci 
maddəsi). 
Sual  2.  Arvad  ərindən  boşanmadan  məhkəməyə 
uşaqlarının  saxlanması  üçün  ərindən  aliment  tutulmasına 
dair iddia tələbi ilə müraciət edə bilərmi? 
Cavab:  Arvadın  belə  bir  hüququ  vardır.  Çünki 
Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  75.1-ci  maddəsinə 
görə valideynlər uşaqlarını saxlamağa borcludurlar.  


Ailə  Məcəlləsinin  75.4-cü  maddəsinə  görə  valideynlər 
uşaqlarını  saxlamadıqda  uşaqların  saxlanması  üçün  vəsait 
(aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.  
Göründüyü  kimi,  arvadın  məhkəməyə  uşaqlarının 
saxlanması  üçün  ərindən  aliment  tutulmasına  dair  iddia  tələbi 
ilə  müraciət  etməsi  üçün  ərindən  boşanması  deyil,  ərin 
qanunvericilikdə  nəzərdə  tutulmuş  valideynlik  vəzifələrini 
pozaraq uşaqlarını saxlamaması tələb olunur.  
Sual  3.  Əgər  keçmiş  ər  rəsmi  olaraq  işləmirsə  və  başqa 
gəliri yoxdursa, o, aliment ödəməlidirmi? 
Cavab:  Keçmiş  ərin  rəsmi  olaraq  işləməsi  onu  aliment 
ödəməkdən azad etməyə əsas vermir.  
Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  75.1-ci 
maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 
Ailə  Məcəlləsinin  78-ci  maddəsi  uşaqların  saxlanması 
üçün  alimentin  sabit  pul  məbləğində  tutulması  qaydasını 
müəyyənləşdirir.  
Həmin  maddəyə  əsasən  valideynlər  arasında  yetkinlik 
yaşına  çatmayan  uşaqlara  aliment  ödənilməsi  barədə  saziş 
yoxdursa,  eləcə  də  aliment  verməyə  borclu  olan  valideynin 
qazancı  (gəliri)  qeyri-müntəzəm,  dəyişən  olarsa,  ya  qazancın 
(gəlirin)  hamısını  və  ya  bir  hissəsini  həmin  valideyn  natura  və 
ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri 
yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) 
müəyyən  hissə  kimi  tutulması  mümkün  olmadığı,  çətinlik 
törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə 


pozulduğu  başqa  hallarda,  uşaqların  saxlanması  üçün  vəsait 
tutulmasını  tələb  edən  şəxsin  xahişi  ilə  alimentin  miqdarı 
məhkəmə  tərəfindən  hər  ay  ödənilməli  olan  sabit  pul 
məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm 
də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə 
uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən 
edilə bilər (78.1-ci maddə). 
Sabit  pul  məbləğinin  miqdarı  məhkəmə  tərəfindən 
tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar 
nəzərə  alınmaqla  uşağın  əvvəlki  təminatının  səviyyəsinin 
mümkün  qədər  maksimal  saxlanması  əsas  tutularaq  müəyyən 
edilir (78.2-ci maddə). 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  23  may 
2001-ci  il  tarixli,  98  saylı  Qərarı  ilə  uşaqlar  üçün 
valideynlərinin  aliment  tutulan,  manat  və  xarici  valyuta  ilə 
aldıqları  əmək  haqqının  və  (və  ya)  başqa  gəlirlərinin  növləri 
müəyyən edilmişdir. 
Sual  4.  Mən  keçmiş  həyat  yoldaşımdan  boşanmışam. 
Məhkəmə  azyaşlı  uşağımın  mənim  yanımda  qalması  və 
alimentin  tutulması  haqqında  qətnamə  çıxarmışdır.  Lakin 
azyaşlı  uşağım  ağır  xəstə  olduğundan  aliment  onun 
saxlanmasına kifayət etmir və onun müalicəsi üçün əlavə pul 
vəsaitinə  ehtiyacım  var.  Mən  keçmiş  ərimdən  alimentdən 
başqa  uşağımızın  müalicəsi  üçün  əlavə  pul  vəsaiti  verməsini 
tələb edə bilərəmmi? 
Cavab:  Sizin  bu  hüququnuz  Azərbaycan  Respublikası 
Ailə Məcəlləsinin  81-ci maddəsində nəzərdə tutlmuşdur.  


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə