Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə35/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

müqaviləsi  üzrə  öhdəliyinizi  yerinə  yetirməyə  davam 
etməlisiniz.  
Keçmiş həyat yoldaşınız kredit müqaviləsi üzrə öhdəliyini 
icra  etməkdən  boyun  qaçırarsa,  onda  bank  Sizdən  borcun  tam 
və  ya  hissə-hissə  icrasını  tələb  edə  bilər.  Bankın  bu  hüququ 
Mülki Məcəllənin 501-ci maddəsində nəzərdə tutulmuşdur. 
  Sual  35.  Soyadımın  sonluğunu  dəyişdirmək  istəyirəm. 
Bunun üçün nə etməliyəm?  
  Cavab:  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
79  nömrəli  12  may  2011-ci  il  tarixli  Qərarı  ilə  təsdiq  edilmiş 
―Adın,  ata  adının  və  soyadın  verilməsi  və  dəyişdirilməsi 
Qaydaları»nın 5.1-ci bəndinə görə Azərbaycan Respublikasının 
18  yaşına  çatmış  hər  bir  vətəndaşının  ərizəsinə  əsasən  onun 
mövcud  soyadının  sonluğuna  dəyişiklik  edilir.  Həmin 
Qaydaların  5.3-cü  bəndinə  görə  soyadın  sonluğuna  dəyişiklik 
edilməsi  ilə  əlaqədar  müvafiq  akt  qeydlərində  bu  barədə  qeyd 
edilir və yeni şəhadətnamələr verilir. 
Siz soyadın sonluğuna dəyişiklik edilməsi barədə ərizə ilə 
yaşayış yeriniz və  ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat 
şöbəsinə müraciət etməlisiniz. Əgər müvafiq akt qeydləri (ərizə 
verən  şəxsin  doğumu,  nikahı,  övladlarının  doğumu  və  sair) 
ərizənizi  qəbul  etmiş  qeydiyyat  şöbəsindədirsə,  onda 
soyadınızın  sonluğuna  dəyişiklik  orada  ediləcək  və  əvvəllər 
verilmiş 
şəhadətnamələr 
ləğv 
edilməklə, 
Sizə 
yeni 
şəhadətnamələr veriləcəkdir (Qaydaların 5.4-cü bəndi). 
  Əgər  Sizin  müvafiq  akt  qeydləriniz  müraciət  etdiyiniz 
deyil, digər qeydiyyat şöbəsində olarsa, ərizə 3 gün müddətində 


oraya göndəriləcəkdir. Sonuncu 15 gün müddətində daxil olmuş 
ərizə  əsasında  həmin  akt  qeydlərinə  zəruri  dəyişiklik  edəcək, 
dəyişikliyin  əsasını  və  tarixini  göstərməklə  müvafiq  qeydlər 
aparacaqdır.  Bu  qeydlər  onu  aparan  şəxsin  imzası  və  möhürlə 
təsdiq  edilir.  Sizə  təqdim  edilməsi  üçün  yeni  şəhadətnamə 
ərizənizi qəbul etmiş qeydiyyat şöbəsinə 3 iş günü müddətində 
göndəriləcəkdir.  Ərizənizi  qəbul  etmiş  qeydiyyat  şöbəsi  yeni 
şəhadətnamənin daxil olması barədə Sizə 3 iş günü müddətində 
məlumat  verəcəkdir.  Siz  bundan  sonra  müraciət  edərək  yeni 
şəhadətnamənizi oradan əldə edə bilərsiniz (Qaydaların 5.5-5.7 
bəndləri). 
 
Sual  36.  2008-ci  ildə  rəsmi  qaydada  nikaha  daxil 
olmuşam.  Lakin  yeni  mənzilə  köçərkən  nikah  haqqında 
şəhadətnaməmi  itirmişəm.  Təkrar  şəhadətnamənin  alınması 
üçün hara müraciət etməliyəm? 
Cavab:  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatı 
haqqında  təkrar  şəhadətnamələrin  verilməsi  Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  145  nömrəli  31  oktyabr 
2003-cü  il  tarixli  Qərarı  ilə  təsdiq  olunmuş  ―Vətəndaşlıq 
vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası‖ ilə tənzimlənir.  
Həmin  Qaydanın  tələblərinə  görə  Siz  bu  halda  nikah  akt 
qeydinizin  olduğu  yer  üzrə  qeydiyyat  şöbəsinə  (yəni 
Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  və  Naxçıvan 
Muxtar 
Respublikasının 
ərazisində 
Naxçıvan 
Muxtar 
Respublikası  Ədliyyə  Nazirliyinin  rayon  (şəhər)  qeydiyyat 
şöbələri,  nigah  evləri,  Azərbaycan  Respublikası  Xarici  İşlər 
Nazirliyinin  xaricdəki  konsulluq  idarələri,  rayon  tabeli 
şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu 


icra hakimiyyətlərinin nümayəndəlikləri) ərizə ilə müraciət edə 
bilərsiniz.  
Qaydanın  9.3-cü  bəndinə  görə  təkrar  şəhadətnamələr 
almaq  haqqında  ərizələrdə  aşağıdakılar  göstərilməlidir: 
ərizəçinin  adı,  soyadı  və  atasının  adı;  ünvanı;  haqqında  təkrar 
şəhadətnamə  tələb  edilən  şəxsin  adı,  soyadı  və  atasının  adı; 
təkrar tələb olunan şəhadətnamənin növü; vətəndaşlıq vəziyyəti 
aktının  qeydini  aparan  qeydiyyat  şöbəsi,  konsulluq  idarəsi  və 
icra  hakimiyyətinin  nümayəndəliyi,  habelə  aparılma  tarixi  və 
yeri barədə məlumatlar. 
Qeyd  edək  ki,  nikah  haqqında  təkrar  şəhadətnamənin 
verilməsi  üçün  2  manat  dövlət  rüsumu  ödənilməlidir  (―Dövlət 
rüsumu haqqında‖ Qanunun 12.5-ci maddəsi). 
Sual 37. Nikaha daxil olan şəxslər soyad seçməkdə hansı 
hüquqlara malikdirlər? 
Cavab:  Ər-arvadın  nikaha  daxil  olarkən  soyad  seçmək 
hüququ vardır. 
Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  30.1-ci 
maddəsinə  görə  ər-arvad  öz  arzuları  ilə  onlardan  birinin 
soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri 
nikahdan  əvvəlki  soyadını  saxlaya  və  ya  öz  ərinin  (arvadının) 
soyadını öz soyadı ilə birləşdirə bilər.  
Ailə  Məcəlləsinin  30.2-ci  maddəsinə  görə  nikaha  daxil 
olanların  biri  və  ya  hər  ikisi  qoşa  soyada  malik  olduqda 
soyadların birləşdirilməsinə yol verilmir. 
Təcrübə onu göstərir ki, əksər hallarda arvad ərin soyadını 
qəbul  edir.  Lakin  əksi  də  mümkündür.  Məsələn,  soyadı  yaxşı 
səslənməyən ər, arvadın soyadını qəbul edə bilər. 
 


  Sual  38.  Məhkəməyə  boşanma  tələbi  ilə  müraciət 
etmişəm. Bilmək istərdim, boşanma ilə yanaşı həmin işdə ər-
arvad arasındakı digər mübahisələri həll etmək olar? 
Cavab:  Nikahın  pozulması  tələbi  ilə  bağlı  prosesdə 
məhkəmə ər-arvad arasında  yaranan digər  mübahisələri də həll 
edə  bilər:  boşanmadan  sonra  yetkinlik  yaşına  çatmayan 
uşaqların  valideynlərindən  hansının  yanında  qalması;  uşaqlar 
üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması; 
ər-arvadın  (onlardan  birinin)  tələbi  ilə  onların  birgə 
mülkiyyətində  olan  əmlakın  bölgüsünün  aparılması;  ərindən 
(arvadından)  saxlanması  üçün  vəsait  almaq  hüququna  malik 
olan  arvadın  (ərin)  tələbi  ilə  ərdən  (arvaddan)  tutulmalı  olan 
vəsaitin  miqdarı  (Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsi, 
22.2-ci maddə).  
Məhkəmə  bu  mübahisələri  tərəflərdən  birinin  tələbi 
(məsələn,  birgə  mülkiyyətdə  olan  əmlakın  bölgüsünün 
aparılması)  olduqda,  eləcə  də,  öz  təşəbbüsü  (uşaqlar  üçün 
alimentin  hansı  valideyndən  və  hansı  miqdarda  tutulması)  ilə 
həll edə bilər. 
Sonda  qeyd  edək  ki,  əmlak  bölgüsü  üçüncü  şəxsin 
mənafeyinə  toxunduqda,  məhkəmə  əmlak  bölgüsü  haqqında 
tələbi ayrıca icraata ayıra bilər (Ailə Məcəlləsi, 22.3-cü maddə). 
 
Sual  39.  Mənim  və  həyat  yoldaşımın  soyadı 
“Hüseynov”dur. Lakin uşağımıza atasının adına (atasının adı 
“Etibar”dır)  uyğun  olaraq  “Etibarlı”  soyadını  vermək 
istəyirik. Bu mümkündürmü? 
 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə